Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Görkəmim taleyimdi

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
2/4/2015 [11:04]
Baxılıb :
788 dəfə

Bu balaca köşənin iki qadın qəhrəmanı var. Biri cavan və gözəl, o biri ahıl yaşda bir xanımdır. Cavan və gözəl xanımın əhvalatını ən dadlı tikə kimi ən sona saxlayaq. Yaşlı xanımın əhvalatını Rusiya jurnalisti Vladimir Poznerin verilişlərindən eşitmiş olarsız. Amerikalı Fillis Şlossberq Poznerin yaxın tanışıdır və onlar məktublaşır. Xanım Şlossber məktubunda yazır ki, bir dəfə gənc bir xanım ondan "Qoca olmaq necədir?" deyə soruşur. Gözlənilməz sual xanımı düşünməyə vadar edir və o, dərhal cavab verə bilmir. Sonra düşündükcə bu qəfil sualın cavabı tədricən formalaşmağa başlayır. 

Fillis xala (ərk eləyib onu belə çağıra bilərik yəqin) deyir ki, əslində həyatının ən gözəl dövrlərindən birini yaşayır. Çünki indiyə qədər özünü başqalarına bəyəndirmək arzusundan və mövhumatçılıqdan bu qədər uzaq ola bilməyib. Əlbəttə, yaş artdıqca bədən gücdən düşür, qırışlar əmələ gəlir, görkəmin pozulur. Amma təbiətcə optimist olan ahıl qəhrəmanımız bu barədə düşünməməyə çalışır və ardını yaşayır. Bu qadın deyir ki, həyatında olan hadisələr və insanları heç vaxt cavan və sağlam bədənə dəyişdirməzdi. O, artıq o yaşdadır ki, özünə qarşı da tənqidi ola bilər. Çünki qadınların böyük əksəriyyətində olduğu kimi özünü sevməyi çox gec öyrənib. Özünü sevməyə başlayan kimi onun həyatı rahat və təlatümsüz olub. Axı indi o, bir parça artıq torta görə özünü danlamır, lazımsız əşyaları aldığından özünü tənqid etmir, yaxud bütün günü avaraçılıq eləsə də vicdan əzabı keçirmir. Bu qadın günortaya qədər yatağından durmasa da, rəngbərəng geyinsə də, artıq narahatlıq hissi yaşamır. O, nəvələrinin yanında ilk məhəbbətini xatırlayıb bir-iki damcı göz yaşı da axıda bilər, utanıb-qızarmadan. Cəmiyyətin fikrini heç vecinə almır, bəlkə cəmiyyət də onun barəsində danışmağı tərgidib. "Sabah nə olacaq?", "Daha sonra nə etməli?" kimi suallar artıq bıçaq kimi həyatını kəsib doğramır. Ən vacibi isə bu qadın artıq özünə inanır və həyatında səhv etmək hüququnu artıq qazandığını düşünür. Sifəti qırış-qırış olsa da, görkəmi gözəllik standartlarna artıq uyğun gəlməsə də,  cəmiyyət də onunla razılaşmağa məcburdur və Fillis xalanın tutuquşu kimi rəngbərəng, pırpız geyimlərini normal sayır.

Yəqin ki, vaxt vardı, bu xanımın ətəyi bir qədər qısa olsaydı ona çəp baxanlar da az olmurdu. "Görkəm vacib deyil" iddiasıyla çıxış edəcək qədər cəsarətli də ola bilmərik. Köşənin o biri qəhrəmanı, super model Kameron Rassel "Görkəm vacib deyil, inanın mənə, mən modeləm" adlı çıxışında bir neçə dəqiqədə özü barədə fikri tam əksinə çevirməyə nail oldu. O, səhnəyə qısa, dar, qara paltarda və hündürdaban çəkmələrdə çıxıb "Salam, mən modeləm və görkəmimi valideynlərimdən miras almışam" dedi. "Zalda gərginlik hiss olunur, ola bilər, bu mənim zahiri görünüşümlə bağlıdır. Belə geyinməkdə ola bilər səhv etmişəm". Xanım səhnədəcə kənarda hazırladığı uzun ətəyini paltarının üstündən keçirib arxada bağladı. Hündürdaban ayaqqabısını çıxarıb yastısını geydi. Bir daha üzr diləyib uzunqol maykanısını əyninə dartışdırdı. Bir göz qırpımında sanki sehr baş verdi. Ayaqları qulaqlarından bitməyə başlamış model adi məruzəçiyə çevrildi və zal onu dinləməyə başladı. 

"Mən 10 saniyəyə özüm barədə fikrinizi dəyişməyə nail oldum deyəsən. Hərəkətim yöndəmsiz alındı, amma model kimi mən daha yöndəmsiz görünüşdə çox olmuşam. Görkəm çox vacibdir. Cərrahi əməliyyat və tezbazar qaraldan kremlərdən başqa bizim görkəmimizi dəyişmək imkanımız çox azdı. Görünüşümüz həyatımızın keyfiyyətini müəyyənləşdirir. Mənimçün cəsarətli olmaq səmimi olmağa bərabərdir. Mən bu səhnədə məruzə deyirəm, çünki gözəgəlimli və ağ dəriliyəm. Buna seksopil görünüş deyirlər. Məndən "Necə oldu model olduz?" soruşanda "məni tapdılar" deyirəm. Mən genetik lotereyada sanki cek-pot udmuşam. Həmin bu mirasımla mən indi pul qazanıram. Ola bilər kimsə qaradərili modelləri xatırlatmaq istəyəcək. Amma biləsiz, bizim biznesdə başqa irqdən olanlar 4-5 faizdən artıq deyil. Peşənin incəlikləriylə maraqlananda "Mən bunu bilmirəm" deyirəm. Çünki jurnalın üz qabığında görünən mən deyiləm, fotoqraflar, dizaynerlər, kosmetoloq, bərbər və nəhayət, kompüter qrafikası ustalarının müştərək işidir. Mənim model işlədiyim 10 il ərzində topladığım bilikləri sizə göstərsəm gülməkdən ölərsiz. Bu təxminən belədir: kamera burdadır, işıq orda, bax, belə baxmalıyam, əllərimi belə yellədib bax, belə tullanmalıyam. 300, 400, bəzən 500 dəfə. Vəssalam. Nəticəsini siz sonradan görüb valeh olursuz. Bu fotoları mənim şəxsi albomdakılarla müqayisə etsəz lap maraqlı alınar. 

Həyatda bir çox şeyləri mən görkəmimə görə zəhmətsiz əldə etmişəm. Bir dəfə rəfiqəm maşını pis sürdüyü və qırmızı işıqla keçdiyi üçün polis bizi saxladı. Mən çıxıb polisin üzünə gülümsədim və üzr istədim. O, bizi buraxdı. Amma bunu qaradərili etsəydi yəqin ki, belə asanlıqla qurtula bilməzdi. Bu, mənim şəxsiyyətimin deyil, görkəmimin çatdığı nailiyyətlərdir. Həyatda görkəminə görə aşağı dəyərləndirilən adamlar çoxdu. Jurnaldan oxumuşam ki, amerikalı yeniyetmə qızların 53 faizi öz görkəmindən narazıdır. 17 yaşına çatanda rəqəmlər də 73 faizə qədər artır. Yəqin onlar düşünür ki, arıqsansa, saçların parıldayırsa, deməli hər şey yaxşıdır. Heç kim mənim özümdən əmin olmadığımı bilmir, çünki kamera qarşısında deməmişəm. Deyə də bilmərəm, çünki mən yalnız görkəmim barədə düşünməliyəm. Biləsiz, modellər dünyanın ən qətiyyətsiz adamlarıdır. Bu səhnəyə çıxıb "mənə uğur göydən düşüb" demək böyük cəsarət tələb edirdi. Əlavə eləməliyəm: "Bu, məni xoşbəxt eləmədi!". İrqi, cinsi təzyiqin olduğu vaxtlarda bunu demək lap çətindi. Çünki mən buna görə pul qazanıram". 

Bu məruzəni dinlədikdən sonra görkəmin insan taleyində rolu barədə qətiyyətli söz demək çətinləşir.  Nailiyyətlərimiz və uğursuzluqlarımız bizim görkəmimizlə birbaşa bağlıdır, bunu danmaq gülüncdür. Amma belə bir məqam gəlir ki, görkəmin barədə narahatlıqların, ətrafının fikri və cəmiyyətdəki şərtiliklər solub-solub uşaqdakı ilğım qədər sönük olur. Bəlkə də nə vaxtsa bu model Fillis xala kimi qırışlarıyla fəxr edib hər gün ləzzətlə tort aşırdacaq. Onunçün da bu məqama yetişmək dərəcəsi var. Bu məqam hər kəsin taleyində müxtəlif zamanda yetişir. Yaxşı olardı ki, anlamaq anı qırışlar gəlməmiş olsun.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]