Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Məcburi üzgüçülük

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
21/2/2015 [10:51]
Baxılıb :
694 dəfə

Elmə dair xəbərlərdə oxuyuruq: "Novosibirsk alimləri siçanları depressiyadan xilas edir". Həmin məqalədəcə depressiyanın kiçik təsnifatı var: çarəsizlik, səbəbsiz tənbəllik, yaşamaq eşqinin tükənməsi”¦ Tanış gəldi? Bu duyğuların hamısını birdən yaşamayan insan tapmaq çox çətin olardı. Hamı içini dağıdıb eşən narahatlıq, yorğunduq, gücsüzlüyü birdəfəlik aradan götürən dərman axtarır. Alimlərsə siçanların dərdini çəkir. Siçanlara ağrıkəsicilər verib halını yüngülləşdirir, yeməyini bol eləyirlər, amma xeyri olmur. 

Heyvanların hüquqlarını müdafiə cəmiyyətinin qulaqlarından iraq, sonunda alimlər siçanları suya atır. Bu eksperimentin adı "məcburi üzgüçülük" adlanır. Yazıq siçan əvvəl çapalayır, qabın kənarlarını kiçik pəncələriylə cırmaqlayır, çıxmağa çalışır və uzun mübarizədən sonra, mübarizə təxminən 3-4 dəqiqə çəkir, hərəkətsiz halda suyun üzündə uzanır. Bütün canlılar belə şəraitdə eyni cür davranır. Alimlərsə deyir ki, siçanlara antidepressant verdikdə onun mübarizəsi bir dəqiqə artıq olur. Bu bir dəqiqə zavallı heyvana bir qədər artıq yaşamaq şansı verir. Sudan qurtulmuş siçanlarla müsahibə eləmək mümkün olmadığından nəticəni özümüz çıxaraq. Təcrübələr insan üzərində aparılmayıb və insanın müqavimət müddəti hələ ki, elmi statistikada qeydə alınmayıb. Hələ ki, çapalayırıq.

Yəqin hardasa uzaqlarda, Sibirdə siçanları çimdirməklə həyata qaytarırlar - deyə düşünmək daha rahat olardı. Həmin bu məntiqlə Norveçdə pedofiliyaya qoyulmuş heykələ sakitcə yanaşmaq olar. Oslonun mərkəzində 30 hektarlıq ərazidə quraşdırılmış 227 çılpaq heykəlin heç də hamısı abırsız deyil. Sallaq dərisi olan qoca bədənlər də, sağlam cavab vücudlar da görə bilərsiz. Həmin parkın heykəllərindən birində iki uşaq kök, əndamlı, çılpaq anasını at kimi minib hörüyünü yüyən kimi əllərində saxlayıb yazıq qadını çapır. Yəqin bu da uşaqların anaları zorlamasının simvolu kimi düşünülüb. Bəlkə də kimsə müxtəlif yaşlı uşaqların qrup şəklində heykəlinə baxıb "Burda nə var ki, bu çılpaq balalar güləşir də. İtələşib, itələşib kiriyərlər”¦" deyəcək. Kiməsə suda çapalayan siçan balasına baxmaq maraqlı gələ bilər. Kiməsə pişik balasını qarmağa salıb akulaya yem eləmək və sonra videonu internetə qoymaq ləzzət verir və "maraqlı istirahət etmək" anlamını verir. Biz isə zorakılıq barədə xəbərləri izləməyi sevirik. 

Dünyada nə qədər zorlanmalı qadın, körpə qız, sütül oğlan uşaqları varmış”¦ Zorlanırlar, zorlanırlar bitib tükənmirlər. Zorlayanların da nəsli kəsilmir. Qarğışlar ünvanına çatmır. Cəzalar yetərli qədər təsirli deyil. Qrip virusu kimi zorakılıq da deyəsən hava-damcı yoluyla ötürülür. Yoxsa sərhədləri belə asanlıqla keçə və minillik mədəniyyətləri bu cür rahat dağıda bilməzdi. Kimsə deyə bilər ki, zorakılıq həmişə olub, sadəcə inoformasiya axını güclü olduğundan indi hər şeydən bu qədər tez agah oluruq. Bəli, zorakılıq insanın xislətindədi və ən kritik, nəzarətdən uzaq düşən məqamlarda qabarır və cəmiyyətə kimliyini bir daha göstərib dişlərini qıcadır. İnsanlarsa belə çətin durumlarda Allahın ədalət hissinə şübhə eləməyə cəsarət etmədiklərindən bunu böyük bir imtahan kimi qavrayır. Sanki bizi də böyük bir əzabın içinə atıb necə çapaladığımıza tamaşa edirlər. Məcburi "üzgüçülüyün" sonunda ya həyat eşqini itirib həyatın mənasızlığını etiraf etməliyik, ya da quruya çıxmaq ümidiylə çapalamağı davam etməliyik. 

Belə durumda heç kim "Bunun mənə dəxli yoxdu" deyib yaşaya bilməz. Oğlanlarını 8-ci sinfə, qızları 11-ci sinfə qədər dərsə aparıb gətirən valideynin də, qızını qonşu uşağı ilə oynamağa buraxmayan ananın, uşağının ayağını yerə dəyməyə qoymayan, maşınla aparıb gətirən atanın, hətta qohumlarla ünsiyyətdə ehtiyatı güdən nənə və babaların övladının zorlamaya məruz qalmayacağına təminatı yoxdur. Yad kişini evə salmağa və uşağını ona etibar eləməyə məcbur olan qadınları, vaxtından əvvəl yetişmiş, dingildəyən, ipə-sapa yatmayan qızları, bir qədər yaşıdlarına nəzərən incə görünən gəncləri demirik hələ. Hamı zorakılıqla üzbəüz dayanıb, çünki bütün cəmiyyət zorakılıq altındadı. Yollarda bahalı maşınlar ucuz maşını sıxışdırır, yoluna girir. Haram halalın üstünə bağırır. Savadsızlıq, səviyyəsizlik istedadı lağa qoyur. Palçıqlı, kirli küçələrdə gəzib özünü layiqli insan duymağa çalışmağın özü zor deyilmi? Milyonların hardan gəlib hara axdığını təxmin edə bilərək rəzil gündə yaşamaq necə?

Siçanlar üzərində daha bir təcrübənin nəticələrinə görə əzabdan sonra sağ qalmış siçanı qəfəsinə qaytaran kimi o, ilk əvvəl qarşısına çıxan siçanı dişləyir. Bir neçə dəqiqə əvvəl ölümlə çarpışan siçan özündə güc tapıb yanındakını incidir. Ona görə də nə qədər ki, çirkab suyu küçəyə axıtmaqla yoldan keçənlərin həyatını iyrənc edirsiz, işıq pulunu yığanı söyüb qovlayırsız, xalxın uşağının əlini rüşvətə öyrədirsiz, çəkidə aldadırsız, həqiqəti gizləyirsiz,  sizin körpələriniz, qadınlarınız zorlanacaq və özünüz də təcavüzdən yayına bilməyəcəksiz.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]