Polşada səmadan düşən naməlum obyekt araşdırılır. Milli.Az "European"a istinadən bildirir ki, Mazovetsk voyevodluğunun ərazisində, Leonsin, Vinsentuvek və Qat kəndlərinin arasındakı meşəlikdə yerə düşmüş obyektin mənşəyi, nə olduğu bilinmir. Kampinos Milli Parkında qəflətən göydən düşən obyekti ufoloqlar Uçan Naməlum Obyekt (UNO) sayırlar.
"Qazeta Novodvoroska" yazır: "Leonsin sakinləri səhər saat 9 radələrində göydən düşən uçan naməlum obyektdən qorxuya düşüblər. Silindrik formada, çəlləyə bənzəyən bu obyektin nə olduğunu hələ heç kim bilmir. Qat kəndinin kənarında yol kənarına düşəndən sonra o, tüstülənib. Sonra yerdən atılaraq səmaya qalxan obyekt meşəliyə düşüb".
Boz-gümüşü rəngli obyekt təqribən 20 metr uzunluqdadır, ətrafa işıq saçır. O, məşəliyə tərəf uçanda fışıltı səsi çıxarıb, ətrafa metal tozu səpib.