Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Haqqımız çatır

Bölmə :
Köşə
Yazar :
Cəlal Yaquboğlu
Yayım tarixi :
22/4/2015 [22:34]
Baxılıb :
595 dəfə
Bəşəriyyətin faşizmdən xilasında misilsiz şücaətlər göstərmiş bir xalq bu gün düşmən tapdağında olan torpaqlarının ildönümlərini sayır...

Bu il mayın 9-da Moskvada faşızm üzərində tarixi qələbənin   70 illiyi təntənə ilə qeyd olunacaq. Bu  təntənələrə Azərbaycandan da gedənlər olacaq. Hər işimizdə olduğu kimi, bu məsələdə də  fikirlərimiz haçalanır, yekdil rəyə gələ bilmirik. Biriləri o müharibənin və qələbənin bizlərə "dəxli olmadığını", o biriləri isə əksinə, hamıdan artıq məhz bizim xalqımızın bu bayrama haqqı olduğunu söyləməkdədir. Fəqət,   bu yazının məqsədi   kimin haqlı, kimin haqsız olduğunu  araşdırmaq yox, QARABAÄž boyda dərdimizin az qala 25 ildən bəri qan verən yaralarının dözülməz ağrı-acısını bir daha yaşamaq, yada salmaq, xatırlatmaqdır. Çünki biz həm də "unutqan" xalqıq axı... Nə isə, gələk 70 il əvvəlki mətləb üstə. Necə deyərlər, nə şərhə, nə izaha yol vermədən yalnız faktlara müraciət edək, əbəs yerə deməyiblər ki, "faktlar inadkar şeydir".

Özünüz deyin, bir milyona yaxın  soydaşımızın  döyüş  cəbhələrində iştirak etdiyi, kiçik bir respublikadan 139 nəfərin, bəzilərinin hətta ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyü, 200  min nəfərə yaxın  soydaşımızın  xalq qoşunu dəstələrinə qatıldığı, ərazisində 87 qırıcı batalyonun, 1124 özünümüdafiə dəstəsinin, 15 min nəfərlik hava hücumundan müdafiə  qüvvələrinin təşkil edildiyi, müharibənin taleyini həll edən əfsanəvi "Katyuşa" mərmilərinin məhz Azərbaycanda  gizli şəraitdə istehsal edildiyi, o zamankı SSRİ-də çıxarılan bütün neftin 75 faizinin məhz  Bakının payına düşdüyü, yüzlərlə təhsil ocağının - məktəblərin, mədəniyyət obyektlərinin hərbi hospitallara çevrildiyi, incəsənət xadimlərinin cəbhələrdə döyüşən əsgərlərin qarşısında 10 min dəfədən artıq konsertlər verdiyi  bir ölkənin 70  illiyi qeyd olunan bir qələbəyə  doğrudanmı heç bir dəxli yoxdur? !

Bəşəriyyətə milyonlarla  insan həyatı, puç olmuş talelər, gömülmüş arzular, saysız- hesabsız cismani və mənəvi məhrumiyyətlər  bahasına başa gəlmiş Böyük Qələbədə Azərbaycan xalqının da payı olduğunu düşünərkən  bizlər xəcalətmi çəkməli, yoxsa qürurlanmalıyıq? 

Həyatını yad ellərdə, yad torpaqlarda böyük bir amal uğrunda qurban vermiş babalarımızı, atalarımızı bu gün  bunun üçün qınamalı, yoxsa onların şücaəti, cəsarəti, qeyrəti, qəhrəmanlığı qarşısında baş əyməliyik?.. 

Düşündürücü suallardır, deyilmi?

Danılmaz bir faktdir ki, müstəqilliyimizi bərpa etdiyimiz çağa qədər Azərbaycanın bütün bölgələrində, ən ucqar kənd və qəsəbələrində belə "Naməlum əsgər" abidələri ucalırdı. Bu abidələr yetişməkdə olan gənc nəslin təkcə vətənpərvərlik tərbiyəsində deyil, həm də bir əsgər, bir vətəndaş, bir kişi kimi böyüməsində misilsiz əhəmiyyət daşıyırdı. Küçədə bir əsgər görəndə kiçikdən böyüyə  hamının üzü gülürdü. Əsgər adı gələndə cavanların qanı qaynayırdı, Bəli, bir vaxtlar, bu gün kölgəsini də qılıncladığımız sovetlər ölkəsində, həm də təkcə iri şəhərlərdə deyil, ən ucqar kəndlərdə belə hərbi vətənpərvərlik muzeyləri var idi. Bu muzeylərdə BVM-də iştirak etmiş yerli müharibə veteranlarının şəxsi əşyaları, onların döyüş və həyat yolunu əks etdirən maraqlı  məlumatlar nümayiş etdirilirdi. Məgər əsl vətənpərvərlik elə bu deyildimi?

Təəssüflər olsun ki, son 25-il ölkəmizdə nəinki paytaxtda, heç bölgələrdə də itkin düşmüş, erməni əsirliyindən qayıtmamış, məhv edilmiş bircə dənə belə NAMƏLUM AZƏRBAYCAN ƏSGƏRİ abidəsinə rast gəlmək mümkün deyildir. Halbuki, nə qədər paradoksal görünsə də, bu gün ölkədə o zamandakından daha çox heykəllər yapılır. Daha çox muzeylər tikilir.

Nə yazıqlar ki, Qarabağ müharibəsində qəhrəmanlıq göstərən vətən övladlarımızın şücaəti 1941-1945-ci illərdə  Azərbaycanın oğul və qızlarının göstərdiyi qəhrəmanlıqlardan geri qalmır. Bəs bu gün bizi 70 il bundan əvvəllə müqayisədə geri salan nədir?

İllərdən bəri deyə-deyə çürüyünü çıxatdığımız - mənəviyyatsızlıq "virusu", biganəlik "epidemiyası", harınlıq "mərəzi", habelə özbaşınalıq, dərəbəylik, manqurtluq və sair. Bəlkə  bu günə düşməyimizin əsl səbəblərindən biri  də elə  həmin "Naməlum əsgər" abidələrini dağıdıb yerində şadlıq sarayları, restoranlar, gecə barları, malikanələr, villalar tikməyimizdir?

Bəlkə  bu günə  düşməyimizin əsl səbəblərindən biri də  qapısını heç kəsin açmadığı "muzeylər", dünənimizə olan naxələf münasibətimiz, HAQQA VƏ ƏDALƏTƏ asi olmağımızdır?

Bəlkə bu günə düşməyimizin səbəbi tarixin hər ləhzəsində özümüzdən əvvəlki sələflərimizə, qəhrəmanlarımıza, ağsaqqal və ağbirçəklərimizə arxa çevirməyimiz, bəyənməməyimiz, qara yaxmağımız, xudpəsəndliyimiz, özümüzü onlardan "ağıllı" hesab etməyimizdir? 

Bəlkə bu günə düşməyimizin səbəbi dünən müqəddəs hesab edib  baş əydiyimiz  nəsnələrə  bu gün namərdcəsinə tüpürərək özümüzün özümüzü inkar etməyimizdir?

P.S. Tarixlər boyu amansız savaşlarda, Haqq  və ədalət uğrunda gedən döyüşlərdə misilsiz  şücaətlər göstərmiş  bir xalq olduğumuzu yada salaq...Hər  il təqvimin məlum ay və günlərində düşmən tapdağında olan torpaqların ildönümlərini saya-saya ömrümüzü  hədərə verməyək! 
Dünyanın harasında QƏLƏBƏ BAYRAMI keçirilirsə bizim orda iştirak etməyə haqqımız çatır!   

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]