Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Danışmaq, yoxsa çərənləmək?!

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
12/3/2015 [10:21]
Baxılıb :
701 dəfə
Kişi və qadın danışanda millət, susanda ədəbiyyat yaranır

Kinorejissor Aleksandr Sakurovdan «Niyə «Faust» filmində bu qədər artıq mətn var və tamaşaçıları bu bezdirirdi» sualına o, belə cavab verir: «Rejissorlar mətnlərdən və dialoqlardan qorxur və çəkinir, bu həqiqətdir. Səbəbi sadədir. Müasir adamlar danışmaqdansa çərənləyirlər. İnsan nitqi o qədər də məzmunlu deyil. Dahiyanə saydığım filmlərə, Bi-Bi-Sinin çəkdiyi «Cen Eyr»ə, Dikkensin, klassik ingilis ədəbiyyatı əsasında çəkilənlərə bir baxın. Möcüzəvi bir səhnə - kişi və qadın oturub sakit-sakit danışır! Amma onların nitqi necə də mürəkkəbdir, hər cümlənin arxasında gizli məna var. Belə səhnədən gözünü ayıra bilmirsən». Rejissorun nüfuzuna güvənməməyə əsasımız yoxdu. Çünki yuxarıda adı çəkilən filmi ilə o, Venesiya kinofestivalında triumf qazanıb və sonra «Qızıl şir» mükafatına layiq görülüb. Oxuduqlarınız dünyanın qəbul etdiyi bir rejissorun fikri idi.

İndi isə gəlin kamin qarşısında sakitcənə söhbətləşən ingilis ailəsini deyil, azərbaycanlı kişi və qadınını təsəvvür edək. Əlbəttə, dekorasiyalara əlavələr etməyimiz lazımdı. Kamini İran istehsalı olan peçlərə, ya da xalq arasında «ceyran peçi» adlanan qızdırıcıya dəyişsək daha sonra divarlardakı kətan lövhələri, mənzərə rəsmlərini çıxarmalı və uzaqbaşı sintetik ipdən toxunmuş ucuzvari xalça ilə əvəz eləməli olacağıq. İndi əl toxunuşlu əsl yun xalçalar və kamin yalnız varlıların «çörəyidir». Yəqin bu kişi və qadın çay içmiş olar. Çünki bizim kişilər ac olanda heç dindirilməli deyil. İngilis ailəsindən fərqli olaraq bizimkilər yerli çay içməz. İngilis öz çayı ilə fəxr edərkən (hamı da bilir ki, İngiltərədə çay bitmir, hardasa yetişdirib adını ingilis çayı qoyurlar) biz Lənkəran çayı içmərik. Nə qədər kasıb olmaq lazımdı ki, çay mərasiminə yerli tam qatasan?!

Dekorasiyaya son ştrixlər əlavə etdikdən sonra söhbətləşən bir cüt adamı təsəvvür edək. Deyərsiz ki, azdı. Amma vaxt vardı bu boyda dünyanı basmağa bir kişi və bir qadın kifayət elədi. Artıb törəyib dünyanı tutandan sonra elə bil ki, bu iki nəfərin danışmağa sözü bitdi. İngilis kişisi və qadınının bu gün nə danışdığını ola bilər ki, biz bilmərik. Amma klassik ədəbiyyatdan oxuyub bilirik ki, bu dialoqun hər cümləsində mətnin altında yüz cür eyham və nüanslar olurdu. Bu bir növ şahmat oyununa bənzəyir. Hər cümlə düşünülür, hazırlanır, sonra dilə gətirilir. Evin kişisi də axşam xanımıyla bir iki kəlmə kəsməklə evdə baş verənlərdən demək olar ki, xəbər tuturdu. Bu cür danışıq qabiliyyətini ingilis ailələri uşaqlarına öyrədirdi. Darvin öz bioqrafiyasında yazır ki, fikirlərini şeir formasında ifadə edə bilmədiyindən onu zəif şagird sayırdılar. Darvin qohumlarından birinin, əmisimi, ya dayısının biologiya üzrə dissertasiyasını şeir formasında yazmasına həsəd aparırdı. Yəni ki, qabiliyyəti çatsaydı təkamül nəzəriyyəsini şeirlə izhar edərdi.

Söhbətləşən azərbaycanlı ailəsini təsəvvür etməkçün bütün fantaziyamızı işə salmalıyıq. Â«İşıq pulunu (qaz, su, eletrikin pulunu) ödədinmi?», «Sabah çörək (başqa ərzaq da ola bilər) alma, xəngəl bişirəcəm», ya da «Yenə də qonşu suyu başımıza tökdü» tipli dialoqları söhbət saymaq olmaz. Bu məişət qayasına çırpılıb paralanmış insan həyatının cingiltisidir. Savad səviyyəsindən asılı olmayaraq azərbaycanlı ailələrində kişi və qadının deyəsi sözü quruyub. Evdən səs çıxarsa, bu, dava-şava, yaxud yerə çırpılan qab-qaşıq səsi ola bilər. «Əzizim, bilirsənmi, qızımız qoşulub qaçdı» deməyə ürək eləməyən qadın «bu gün hava necə də mülayimdi. Adamın lap sevişməyi gəlir» deyə bilər? Bu jesti ingilis anlayar, azərbaycanlı yox. İngilis deyəndə, bu milləti sözgəlişi nəzərdə tuturuq. Onun yerinə fransız da, ispan da, amerikalı da ola bilər. 

İngilis dilini optimist dil hesab edirlər. Deyilənə görə onun tərkibində pozitiv çalarlı sözlər neqativ rəngli ifadələrdən daha çoxdur və daha tez-tez işlədilir. Onu da bilirəm ki, son bir neçə ildə «Web 2.0» sözünü təntənəylə milyonuncu ingilis sözü elan elədilər. Bu sözü milyonuncu söz elan etmək üçün Şekspirin vətənində bir mərasim də yapdılar. «The Global Language Monitor» hər gün 14,5 yeni söz və ifadə qeydə alır. Bütün bunlar ingilis dilində baş verir. Onlar 19-cu əsrdə də, 20-də də, bu gün də yanındakı adamla danışmağa söz tapırdılar. Bəs biz məişətdən başqa nədən danışa bilirik ki? Dedi-qodu, qeybət, qarğış, dalca danışma və sair nalayiq ifadələri, uşaqları danlamağı leksikonumuzdan və gündəmdən çıxarsaq, deməli biz yalnız susuruq. Məişətdə hər gün həyat yoldaşına şeir deməyə kimin səbri və bacarığı çatar? Heç kim, hətta efiri sözlə qalaqlayanların özü də axşam evində, lap kamin qarşısında olsun, içəri ötürdüyü xəngəli şeirə çevirmir. Məncə böyük ədəbiyyat da burda, iki nəfərin arasında dilə gətirilməyən dialoqdan yaranır. Ona görə də kimisə əhvalının xoş anında qəfil yaxalasan qoltuğundan şeir dəftəri çıxarır. Ya da dərdi açılan kimi «Mən də şeir (hekayə və roman da ola bilər) yazıram» deyib cəsarət edib ömründə dilinə gətirə bilməyəcəyi sözləri məchul sevgilisinə ünvanlayır.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]