Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Frida Kalo: «Ümid ağacı, farağat dayan!»

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
24/4/2015 [22:59]
Baxılıb :
1458 dəfə
«Mən avtoportretlər çəkirəm, çünki həddindən artıq tənha oluram. Bir də ki, mən hamıdan yaxşı tanıdığım adamam»

Son illər Meksika rəssamı Frida Kalonun həyatı cəmiyyətin maraq dairəsindədi. Adətən narkoman, biseksual, içki aludəçisi barədə hekayətləri oxumağı sevirlər. Amma onun həyatının özəlliklərinə baş vuranlar bu qadının həyat faciəsinin daha dərin və psixoloji cəhətdən daha mürəkkəb olduğunu anlayır. Tənhalıq və acılardan doğan, insandan yüksəkdə duran mənəvi qüvvə və həyat eşqi bu qadına və rəssama marağı sönməyə qoymur.
Frida - taxta ayaq

Atası Karl Vilhelm Kalo, alman mənşəli yəhudi Meksikaya 20 yaşında gəlmişdi. Az keçmiş adını dəyişib Gilyermo qoydu və yerli qadın Mariya Kardenlə evləndi. Bu qadının sağlamlığı ona cəmi iki qız uşağı doğmağa bəs elədi. Yoldaşı dünyasını dəyişən gün Gilyermo yerli sahibkar Antonio Kalderonun qızının elçiliyini elədi. Bir neçə ay keçmiş toy oldu və birinci nikahdan doğulmuş uşaqlar monastır yetimxanasına göndərildi. Matilda Gilyermoya daha bir qız doğdu və bu qız xaç suyuna çəkilərkən böyük bacıları Maqdalena, Karmen adını və deyəsən bu nəslin bütün günahlarını yumağı da üstünə götürdü. Amma o özünün üçüncü, əsl adı - Fridanı dünyaya tanıda bildi. 
Gilyermo hələ Frida doğulmamışdan əvvəl o, Mexikonun kənarında sonralar "Mavi ev" kimi tanınacaq evi öz əlləriylə tikmişdi. Frida 1907-ci ilin 6 iyulunda doğulmuşdu. Amma sənədlərdə doğum tarixi 1910-cu il göstərilir. Çünki Frida həmin ildə "doğulmuş" Meksika inqilabı ilə yaşıd olmaq istəyirdi deyə tarixi dəyişdirmişdi. 

Fridanın sağlamlığı uşaqlıqdan fərli deyildi. 6 yaşında poliomelitlə xəstələnib yerlə göy arasında olduğu zaman həkimlər onu xilas edə bilmişdi. Amma xəstəliyindən yadigar olaraq sağ ayağı quruyub qalmışdı. Yaşıdları onu "Frida - taxta ayaq" deyib cırnadırdı. O isə sanki bütün bunları eşitmir və şikəstliyini vecinə almadan oğlanlarla futbol oynayır, üzgüçülük edir, boksla məşğul olurdu. Ayağının normal görünməsi üçün bəzən 4 -5 corabı üst-üstə ayağına keçirirdi. Yaxşı ki, şalvar və uzun milli ətəklər dəbdə idi, bu da ayağının eybəcərliyini və o birisindən qısa olmasını ört-basdır edirdi. 

Korlanmış qız

Dərslərini yaxşı oxumasına baxmayaraq hamı onu "korlanmış qız" sayırdı. Çünki dəcəl və kaprizli olduğundan bir neçə dəfə məktəbdən qovulmaq ərəfəsində olub. Bir az sonra Frida musiqi, sənət və ədəbiyyatla maraqlanan bir dəstə tələbəyə qoşulur, çünki dəstənin rəhbəri Alexandro Qomes Ariasa vurulmuşdu. Frida hər yerdə özünü Alexandronun nişanlısı, bəzən arvadı kimi təqdim edirdi. Amma Alexandronun ailəsi tamam başqa planlar cızırdı və onu Avropaya göndərmək fikrində idilər. 1925-ci ilin 17 sentyabrında avtobusa minməyilə Frida bütün həyatının gedişatını dəyişdi. Avtobus tramvayla toqquşaraq qəzaya uğradı. Fridanın xəstəlik kağızında belə yazılmışdı: "Onurğa sümüyünün 3 və 4-cü fəqərələri tamam dağılıb, çanaq sümüyü bir neçə yerdən sınıb, sağ ayağın pəncəsi parçalanıb, sol qolu yerindən çıxıb, avtobusun metal mili sol böyründən girib ginetaliyasından çıxdığına görə qarın boşluğunda böyük bir yara var, kəskin peritonit, tsistit”¦" Alexandrodan əlini üzmək lazım idi, axı o, tam şikəst olmuşdu.

Qaynar qazanda

Sonrakı aylar hərəkətsizliyi ilə dəhşətli gəlirdi. Bəlkə də həmin səbəbdən Frida atasından fırça və rənglər istədi ki, bu boşluğu doldura bilsin. Frida üçün xüsusi qurğu quraşdırılır ki, uzanan yerdə çəkə bilsin. Çarpayının yanından güzgünü elə bərkidirlər ki, Frida özünü görə bilirdi. Avtoportretlər seriyası belə başladı. Frida ömrünün sonuna kimi yatağa düşdüyü zamanlarda avtoportretlər çəkib, çünki ona ən yaxın natura özü idi. 

Frida bu imtahandan da çıxa bildi. Ayağa durdu və ağrılarına güc gəlib gəzdi. 22 yaşında o, Meksikanın ən nüfuzlu institutuna daxil  oldu. Rəssam yox, həkim olmaq istəyirdi. Meksikada həkimlik kişi sənəti sayılır və 1000 nəfərdən cəmi 35-i qadın idi, onlardan da biri Frida. 
Gələcək əri Diyeqo Riveraya da orda rast gəlmişdi. İlk dəfə Diyeqonu Frida məktəblərinin divarında rəsm çəkərkən görmüşdü. Diyeqo təzəlikcə Fransadan qayıtmışdı. Frida balaca küçüklər kimi Diyeqonun başına fırlanırdı. Hamıyla mərc gəlmişdi ki, ona ərə gedəcək. Seçimində əmin idi, çünki onun falına baxan bir orakul demişdi ki, sevgilisi ilə heç vaxt ayrılmayacaq.

Bir il yataqda olarkən çəkdiyi rəsmləri yığıb o dövrdə artıq tanınan rəssam Diyeqo Riveraya göstərdi. Rəsmlər Riveranın yaddaşında yer aldı və gələcək rəssama hörmət qazandırdı. O, ikinci arvadından da boşanmışdı və 20 yaşlı gənc qızla maraqlanmağa ona heç nə mane olmurdu. Diyeqo Fridadan 20 yaş böyük, yekəpər, vahiməli  və azı 100 kiloqram da ağır idi. Küt-küt dolaşan saçları gah həyəcandan vız qalxır, ya da əyyaşlıqdan şişmiş gözlərinin üstünü bağlayırdı. Amma qadınlar onu yaman sevirdi. 

Çatmaqaş axsaq qız, qadın düşgünü, meksikalı maçonun ürəyinə girə bildi. Bu oyunun sonu toyla nəticələndi. İki qeyri-adi şəxsin birliyi əfsanəyə çevrilmişdi. İlk dəfə milli paltarı öz toyunda geymişdi, çünki Diyeqonun belə geyim üçün ürəyi gedirdi. Ömrünün sonunacan milli paltarı əynindən çıxarmadı, Diyeqonun sevgisini də ürəyindən. 

Toy günü hamı Diyeqonun mürəkkəb xasiyyətinin şahidi oldu. 42 yaşlı kişi lazım olduğundan artıq içib əlindəki tapancadan havaya güllələr yağdırırdı. Heç kim rəssamı sakitləşdirə bilmirdi. Frida toy gecəsində atasının evinə qayıtmalı olur. Səhəri gün ayılıb peşman olan Diyeqo üzr istəməyə gəldi və bağışlanıldı. Onların bütün həyatı elə məhz bu ssenari üzrə davam edəcəkdi. Bu, ailə həyatından daha çox qaynayan qazana bənzəyirdi. Onlar yanaşı dinc yaşamağı öyrənə bilmirdi, amma ayrı da yaşamağı bacarmırdılar. Onların münasibətləri ehtiraslı, dəlisov və çox ağrılı idi.

"Diyeqo hər şeydir!"

"Həyatımda cəmi 2 qəza olub: Biri avtobus tramvayla toqquşub, o biri isə Diyeqodur". Bu faciəvi dramda Diyeqonun rolu Fridaya mənəvi əzab vermək və abırsızcasına şikəst arvadına hər yoldan keçənlə xəyanət etməkdən ibarət idi. Frida yataqdan qalxa bilmədiyi zamanlarda bütün acısını kətan üzərinə köçürürdü. Ayağa dura bildiyi zamanlarda bütün xəyanətlərin əvəzini artıqlamasıyla çıxırdı. Hər ikisinin kənarda sevgi macərası yaşadığı, uşaqları olmayan və vaxtaşırı cərrahiyyə masasına düşüb sonra aylarla yatağa bağlanan bir ailəni xoşbəxt adlandırmaq ağlasığmazdı. Amma onlar həqiqətən birlikdə xoşbəxt idi, çünki bir-biri üçün yaranmışdılar. Fridanın ən böyük arzusu uşaq doğmaq idi. Uşağı əri üçün yox, özü üçün doğmağı arzulayırdı. Amma 3 dəfə hamiləlik baş tutsa da qəza vaxtı avtobus milinin deşib yaraladığı uşaqlıq körpəni 9 aya qədər çatdırmağa yaramırdı. 
Diyeqo xəyanətləriylə arvadına zərbə vurduğunu anlayırdı: "Qadını nə qədər çox sevirəmsə, onu bir o qədər də əzab çəkməyə məcbur etmək istəyirəm". Bəzən sanki bilərəkdən ağlasığmaz hərəkətlər edirdi. Fridanın kiçik bacısı Kristinanı yoldan çıxaranda artıq arvadının da səbir kasası tam tükəndi. Ailə xəyanətinə cavab olaraq Frida məşhur uzun hörüklərini kəsdi və boşanmaq qərarı verdi. Amma ayrılıq cəmi 1 il çəkdi. Onlar yenidən evləndilər. 

Riveranın xəyanətləri onun qəlbini bax beləcə dağım-dağım edirdi: "Mən kədərimi batırmağı bacardım. Amma bu yaramazlar əzməyi öyrəndilər". Onun daxili çarpışmalarını son 10 il ərzində mütəmadi yazdığı gündəliklərindən də oxumaq olur. 40 il onlar Meksika hökumətinin arxivində gizli saxlandı. Hazırda 170 səhifəlik illüstrasiyalı bu gündəliklər rəssamın irsinin ayrılmaz hissəsi sayılır və bir qadının ərinə olan əzablı sevgisindən danışır. Gündəliklər dərc edilməmişdən əvvəl artıq bestseller idi. Burada Diyeqo adı bütün sözlərdən artıq işlənir: "Diyeqo başlanğıcdı, Diyeqo mənim uşağımdır, Diyeqo mənim dostumdur, Diyeqo rəssamdır, atamdır, sevgilimdir, ərimdir, anamdır, özümdür. Diyeqo hər şeydir!". 

"Sürrealizmin roma papası"

Bir rəssam kimi Rivera yoldaşının yaradıcılığına təsir göstərib. Onlar evlənəndə Diyeqo ustad, Frida isə təzəlikcə əlinə fırça almış rəssam idi. Amma Rivera yoldaşına təzyiq edib onu fərdilikdən məhrum etmədi və Fridanı ətrafda olan dəbli cərəyanlar və zamanın təsirindən hifz eləyə bildi. Fridanın istedadı Riveranın kölgəsində olsa da itmək təhlükəsindən uzaq idi. 
Frida bütün dünyanı öz biçiminə ölçürdü. Ağzı söyüşcül, ekspressiv, qeyri-adi davranışlı, içib, çəkməyi sevən Frida hələ sağlığında tanınırdı. Fridanın rəsmlərinin ideyası detallarda, fonda, fiqurlarda şifrələnib. Onlar ağrının bir növ avtobioqrafik sürreal  etirafıdır. Frida onu incidən gipsin üzərində kəpənəkləri çəkirdi: "Mən ölümün üzünə gülürəm ki, o məndən malik olduğum yaxşılıqları almasın". Simvolikası ispanlardan əvvəlki dövr hindu mifologiyası ilə bağlıdır. Axı anası hindu qan qarışığı olan meksikalı idi. Hinduların ən çox sevdiyi rəngə, göm-göy indiqo rənginə boyanmış "Mavi ev"in əvvəl xəstəxana, sonra emalatxana, səhnə və ölümündən sonra muzeyə çevrilmək qisməti varmış. 

Hazırda onun rəsmləri Luvr muzeyində, Nyu-Yorkun Müasir Sənətlə Muzeyində nümayiş edilir. Hollivud onun xatirələrini ekranlaşdırmaq uğrunda çarpışır, ona poemalar həsr edilir.  Feministlər Fridanı kumir seçib, lesbianlar və geylər ona "Sürrealizmin roma papası" adını verib. Amma Frida sürrealist yığıncaqları qəti  sevmirdi.

Fridanın kommunist olması həm həyatına, həm də yaradıcılığına təsir edib. O, 1928-ci ildən partiyanın üzvü idi. Onun evindəki kitab rəflərində Marks, Lenin və Stalinin kitabları dururdu. Yataq otağında çarpayının başında marksizm-leninizm liderlərinin portretləri asılmışdı. Mao Tszedun və Qızıl meydanda nitq söyləyən Stalinin portreti xüsusi çərçivəyə salınmışdı. İndi də "Mavi ev"də Fridanın əlil arabası sonuncu yarımçıq işinin yanında dayanıb. Rəsmdə Stalin təsvir edilib, ağ kiteldə, qızılı marşal poqonlarının yalnız biri var, o birisi çəkilməyib.
Frida Trotskini yoldan çıxarıb tovlamalı imiş 

Fridanın Trotski ilə münasibətlərindən əfsanələr dolaşır. Frida kommunist olduğuna görə rus inqilabının liderinin SSRİ-dən qovulmasını sakit qarşılaya bilmirdi. Diyeqo Rivera Mexikoda ona sığınacaq tapanda isə lap sevincindən özünə yer tapmırdı. 1937-ci ildə Lev Trotski yoldaşı Natalya Sedova ilə Meksika limanı Tampikoda sahilə çıxırlar. Onları Frida qarşılayırdı, çünki Diyeqo xəstəxanadaydı. Frida qonaqları "Mavi ev"inə gətirdi. 

Frida həm qadın, həm də kişiləri yoldan çıxarmağın ustası idi. Onunçün rus inqilabçısı çoxsaylı kolleksiyada maraqlı eksponat kimi idi. Onun dalınca danışanda saqqalına görə "balaca keçi" adlandırardı. Fridanın isə heç tükü də tərpənmirdi: "Mən bu qocadan yaman yoruldum" deyirdi. Diyeqo özünü heç nəyi görməyibmiş kimi aparırdı. Frida və Trotskinin münasibəti gizli saxlanırdı. 60-cı illərdə kommunist Diyeqo Riveranın yaradıcılığı SSRİ-də populyar idi, amma onun arvadını kimsə xatırlamırdı, yəqin ki, bu sevgi macərasını ört-basdır etmək məqsədilə. Trotskiyə rəğbəti Riveraya bağışladılar, Fridaya yox. 

"Sən mənə gəncliyimi qaytarmısan və ağlımı başımdan almısan. Elə bil 17 yaşlı uşağam”¦" deyə dəlisov qadına dəlicəsinə vurulan 60 yaşlı Trotski Fridaya məktubların birində yazırdı. O, məktublar yazıb çiçəklə birgə kitabın arasına qoyur, masa arxasında Fridanın ayağını sığallayır, guya təsadüfən ona toxunurdu. "Bura elə bil tamam başqa planetdi" deyən Trotski Frida ilə "Mavi ev"indən köçəndən sonra görüşə bildi. San-Migel Riqla adlı yerdə  ərini yaxşıca izləyən Sedova intriqanı yaxalayıb yerindəcə boğa bildi. Trotski özünü "Sənin qoca, vəfalı itinəm" adlandırmaqla öz ailə statusunu qaytardı. 

Bu əhvalata görə tutulmuş Frida və Diyeqo həbsdən çıxandan sonra yarızarafat, yarıgerçək, ya da özlərini qorumaq məqsədilə dostlarına danışırdılar ki, guya Trotskini evlərinə öldürmək məqsədilə çağırıblarmış. Fridanın rolu Trotskini yoldan çıxarmaqdan ibarət idi. 

Dodağında siqaret, üzündə təbəssüm, saçlarında isə həmişəki  kimi iri bir gül

Fridanın ağlasığmaz həyat eşqi ətrafındakı kişi və qadınları maqnit kimi cəzb edirdi. O, biseksual idi. Amerika estrada artisti Jozefina Beykerlə məhəbbət macərasından daha çox danışırlar. Diyeqonun əlindən hirsli olanda onu alkoqoldan və hər iki cinsin nümayəndələriylə eyş-işrət azğınlığından qoparmaq olmurdu. Fiziki əzablarına baxmayaraq o, sevinc saçır, yıxılanacan gülə bilərdi, özünü də lağa qoyub qaqqıldayar və ürəkdən şənlənməyi bacarırdı. Qaçılmazlıq, tale, ağrı-acı barədə düşüncələr ona əlinə fırça alan vaxtlarda gəlirdi. Uşaq doğa bilmədiyindən körpələri çox çəkirdi, amma onların çoxu ölü olurdu. Əsərlərindəki işıq seli, peyzajlardakı parlaq rənglər olsa da, əks olunan faciəni görməmək mümkün deyildi. Bu faciəni çəkməmək də mümkün olmurdu. 
32 cərrahiyyə əməliyyatı, əlil arabası, arasıkəsilməyən ağrı. Onurğa sümüyünün dəfələrlə əməliyyat olunması bir yana, ayağında başlayan qanqrenadan sonra amputasiya və yenə də yataq rejimi onun rəssam kimi yaradıcılığını tənzimləyirdi. Ömrünün sonuna bir neçə ay qalmış Frida Kalonun birinci və yeganə fərdi sərgisi düzənlənir. Ayağa durub sərgiyə gələcək halda deyildi. Sərgiyə o, təcili yardım maşınının siqnalı altında gətirildi. Dodağında siqaret, üzündə təbəssüm, saçlarında isə həmişəki kimi iri bir gül. Məşhur güzgülü çarpayısı ilə sərgi salonunda içki şüşəsini yerə qoymadan araya şənlik qatmaqdan başqa yolu qalmırdı. 

Nəhayət, Frida xoşbəxtdi. Çünki Riveraya rəssam kimi bir qədər yaxınlaşa bilib.

"Ayaqları neynirəm, mənim kürəyimdə uçmağa qanadlarım var axı!"

Fridanın sonuncu işi "Viva la vida" (Həyata eşq olsun!) adlanır. Günəşli havada işıq selinin altında kəsilmiş qıpqırmızı qarpız dilimləri də həyat himnini oxuyur: "Mən həyatdan şən gedirəm və ümid edirəm, heç vaxt buralara qayıtmalı olmayacam". 
Sonuncu gün Frida Diyeqoya üzüyünü verdi. Bu üzüyü Frida toyun 25 illik yubileyi şərəfinə almışdı. Diyeqo hədiyyəni qabaqcadan niyə verdiyini soruşanda Frida: "Çünki hiss edirəm, tezliklə səni tərk edəcəm" dedi. Diyeqo onu öpüb otaqdan çıxdı və bir daha onu sağ görmədi. Diyeqo gedəndən sonra Frida özündə qüvvə tapıb sevgisini sözlərə çevirdi: "Tüpürcəyimdə, kağızda, qürubda, bütün sətirlərdə, bütün rənglərdə, bütün qablarda, mənim sinəmdə, içəridə, çöldə”¦ Diyeqo mənim divanəliyimdədir, yuxularımda, qələmin ucunda, xəstəliyimdə, onun bicliyində, gözlərində, dediklərində, yalanlarında”¦" Həmin bu məktubu Diyeqo öz ölümünə bir neçə gün qalmış aldı.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]