Ukraynanın Şostka şəhərindəki Lazarevka mikrorayonunun sakinləri qorxu içindədirlər, çünki hər yeri minlərlə soxulcan "işğal" edib. Milli.Az "Shostka"ya istinadən bildirir ki, yerli sakin Qalina Qalanjinanın dediyinə görə, soxulcanlar hər yerdədir: "Onlar evlərə daraşıblar, hətta yorğan-döşəyin içinə də giriblər. Heç vaxt belə hadisə olmamışdı. Çox qorxuruq! Təsəvvür edin ki, yatırsan, sənin də yanında soxulcanlar qıvrılır".