Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Mən bu dünyanın bir parçası ola bilmərəm!

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
8/4/2015 [23:58]
Baxılıb :
795 dəfə

Bu, birdən başlamadı. Həqiqət gün kimi üstümə şığımadı, nur ətrafı işıqlandırmadı, gözümü qamaşdırmadı. İçimdəki etiraz nə varlığımı, nə də ətrafımı təlatüm qatıb dalğalandırmadı. Görəcəklərim, duyub bilməli olduqlarım, duyuq düşəcəklərim dəm qazı kimi xımır-xımır sızıb həyatımı keyləşdirdi. Yarı yuxuda olduğum halı daha çox xatırlayıram.

Bunu bir növ stansiyaları, dayanacaqları, yaşayış məntəqələrini aramla ötüb keçən vaqondan yola baxmağa bənzətmək olar. Çak-çuk, çak-çuk”¦ Düdüüüt”¦ Qatar yolu həyat yoluyla qəşəng uyğunlaşır. Mənzərələr tez-tez dəyişir və sən gördüklərini bəyənməli deyilsən. İşin sadəcə yola baxıb vaxt öldürməkdi. Bəyənəsi olsan yol sənə maraqlı gələcək. Yol kənarı zibilliklər, naqisliklər görürsənsə bu yenə də nə sənin həyatına, nə də çatacağın mənzil başına, naməlum ünvana təsir edəcək. Hamısı dekorasiyadır. Diqqətli olsan stansiyaların adlarını da oxuya bilərsən: "Yox, mən belə deyiləm", "Belə olmamalıdı", "Bu, düzgün deyil", "Qətiyyən mümkünsüz!", "Bu boyda haqsızlıq olarmı!", "Niyə axı?!", "Bunlar hamısı dəli olub bəyəm?!", "Zülm ərşə çatmadı ki?!"”¦ Bu stansiyaların hər birində nə vaxtsa dayanmısan.

Sabahısı gününü bilmədiyin bir dünyada yaşamaq çətindi. Xüsusilə də Allahdan başqa arxalana biləcəyin bir şey yoxsa. Dostlar yavaş-yavaş aradan çıxır. Kimisi səni həyatından silir. Kimisi dalınca danışır. Kimisi unudur və səbəbini xatırlamır artıq. Kimisi də yolüstü "görüşərik" deyib sənə əlini yelləyir. Bir vaxt "sevdiyim" dediyin adamlar ayağının altını qazıyır. Kimsə "Sən heç kimsən" kimi absurd iddiasını sübut eləyərək üstünlüyünü gözünə soxur, başqa birisi "layiqli deyilsən" mövqeyindən öz alçaqlığını ört-basdır edir. Sevdiklərin demək olar həmişə daha uğurlu variant axtarmağa yollanır və yanında həmişə sevmədiklərin qalır. Qayğını da onlar çəkir. 
Ətrafındakılar əbədi meyarları qiymətsiz emosiyalarla dəyişik salır. Başqalarının həyatı olduğundan sən bütün bunları görürsən və sanki vaqonun bağlı pəncərəsi arxasında  "düz deyil!" çığırmaq və onları səhv addımdan saxlamaq istəyirsən. Kimsə səni eşitmir. Amma onlar da sənin buna bənzər addımlarını görür və əlacsızlıq, narahatlıq dolu baxışlarla səni xəbərdar etmək istəyirlər. Qapalı vaqonların yolları kəsişsə də, son ünvana nəzərən heç kim bilet almadığı yola düşə bilməz. 
Kim deyir ki, azadlıq yoxdu?! Biz o qədər azadıq ki, özümüzü nihilizm, etinasızlıq, skeptizm boyunduruğuna salırıq. Özü də pulla alınmayacaq bir şeylərə münasibətlə xüsusi qəddarlıq göstəririk. Əşyalar bizimçünmüş, yoxsa biz əşyalarçün? Ayırmaq çətindi. Hardasa sonuncu stansiyalara yaxınlaşdıqca hamı nələrisə anlamağa başlayacaq, amma yenə də öz həyatının nümunəsindən yox, qapalı şüşə arxasından müşahidə etdiklərinin nəticəsində. Vaqon hələlik dayanmışsa niyə də düşünməyək?

Müvəqqəti dayanacaqda məsələn, "Bütün sevdiklərini burax getsin" adlı stansiyada perronda dayanıb düşünürsənsə, beyninə gələn ilk fikir bu olacaq: "Mən bu dünyanın bir parçası olmaq istəmirəm!". Mən kişi və qadın arasında fərqin silindiyi bir həyatın orta cinsin nümayəndəsi ola bilmərəm. Mən qadınamsa kişi himayəsini, qayğısını, nəvazişini yaşamalıyam ki, uşaqlarımın başını sığallamağa mənəvi qüvvəm olsun. Mən kişiyəmsə qadını sellülitini əritmədən, dodaqlarına silikon doldurmadan da sevə bilərəm. Mən at kimi çapıb, it kimi hürüb, ilan kimi sürünüb, büqələmun kimi rəngdən rəngə düşüb sonunda insan ola bilmərəm. Mənim bu dünyadan imtina eləməyim gəlir. 

Qadınların doğmaq istəmədiyi, kişilərin evliliyi ağır cəza saydığı bir dünyada mənim nə işim var axı! Əxlaq, şərəf dedikdə dodağı qaçan adamlarla nədən danışacam? "Papasının gül balaları" qiymətini heç ağlıma gətirə bilmədiyim maşınlarda gəzib mənə göz süzdürəcəksə onların qəlbinə müraciət etməyə dəyərmi? Bir qədər hökm sahibi olanlar mənə əhəmiyyətsiz adam olduğumu durmadan sübuta yetirirsə, mən niyə başımı götürüb getməyim ki? Hətta süpürgəçi qadın da ayağımın altını süpürürkən vəziyyətdən istifadə edib üstümə çımxırır. 

Əlində Allahın şərəfinə araq badəsi qaldıranlar mənə namaz və zəkatın necə də vacib olduğunu sübuta yetirir. Qısqanclıq ayıbdı, təvazökarlıq çatışmazlıq, əskiklik. Mənə əxlaqsız təklif edib istədiyini ala bilməyən birisi sonunda "Sən əxlaqsızsan!" deyir. Gənclər primitiv musiqidən dingildəyir deyən colma-cocuq qızlar onları sevib bəyənir. Klassik ariyanı eşitdikdə pıqqıldayıb gülürlər. Rənglərin dilini də unudublar, simvolların dediyini də. 

Kədərlidir”¦ Öyrəşdiyin yolun davamını getmək də qorxudur, yeni yol axtarmaq da. Axına qoşulmaq da, hamının əlini buraxıb təklikdə yola düzəlmək də məhvə aparır. Deməli sırf sənin özünçün cızılmış yolu axtarmağın tam zamanıdır. Hərənin öz yolu olmalıdı. Yolunu tapandan sonra dar cığırda qarşına çıxan hər quldura gülümsəyib yol verəcək qədər güclü olursan.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]