Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Depressiya - 21-ci əsrin xərçəngi, yoxsa genetik zədə?

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
3/4/2015 [22:49]
Baxılıb :
2246 dəfə

Onun adı qəribə səslənir. Səslənməyindən əcnəbi olduğu dərhal bilinir. O, bizim həyatımıza kənardan gəlmədir. Coco Cola, Biq Mak, mobil telefon, geni dəyişdirilmiş məhsullar, yeməyə kimyəvi əlavələr kimi həyatımıza soxulub və asanlıqla ordan çıxmaq fikrində deyil. Futuroloqlar depressiyanı 21-ci əsrin xərçəngi adlandırır, həkimlərsə genetik zədə.
 
Depressiya əsri başlandı!

Depressiyaya yoluxmuşları zəif iradəli insanlar sayırlar. Statistika isə deyir ki, 2020-ci ildə bu xəstəlik iş qabiliyyətini azaldan bəla kimi birinci yerə çıxacaq və ürək-damar xəstəliklərindən ölənlərin sayını da üstələyəcək. Pessimistlərsə deyir ki, yaxın gələcəkdə antidepressantlar apteklərdə reseptsiz satılacaq və hər kəs üçün gündəlik yeməyə əlavə məhsulu kimi istifadə ediləcək. Bu baş versə əminliklə deyə bilərik: Depressiya əsri başlandı!

"Bu nədisə məni içəridən pas kimi yeyib dağıdır. Artıq altı aydır ki, mənim gələcəyim, keçmişim və bu günüm əlacsızlıq zəhərinə hopub. İstedadsız, qabiliyyətsiz, uğursuz və lazımsız adam olmağım barədə fikirlər mənim xirtdəyimdən əl çəkməyəcək". Hər kəs nə vaxtsa buna bənzər fikirləri beynindən keçirib. Kimsə bu durumdan çıxa bilir, kimsə həyatının dolanbaclarından çıxa bilməməyini xasiyyətinin zəifliyi ilə bağlayır. Əslində depressiya xəstəlikdir. O, nə zəiflərə, nə də güclülərə aman vermir. Hərənin bir zəif nöqtəsi var. "Zəhərli" fikirlər ona dəydikdə kimini bir neçə günlük, kimini bir neçə həftəlik sıradan çıxarır. Kimisi isə aylarla xəstəxanada özünə gələ bilmir. 
Alimlər deyir ki, dünyada depressiyadan əziyyət çəkənlər qripə yoluxanlar qədərdir. Yəni hər 4 nəfərdən biri bunun nə olduğunu bilir. Hər kəs həyatında heç olmasa 1-2 dəfə depressiv duruma düşüb ki, kənardan dəstək olmadan bu haldan çıxmaq mümkün olmur. Belə hallarda heç kim həkimə getməyə tələsmir. "Dostlar sağ olsun" deyib ardını yaşamağa cəhd edir. Hazırda 120 milyon adam mütəmadi olaraq depressiya içində yaşayır. İnkişaf etmiş ölkələr depressiyanın tədqiqatı və müalicəsinə hər il milyardlarla pul ayırır. Bizdə isə bu halın xəstəlik sayılması qəbul edilməyib. Dilimizdə depressiyanı ifadə edəcək bir söz var: niyabətlik.

Seksual əlil

Depressiya əlbəttə ki, psixi pozuntudur, amma o, bədəndəki orqanların ağrıları şəklində özünü göstərir. Təcrübəli həkimlər depressiyada olan adamın kardioqramına əsasən xəstəliyi ayırd edə bilirlər. Depressiyalar psixogen və endogen olur. Xəstəlik pis və ya yaxşı olsun, həyat hadisələrinə reaksiya kimi baş qaldırıbsa psixogen depressiya ilə rastlaşmış oluruq. Həyatımızdakı gözlənilməz bir əhvalatın baş verməsi (toy ərəfəsində həyəcanlar, yaxın adamın vəfatı, işin itirilməsi) ilə psixikanın duyduğu emosiyalar bədənə zəhər kimi təsir edir və onun bioelektrik fonunu dəyişdirir. Əlacsızlığını hiss edən kimi psixika sağ qalma instinktini işə salaraq fəaliyyətini yavaşıdır. Səbəbsiz kədər, inildəyən qüssə, ürəyindən sanki daş asılıbmış kimi ağrılar, "nəsə olacaq" deyib pıçıldayan gələcəyə görə narahatlıq hissi ilə yanaşı daha bir durum da var. İndiyə qədər həzz verən məşğuliyyətlərin daha ləzzət verməməsi. Heç nə sevindirmir, heç nə toxunmur, heç nə fəaliyyətə təhrik eləmir. Duyğular kütləşir. Xəstə dünyaya sanki bir şüşə arxasından baxırmış kimi yaşayır. 
Depressiyanın əlamətləri spektri çox genişdi. Yüngülcə narahatlıq və əhvalın pozuntusundan tutmuş xəstənin üzünü divara çevirib günlərlə yatması halına qədər. Depressiya kefin pozulmasından başlayır. Dərinləşdikcə insanın ən vacib keyfiyyətlərini əhatə edir. Libido, yəni cinsi istək yoxa çıxır. İnsan sevməyi yadırğayır. Depressiyanın təhlükəsi ondadır ki, xəstə özü bunu xəstəlik kimi qavramır və sadəcə "İstəmirəm, həvəsim yoxdu" kimi şərh edir. 

Depressiyalı xəstə  həmişə dünyanın bütün haqsızlıqlarını izah edə bilir

"Zaman keyfiyyətini dəyişib, yapışqan kimi dartınan və zəhlətökən olub. İyrənc hörümçək məni öz torundan buraxmır sanki. Vaxt vardı günəşə, yağışa sevinirdim. İndi sunami gəlsə tüküm də tərpənməz. Elə bil iynə vurub bütün daxili orqanlarımı keyləşdiriblər. Həyatın nə iyi, nə dadı var. Mən özüm də yoxam sanki”¦"

Dünya əhalisinin 2 - 4 faizi endogen depressiyadan əziyyət çəkiir. Endogen depressiya xroniki xəstəlikdir və irsi şəkildə ötürülür. Ən pessimist filosof kimi tanıdığımız Şopenqauer irsi depressiyadan əziyyət çəkirdi. Onun atası özünə qəsd etmişdi. Şopenqauerin həyatı başdan ayağa qədər uğursuzluqlar və məyusluqdan toxunmuşdu sanki. 

Hər insanda təxminən 25 min gen var. Onlardan 7 mini öyrənilib və nəyə cavabdeh olduğu məlumdur. Yerdə qalan genlərin işindən hələ ki, baş açmaq mümkün deyil. Hər il alimlər 100-ə qədər genin işini öyrənir və bununla da sərxoşluqdan tutmuş dindarlığa və cinsini dəyişmək istəyinə qədər hər şeyi genin fəaliyyətiylə izah edə bilirlər. Hansısa konkret genin depressiyaya cavabdeh olması barədə hələ ki, mübahisələr və tədqiqatlar gedir. 

Depressiyanı yaradan səbəblərdən birincisi beyində serotanin adlı elementin çatışmamasıdır. Onu həm də "yaxşı əhval, xoşbəxtlik elementi" hesab edirlər. Serotanin beyindəki hüceyrələrə yaxşı əhval ötürür. Tədqiqatlar göstərir ki, serotanini daşıyan iki cür gen var, biri uzun, o biri qısa. Kimdə ki, qısa gendir onlar depressiyaya meylli olurlar. Bunu körpə dünyaya gəlməmiş öyrənmək artıq mümkündür. Amma bunu bilməklə yükümüz azalmayacaq. 

"Mən necə də yorulmuşam! Yaşamaqdan, inanmaqdan, ümid bağlayıb gözləməkdən, mübarizə etməkdən, düşünməkdən. Heç nə istəmirəm artıq!" 

Hər 40 saniyədən bir yer üzündə kimsə özünə qəsd edir. Özünə qəsdə əli qalxanların hamısı depressiya xəstələridir. Xırda bir pozuntudan başlamış hər hansı depressiv durum lazımi müalicə almasa sonunda özünə qəsdə gətirə bilər. Beynəlxalq Səhiyyə Təşkilatının verdiyi məlumata görə, depressiyalı adamların üçdə biri intihara meyllidir. Onlardan 15 faizi daima intiharı reallaşdırır. Yoluxucu xəstəlikləri, məsələn, sarılığı görüb diaqnoz qoymaq mümkün olduğu halda depressiyanı ayırd etmək çox çətindir. Tədqiqatlara inansaq gizli depressiya daha çox yayılıb və onu hər hansı formada tədqiq edib ortaya çıxarmaq demək olar ki, mümkün deyil. İnsan ürək nahiyyəsində, qarnındakı ağrılardan danışır, əslində isə onun ruhu ağradır! Nahaq yerə deməyiblər ki, sağlam bədndə sağlam ruh olar. 

Kasıb gərək əhvalını pozmasın 

İnsan səhərlər çətinliklə oyanır və gün ərzində əhvalını düzəldə bilmirsə, obyektiv səbəbi olmayan ağrılar duyursa, iş qabiliyyəti azalırsa, artıq narahat olmağa dəyər. Belə halda nə terapevt, nə nevropatoloq, nə endokrinoloq gözə girən səbəblər tapa bilmir. Əgər bu adamın bəxti gətirsə və təcrübəli psixiatra rast gəlsə onu bu haldan çıxara bilərlər. Deyək ki, müasir zaman üçün belə müalicə üsulu ən bahalı prosedurlardandır. Kasıb gərək əhvalını pozmasın heç. Bəzi həkimlər əmindir ki, heç nə eləməsən də 6 ay ərzində depressiv durum keçib gedəcək. 
Yaz-payızda əhvalı korlanan adamlar mövsümi depressiyanın nə olduğunu lap yaxşı bilir. Günəş işığı olmayanda insanın yaşamaq eşqi də sönür. Ona görə də qaranlıq ofislərdə, yarızirzəmilərdə işləyənlər xüsusilə diqqətli olmalıdır ki, depressiyaya düşməsinlər. Günəş qıtlığı olan ölkələrdə əhalinin 40 faizi mövsümi depressiyanın dadını bilir. Qadınlar kişilərə nisbətən depressiyaya daha meyllidir və iki dəfə artıq xəstələnirlər. Bunu qadın hormonu estrogenlə bağlayırlar. Müəyyən dövrlərdə qadının bədənində estrogen azalanda depressiya qapının ağzını kəsdirir. 

Kəpənəyə dönmək vaxtı

Həyatımız psixoloji zərbələrdə hörülüb. Depressiyaya düşməməkçün həyat zərbələrini almaq azdır. Təbiətcə depressiyaya meylli olanlar da az deyil. Yəni zərbə almasalar da qüssəyə bəhanələri hazırdır. Kitablar depressiyadan çıxarmağın ən universal yoludur. Çünki kitab oxuyarkən tamam fərqli bir aləmə düşüb əsas qəhrəmanın həyatı ilə yaşamağa başlayırsan. Bəlkə də indi depressiyaların sayı ona görə artıb ki, adamlar kitab oxumağı, yəni özünü unudub başqasının həyatına girməyi tərgidiblər. Başqasının taleyi, onun problemləri sənə nəfəsini dərməyə və özününkünü unutmağa bir möhlət verir. 

Amma depressiyadan çıxanlar bilir ki, bu dövrün özü şəxsiyyətin böyüməsi üçün çox əhəmiyyətli zamandır. Sanki barama içində özünə qapanmış insan onun əl-ayağını bağlamış ipləri qırandan sonra daha parlaq və mənalı həyata başlayır. O, bir daha bu duruma düşməyi özünə icazə vermir. Əlbəttə, dərdi dadmamış, qüssəni yaşamamış, çətinliyi görməmiş insan sevincin və xoşbəxtliyin qədrini bilməz. 

Elektroşokla Edissonu  sağaltdılar, Hemenqueyi öldürdülər

Depressiya ilə mübarizə yolları müxtəlifdir. Onlardan biri deprivasiya, yəni yuxudan məhrum etmə yoludur. Bu üsula görə 40 saat insanı yuxudan məhrum etsən o depressiv durumdan çıxacaq. Amma kompüter qarşısında mürgüləmək, televizora baxmaq halları nəzərə alınmır. Yalnız aktiv hərəkətdən insana xeyir gələr. Amma bu üsul 100 faizlik təminat vermir. Elektroşok terapiyası da təsirli sayılır. Onu 1938-ci ildə tətbiq ediblər. Narkoz altında olan adamın beyninə nəzarət altında elektrik impulsları buraxıb tutmalarını müşahidə edirlər. Bu üsulu yalnız ən çıxılmaz anlarda tətbiq edirlər. Bu üsulla irsi depressiyadan əziyyət çəkən Edissonu müalicə ediblər. Edissonun dediyinə görə elektroşok diş müalicəsindən daha az ağrılıdır. Amma Ernest Hemenquey bu prosedurdan iki gün sonra intihar etdi. Ona elə gəldi ki, elektroşok onun yaddaşını tam pozub. Depressiya ilə ən ağrısız mübarizə yolu yaradıcılıqdır. Foto çəkmək, rəngkarlıq, heykəltaraşlıq, naxış salma, hətta daş üzərində oyma da kara gələr. Əlbəttə, bu yolla kimsəni depressiyadan qurtarmaq mümkün olmayıb, amma yaradıcılıqdan gələn ləzzət və razılıq duyğusu bir çoxunun həyat rənglərini yerinə qaytara bilib. Təcrübəli art-terapevt rəngin seçilməsindən tutmuş kompozisiyaya qədər hər şeyi nəzərə alıb xəstənin halına dəqiq diaqnoz qoya bilir. İncəsənət tarixində depressiyaya tutulmuş onlarla rəssamın yaradıcılığını izləməklə depressiyanın miqyasını anlamaq olar. Yəqin depressiya olmasaydı Pikassonun boz-mavi dövrü də olmazdı. Van Qoqun Arl dövründə isə əksinə, rənglərin azğınlığını, coşqunluq görürük. Bu da depressiyadan çıxmaq cəhdidir. Biz depressiya barədə məlumatları obrazlı şəkildə qəbul edirik. Emeli Dikkenson dərdini sözlərlə, Qoya dəhşətli obrazlarla, Van Qoq rənglərlə ifadə edirdi. Axı incəsənətin missiyası insanın içini göstərməkdi. 

Depressiya quyusunun dibində olanlar bilir ki, ordan çıxmaq böyük qəhrəmanlıqdır. Hələ qədim zamanlardan məlumdur ki, kədər xoş söhbətlə sağalır. Müasir metodikada daha bir yol da var. Psixoterapevt 20-25 nəfərlik qrup yaradır və adi qaydada söhbət edir. Amma bütün pasientlər çılpaq olmalıdı. Seans 24 saat davam edir. Qəribəsi odur ki, qarşı cinsin çılpaq bədənini uzun müddət müşahidə etmək sağalma effekti verir. 

Müasir terapiya üsulları depressiyadan əziyyət çəkənlərin 70 faizinə kömək edə bilir. Antidepressiantlar nə qədər qəribə olsa da beyin hüceyrələrini bərpa edir. Yerdə qalan 30 faiz elmin nailiyyətlərini gözləməlidir. Amerikada daha bir yeni üsul tətbiq olunmağa başlayıb. Cəmi bir tablet kifayət edir. Bu həbin içində çip var ki, bədənə daxil olub beyinə daim siqnallar göndərməklə seratonin istehsalını durmadan stimullaşdırır.  Onun qiyməti 12 min dollardır və hər kəsin cibinə uyğun gəlmir. İşləmə müddəti 10 ildir. Amma onu depressiyanın 4 cür müalicəsi nəticə vermədikdə tətbiq edirlər. 

Depressiya insanın sevmək  və sevinmək bacarığının yoxa çıxmasıdır

Depressiyanın əksi xoşbəxtlik deyil. İnsan xoşbəxt də olar, bədbəxt də. Depressiyanın əksi, antonimi həyat eşqi, həyat enerjisidir. Bu enerjinin yoxluğuna depressiya deyilir. Depressiyaya düşənlərin az qala hamısı vəziyyətinin mənasızlığını, cəfəngliyini anlayır. Bütün insanlar yemək də yeyir, işləyir də, ünsiyyət qurur da. Bu, qəhrəmanlıq deyil, adi həyatdı. Amma bu, ən adi işləri görməyə sən özündə güc tapa bilmirsən. Mövcudluq çox ağrılı olmağa başlayır. Depressiya insanın sevmək və sevinmək bacarığının yoxa çıxmasıdır. Bunu yaşamış adamlardan "Depressiya nədir?" soruşanda "Bu, çox yavaş, tədricən ölmək kimidir" deyirlər. Sənin şüurun heç kimin eşitmədiyi bir səslə sənə "Sən heç kimsən, əhəmiyyətsiz və lazımsız birisisən. Kimə lazımsan axı! Sən yaşamağa layiq deyilsən" deyir. 

Heç kim düşünməsin ki, bu xəstəliyin öhdəsindən təklikdə gələ biləcək. Bəzən bir evin içində ailə üzvləri kiminsə artıq depressiyada olduğunu anlaya bilmir. Çünki bəzi yanlışlıqlar bizim beynimizin içində oturuşub. Əksəriyyəti düşünür ki, depressiya hansısa ağrılı bir hadisə ilə əlaqədar olmalıdır və o, özbaşına başlaya bilməz. Valideynlər uşağının çarpayıdan durmaq istəməməsinə tənbəllik deyir, çimmək istəmirsə pinti adlandırır, yemək yemirsə "arıqlayır demək" düşünür. Depressiyaya düşməyə səbəb olmasa da o, göydən başına düşə bilər. Bununçün sənin sevgilin atmasa da, səni işdən qovmasalar da, ən yaxın adamını itirməsən də baş verə bilər. Yaxın tanışının pis əhvalı bir neçə həftəyə qədər uzanırsa, artıq həyəcan təbili çalmağın zamanıdır. 

Çoxu fikirləşir ki, depressiyaya düşənlər sadəcə kədərlənirlər. Amma bu kədərin fiziki bədəndə apardığı dəyişiklikləri kimsə görmür. Eləcə də çoxu düşünür ki, depressiya soyuqdəymə kimi bir-iki dərman atandan sonra çıxıb gedəcək. Depressiyaya düçar olmuşlar əlbəttə, gələcəyə planlar da cızır, amma bunu həyata keçirməkçün özlərində qüvvə tapa bilmirlər.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]