Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Oliqarxiyanın biznesi vergidən «azaddır»

Oliqarxiyanın biznesi vergidən «azaddır»
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
1/12/2012 [11:22]
Baxılıb :
dəfə
Neft olmasa, Azərbaycanın dövlət büdcəsi Gürcüstanın büdcəsi həcmdə qalır
Nazim Məmmədov: «Məmur şirkətləri investisiya xərclərində böyük paya sahibdir, amma heç bir vergi ödəmir»

2013-cu il dövlət büdcəsinin gəlirləri 19 milyard 154 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 12,4 faiz çoxdur. Büdcə gəlirlərindən əsas daxilolmalar Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Neft Fondunun üzərinə düşür. 

Vergilər Nazirliyi üzrə 6,4 milyard manat,
Dövlət Gömrük Komitəsi üzrə 1,3 milyard manat,
Dövlət Neft Fondundan transfert isə 11,3 milyard manat təşkil edəcək.

İqtisadi İnkişaf Nazirliyinin 2013-2016-ci illər üzrə hazırladığı makroiqtisadi proqnozlara görə, neftdən asılılıq aşağı düşəcək. Lakin müəyyən paradokslar yaranıb. 4 illik proqnozlara görə, özəl sektorun ÜDM-də payı aşağı düşəcəyi təqdirdə, qeyri-neft sektorunun payı yüksələcək.

Hər il fantastik sayda iş yerləri açılan bir ölkədə belə azalma sual doğurmaya bilmir:

2013-cü ildə 83,1 faiz
2014-də 83,1 faiz
2015-də 82,8 faiz
2016-də 82,7 faiz

Neft sektorunun da ÜDM-də kəskin azalması proqnozlaşdırılır:

2013-cü ildə 38,6 faiz olmaqla 2,9 faiz azalacağı gözlənilir
2014-cü ildə 33,7 faiz manat
2015-ci ildə 31,4 faiz
2016-cı ildə 29,4 faiz
Qeyri-neft sektoruna gəlincə,
2013-cü ildə 61.4 faiz
2014-də 66,3 faiz
2015-də 68,6 faiz
2016-da 70,6 faiz olacağı proqnozlaşdırılır.

Göründüyü kimi, neft və özəl sektorun payı azalacağı təqdirdə, vergi ödəyicilərinin də sayının azalması şübhəsidir. Belə olan halda, hökumət yüksək iqtisadi proqnozlara necə nail olacaq? Bu gün hüquqi və fiziki şəxslərin vergi ödəmələri büdcənin gəlirlər hissəsinin heç yarısını təşkil etmir.  

Azərbaycanla Gürcüstanın vergi ödəmələrini müqayisə edən iqtisadçı ekspert Nazim Məmmədov ilginc faktlar üzə çıxarıb. Onun sözlərinə görə, Gürcüstunın dövlət büdcəsinin gəlirləri 4 milyard 593 milyon dollardır ki, bunun 3 milyard 169 milyon dolları təqribən 93 faizi vergilər hesabına formalaşır: «Azərbaycanın isə qeyri-neft sektorunun vergisi büdcədə 3 milyard 760 milyon manatdır (təqribən 4 milyard 789 milyon dollar). Neft sektorunun payını çıxsaq, o zaman büdcədə vergi daxilolmalarında Gürcüstandan cəmi 10 faiz qabaqdayıq. Vergi ödəyiciləri, əsasən, əhali və şirkətlərdir. Onun strukturuna baxdıqda qeyri-neft sektorunda ödəmələr qonşu ölkə ilə çox da fərqlənmir. 

Azərbayanda 476 mindən yuxarı ümumi vergi ödəyicisi var. Onlardan 74 500-ü hüquqi şəxsdir və onların 15 560-ı Əlavə Dəyər Vergisi ödəyicisidir. Belə çıxır ki, bu qədər hüquqi şəxs olduğu halda, büdcəyə Gürcüstandakı qədər vergi ödənilir. Eyni zamanda 1 milyon 360 min nəfər muzdlu işçi var və onun 700 mini büdcə təşkilatlarında çalışır. Fiziki şəxslər olaraq onlardan yığılan gəlir vergisi 783 milyon manatdır. Ancaq bunu orta aylıq əməkhaqqına vuranda hər bir işçiyə ildə 739 manat vergi ödənişi düşür. 739 manatı 1 milyon 360 minə vurduqda isə 1 milyard manatdan yuxarı vergi yığılmalıdır. Ancaq 2013-cü ilin dövlət büdcəsinin gəlirlər hissəsində 783 milyon manat göstərilir ki, bu da təqribən 250 milyon manata yaxın fərq yaradır». 

Ekspert hesab edir ki, yaranan fərq aşağı maaşlı vətəndaşların çoxluq təşkil etməsidirsə, o zaman orta aylıq əməkhaqqı daha aşağı səviyyədə göstərilməlidir: «Təbii ki, müzdlu işçilər arasında 150-200 manat alanların sayı kifayət qədərdir. Ancaq 2-3 min manat alanlar da var. Amma rəsmi olaraq gələn il üçün orta aylıq əməkhaqqı 440 manat göstərilir. Əgər bu göstəricidən aşağı maaş alanların sayı çoxdursa, o zaman 440 manatı deməsinlər. Bildirsinlər ki, büdcə təşkilatlarında çalışanlar orta aylıq 150-200 manat alır, digər sektorlarda 200-300 manat. Yəni sektorar üzrə orta aylıq gəliri götürsünlər. O zaman daha səhih hesablamaq mümkün olsun. Baxmayaraq ki, vergi dərəcələri standartlara uyğun olsa da, vergi ödəmə mədəniyyəti çox zəifdir.

Dövlətin iri vergi ödəyiciləri var. Onlar büdcənin investisiya xərclərində də böyük paya sahibdir, amma heç bir vergi ödəmirlər. O cümlədən, özəl sektorda iri olan şirkətlər, holdinqlər də vergidən yayınılar. Bunun da bir sıra səbəbləri var. Xırda və orta sahibkarlıq vaxtlı-vaxtında vergi ödəyir və 3 milyard 760 milyon manat da onların hesabına formalaşır. Ancaq yüz milyonluq tenderi udan şirkətin ödənişləri açıqlanmır. Ümumi rəqəmlərdən çıxaranda, bu həddin çox cüzi olduğunu deyə bilərik. Bəzən fəaliyyətlərini zərərlə işləmiş kimi göstərirlər».

N.Məmmədov şirkət və holdinqlərin vergidən yayınma səbəbini onların müxtəlif məmurlara, oliqarxlara bağlılığı ilə əlaqələndirir: «Vergidən yayınmaq metodları mövcuddur ki, onlar bu yollardan istifadə edirlər. Belə şirkətlər həm inzibati, həm də hüquqi resurslardan istifadə etməklə vergidən yayınırlar. Vergilər Nazirliyi mütəmadi olaraq iri vergi ödəyiciləri olan şirkətlərə bağlı mətbuata açıqlama verməlidi. Bəzən 100 milyonluq tenderi udan şirkətin 3-4 nəfər işçisi qeydiyyata alınıb. Bu, ciddi bir problemdir. Bununla tək Vergilər Nazirliyi mübarizə aparmamalıdır. Təbii ki, onların kifayət qədər səlahiyyətləri var ki, tədbirlər həyata keçirə bilsin».

İqtisadçıya görə, bu artım tempi ilə 2016-ci ilə qədər ÜDM-də qeyri-neft sektorunun payının 70 faizə qədər yüksələcəyi mümkün deyil: «Bunun üçün iqtisadi mühit şəffaf, rəqabət mühiti hər kəsə açıq olmalıdır, inhisarçılıq aradan qaldırılmalıdır. Sahibkarlığa real kömək lazımdır. Kommersiya bankları tərəfindən verilən kreditlər ucuzlaşmasa, uzun müddətli resurslar verilməsə, emal-istehsal müəssisələrinə dəstək olunmasa, hökumətin 2016-ci ilə proqnozlaşdırdığı nailiyyəti əldə etmək mümkün olmayacaq».

Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]