Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Keyfiyyətli təhsil” anlayışına anlaşılmaz yanaşma

Bölmə :
Köşə
Yazar :
Nadir Israfilov
Təqdimat :
Ekspert
Yayım tarixi :
10/4/2015 [23:54]
Baxılıb :
2094 dəfə
Və ya təhsilin keyfiyyətinin ölçüyə gəlməyən meyarları

Məlumdur ki, dövlətin, cəmiyyətin və təhsil alanların təhsil sisteminə sosial tələbi keyfiyyətli təhsildir. Təhsil sahəsində aparılan bütün islahatların məqsədi məhz onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarət olub. Əbəs yerə deyil ki, pedaqoji ədəbiyyatda təhsilin keyfiyyəti  "cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəsizliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya" kimi xarakterizə olunur. Bu mənada təhsilin keyfiyyətinə nəzarəti həyata keçirmək məqsədilə Təhsil Nazirliyində "Monitorinq və qiymətləndirmə" şöbəsi yaradılmış, bir müddət sonra "Təhsilin statistikası və keyfiyyəti" şöbəsilə əvəzlənmiş, hətta "Təhsil haqqında" Qanuna "Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi" baradə ayrıca maddə salınmışdır.

Hələ müstəqilliyimizin ilk illərində qəbul olunan təhsil sahəsində ilk "İslahat Proqramı"na islahatın əsas məqsədlərindən biri kimi "bütün qurumların fəaliyyətini təhsil alanların mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması" barədə müddəa daxil ediləndə, bir çoxlarında təhsilimizin gələcəyinə tam güvən olmasa da, müəyyən bir təsəlli hissi yaranmışdı. Bir-birinin ardınca irəli sürülən "pedaqoji təfəkkürün formalaşdırılması", "funksional rejimdən innovasiya prosesinə keçilməsi", "təhsil sistemində müasir yanaşmaların təşəkkülü", hətta "təhsilin istehsal sahəsi deyil, xidmət kimi qəbul edilməsi" və s.bu kimi cəlbedici və ümidverici ideyalar, vəd edilən müxtəlif zəmin və dəyərlər, prinsip və metodlar belə gəlişi xoş sözlər olmaqla, təhsilin formaca "milli", məzmunca "sosialist" təəssüratı yaratmaqdan savayı başqa işə yaramadı.
Nəhayət, son olaraq Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası "təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyini" önə çəkib. Bu məqsədlə təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəflər əhatə edilib. 

Bir vaxtlar kommunizm cəmiyyəti quruculuğu yollarında "sosializmin tam qələbəsi", sonra "qəti qələbəsi", daha sonra "inkişaf etmiş sosializm cəmiyyətinin yaradılması" və nəhayət "inkişaf etmiş sosializmın təkmilləşdirilməsi və tədricən kommunizmə keçilməsi" mərhələsini yüksələn xətt üzrə "adladığımız" kimi, indi də bir qədər fərqli şəkildə təhsilin keyfiyyətinin yüksəldilməsi mərhələsindən təhsilin keyfiyyətinin yaxşılaşdırılması mərhələsinə enişli keçid edirik. 

Nə dərəcədə uğurlu müqayisə olduğunu deyə bilmərəm, ancaq onu dəqiq bilirəm ki,  "yüksəldilməsi" ilə "yaxşılaşdırılması" anlayışları arasında yüksək olmasa da, hər halda eniş mahiyyətli bir fərq var. 
Daim təhsilin keyfiyyətinin yüksəldilməsindən deyib danışdığımız, "Keyfiyyətin tək ünvanı" başlıqlı elan və reklamların ayaq tutub yeridiyi bir zamanda, birdən "Strategiya"da  "yüksəldilməsi" yox, "keyfiyyətin yaxşılaşdırılması" ifadəsinin işlədilməsi görəsən nə ilə əlaqədardır? Belə çıxır ki, ya bu iki nisbətən yaxınlıq əlaqəsi olan anlayışların fərqinə varmamışıq, ya da mövcud durumumuz üçün bunu əlçatmaz hesab edib, reallıqla hesablaşmalı olmuşuq. Hərçənd, hər iki halda diqqət çəkən məqamdır. Deyəsən, çox dərininə getdik, baxmayaraq ki, təhsilimiz əsasən eninə inkişaf edir.
Ümumiyyətlə keyfiyyətli təhsil nə deməkdir? Təhsilin keyfiyyəti nə ilə müəyyən olunur? Təhsilin keyfiyyətini necə idarə etmək olar? Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici nədir və ya hansılardır? Bu göstəriciləri keyfiyyətin qiymətləndirilməsində obyektiv meyar, etibarlı mənbə hesab etmək olarmı? Hansısa bir konkret nəticədən çıxış edərək, bütövlükdə təhsil sisteminin fəaliyyətini qiymətləndirmək mümkündürmü?

Qüvvədə olan təhsil qanunvericiliyinə əsasən təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə uyğun olaraq müəyyən edilir. Qanunda qeyd edilən müvafiq keyfiyyət göstəriciləri sisteminə isə nə az, nə çox-təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza,infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s. daxildir. Rəsmi dövlət sənədində  abstrakt "və s". anlayışı nə deməkdir? Yəqin bu, o deməkdir ki, təhsilin keyfiyyətini müəyyənləşdirmək ücün əbəs yerə cəhd göstərib özünüzü yormayın. 
Razılaşaq ki, istənilən sahədə keyfiyyət anlayışı müəyyən olunmuş standartlara uyğunluğu ifadə edir. Obyektin və ya sistemin halını xarakterizə edən parametrlər standarta nə qədər yaxındırsa, keyfiyyət də bir o qədər yüksək hesab olunur. Onu da nəzərə  alaq ki, təhsilin keyfiyyəti də əldə olunan nəticələrin əvvəlcədən müəyyən olunmuş meyarlara, yəni standartlara nisbəti ilə müəyyənləşdirilir. Təhsil-sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi kimi dəyərləndirildiyindən deməli, keyfiyyətin də məhz nəticələr əsasında qiymətləndirilməsi birmənalıdır. 

Bacarıq və vərdişləri bir kənara qoyub, təkcə orta ümumtəhsil məktəbləri məzunlarının bilik səviyyəsinin müqayisəsi-bir ildə 238 qızıl medalçı olduğu halda, müvafiq olaraq cəmi 7 nəfərin qəbul imtahanlarında 700 bal toplaması medalçılar arasında hətta 140 bal toplayanın olması -qiymətləndirmə mexanizmlərində olan boşluqları üzə çıxarır. Üzgörənliyi nəzərə almasaq belə, ya medalçıların medalla rəğbətləndirilməsində obyektiv meyarlar tətbiq olunmayıb, ya da ki, orta məktəblərdə tətbiq olunan ənənəvi 5 ballıq klassik qiymətləndirmə ilə ali məktəblərdə qiymətləndirməyə 700 ballıq yanaşma arasında müəmmalı fərq var. Hər iki halda qiymətləndirmə prosesinin kobud surətdə pozulması halı keyfiyyətin reallığını əks etdirə bilməz. Sonradan medalçıların sayının kəskin şəkildə azadılması çox güman ki, elə bununla əlaqədardır. Əgər bu halda tətbiq olunan meyarlar özünü doğrultmayıbsa, digər halın qiymətləndirilməsi üçün ümumiyyətlə, heç bir meyar işlənib hazırlanmayıb.

2006-cı ildən etibarən ölkəmizdə ümumtəhsilin konsepsiyası kimi qəbul edilən milli kurikulum tətbiq olunur. Bu sənədə əsasən ənənəvi təhsil proqramlarının bilikyönümlü olmasından fərqli olaraq, müasir kurikulumlar şəxsiyyətyönümlüdür. Müəllimyönümlülük şagirdyönümlülüklə, fənyönümlülük nəticəyönümlülüklə, təklifyönümlülük tələbyönümlülüklə əvəz olunub və s. Sanki əvvəllər nə təklif olub, nə tələb, nə də nəticə. Məsələ bunda deyil. 

Adətən, ümumtəhsil məktəbinin fəaliyyəti onun məzunlarının təhsil nailiyyətləri ilə, başqa sözlə neçə şagirdin ali məktəbə daxil olması, neçəsinin yüksək bal toplaması, medal qazanması, müxtəlif olimpiada qalibi olması, təqaüdlə rəğbətləndirilməsi, bir sözlə bilik nümayişı ilə  qiymətləndirilərdi.Yəni meyar qismində sadalanan keyfiyyətlər nəzərə alınırdı. İndi də belədir. Baxmayaraq ki, ümumtəhsil məktəbinin vəzifəsi təkcə təhsil alanların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini təmin etmək deyil, eyni zamanda milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını təmin etməkdən ibarətdir. 

Digər xüsusiyyətlərdən  yan keçsək belə, müasir dünyagörüşlü şəxsiyyət formalaşdırmağın, şəxsiyyətyönlü təhsilin nə olduğunu müəyyənləşdirmək və nəticələrimizə qiymət vermək üçün əsasımız olmayacaq, çünki bu xüsusiyyətləri dəyərləndirmək üçün əlimizdə ölçüyə gələ biləcək kriteriyalarmı deyək, meyarlarmı deyək, etalonlarmı deyək, konkret standartlar yoxdur. Buna görə də bu kimi cəhdlərlə təhsilin keyfiyyətini "yüksəltmək" əvəzinə mövcud durumu hərəkətə gətirmək üçün vəziyyətdən çıxış yolunu daha reallığa söykənən vasitələrdə axtarmaq lazımdır.
Sözardı.  Hər bazar ertəsi ANS TV-də yayımlanan "Şəxsiyyət vəsiqəsi" verilişində müzakirə mövzusu olan  şəxsin tərəfdarı və əleyhdarı qismində iştirak edən qonaqlar tanınmış şəxsiyyətlərə münasibət bildirir, studiyadakı qonaqlar isə şəffaf qutuya ağ və qara şarlar atmaqla həmin şəxsin, əgər belə demək mümkündürsə, nə dərəcədə şəxsiyyət olub-olmamasına münasibət bildirirlər. Nəticədə Babək bir qism insanlar üçün "Milli qəhrəman" digərləri üçün "xalq düşməninə" çevrilir. Bizim təhsilin keyfiyyətinə yanaşmamız da bu məntiqdən irəli gəlir. Halbuki, təhsil tok-şou deyil, millətin gələcəyidir.

Bəlkə də türk qardaşlarımız bundan ehtiyatlanıb, səxsiyyət vəsiqəsinə "Kimlik" deyirlər. Ruslarda da "pasport", "qrajdanin", "liçnost" fərqli-fərqli anlayışlardır. Kim təminat verə bilər ki, bu gün şəxsiyyət hesab edib, şəxsiyyət vəsiqəsi təqdim etdiyimiz şəxs sabah caniyə, manyaka, cəmiyyət üçün arzuolunmaz şəxsə çevrilib şəxsiyyət məfhumunu aşağılamayacaq ? Gəlin şəxs və şəxsiyyət anlayışlarının fərqinə varıb, hər şeyi öz adı ilə çağıraq. 

Nadir İsrafilov, təhsil eksperti

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]