Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Sevdiklərinə

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
14/2/2015 [11:09]
Baxılıb :
934 dəfə
Adama bir valentinçik”¦

Yalnız insan sevginin nə olduğunu bilir. Sevir, sevgisinə ad verir, rəng qatır, şəklini çəkir, əbədiləşdirmək cəhdləri edir, sevginin kosmosa qədər gedib çıxdığına inanır, təqvimdə ona gün ayırır, bu günə də ad verir və mütləq qaydada onu bayram edir. Heyvanların sevgi günü olmur. Bu, bizi ayırmağın bəlkə də ən gözəçarpan əlamətidir. Bir tək sevgiyə münasibətindən insanı heyvandan ayırmaq olur. 

Yalnız insan təmənnasız sevə bilir. Sakit axan çay kimi ustufca sevir və əvəzini almağı ağlına gətirə bilmir. Gətirsə də, sevgisinin əvəzini alacağı günü həyatının ən arzulanan bir günü elan edir və bu anın eşqiylə yaşayır. Heyvanlar da sevir, amma mütləq əvəzində nəsə almalıdı. Heyvana sevgisinin qarşılığını verməsən, həmən dəqiqə caynağını çıxarar. Pişik ətəyinə sürtünürsə, deməli acıb, dadlı  bir tikə almaq istəyindədi. Yeməyini alan kimi səni unudacaq, evinin küncünə çəkilib yumurlanıb yatacaq. Səni bir də acıyanda xatırlayacaq və yenə də nazlanacaq. Məşhur lətifədəki kimi "Sevirsən sev, sevmirsən, broşkanı bəri elə" deyib yaşayanlar da var. Onların sevgi günü olmur.

Yalnız insan sevgi yolunda fədakar ola bilir. Bəlkə də uydurduğu sevgisi yolunda ömrünü qurban verməyə qadirdir. Qurban verə bilənlər zəngindir, çünki verməyə nəyisə var. Heyvanlarsa azuqəsini dar günə saxlar. İtlər artıq sümüklərini gizləyib o tərəflərə göz ucu baxanlara, gedib gələnlərə hürər. Heyvan nəinki canını, heç gizlədiyi sümüyü də sevgilisinə qıymaz. Qıysaydı məhkəmələrdə boşanma və əmlakı bölmə işləri aylarla uzanmazdı. 

Ömründə sevməyib yaşayanlar da az deyil. Tanrıdan diləyib aldığı bir parça çörəyini rahatlıqda yeyib ürəyinin tellərini tərpətməyi axmaqlıq sayanlar bəlkə də daha çoxdu. Dilini arayanı olsa "Neynim, sevə bilmirəm də”¦" deyəcək. Bu, hələ ki, insanlıqdan kənar bir şey deyil. Çünki heyvanlar sevib sevmədiyini bir-birindən ayırmaz. Heyvana bu halın heç biri məlum deyil. Onunçün sevirəm deyib kimisə aldatmaq yağlı bir tikəni kiminsə ağzından alıb qaçmaq qədər asandı. 
Yalnız insan sevgidən qorxur. Sevginin nəsə böyük bir şey olduğunu anladığından onun gələcəyi bir günü dəhşət hissiylə gözləyir. Heç kim ona "sevgi" adlı bəlanın olduğunu danışmamışdı. Nənələrin nağıllarında, anaların laylalarında nakam sevgilər barədə bir kəlmə də eşitməzsən. Bunu insan doğulduğu andan anlayır. Bilir ki, bu dünyada onun yaşamını alt-üst edə biləcək bir qüvvə varsa, o da sevgidi. Təbii fəlakətdən ev-eşiyini itirənlər bir müddət sonra təzə yerdə məskunlaşır və hər şeyi yenidən başlaya bilir. Sevgi təlatümlərindən salamat çıxanlarsa uzun müddət həyat yollarında sərgərdan gəzir. 

Bir tək insan bilir ki, heç kimi itirmək mümkün deyil, çünki kimsə kimsənin malı deyil. Hər canlının Yaradanı var və məxluq Xalıqın yaratdığına sahib dura bilməz. Heyvanlarsa sahibinə sədaqətli olar. Ayağının altında bümürlənib yatar, bir təhlükə olunca qulaqlarını şəkləyər və özününkü saydığını qorumaqçün hücuma hazır olar. Sevgi uğrunda dava-dalaşlar, bıçaqlanmalar, qısqanclıqdan doğan qətllər - hamısı bu qəbildəndi. 

Yalnız insan sevginin sirrinə bir addım yaxındı. Ona anlamağa, dərk etməyə, dadına baxmağa, lap qorxa-qorxa olsa da sevməyə, heç vaxt toxuna bilməyəcəyi sirrə nə vaxtsa yaxınlaşacağına ümidli və şanslıdı. Sevginin formulunu arayınca, rəngini çəkincə, musiqisini nota alınca, roman qələmə alınınca sanki sirrin yumağı bir qədər açılır. 

Elmsə bu barədə müdrikcəsinə susur. Ya da məcbur eləyəndə ağzını açıb sevgiyə belə gic-gici tərif verir: "Defomin erengetik məqsədyönlü motivasiya". İnanmırsız, Vikipediyanı açıb oxuyun. Sevgi mövzusunda alim və filosofları danışdıranda onların dediklərindən adam lap xəcalət çəkir, sanki heç vaxt sevməyiblərmiş”¦ Eros (tufan kimi gəlib sevgilisinə pərəstiş bəxş edən vurğunluq), filiya (sevgi - dostluq, sevgi bağlılıq), storge (mehribanlıq, şəfqət dolu hiss, ailə bağlılığı), aqape (fədakar sevgi), lyudus (oyunbaz sevgidir ki, cinsi ehtiras üzərində qurulub və həzz almağa yarayır), maniya (ehtiras, qısqanclıq), praqma (tamahkarlıqdan doğan haqq-hesab çəkmək yoluyla edilən seçim), valideynin övlada olan sevgisi, uşağın ata-anasına duyduqları, ailədə ər-arvad arasında olan ideal sayıla biləcək hisslər də - hamısı birlikdə sevginin dəqiq tərifini vermir və real portretini cızmır. 

Yalnız insan Vətənini, xalqını, torpağını, yaşadığı planeti sevgilisi qədər və ondan da artıq böyük sevgiylə sevə bilir. Yalnız insan bədəninin hər molekuluna sevgi payı verdiyi qədər də Kainatın hər küncünə sevgi fişəngindən qığılcımlar göndərir. Bir nəfərin sevgi selində minlərlə insan paklanır, gözəlləşir və sevimli olmaq istəyir. Sevgi yoluxucu xəstəlik kimi qəlbi daşlaşmış insanların ürəyinin ərpini qazıyıb təmizləyir. Əgər sevgi mesajı göndərmək  istəyən bir kəs bu köşənin kağızından kiçik ürəkciklər kəsəcəksə, qayçı mənim burnumun üstündən keçib şəklimi yazını içindəki sevgi qədər paralara ayıracaqsa və bundan adamlara pay düşəcəksə sevinərəm.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]