Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Hökumət manatın ucuzlaşmasından qorxur

Hökumət manatın ucuzlaşmasından qorxur
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
23/11/2012 [11:23]
Baxılıb :
833 dəfə
Milli valyutanın məzənnəsinin yüksək saxlanması ölkənin idxaldan asılı olması ilə bağlıdır
Əli Əlirzayev: «Azərbaycanda dövlət siyasəti sahibkarlığın deyil, əhalinin marağına hesablanıb»

Beynəlxalq Valyuta Fondu Azərbaycan Mərkəzi Bankına (AMB) məzənnə siyasətini çevikləşdirməyi tövsiyə edir. Fondun Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi bildirib ki, ölkədə dövlət xərcləri və kreditləşmənin artımının sürətlənməsi nəticəsində tələblə bağlı təzyiqlər yaranarsa, AMB pul siyasətini sərtləşdirməli olacaq. R.Almarzoqinin sözlərinə görə, hazırda ölkədə iqtisadi siyasət alətləri məhduddur, buna görə də məzənnə siyasətinin daha çevik olması üçün şərait yaratmaqla faiz dərəcəsinin təsirinin ötürülməsi üçün mexanizmin gücləndirilməsi inflyasiya dəyişikliklərinə uzun müddət ərzində daha yaxşı nəzarət etməyə kömək edəcək. 

Qeyd edək ki, Azərbaycanın əsas iqtisadi və valyuta sistemi, Rusiyada olduğu kimi, neftdir. Lakin dollar/rus rublu cütlüyündən fərqli olaraq, dollar Azərbaycan manatı ilə müqayisədə tədricən enir. Ekspertlərin proqnozlarına görə, yaxın il ərzində manatın dollara nisbətən 0,4 faiz və ya 0,30 AZN artacaq. Bu o deməkdir ki, ölkəmizdə xarici valyutaların məzənnə tərəddüdləri manata olan inamı daha da gücləndirir. Ekspertlərin qənaətincə, manatın yüksəlməsinə inkişaf etmiş ölkələrdə baş verən proseslərdir. Bura avrozonada mövcud böhran, ABŞ maliyyə bazarındakı çaxnaşma, və AMB-nin daxili riçaqları ciddi təsir göstərir. Mərkəzi Bank valyuta siyasətində inflyasiya səviyyəsinin saxlanılmasını açıq şəkildə bəyan edir.
Lakin məsələyə fərqli prizmadan yanaşan ekspertlər də var. Onlar qeyd edir ki, manatın dollara məzənnəsini inzibati yollarla bu şəkildə sərt saxlamaq məqsədəuyğun deyil. Manatın yumşaq devalvasiyasının tərəfdarı olduğunu vurğulayan ekspertlər bunu optimal yol sayırlar. Çünki cüzi azalmalara baxmayaraq, manatın dollara nisbətən stabil qalması və avroya nisbətən möhkəmlənməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafını tormozlayır. Bundan başqa, yerli istehsalçıların ixrac qabiliyyətini aşağı salır. Bu, dövlət ehtiyatlarının, rezervlərinin qorunması baxımından da kifayət qədər qorxuludur. Əslində, manatın avroya və dollara nisbətən məzənnəsinin möhkəmlənməsi dövlət rezervlərinin kəskin azalmasına gətirib çıxarır. BVF da bütün bunları təhlil edərək, hökumətə pul-kredit siyasətini çevikləşdirməyə çağırır.

İqtisadçı-alim Əli Əlirzayev isə BVF-nın tövsiyyələri ilə razılaşmır: «Fond öz maraqları baxımında qiymətləndirmə aparır. Azərbaycanın öz maliyyə siyasəti var, kənardan diktə etməklə bunu yürütmək olmaz. Mərkəzi Bankın ölkənin pul-kredit siyasətini 20 ildir ki, həyata keçirir və işini mükəmməl şəkildə qurub. Əvvəllər inflyasiya yüksələn vaxtı sərt pul-kredit siyasəti həyata keçirirdi. Tədricən istiqamətləri dəyişdi. Valyuta Fondu müəyyən standatlara uyğunlaşdırmağı diktə edir. Onların bütün tövsiyyələrini yerinə yetirmək düzgün deyil».

Ə.Əlirzayevinə görə, manatın alıcılıq qabiliyyəti avro və dollara nisbətən yüksəkdir: «Burada əsas məsələ ehtiyat valyutanın hansı pul vahidində saxlanmasıdır. Həmçinin sadə vətəndaşların əmanətlərini da bura aid etmək olar. Onlar daşınmaz əmlaka və torpağa pul yatırması daha məqsədəuyğun ola bilər».

İqtisadçı-alimin fikrincə, manatın məzənnəsinin möhkəmlənməsi sadə əhalinin sosial vəziyyətinə hesablanıb: «Əsas siyasət ölkədə alıcılıq qabiliyyətini yüksəltmək, aztəminatlı ailələrin sosial vəziyyətini təmin etməkdir. Əgər orta aylıq əməkhaqqı 350 manatdırsa, o zaman milli valyutanın məzənnəsinin ölməsi bu pulu heç edir».

İqtisadçı hesab edir ki, indiki məzənnə siyasəti bir tərəfdən ölkənin ixrac potensialını zəiflətsə də, digər tərəfdən idxalda kompensasiya olunur: «Deməzdim ki, manatın kursunun möhkəmlənməsi sahibkarlıq fəaliyyəti üçün çətinlik yaradır. Azərbaycanda dövlət siyasəti sahibkarlığın deyil, əhalinin marağına hesablanıb. Sahibkarlıq fəaliyyəti üçün şərait yaradılmalıdır, amma dövlət siyasəti sadə vətəndaşların sosial-rifahı üzərində qurulmalıdır. Bu gün ölkənin iqtisadiyyatı idxal üzərində qurulub. Demək olar ki, istehlak mallarının 80-90 faizini xaricdən alırıq. Əgər onların qiyməti yüksələrsə, bu zaman əhalinin sosial vəziyyəti ağırlaşa bilər».

Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]