Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Sevgi yumağı

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
22/4/2015 [22:39]
Baxılıb :
766 dəfə

«Qoy bizim Yer adlı kosmik gəmimizin günləri yalnız sülh və sevinc içində olsun. Axı onun soyuq kosmosda dolaşaraq üstündə xəfif, həyat adlı yük gəzdirmək kimi ağır bir işi də var». 
BMT-nin baş katibi U.Tan. 1971-ci il, 21 mart

Sağ olsun sosial şəbəkə fəalları. Onların hesabına dünən, aprelin 22-də Yer kürəsiylə bağlı bolluca videolara baxıb ləzzət aldım. Bildiklərimi bir daha təsdiqlədim, bilmədiklərimdən xəbərdar və gözəlliklərdən feyziyab oldum. Paylaşmaların səbəbi Yer kürəsinin “ad günü” ilə əlaqədar idi. Sən demə hər il, aprelin 22-də mas-mavi planetimizə gün keçirirlər. 

Bizim başımız iqtisadi təlatümlərə qarışdığı bir zamanda Vikipediyanın şəbəkəsində bu mövzu hələ də müzakirədən düşməyibmiş. Ordan xəbərdarlıq gəldi ki, Yer kürəsi mövzusunda müzakirələr hələ mart ayının 24-dən bəri dayanmadan gedir. O səbəbdən də indi oxuduğunuz məlumat bir qədər köhnəlmiş ola bilər. Gör bir, dünya bir aydı nələrdən danışır?..

Günün simvolu yaşıl rəngdə yunan hərfi Teta İ  seçilib. Məqsəd isə bəşəriyyətin diqqətini Yer adlı planetin nə qədər zərif və kövrək olduğuna diqqəti çəkmək və yaşayış yerimizə qarşı həssas olmağa çağırmaqdı. 1971-ci ildə təsis edilib, 90-cı ildən beynəlxalq aksiyaya çevrilib. Yer kürəsi günü vətəndaş təşəbbüsüdür və müxtəlif qrup və təşkilatlar üçün açıq tədbirdir. Q. Nelson demiş «Yer kürəsi günü özü özünü təşkil elədi». 

Əsl evimiz necədir, heç bilirikmi? Deyilənə görə Yer kürəsinin 4,5 milyard yaşı var. Ekvator boyu gəzişmək istəsək, 40010 kilometr ayaq döyməli olarıq. Planetin səthindən nüvəsinin mərkəzinə kimi məsafə 6378 kilometrdir. Üstündə dayandığımız torpaq qatının qalınlığı isə cəmi 70 kilometrdir. Daxilində planet yarı maye və maye şəklində maddələrin qaynağından ibarətdir. Planetin ən isti nöqtələrində orta temperatur 57, 8 dərəcəyə, ən soyuq yerlərdə isə mənfi 89 dərəcəyə çatır. Planet minerallarla zəngindir - deyəndə biz təsəvvür etmirik ki, hər il 50-100 adda yeni minerallar kəşf edilib, 4 mindən artıq olan siyahıya qatılır. Bircəcik planetimizin gözünün ağı-qarası bircəcik peyki var ki, hər axşam günəşi yola salıb göy qübbəsində onun yerini tutur. Bilir ki, gecə serenadaları mütləq Ay işığında oxunmalıdır. 

Dünya dövlətləri elə bil bu günü gözləyir ki, dəyirmi masa arxasına yığışıb ekoloji problemlərdən danışsın. Kimsə sərgi düzəldir, kimsə avtomobil yollarında hərəkəti saxlayır, kimsə həyət bacasını süpürüb yığışdırır, alpinistlər «Everest» dağına dırmaşır. Bizim tərəflərə yaz bir qədər tez, martın 22-də gəldiyindən təmizlik işlərini artıq aparmışıq deyə məsələnin intellektual tərəfinə diqqət yetirməyə imkanımız olar. Hazırda bu bayramın hər şeyi, simvolu, bayrağı, loqosu-filanı çoxdandı ki, var. Bir çox ölkələrdə bu günü Sülh Zəngləri çalıb planetin sakinlərini qəflət yuxusundan oyatmaq adəti də var. Planetin sağlamlığı naminə, xalqların qardaşlığı və yanaşı sülh şəraitində yaşaması naminə, Yer üzündə həyatı saxlamaq naminə. Ola bilər insan nə vaxtsa korladığı, dağıdıb tökdüyü, çirkləndirdiyi ekosistemin bir parçası olduğunu anlayacaq. 

Bu mövzuda alimləri danışdırsan onlar planetin unikallığını qalaktik sistemdə yeri, ölçüsü, maqnit sahəsinin həcmi və fırlanma sürətinin üstündə həyat yaşatmaq üçün uyğunlaşmasında görəcək. Amma planetin unikallağı burdakı həyat formalarının müxtəlifliyində və insan adlı sevgi maşınının mövcudluğundadır. Sevgi bu planeti sivil edə biləcək yeganə duyğudur. Sevgi insanı yırtıcıdan ayıra biləcək unikal enerji yumağıdır. Ola bilər yalnız Yer adlı balaca bir kürədə sevginin nə olduğunu daha yaxşı bilirlər. Sevgi hər yerdədir, günəşin şüalarında da, heyvanların nəvazişində də, mərhəmətdə də, sevgililərin ehtirasında da, ağrıda-acıda da. Sevgini xoşbəxt ailə fotolarında da görmək olar, yas mərasimində mərhuma deyilən ağıda da.  Bu duyğu yataq xəstəsinin altını yığışdıran adamın yorğunluğunda, körpəsini ilk dəfə bağrına basan əsgərin göz yaşında, dənizdə şellənən uşaqların qışqırığında, dəmir barmaqlıq arasından bir-birini sığallayan adamların vəfasında   hind filmlərindəki güllü-çiçəkli sevgidən də artıq olur. Bu planetdə vaxtından qabaq doğulan çağaları qucaqlamaq və sevməklə həyata qaytarırlar, adını isə sevgi yox, neonatal terapiya qoyurlar. Burda acından ölməkdə olan adamlar sevgidən ən sonunda əl çəkirlər. Bu planetdə hər şeyini itirmiş adamlar hətta yad uşağı, eləcə də it-pişik balasını özününkü qədər sevə bilir. Bu planetin təkrarsızlığı onun şüurlu sakinlərinin sevgi adlı duyğunu yaşaya bilməsindədir. Yerdə qalanı həm planetar, həm də kosmik miqyasda əhəmiyyətsiz detallardır”¦

Bu planeti Allah sevgi ilə,  sevməyi öyrənmək üçün yaratdı.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]