Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Bakıdan 7 min köçkün Pirəküşkülə köçürüləcək (FOTOLAR)

Bakıdan 7 min köçkün Pirəküşkülə köçürüləcək (FOTOLAR)
Bölmə :
KİVDF
Yayım tarixi :
21/11/2012 [11:08]
Baxılıb :
1810 dəfə
Bakı Dövlət Universitetinin yataqxanaları söküləcək, yerində tələbə şəhərciyi salınacaq
Köçkünlər də tezliklə köçməyə razıdırlar, amma bunun problemsiz baş verəcəyinə inanmırlar

“Bakı Dövlət Universitetinin tələbə yataqxanalarında məskunlaşmış məcburi köçkünlər dekabr ayında köçürüləcək”. Noyabrın 13-də jurnalistlərə açıqlamasında bunu ali məktəbin rektoru Abel Məhərrəmov deyib.

Rektorun sözlərinə görə, 7 min nəfərə qədər məcburi köçkündən ibarət 1000 ailə Bakının Pirəküşkül qəsəbəsində tikilən evlərə köçürüləcək: “Evlər tam hazırdır. Orada bütün infrastruktur yaradılıb. Hər cür şəraitə məxsus məktəb, uşaq bağçası var. Yataqxanalarda fəaliyyət göstərən köçkün məktəbləri də ora köçürüləcək”.

Rektor bildirib ki, köçürülmə başa çatandan sonra BDU-nun yataqxanaları söküləcək və yerində çoxmərtəbəli tələbə şəhərciyi salınacaq: “Yataqxanalar yarım əsrdir tikilib. Məcburi köçkünlər yaşadığı dövrdə isə pis vəziyyətə düşüb və ona görə də söküləcək. Yerində Avropa standartlarına cavab verən tələbə şəhərciyi olacaq. Yeni şəhərcik 5000 nəfər tələbə tutacaq. Artıq layihə hökumətə təqdim olunub və qəbul edilib. Şəhərcikdə idman kompleksi, kitabxana, tələbələrin istirahəti üçün müxtəlif guşələr olacaq. Eyni zamanda şəhərciyin həyətindən universitetə birbaşa yol salınacaq”.

Onun sözlərinə görə, BDU-nun yataqxana kompleksinin layihələndirilməsi işləri artıq başa çatıb. Layihəyə əsasən, BDU-nun 1960-cı illərdə tikilmiş 5 mərtəbəli 9 yataqxanası söküləcək. Onların yerində daha müasir, 16 mərtəbəli otel tipli yataqxanalar tikiləcək. Həmin yataqxanalarda 10 minə yaxın tələbə yaşaya biləcək: “Hazırkı yataqxana otaqları ilə müqayisədə yeni yataqxanaların binası daha geniş olacaq. Yeni yataqxanaların bir hissəsinin gələn ilin sentyabrındak istifadəyə verilməsi nəzərdə tutulur”.

“Müvəqqəti məskunlaşma” uzunmüddətli olub

Dünən BDU-nun yataxanasında olub, məcburi köçüklərlə söhbət etdik. Burada Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan və başqa işğal olunmuş rayonlardan gələnlər yaşayır. Onlarla söhbətdə məlum oldu ki, köçkünlər köçürülmənin əleyhinə deyillər. Buna səbəb kimi yataxanda olan şəraitsizliyi əsas gətirirlər. Ailə üzvlərinin sayının çox olmasın baxmayaraq onlar 20 ilə yaxındır balaca, darısqal otaqlarda yaşamağa məcburdurlar. “Müvəqqəti məskunlaşmanı” uzunmüddətli olması da onlarda dövlət rəsmilərinin vədlərinə inamsızlıq yaradıb. Elə köçürülmə ilə bağlı vəd də söz-söhbətdən başqa bir şey olmayıb onlar üçün. Uzun illərdir yataqxananın sökülməsiylə bağlı onlara vəd veriblər. Müvəqqəri sakinlər yataqxanadan nə qədər tez köçürülsələr, daha yaxşı olar, deyiblər. Yenə de sözlərinin üstündədirlər.

Yer dəyişmələr heç nəyi dəyişmir

Füzuli rayon sakini təqüdçü Yadigar Quliyev deyir ki, onların müvəqqəti məskunlaşdırılması heç nəyi dəyişmir: “Burda şərairtsizlik var. İşıq, su problemi olmasa da, qaz olmayıb. Yağış, qar yağanda otaqlara su damır, vannalar, vedrələr qoyuruq. Otaqlar kiçik olduğundan məişət əşyalarını dəhlizə yığmışıq. Eni 3, uzunluğu 5 metr olan bu mənzillərin hər biri elə o vaxtdan bir ailəyə verilib. Üstündən 20 il keçib. 5-6 yaşlı olan uşaqlar indi 25-26 yaşına çatıblar. Ailə qurmaq, övlad sahibi olmaq istəyirlər, ancaq evlərin darısqallığı buna imkan vermir. Hər mərtəbədə iki ümumi mətbəx, iki pal-paltar yuymaq üçün otaq, girişin sağ və sol başında ayaqyolu var. Gigiyena baxımdan tam yararsız olan olan bu otaqlarda üfunət qoxusu adamın üzünə vurur. Qab-qacaq yumaq üçün heç bir şərait yoxdur. Hamı öz ev əşyalarını qapının kandarında qoyduğu ləyənlərdə yuyur. Bizi köçürsünlər, ancaq öz vətənimizə, müharibə yolu ilə ya sülh yolu fərq etməz. Bir neçə ildən bir ünvanı dəyişmək sağalmamış yaramızı qanatmaq deməkdir”.

“Deyirlər guya köçmək istəmirik”

“Biz də insanıq, bizim də yaşamağa haqqımız var. Biz torpaqdan əmələ gəlməmişik ki? Bizə elə yanaşırlar ki, sanki cəmiyyət üçün yararsız insanıq. Vətənimiz işğal olunmasında biz günahkar deyilik. Qılınc əsri olsaydı, bizdə günah axtarmaq olardı. İndi atom silahı əsridir. İndi siyasət həll edir ki, hər şeyi. Qarabağ savaşı siyasi müharibənin nəticəsi idi. Müharibə olarsa, gedəcəyik, torpağımızı sülh yolu ilə işğaldan azad olacaqsa, köçəcəyik. Deyirlər guya köçmək istəmirik. Kim deyir ki, köçmərik?! Bu əsrdə insan üçün şərait lazımdır. Biz də bu yataxanaya gələndə normal yaşayış üçün heç nə yox idi. Bir təhər şərait qurduq. Bir şey də var, işğal olunmamış rayonların sakinləri hamısı öz yerlərində yaşayırmı? Xeyir, insanın yaşaması üçün, çörək lazımdır, o da pulladır. Pulu da qazanmaq üçün işləməlisən. İş üçün çoxları nəinki Bakıya, hətta ölkə xaricinə gediblər”, deyə Füzulidən məcburi köçkü Nadir Məmmədov bildirdi.

Köçkünlər «nə qədər tez köçsələr o qədər də yaxşıdır» deyirlər. Ancaq güman edirlər, orada da hansısa problemlə üzləşəcəklər. Məsələn, nəqliyyat problemi ilə. BDU-nun yataqxanası nəqliyyat vasitələrinə yaxın olması onların problemini azaltmış olub.

Ramid İBRAHİMOV
Fotolar müəllifindir

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]