Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Küçələrə su səpməmişəm

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
16/4/2015 [11:55]
Baxılıb :
701 dəfə
“Barmaqlar üçün ən yaxşı məşğələ pul saymaqdı
Oynaqlardakı ağrıları aradan götürür, təzyiqi normallaşdırır, diş və baş ağrılarını tam yığışdırır, iştahanı, görmə qabiliyyətini, qarderobu, görkəmi və ev şəraitini yaxşılaşdırır”

Nənələr sözü

Şakəri zırıldayıb şikayət etmək olan adamların əksəriyyəti monoloquna “Əgər”¦” sözü ilə başlar. “Əgər belə olmasaydı, əgər filan cür, beşman cür alınsaydı, əgər duyuq düşə bilsəydim ”¦ belə olmazdı” və s. lazımsız söz yığını. Bunu deyənlərin çoxu, məyuscasına bu monoloqu dinləyənlərin hamısı da bilir ki, əgər belə olmasaydı və başqa cür alınsaydı da, sonunda çıxarılan nəticələr eyni olacaqdı. Çünki kimsə deyinməyi sevir, kimsə zarımağı yaşamaqdan çox istəyir, kimsə sadəcə ətrafındakıların “qanını içir”. 

Həyat problemlərdən toxunub, səhv eləməmək mümkünsüzdü. Amma bəzi məsləhətlərə qulaq verib daha keyfiyyətli həyat sürmək olar. Əvvəla başqaları üçün hazırladığın maskanı açıb tulla. “Mən maska gəzdirmirəm” deyənlərin nəzərinə: əgər ətrafındakıların fikrinə mənfi, yaxud müsbət reaksiya verirsənsə, sənin mütləq belə bir maskan olmalıdı. Başqasının qınağından hələ ki, ölən olmayıb. Qoy danışsınlar! Sən kamil olub dünyaya fokus göstərə bilməzsən. Biz səhv eləmək və bundan nəticə çıxarmaqçün doğulmuşuq. 

Heç kimə sənin arzularını quraşdırmağa imkan vermə. Kimliyini dərk edib səni xoşbəxt edə biləcək məqamları tapmaq yaşamın ən çətin məsələlərindəndir. Səninlə razılaşmayanlar çoxdu? Olsun. Bil ki, istədiyinə çatanda özünü Yaradandan tutmuş qarışqaya və hətta bakteriyaya qarşı heyranlıq içində görsən, deməli, düz yoldasan. Özün üçün elədiklərinin hamısı səninlə birgə öləcək. Adını daşlara yox, ürəklərə yazdır, qoy xatırlamağa bir şey olsun. Böyüməyə, artmağa və dəyişməyə adama bəhanə gərək deyil. 

Cığırları yolunu tapanların addımları açır. Dalınca adam apara bilsən yolunuz böyüyər, itib batmaz. Yeriməkdən qalxan tox dumanı beyinlərdə yatırışıb qalmış cəhalət tozundan min dəfə yaxşıdı. Əlbəttə, səni yolundan itələyib çıxaracaqlar, özü də vaxtaşırı. Bunu sənin yanında yeri olan birisi eləyəcək, özün buraxmısan yaxına. Gözündən axan yaşlar sadəcə lazımsız çirk və tozu yuyub aparmaq üçündü. Həmişə təmizlikdə!..

Bir gün oyanacaqsan - bu, mütləq baş verir, tez, ya gec - arzuladıqlarını yanında görməyəcəksən. Vaxtın sivişib necə aradan çıxdığını heç hiss eləmədin də. Yaş olmadan suya girib çimmək olmur, soyunmadan günəş vannası alıb qaralmaq. Milyonlarla bəhanələr, bəraət qazanmaq cəhdləri, səbəblər özünü ortalığa atıb səni təmizə çıxarmaq istəyəcək. Bu, şəffaf bir illüziyadır. Vaxtın da vardı, imkanın da, deyəsən istəyin də”¦

Nə dünyanın sənə, nə də sənin dünyaya ödənməmiş borcun var. Bu dünya sənə lazımdı, sən də dünyaya. Dünyanı böyük olduğu üçün öz miqyasında qəbul etmək çətin olur. Yer üzünün bütün adamlarını 100 nəfər nisbətinə çevirsək daha anlaşıqlı olar. Dünyada cəmi 100 nəfər yaşasaydı onlardan 57-si Asiyadan, 21-i Avropadan, 14-ü Amerikadan, 8-i Afrikadan olardı. 52-si qadın, 48-i kişi, 30-u ağdərili, 70-i isə başqa irqdən olardı. 30 nəfər xristian, 23 müsəlmanla və 47 başqa din sahibləriylə yola getməli olardı. Bu 100 nəfərin 11-i homoseksual olardı. 6 nəfər planetin 59 faiz sərvətinə sahib çıxardısa, 80 nəfəri son dərəcə kasıblıqda yaşayardı. 70-i heç oxumaq bilməzdi, 50-si aclıq çəkərdi. Hər gün biri doğulub birisi ölərdi. Cəmi 1 nəfərin ali təhsili və cəmi 1 nəfərin kompüteri olardı. Bu nisbi anlaşmadan sonra səhəri gün sağlam yuxudan oyanıb səhər yeməyini yeyib kompüterin arxasına keçməyinlə nə qədər uğurlu olduğunu bildirmirmi? Yeməyin və geyiminlə sən Yer əhalisinin 75 faizindən daha varlısan. Sən hər həftə dünyasını dəyişən milyon adamdan biri deyilsənsə, aclıq tanımırsansa, tənhalıqdan, yaxud işgəncədən ölmürsənsə özünü bunları yaşayan 500 milyon adamın yerinə qoy. Dininə və siyasi baxışlarına görə təqibin nə olduğunu bilmirsənsə bunları yaşamış 3 milyon adamın yanında dilin qısadır. 

Adamın bu yerində səsini başına atıb “Axı mən nə yaşadım ki! Heç nəyi çatdırmadım! İstədiklərim necə olsun!?” deyə çığırıb bütün planetin camaatının rahatlığını pozmağı gəlir. Sonra oturub zəngulə vurmağın yeridi: “Uca dağlar başında” maral vurdummu? “Qubanın ağ alması”ndan dişdəm vurub tüpürdüm, qurdlu idi. “Sinəsində bir cüt bar, biri heyva, biri nar” gəzdirən yarı danışdırdımmı? Deyəsən, “çay kənarında bir ev tikmişəm””¦ Aha, “hasarın hörmüşəm, üstün örtmüşəm”. Bu dəqiqdir. “O gələn yara gözüm dikmişəm”. Amma”¦

“Küçələrə su səpmədim, yar qalacaq toz içində”¦”

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]