Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Bərk məişət tullantılarının təkrar emalı yolları

Bərk məişət tullantılarının təkrar emalı yolları
Bölmə :
KİVDF
Yayım tarixi :
20/2/2015 [09:32]
Baxılıb :
8498 dəfə
Əlvan metal tulantılarının təkrar emalı onun ilkin əsaslı kapital qoyuluşundan 4 dəfə ucuz başa gəlir

(Əvvəli ötən sayımızda)

Bərk məişət tullantılarının 4 növü üzrə istifadə var: Basdırılma, yandırılma, riyasaylink  (təkrarlanma) və kompastlaşdırma. Tullantıların basdırılması (poliqonda) problemi həll etmir. Tullantının yandırılması da zərərli komponentləri  tam zərərsizləşdirməyə imkan vermir. İqtisadi cəhətdən bu daha bahalıdır. Son 8-10 il ərzində Avropada bir dənə də tullantı yandırma zavodu tikilməmişdir. Utilizasiya və oksidləşmiş tullantılardan qalıq ancaq yandırılır. Tərkibində dioksinlər olan 1 ton tullantının yandırılması zamanı təxminən 5000 m3 zərərli qazlar yaranır, hansı ki, 10 illərlə özünün dayanıqlığını saxlamaqla zəhərlənmə  zonaları yaradır. Uzun müddət istismar olunduqda  bu ərazi 30 km-lərlə məsafəyə yayılır.

Bmt-nin tərkibində olan polixlorfenollar və  polixlorbenzollar məhsulların yandırılması zamanı daha təhlükəli zəhərli dioksinlər yaranır. Eyni zamanda bmt-lərin tərkibində olan üzvi və qeyri-üzvi birləşmələrin xlor birləşmələrin yanma məhsullarının tərkibində dioksinlərin konsentrasiyasını kəskin artırır.

ABŞ-da aparılmış hesablamalara görə, 1 kq bərk məişət tullantısının yandırılması zamanı atmosferə 40 mq dioksin atılır. Aparılan araşdırmalara görə, yandırılma zavodların ətrafında 0,81-204mq/kq həcmində aşkar edilmişdir. Həmçinin yandırılma zamanı  başqa toksiki  dioksinlər yaranır. Belə ki, əgər tərkibində 5 cür maddə varsa, bu zaman 200 birləşmə alınır. Dioksinlərin katalizatorda və təmizləmə qurğularında texnoloji proses zamanı təkrar olaraq ikinci dəfə dioksinlər yaranır.
ABŞ-da (1991) bərk məişət tullantılarının seperasiya edilməmiş emal olunması qadağan olunmuşdur. Vacibdir ki, bmt-lərin ayrı ayrılıqda yığılan (kağız 20-40%, ağac 3,tekstil 4-6, qara və əlvan metal 1-5% qalan hissə) hissələrindən yararlıları təkrar emal olunsun və digər hissələr sonradan yandırılsın. Zibil emalı müəssisələrində  qazların emalı  elektrofiltrlər vasitəsilə istehsal olunur. Alınan zola və kül 4-dən bir hissəsini təşkil edir. Beləliklə, zibilin həcmi xeyli azalır,  metal seçilir və utilizasiya edilir.

Yandırıldıqdan sonra

Dünyada bərk məişət tullantılarını  emal etmək üçün çoxlu texnologiya var. Məsələn, bərk tullantılar beton bloklar hazırlanmasında, yolların örtülməsində istifadə edilə bilər. Hesablamalara görə, məişət tullantılarının yaradılması hesabına şəhəri 10% qazla təmin edə bilər. Xarici ölkələrdə zibilin yandırılması və bu proses zamanı alınan enerjinin əhaliyə satılması nümunələri var. Son 10 ildə dünyada 80 zibil yandırılma zavodu istismara verilmiş və ikinci xammalla  işləyən istilik elektrik stansiyalar ilə təmin edilmişdir. Parisdə olan zibil yandırma zavodu  şəhərin 80%-ni istiliklə təmin edir. Kopenhagendə süni adada tullantılardan alınan enerji ilə 5 ildir işləyən istilik enerji kompleksi var.

Bərk məişət tullantıları həmçinin yandırılma yolu ilə zərərsizləşdirilir. Toplanma bunkerində tullantılar yüklənmə varonkasına verilir, sonra isə qazanxana-areqatının (kotloaqrekat) yandırılma hissəsinə ötürülür  və burada xüsusi resetkada 800-1000 0C -də əlavə yanacaq verilmədən yandırılır. Yanma nəticəsində alınmış şlak xüsusi yerə nəql edilir. Nəqliyyatın üzərinə quraşdırılmış maqnit qara metalı ayırır və paketləyir, ikinci məmulat alınır. Tüstü qazlar xüsusi elektrastatik filtrlərdən keçdikdən sonra 96-98% təmizlənir.  Qazanlarda alınan 194 0C temperatura və 13 atmosfer təzyiqinə bərabər olan buxar zavodun ehtiyaclarına sərf edilir, izafi hissəsi isə boyder qurğusunda şəhərin istilik sisteminə yönəldilir.

Zibil tullantılarının utilizasiya və təkrar  emalı  Almaniya iqtisadiyyatında əhəmiyyətli yer tutur və bu gün bu sahədə 240 min nəfər işçi çalışır və iqtisadi dövriyyə 80 milyard alman markası  təşkil edir. Almaniyada bərk məişət tullantılarının toplanması ilə ilkin halda kommunal müəssisələr məşğul idi. 90-cı illərin əvvəllərində  təkrar emal sənayesi müəssisələri cəlbedici olaraq sürətlə artdı və bu gün bu sahə Almaniyada əsl bioqaz istehsalı rəqabətinə çevrilmişdir. Əvvəllər heç kimə lazım olmayan zibil bu gün qiymətli  əmtəəyə çevrilir. Təkrar emal və ikinci resursların istifadəsi üzrə bu gün Almaniya dünyada aparıcı yerlərdən birini tutur. Makulatura istehsalatın 50%-ni məişət tullantılarından alır və bu 15 milyon ağacın kəsilməsi deməkdir.


Tullantıların çeşidlənməsi üzrə  ayrı-ayrı növlərinin istehlakı

Plastmas tullantıları: Son dövrlərdə iqtisadiyyatın inkişafı ilə paralel plastmas tullantıları da sürətlə artır. Tonlarla polimer materiallar indi tullantıya çevrilir. Yalnız malların paketlənməsinə 300 min ton sərf edilir (Rusiyada 3.5 mln ton). Hansı ki, bu məhsulun təkrar emalı mümkündür. Avropada şəhər zibilxanalarında 7 mln ton plastmas  tullantıları toplanılır. Uzunmüddətli tullantılar olan köhnə avtomobillər və televizorları əlavə etsək, bu tullantıların həcmi ildə 15 mln tona çatar.
Ətraf mühitin çirklənməsinə sərt tələblər tətbiq edildikdən sonra alman firmaları paketlənmə üzrə bütün plastmas materiallarının  tamamilə  toplanması və utilizasiyasını həyata keçirir. Belə ki, “Xexst” firması tərəfindən hazırlanan plastmas yeyən  avtomat əsas diski üzərində quraşdırılmış nazik plyonka, şəffaf polivinil  xlorid tərkibli olduğuna görə  çox iri olmayan şeyləri paketləyə bilir. Bu cür paketlənmiş karobkalar çətin utilizasiya olunduğundan  avtomat bu tipli paketləri utilizasiya edəcək.

ABŞ-da təkrar emal zamanı  ancaq 1% plastik emal edilir, ancaq sənayedə  tətbiq üçün yeni metallar axtarırlar. Plastmas məmulatından xizək kurtkalarında, podklatkalar, yeni konteynerlər, plastik  torbalar və bağ skameykaları düzəltmək mümkündür.  Yaponiyanın “Fuci Resaykl industriya”  kompaniyası dövlət sənaye laboratoriyası mütəxəssisləri ilə birlikdə plastmass  tullantılarından benzin, kerosin  və dizel yanacağı istehsalı metodu işləmişlər. Katalizator kimi seolitdən istifadə etməklə təkrar emal yolu ilə aparılır (neft emalının əks texnologiyası). Bu yeni texnologiyaya əsasən 1 kq plastmasdan 0.5 l benzin və 0.5 l kerosin və ya dizel yanacağı istehsal edilir. Bu istehsal növünü Azərbaycanda tətbiq etmək mümkün olsa, kifayət qədər neft məhsullarına qənaət olar.
Makulatura: Bu tullantıların təkrar emalı atmosfer havasına atılan tullantıların kifayət qədər azalmasına səbəb olur. Belə ki, kağız və karton istehsalı zamanı makulaturadan istifadə edildikdə atmosferə tullantılar  85 % -ə qədər azalır, su çirklənməsi 40% azalır. Beləliklə, 1 ton makulatura 4 m3 ağac məhsullarının qənaətinə səbəb olur.

Avropada təkrar emal olunan makulatura məmulatları divar və pəncərələrin istilik saxlayıcısı kimi istifadə edilmək üçün emal edilir. Bu materialların əsas üstünlüyü ondadır ki, üzvi maddələrdən olduğuna görə, ətraf mühitə az təsir edir və tikinti şirkətlərini bu prosesə cəlb edir, çünki iqtisadi cəhətdən səmərəlidir.

Yaponiyada dəmir yolunda istifadə olunan kağız biletlər təkrar emal üçün yararlıdır. Əvvəllər bu kağızların üz qatı maqnit tərkibli olduğundan, təkrar emala yaramırdı. Lakin sonradan Yaponiya şirkətləri maqnit üz qatının təmizlənməsi üçün texnologiya işlədilər və indi bu biletlər təkrar emal edilərək tualet kağızlarının karton qutuları istehsalında istifadə olunur. Bu zaman 5 ton dəmir yolu biletindən 9 min 130 metrlik rulonlar istehsal edilir.

Britaniyada qəzet və jurnalları toplamaq üçün xüsusi qutular yerləşdirilmiş və ingilislər qəzet və jurnalları oxuduqdan sonra həmin qutulara atırlar. Beləliklə, onlar yenidən təkrar istehsala qayıdır.
İsveçdə makulatura toplanmasının yeni metodları işlənilmişdir və bu metodla istifadə edilmiş kağız məmulatlarının 70-77 %-i təkrar emal üçün toplanır və təhvil verilir. 1 ildə İsveçdə 1.9 mln ton kağız məmulatı toplanaraq təkrar emala göndərilir.

ABŞ-ın “Chesapeake” firması qəzet və jurnalların rəngdən təmizlənməsinin yeni metodunu işləmişlər. Belə ki, təkrar emala gedən qəzet və jurnalları buxara verməklə rəngin 75 mkm-ə qədər gözlə həmin rəngləri ayırd etmək mümkün olmayan səviyyəyə qədər  azaltmaq mümkün olur.
Əlvan metallar. Bu cür metalların təkrar emalı həm iqtisadi, həm də ekoloji cəhətdən çox sərfəlidir. Bərk məişət tullantılarından toplanan əlvan metal tullantılarının təkrar emalı onun ilkin əsaslı kapital qoyuluşundan 4 dəfə ucuz başa gəlir. Alüminiumun ilkin istehsal edilməsi ilə müqayisədə onun təkrar emalı 75 dəfə az elektrik enerjisi sərf edir və ucuz başa gəlir. Azərbaycanda bu sahədə hələ ki, əlvan və qara metalların təkrar emalı tam təşkil olunmamışdır və qiymətli xammal tullantı yerlərində toplanaraq qalır və ətraf mühiti çirkləndirir.

Şüşə. Bu materialların təkrar emalı əsasən tikinti materialları arasında plitə kimi tanınan və hamıya xoş gələn məşhur kafel-metlax və yer döşəmələrində istifadə olunur. Bu xammalın əsas qiymətli hissəsi maye toplanan şüşə materialları (spirtli və qeyri), pəncərə şüşələri, kinoskoplar və sairdir. 2 ədəd şampan butulkası 1 m2 sahəni üzləməyə kifayət edir. Almaniya hər il 20 min ton bu cür materialları idxal edir. Beynəlxalq birjalarda bu xammalı şirkətlər çox həvəslə alırlar. Bu sahəyə diqqət yönəltməklə ölkəyə əlavə sərmayə cəlb etmək olar.

Fluoresyent lampaları. Ekoloji cəhətdən fluoresyent lampaları tullantıları təhlükəli və zərərlidir. Bu sahədə Azərbaycanda təkrar emal müəssisələri olmadığından onların bir yerə toplanması və Avropa strukturlarını cəlb etməklə təkrar emala göndərilməsini təşkil etmək olar.  Düzdür, bu gün onların həcmi çox da böyük deyil, lakin gələcəkdə bu rəqəm arta bilər. Həmçinin bu cür tullantılara təhlükəli tibb tullantılarını da daxil etmək olar. Onların da toplanması və təkrar emala göndərilməsi təşkil olunmalıdır.

Enerji istehsalı. Bərk məişət tullantıları enerji istehsalı üçün istifadə oluna bilər. Daha təmiz və sərfəli üsulla bərk məişət tullantılarının emalından enerji əldə olunması üçün poliqondan yayılan qazların tutulub saxlanması, tullantıların yandırılması, yüksək temperaturda qızdırılaraq tərkib hissələrinə parçalanması və qazlaşdırılması kimi bir sıra texnologiyalar inkişaf etdirilmişdir. Köhnə yandırma zavodları ətrafa külli miqdarda zərərli maddə buraxdıqları halda, müasir dəyişilmiş qaydalar və yeni texnologiyalar bunu əhəmiyyətli dərəcədə azaltmışdır. Nümunə üçün,  ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin 1995 və 2000-ci illərdə Təmiz Hava Aksiyasına uyğun olaraq qəbul etdiyi direktivlər əsasında tullantıların yandırılması zavodundan yayılan dioksinlərin emissiyasının 1990-cı ilə nəzərən 99% və civə emissiyasının 90% azaldılmasına nail olunmuşdur. Agentlik bu inkişafa əsaslanaraq 2003-cü ildə elan etmişdir ki, tullantıların yandırılması zavodu enerji mənbəyi kimi, “enerjinin digər mənbələrinin ətraf mühitə göstərdiyi təsirdən daha az zərərlidir”.

Layihənin həyata keçirilməsi nəticəsində tədbir keçirilən rayonların əhalisi bu sahədə əlavə məlumatlar əldə etmişlər və onların bərk məişət tullantılarına olan münasibətinin dəyişməsinə səbəb olmuşdur. Layihə çərçivəsində bmt-nın toplanması və təkrar emalı ilə bağlı tövsiyələr hazırlanaraq aidiyyatı təşkilatlara göndərilmişdir.


Sadiq Həsənov
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]