Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Quzuların susqunluğu

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
26/2/2015 [10:02]
Baxılıb :
1227 dəfə

Qana baxmağı sevmirik. Qan yaşanmış ağrı, dəhşət, əzabın susqun simvoludur. Amma "lal-kar" saydığımız qan rəngi sanki bağırır və bununla da bizə bir parça ət olduğumuzu bir daha xatırladır. Yediyimiz mal, qoyun, toyuq əti kimi bizim də vücudumuzu parçalaya və hansısa canlıya yem eləyə bilrlər. Bunu xatırlamaq xoş deyil. Amma bircə fərq var, biz çığıra bilərik, olayları təsvir edib danışırıq və yaşantılarımızı bölüşməyi özünü müdafiə üsullarından birinə çevirmişik. 

Doktor Martin Lüter Kinq 1968-ci ildə vətəndaş hüquqlarıyla əlaqədar söylənmiş nitqində  deyib: "Sonunda biz düşmənlərimizin sözlərini xatırlamayacağıq. Amma dostlarımızın susqunluğunu nəinki unutmayacaq, hətta buna görə onları bağışlaya da bilməyəcəyik". Bu fikri ən əvvəl yeni nəslin tərbiyəsinə cavabdeh olan müəllimlər əlində silaha çevirməlidi. Bizim müəllimlər uşaqlara danışmağı, fikir yürütməyi öyrətmək əvəzinə susmağı və dinc oturmağı öyrədir. 

Ətrafımızda baş verən bütün hadisələr susmağın nəticəsidir. Bu, diskriminasiya, hüquqların tapdanması şəklində də ortaya çıxır. Ailədə cinsi ədalətsizlikdən tutmuş dünyada qlobal haqsızlıqlara qədər hər şey eyni səbəbdən baş verir. Zorakılıq, genosid, müharibələr”¦ Hər kəsi öz həyatındakı sükutu tədqiq etməkdən başlamağa çağırmaq olardı. Ən vacibi nə idi, nədən başlamaq lazım idi?... 
Bütün dinlərdə Allaha itaəti sübut etməkçün ən vacib saydığın bir şeyi qurban vermək məqamı var. Yeməkdən, ləzzətdən, həzzdən imtina etmək kimi cəhdlərin arasında daha birisi, daha çətin başa gələn addım var. Susmaq və ətraf mühitə neytral qalmağı öyrənmək ən çətin mərhələlərdən biridir. Bu addımı kamillik yolunu seçən zəvvarlardan hər kəs atmağa cürət etməz. Sən qazlı sudan, MakDonald buterbrodundan, qızarmış kartofdan, şokoladdan, eləcə də sevimli gözlərə baxmaqdan rahat imtina edə bilirsən. Yalnız susmağı öyrənmiş birisi səsinin nə qədər qiymətli olduğunu anlayar. Heç olmasa bir müddət susmaq vədi verənlər ilk məqamlarda anlayırlar ki, sən demə indiyədək heç səslərini çıxarmayıblar. Biz ömrümüz boyu başqalarının eşitmək istədiyini danışmışıq. Bacarıqsızlığımızı, səriştəsizliyimizi susmaqla ört-basdır eləmişik. Qonşuluqda kimsə döyüləndə də guya nəzakət xətrinə susmuşuq. Bəhanəmiz də var, ailə məsələsidi, qarışmazlar. Başımızı sallayıb keçmişik. Küçədə dilənçi gözümüzün içində mərhəmət qığılcımı axtararkən özümüzü lallığa, karlığa və korluğa qoyuruq. Guya telefonda çox vacib bir nömrəni axtarırmış kimi davranırıq. Onun aclığı planşetinin rənglərindən vacib ola bilmir səninçün. Umacağınız olan bir sponsor özünü heyvan kimi aparıb qaba sözlər deyəcəksə də susuruq. Çünki bu sükutun əvəzini artıqlamasıyla verəcəklər. Susur o adamlar ki, danışmağı bacarmır. Çünki bunu öyrənməyiblər, bunu öyrətməyiblər və bunu öyrənməyin vacib olduğunu deyənlər olmayıb. 

Ətrafımız sükut içindədir - deyə bilmərik. Biz ömrümüzü başqalarının fikirlərini dinləməklə keçiririk. Amma onların susduğu mövzuları, ört basdır elədiklərini, unutmaq istədiklərini, danışmadıqlarını heç eynimizə almırıq. Susmaq qorxunun nəticəsidir. Səhvlərin, uğursuzluqların, tərəddüdlərin dilini kəsir, danışmağa qoymur. Ruandadakı genosid də susmağın nəticəsidi. Bəlkə də təbii fəlakətlər də, lap elə Katrina qasırğası, Yaponiyadakı sunami də susmaqdan qopan artıq enerjinin yerinə qayıtmasıdır. Susmaq yanğıdır, acıdır, ağrıdır, dar ağacının cırıltısıdır.
Əqidəsi uğrunda ölümə gedən dindara ürək-dirək versən nə olar? Yaxud dilənçidən adını soruşsan? Sinifdə geriyə qalan şagirdə "Sən əjdahasan! Hamıdan məşhur olacaqsan" desən necə?  Qudurmuş məmura "Mən səndən əskik deyiləm" fikrini ona anlaşıqlı formada çatdırsan bəs?  Hamı adam olmaqçün çalışır. Bütün dünyanın düzəlməsiyçün cəmi bircə səs, sənin səsin lazımdı. Susma!..
Müsəlman və xristian qarşıdurması yer üzünü cənginə aldığı bir vaxt sosial şəbəkədə bir video çarx yayımlandı. Kanadada "Mən sizə etibar edirəm, bəs  siz?" adı altında keçirilmiş sosial eksperimentdə saqqallı, müsəlman olduğu bilinən birisi küçədə qollarını yana açıb, gözlərini yumub susqunluqla dayanıb. Qarşısındakı kağızda yazılıb: "Mən müsəlmanam. Mən sizə etibar edirəm, bəs  siz? Əgər etibar edirsizsə, məni qucaqlayın". Yoldan keçənlərin əksəriyyəti, İslam terroru qorxusu altında yaşasalar da bu kişiyə yaxınlaşıb onu qucaqlayırdı. Bu da etirazın, səsini yerində çıxarmağın çox uğurlu nümunəsi idi. 

Fikir yürütmək, qarşılaşdırıb müqayisə etmək, ən uğurlu yol seçmək və tapıntılarını paylaşmaq - bu, məhz insana xas xüsusiyyətdi. Bəlkə də ona görə hannibal haqqında çəkilmiş ən məşhur dəhşət filmlərindən biri elə "Quzuların susqunluğu" adlanır. Çünki insan susan kimi yırtıcılara yem ola biləcək bir parça ətə çevrilir.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]