Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Misir Mərdanovun ayağının altını qazanlar

Bölmə :
Köşə
Yazar :
Etibar Əliyev
Yayım tarixi :
31/3/2015 [10:55]
Baxılıb :
1655 dəfə

"İnter az kanalında Misir Mərdanovla müsahibəyə yarımçıq baxdığıma görə hələ də təəssüflənirəm. Çoxdan idi ki,  keçmiş nazirimizi danışan görmürdüm. Açığı bir az da darıxmışdım. Ancaq onun  birdən birə özünü geniş müsahibəyə həsr etməsini əvvəlcə başa düşmədim. 

İlk əvvəl elə bildim ki, onun rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutu nəsə kəşf edib və sabiq təhsil naziri bu kəşfdən danışacaq. Ancaq belə olmadı. Veriliş tamamilə onun özünə həsr olunmuşdu. Misir müəllim özünü yenidən cəmiyyətimizə təqdim edirdi. Ailəsindən, yatıb-durmaq vaxtından, yeriməsindən, istirahətindən, mənasız xatirələrindən danışırdı. Adətən müsahibəyə o dövlət məmurları daha çox cəlb olunurlar ki, ya onlar vəzifəyə təzə təyin olunublar, ya da vəzifə tutmasından asılı olmayaraq maraq doğuran fikirlərə malikdirlər. Misir müəllim artıq iki ildir ki, təhsil naziri deyil. Və bir müəllim, bir valideyn, bir alim hələ ki, onun bir maraqlı cümləsini xatırlaya bilmir. Bəs onda bu intervü məsələsi nə məsələdir, qardaşlar? 

Etiraf edim ki, uzun müddət yaxın ətrafının "müəllim" dediyi Misir Mərdanov gözümə bir qədər qoca göründü. Zaman onu da ağuşuna alıb aparır. Görünür, nazir vəzifəsindən "vaxtından əvvəl" çıxarılması  ona da bərk təsir edib. Burda Tağı müəllimin məşhur aforizmi  yada düşür: Səhv etmirəmsə o aforizm belə idi: "Çox əla qarşıladım, camaat işləyib 5 il, mən işləmişəm 15 il, azdı?!". Yeri gəlmişkən Misir müəllim də 15 il təhsil naziri vəzifəsində  işləyib.  Bu aforizmlə Tağı müəllim elə bil ki, Misir müəllim üçün yaxşı bir xətti tənlik həll edib.

Misir müəllimin intervüsü böyük maraq kəsb etdiyi üçün mütləq ona şərhlər verilməli və təhlillər aparılmalıdır. Burada qərəzdən söhbət gedə bilməz. Niyə də yox, məsələn, uzun illər  təhsil naziri işləmiş bir adam hələ də idmanından qalmır. Özü də gündə 3 saat bərk yeriyir. Onun belə bərk yerişləri özünü (maddi cəhətdən) qabağa, təhsili isə geriyə atdı. O, təkcə bununla can sağlığının insan üçün önəmli olmasını demir, məncə həm də onu deyir ki, hələ canı suluyam daha böyük vəzifələrdə çalışa bilərəm. 

Həmin gözəl gündə sabiq nazirimiz sabiq ətrafından narazılığını dərhal biruzə verdi. Görünür ki, naxələflər lap çox imiş ki, "müəllim" onlardan narazılığını dilə gətirməli oldu.  Dedi ki, indi də ayağının altını qazırlar. Və sonra çox maraqlı bir ifadə də işlətdi: "Qazsınlar, mən yıxılan adam deyiləm". İndi siz antinomiyaya diqqət edin: 15 il təhsilin ayağının altını qazıyanın ayağının altını qazırlar. Bəli, burda da Misir müəllimin dediklərində həqiqət var: O, yıxılmadı, amma təhsil yıxıldı. Bəs görəsən kimdir onun ayağının altını qazanlar: Fərzəli Qədirov, Səməd Seyidov, Həbib Zərbəliyev, Ağababa İbrahimov, Problemli Qulu, xalaoğlu Allahverdi, yoxsa Bayram Hüseynzadə? Mənim burada şübhələndiyim adamlar var, ancaq onların adlarını çəkməyəcəm. 
Misir müəllimlə intervünün daha maraqlı yerləri var. Ancaq mənə dəhşətli gələn tamam başqa şeydir: 

O, yaxın ətrafının naxələfliyindən danışdı, ancaq öz naxələfliyindən danışmadı. İntervü boyu o, ona edilən yaxşılıqlara görə nə mərhum prezident Heydər Əliyevin və nə də indiki Prezident İlham Əliyevin adını bir dəfə də olsun çəkmədi. Mən uzun müddət təhsil sistemində çalışan bir adam kimi onu deyə bilərəm ki, onun fəaliyyəti ilə bağlı bizim zaman-zaman faktlarla söylədiyimiz qalaq - qalaq korrupsiya materiallarının heç biri araşdırılmadı. Cəmiyyət Misir müəllimin vəzifədən çıxarılmasından sonra  aqibətinin yaxşı olmayacağını gözləyirdi. Ancaq ölkə rəhbərliyi bu əməllərini güzəştə gedərək onu böyük institutların birinə direktor təyin etdi. O, elə indi də tutduğu  vəzifəyə görə Heydər Əliyev və İlham Əliyevə borcludur. Diqqət edin, bu adama hansı vəzifələr həvalə olunub: BDU-nun rektoru, təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru. Riyaziyyat və  Mexanika İnstitutunda AMEA-nın 3 müxbir üzvü çalışsa da, həmin müəssisəyə elmlər doktoru Misir Mərdanov təyin edildi. AMEA-nın son dəfə müxbir üzvlüyə və akademikliyə keçirilən seçkilərində Misir Mərdanova etimad göstərilmədi. O, AMEA-nın müxbir üzvü belə seçilə bilmədi. Çoxları deyirdi ki, o, bundan sonra istefa verəcək. Ancaq vermədi.  

İntevü zamanı Misir Mərdanovun etdiyi jestlər insanları təəccübləndirməyə bilməzdi. O, intervünün ortasında gəlib gedənlərə əl edərək deyirdi ki, "görürsünüz, camaat mənimlə indi də hal-əhval tutur və bu onların mənə olan hörmətidir". Bəlkə də o, bununla demək istəyirdi ki, təhsilimiz də artıq onun üçün darıxmağa başlayıb. 

Nazir işlədiyi dövrdə bir dəfə də olsun vətəndaşlarla qəbul keçirməyən bir adam indi vətəndaşların ona əl etməsindən qürur duyur. Böyük artistlik nümunəsidir. 

Jurnalistin ona "həyatınızda ən maraqlı hadisə hansı olub" sualına da cavabı gözlənilməz oldu. Bu sualdan sonra mən dərhal düşündüm ki, o, ya rektor, ya da nazir vəzifəsinə təyin olunduğu gün barədə danışacaq. Yaxud 82 saylı məktəbdə dərsliklərlə bağlı Heydər Əliyevin onu danlamasından söhbət açacaq. Ancaq bunlardan danışmadı. Vaxtilə televiziyaların hansısa birində kiçik yaşlı bir uşağın nazirlərdən imtahan götürməsi səhnəsini xatırlatdı. Onu da yarımçıq danışdı. Məna başa düşülmədi. Mən Misir müəllimlə həmin imtahana baxmışam. Orda uşağın qoyduğu sualların biri belə idi: Hansı marka maşınınızın olmasını istərdiniz? Misir müəllim bu suala belə cavab vermişdi. "İstərdim ki, mənim də bahalı BMW maşınım olsun". Uşaq isə Misir müəllimə "5" qiymət yazmaq üçün "Bir tədris ilində etdiyiniz tələbə köçürməsinə və yaxud bir tədris ilində satdığınız gündəliyə neçə BMW düşür" tipli əlavə sualları vermədi.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]