Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Sənsiz

Bölmə :
Köşə
Yazar :
Rafiq Əliyev
Təqdimat :
Texnika elmlər doktoru
Yayım tarixi :
20/4/2015 [11:17]
Baxılıb :
668 dəfə

Unudulmaz ömür-gün yoldaşım Aidə Əliyevanın əziz xatirəsinə 5-ci məktub.

Göz yaşında çimən dünya,
Üzün-gözün təmizdimi?
Qalanların yaddaşında
Gedənlərin əzizdimi?
            Ramiz Rövşən

Əzizim Aidə,
Sənsizliyimin 4 ili tamamdır. 4 əsrə bərabər bu 4 ildə necə dözdüm, necə yaşadım bir Allah bilir. Bir onu bilirəm ki, bu 4 ildə bir dəqiqə belə olsun sənsiz olmadım. Gecə də, gündüz də dünyanın harasında olursa olum hər bir an sənin ruhunla birgə oldum. Gücüm ayrı nəyə çatır ki, bir ona çatır ki, məzarın üstündəki qızıl gülləri solmağa qoymuram. Bir də sənin güllər içində ən çox sevdiyin yasəmən olduğundan məzarın ətrafında 4 yasəmən ağacı əkdim. 

Sənsiz... sevimli nəvən Nihadın izdivac mərasimi oldu. Necə yerin görünürdü. Özün olmasan da, ruhunun o sarayda pərvaz etməsi aydınca görünürdü. Bütün mərasim boyu sən anılırdın. Sağ olsunlar, qızın Kəmalə və Şamil, gözəl, çox təsirli bir film ərsəyə gətirmişdilər və mərasim də o filmlə başladı. Mənə yüz Oskarlı filmdən də çox təsir edən bu filmdə sən və səninlə keçirdiyimiz günlər, aylar, illər də təsvir olunmuşdu. O filmə baxandan sonra ruhunun qanadlarında hara getdiyimi, dünyanın harasında olduğumu belə təsəvvür edə bilmirdim. Axı niyə sənsiz idim. Axı bu günü sən çox arzulamışdın.

Məni özümə qaytaran əziz qardaşım, böyük şairimiz Ramiz Rövşənin təbrik söyləyərkən, Aidə xanımın ruhu şad olsun və indi bu ruha ithaf olaraq gözəl sənətkarımız Nadir Hüseynovun Cəfər Cabbarlının "Ana" şeirini söyləyəcək deməsi oldu.

El ağsaqqalı, böyük ziyalı, əziz dostumuz Sadiq Murtuzayev sənə yazdığım 4 məktubdan danışaraq bu məktubların hər il onu kövrəltdiyini, göynətdiyini dedi və söylədi ki, "ailə xoşbəxtliyi, sədaqət nədir?" sualına cavabı bu məktublarda tapıram. Dediyi, "Aidə xanımın ruhu qarşısında baş əyirəm" sözləri yenə də məni öz məhvərimdən çıxardı. Sevimli sənətkarımız, sənin də, mənim də böyük rəğbət bəslədiyimiz Nəzakət Teymurovanın "Qal sənə qurban"ı və  "Qarabağ şikəstəsi" isə məni heç özümə dönməyə imkan vermədi. Heç bilmirəm bütün bu mərasim boyu mən özümə gələ bildimmi. Yox, sənsiz yox...

Sonradan mərasimin lent yazısına baxarkən gördüm ki, bu şad gündə, bu qədər dostlar, əqrabalar arasında üzümdə-gözümdə nə boyda hüzn var. Sənsizlikdən.

Sənsiz... Bu il Almaniyada Zigen Universitetinə getdim. Həmişəki kirayələdiyimiz evdə qala bilmədim. Axı o evin hər bucağına, divarına, həyətindəki hər ağacına sənin ruhun hopub. Ora yaxın başqa bir yerdə qaldım. Universitetin həyətindəki zoğal ağacı. Həmin ağac, budağından tutan isə sən yox, ruhun idi. Bir gün axşam üstü bir qədər hava almaq üçün Wiedenauya düşdüm. Gözümə sənin çox xoşladığın "Asiya" mağazası sataşdı. Sənli günlərimi xəyalən bir də yaşamaq üçün qeyri-iradi içəri girdim. Qarşıma yürüyən koreyalı satıcı dərhal almanca soruşdu: bəs Aida xanım haradadır? Susdum. Bir də israrla sualını təkrar etdi. Nə deyəcəyimi bilmədən ordan uzaqlaşdım. 

Almaniyada olan ailəvi dostlarımız bir gün olsun belə məni tək buraxmadılar. Hər görüşümüzdə də sənli günlərimizi anırdıq. Mən Almaniyadan Bakıya qayıdanda yaxın dostumuz Eberhard və həyat yoldaşı Ulrike mənə bir hədiyyə verdilər və xahiş etdilər ki, diqqət yetirim, sındırmayım. Nədir demədilər. Bakıda evdə açıb baxanda qeyri-iradi beynimdən və ürəyimdən bir hiss keçdi - bundan da böyük hədiyyə olarmı. Nə vaxtsa onların çəkdiyi və indi böyütdürüb çərçivəyə saldığı foto: biz qoşa, əlim çiynində, üzümüzdə xoşbəxt təbəssüm. İndi o təbəssüm də yox, o xoşbəxtlikdən əsər-əlamət də. Lakin əlim çiynindədir, ruhunun qanadlarında. Sənə qovuşanda da həmişə əlim çiynində olacaq (axı sağlığında sən belə arzulamışdın). O portret indi evimizin salonunda mərkəzi yerdə asılmışdır, hər gün əlim çiynində olan Aidəmi görürəm. Onu da deyim ki, hədiyyə - portret bağışlayan dostlarımız mənə məktublarında yazdılar ki, o şəkil onların da salonlarında asılmışdır. 
Sənsiz... ötən ildə mənə elm sahəsində 2 beynəlxalq ödül verildi. Biri "Ömürlük nailiyyət" ödülüdür. Bunu elm, incəsənət sahəsində əbədi uğur qazanmış insanlara verirlər. Elvis Bresley, The Beetles, L.Zadə bu mükafata layiq görülüblər. Təqdimat Fransada Parisdə oldu. Mərasimdə hər an gözüm səni axtarırdı. Axı hamıdan çox sən sevinərdin, mənimlə birlikdə. Bircə ruhunun gözündəki sevinci hiss edirdim. Bir ay bundan öncə mənə yeni bir ödül verdilər, Amerikadan, beynəlxalq ödül - "Elmdə seçilmişlər" ödülü. Təqdimat İspaniyada olacaq. Yenə də sənsiz...

Əzizim Aidə, sənli günlərimin bir anını belə yüz  belə ödülə dəyişərəmmi? Əsla. Nə etməli, qismət beləymiş. 
Deyəsən çox uzatdım. Amma neyləmək olar, axı ürəyim doludur. Bir də ki, əzizim, axı bizlərdən nigaransan, məktub gözləyirsən, həm də asudəsən, vaxtın da çox, həm də yəqin yaman darıxırsan. 
Sənsiz... Mən də yaman darıxıram. Qardaşım Ramiz Rövşənin poeziya dili ilə desəm 

Bu nə təhər darıxmaqdı,
Axı, belə kim darıxır?
Cibimdə əlim darıxır,
Ağzımda dilim darıxır.

Darıxır qabım-qaşığım,
Darıxır yorğan-döşəyim,
Evdə qalsam, ev-eşiyim,
Yol getsəm, yolum darıxır.

Hara atım bu kədəri?
Yox hesabı, yox qədəri,
Görünür məndən ötəri
Hardasa ölüm darıxır...

Sən də darıxırsanmı əzizim Aidə. Darıxma, görüşənədək.
Sənin Rafiqin.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]