Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Manat öldü, qəpiklərin bayramıdır!

Bölmə :
Köşə
Yazar :
Elnur MƏCİDLİ
Yayım tarixi :
28/2/2015 [10:54]
Baxılıb :
3745 dəfə
Manatın ucuzlaşması

Ölkə Prezidenti İlham Əliyevin yanvarın 27-də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı milli valyutamız manatın ucuzlaşması və Mərkəzi Bankın bununla bağlı addımlar atması gərəkdiyini bildirməsi manatın yaxın zamanda devalvasiya ediləcəyinin anonsu idi. 

Ardınca  dolların bahalaşacağı fonunda bu valyutanın satın alınmasını təşviq edən açıqlamalar verilməyə başlandı. Halbuki, Azərbaycanda qətiyyən dollar qıtlığı yoxdur, çünki ixrac etdiyimiz neft məhsullarının ödənişi məhz bu valyuta ilə edilir. Bu baxımdan manipulyativ açıqlamalardan uzaq durmaq və bənzər açıqlamalara inanmamaq lazımdı.
Bəs nə üçün Mərkəzi Bank dövriyyədəki dolların satın alınmasında maraqlıdı? Ən sadə dillə izah etsəm:

Dövriyyədə manat və avronun əksinə, kifayət qədər dollar var və ölkədə dollar deyil, manat və avro qıtlığı yaşanır. Manatın yenidən istehsalı inflyasiya yarada bilər, sabitlənmiş kursu poza bilər. Bu isə idxaldan asılı bir ölkə üçün heç də xoş deyil.
Avronun kəskin ucuzlaşdığı bir dövrdə Mərkəzi Bank, yeni manat istehsal etmədən, dövriyyəyə buraxmadan əlindəki dolların bir hissəsini avroya çevirməyə çalışmaqdadır. 
Avronun ucuzlaşması qısa müddətli bir haldı və yaxın zamanda təkrar manatı keçəcəyini bilmək üçün xüsusi qabiliyyət lazım deyil. Mərkəzi Bankın öz avro ehtiyatını artırması, dollardan asılılığı da bir az daha azaldacaq.

Belə ki, dövriyyəyə dollar buraxılır, əvəzində manat alınır və bu manat da avroya çevrilir. Belə olan halda Mərkəzi Bank nəinki uduzur, hətta qazanır.
1 yeni manat (köhnə 5000 manat) = 1 dollar kursu üzərinə qurulmuş valyuta siyasəti ölkəyə iqtisadi stabillik və inkişaf gətirdi. Lakin neft ixracatının dollarla edilməsi, neft və dolların eyni anda ucuzlaşması büdcədə ciddi kəsirlər yaradır və bunun qarşısını almağın ən mümkün yolu, daha qiymətli valyutaya dövriyyədə daha çox yer verməkdi.
Qlobal valyuta dövriyyəsində avronun ucuzlaşması və dolların bahalaşması fonunda manatın ucuzlaşdırılması ölkə iqtisadiyyatında tarazlığın qorunması üçün vacib idi.
Azərbaycan neft ixracıyla məşğul olan bir ölkə kimi  bu sektorda bütün beynəlxalq satışları əksər hallarda dollar üzərindən həyata keçirir.

Elə buna görə də 2005-ci ildə köhnə manatdan yeni manata keçid zamanı da 1 manat - 5000 köhnə manat olaraq, yəni 1 dollara bərabər məzənnəyə sabitlənmişdi.
Təbii ki, daha sonra Bakı-Ceyhan-Tiflis neft kəmərinin işə düşməsi, ölkə daxilində valyuta bolluğunun yaranmasına təkan verdi, bu arada avro dollar qarşısında güclənməyə başladı, 2008-ci ildə qlobal iqtisadi böhranla dollar daha çox dəyərini itirdi.
Azərbaycan isə verilən proqnozların əksinə olaraq, neft gəlirləri hesabına manatın məzənnəsini nəinki qorumağı bacardı, hətta manat daha da güclənmiş oldu.
Qlobal iqtisadi böhran, gözlənilənin əksinə, qonşu Türkiyəyə olduğu kimi, Azərbaycana da güclü təsir etmədi və dollar-manat nisbəti 1 dollar=80 qəpik oldu.
Manatın güclənməsi, müstəqilliyinin ilk dövrlərində çöx rəqəmli inflayasiyaya məruz qalmış Azərbaycan iqtisadiyyatının uğuru sayıla bilərdi, təbii ki, yüksək neft gəlirləriylə yanaşı, siyasi hakimiyyətin güclənməsi fonunda siyasi stabilliyin, iqtisadi stabilliyi bərqərar etməsi də digər faktorlar idi.

Prezidentin çıxışından qısa müddət sonra Mərkəzi bankın rəhbəri Elmar Rüstəmovun verdiyi açıqlamalar da kifayət qədər yadda qalan oldu və az sonra, dollar manatla bərabərləşdirildi, düzü, mən avroyla bərabərləşdirəcəklərini düşünürdüm.
Manatın avro qarşısında xeyli ucuzlaşması, əslində avroya olan tələbatın və manata olan təzyiqin çoxluğunu göstərir. Yəni manat nəinki dollar qarşısında, avro qarşısında daha çox dəyər itirdi. Dollar 2009-cu ildə qlobal böhran zamanı kəskin ucuzlaşdı, Azərbaycan əslində o zaman devalvasiya etməliydi, neft gəlirlərinin hesabına bunu etmədilər.

Sabah dolların və avronun ucuzlaşmasının davam etmə ehtimalını da nəzərə almaq lazımdı. Həm də burdan aydın görsəndi ki, rus rubluyla bağlı statistika heç də real bazarı əks etdirmir, manatın ucuzlaşmasında rublun ucuzlaşmasının da rolu olduğu ortaya çıxdı. Hər bir halda ölkədaxili əsas yük xarici valyuta ilə işləyənlərin üzərinə düşdü.

1. Banklardan dollar və ya avro ilə kredit götürənlərin işi çətinləşdi - Burdan dərs çıxartmaq lazımdır ki, lokal banklarda kredit və digər bank əməliyyatları edərkən milli valyutadan (manatdan) istifadə etmək lazımdır.
2. Ölkəyə mal idxalıyla məşğul olanların ticarəti, dollar, rubl və avro ilə biznes müqavilələri bağlayanlar üçün çətin olacaq.
Belə görsənir ki, əsas zərbə dollarla məhsul idxal edən sahibkarlara vurulub. Sahibkar vergi qaçırdığı üçün, hökumət dar macalda bu qısa yoldan istifadə etdi. İndi sahibkar xaricdən gətirdiyi malın qiymətini qaldırsa, mal əlində qalacaq, müştəri itirəcək və qazancı düşəcək.
Dollar çox güman, yuxarıdan aşağıya ucuzlaşacaq, mənim məsləhətim bütün ticarətinizi avro üzərində qurmanızdı, rahat edəcəksiniz.
Avro zonada yaşayan, ticarətlə məşğul olan azərbaycanlı sahibkarlar üçün avronun dəyərə minməsi nə sevindiricidir.

Unutmamaq lazımdır ki, daha 1 il əvvələ qədər 1 avro elə 1 manat 10-20 qəpik səviyyəsində idi. Yəni əslində baş verən devalvasiya dolların bahalaşması və neftin ucuzlaşması fonunda aparılır. Dolların avro qarşısında dəyər qazanması və avronun ucuzlaşması manatı daha çox sıxışdırdı.
Sahibkarların özlərini bundan sonrakı risklərdən qorumaq üçün avro ilə işləməyə daha çox üstünlük verməsi vacibdir. Ölkə daxilində istehsal ilə məşğul olan böyük sahibkarlara, holdinqlərə dolların bahalaşması daha az təsir edəcək. Öz ticarətinin böyük hissəsini ölkə xaricindən idxal etdiyi istehlak malları üzərində quran kiçik və orta sahibkarlar üçün bu proses daha ağır keçəcək.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]