Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Ekoloji fəlakət üzərində qurulan iqtisadi inkişaf

Bölmə :
Köşə
Yazar :
Elməddin Mirzəyev
Təqdimat :
Ritorika Universal Klubun üzvü
Yayım tarixi :
14/2/2015 [11:04]
Baxılıb :
1304 dəfə

Bizi əhatə edən canlı və cansız aləm ətraf mühiti təşkil edir. Ətraf mühitin insan həyatında mühüm əhəmiyyət kəsb etməsini müxtəlif faktorlarla izah etmək mümkündür. Sağlam bir gələcəyin təməlini düşünən hər bir şəxs üçün ətraf mühit önəmlidir. Ətraf aləm bizə bir çox nemətləri vermişdir. Bizim üzərimizə düşən əsas vəzifə bu nemətlərdən məqsədyönlü şəkildə istifadə etməkdir. 
Deyərdim ki, yaradılışın ən gözəl rəssamı olan Allah dünyanı elə gözəl yaradıb ki, bu əsərə valeh olmamaq mümkünsüzdür. "Canlı və cansız varlıqlar kainatın əvəzolunmazlarıdır" desəm, yanılmaram. Bizi əhatə edən bu varlıqlardan yöndəmsiz şəkildə istifadə etdiyimiz zaman başlıca olaraq öz sağlamlığımızı təhlükə altına salırıq. İnsan təbiətdən güc alır. İnsan təbiətlə bütünləşir və bunun sayəsində gələcəyi üçün əmin addımlar atır. 

Təbiətə olan sevgini bir çox bənzətmələrlə ifadə etmək olar. Bir ana üçün övlad nə qədər dəyərli bir nemətdirsə, təbiət də bütün insanlıq üçün dəyərli və əvəzolunmazdır. Ətraf mühitin insanların həyatında, cəmiyyətimizdə tutduğu mövqedən çox geniş danışmaq olar. Bununla yanaşı, ətraf mühitlə bağlı qlobal problemlər mövcuddur. Və bu problemlər irimiqyaslı olub, insan həyatının özəyinə çevrilmişdir. Bu mövzuda danışılarkən, müxtəlif suallar meydana çıxır.

Ətraf mühitin çirklənməsinə təsir edən amillər nədən ibarətdir?

Bəşər tarixi yarandığı dövrdən müasir dünyamıza qədər bir çox proseslər cərəyan edib. İstər inkişaf, istərsə də qeyri-inkişaf kainatın zərər görməsi ilə nəticələnə bilmişdir. Tarixi dövrlər boyu ölkələr arasında yaşanan müharibələr canlı və cansız aləmin həddindən artıq qırılması ilə nəticələnmişdir. İnsan tələfatı təbiətin zəifləməsinə də təsirsiz ötüşməmişdir. İnsanın təbiətdən düzgün istifadəsi zamanı təbiətin inkişafının daha da rəngarəng olması sürətlənir. 

Bundan fərqli olaraq, bir önəmli faktoru da qeyd etmək olar. İnsanların əqli savada az yiyələnə bilməsinin ağır nəticəsini təbiət ödəmişdir. Bunu insanların torpaqlardan, eyni zamanda təbiətin istənilən komponentlərindən yanlış istifadəsi ilə izah etmək olar. Zaman keçdikcə təbiətin təbii və insanlar tərəfindən dəyişməsi halı baş vermişdir. Təbiət istər kəmiyyət, istərsə də keyfiyyət yönündə dəyişmələrə məruz qalmışdır. Müasir dünyamızda insanların təbiətə laqeyd yanaşması təbiətin çirklənməsinə zəmin yaratmışdır. 

Müasir dünyamıza nəzər salsaq, müxtəlif ölkələrin, xüsusilə böyük dövlətlərin iqtisadi maraqlarının təbiət üzərində qurulmasını aydın şəkildə görə bilərik. Əslində, bu, başadüşülən bir vəziyyətdir. Çünki hər bir dövlət öz iqtisadi gücünü artırmaq məcburiyyətindədir. Bunu həyata keçirmək üçün də əsas hədəf təbiət olur. 

Azərbaycanda olan vəziyyətə nəzər salaraq da təbiətə təsirimizi aydın şəkildə görə bilərik. Bildiyimiz kimi, ölkəmizin əsas gəlir sahəsi neft sektorudur. Neftin çıxarılması zamanı təbiətə ciddi şəkildə ziyan vurulması halları müşahidə olunur. Xəzər dənizində neft çıxarılan zaman texniki səbəbdən dolayı neftin dənizə dağılması halları baş verir. Bunun nəticəsi olaraq dəniz suyu korlanır və dənizdə olan canlı heyvanat aləmi ziyan görür. Neftin quruda çıxarılması zamanı isə torpaqların ciddi şəkildə korlanması halları baş verir. 
Digər qeyri-neft sahələrinə nəzər salaq: Ölkəmizdə dağ-mədən sənayesi də, bildiyimiz kimi, mövcuddur.Təbiətin korlanması halları burada da müşahidə olunur. Dağ çaylarının tullantılarla çirklənməsi ciddi problemlər yaradır. Nəzərə alsaq ki, dağ çaylarının əksəriyyəti bölgə əhalisinin içməli su tələbatını ödəyir, demək, ciddi tədbirlərin görülməsi şərtdir. Ölkə iqtisadiyyatının güclənməsi hər birimizin istəyi olsa da, təbiətlə bu cür rəftar arzuolunmaz haldır.

Ətraf mühitin monitorinqi

Qeyd etdiyim ətraf mühitin monitorinqi komponenti mühümlüyü ilə diqqət çəkir. Yuxarıda mühitə qarşı etinasız yanaşmalardan söz açdım. Monitorinqin ətraf mühitdə nə kimi rol oynadığını bildirmək istərdim. Hər kəsə məlum olduğu kimi, ətraf aləmi çirkləndirən amillər təbiətin balansını pozma iqtidarına malikdir. Bunun qarşısını müəyyən dərəcədə almaq mümkündür. Buna görə də səlahiyyətli insanlar tərəfindən monitorinqlər keçirilir. Bu monitorinqlərin keçirilmə məqsədi ətraf mühitdə yayılan maye, qaz və bərk halda olan tullantılara nəzarət etmək, onların təbiətə ziyanvermə dərəcələrini azaltmaqdır. Bu kimi tədbirlərin irimiqyasda olması təbiətin mühafizəsini asanlaşdırmağa şərait yaradar.

Ətraf aləmin mühafizəsi

Sadalanan amillərin ətraf mühitin çirklənməsinə səbəb olduğunun aşkar şəkildə şahidi olduq. Bu amillərə qarşı dövlət tərəfindən tədbirlər planının hazırlanmasını təqdirəlayiq hal kimi qiymətləndirmək doğru olardı. Hökumətimiz tərəfindən hazırlanan plan əsasında səlahiyyətli şəxslərin icrası ilə mühafizə tədbirləri keçirilir. Bu tədbirlərə ölkə ərazisində yerləşən sənaye obyektləri cəlb olunur. Sənayedə tullantının həcmini azaltmaq üçün tədbirlər görülür. Lazımi avadanlıqlar qurulur. 

Azərbaycanda tullantının yenidən emalı üçün tullantı sənayesi yaradılmışdır. Bu ekologiyanın təmiz saxlanılması üçün mühüm tədbirdir. Bu kimi tədbirlərə dünyanın inkişaf etmiş ölkələrində rast gəlmək olar. Məsələn, Şərq ölkələrində sənayedən xaric olan qatı tüstü tullantısından rezin alma üsulları tətbiq olunmuşdur. Bunun sayəsində dünya ekologiyasına müsbət bir keyfiyyət gətirilmişdir. 
Ekologiyanın təmiz saxlanılması hər bir insanın borcudur.İnsanlar öz aralarında ekologiya haqqında bir-birlərini məlumatlandırmağı özlərinə borc bilməlidirlər.İnsanların bu kimi addımları təbiətə olan sevginin bariz göstəriciləridir. Bu tədbirlərin irimiqyaslı olmasını təşkil etmək üçün ekologiya klub və dərnəkləri təşkil olunur. Bu dərnək və klublar sənaye şəhərlərində, eləcə də müxtəlif ərazilərdə ağac əkmə aksiyaları təşkil edirlər. 

Yaşıllıq yaradıb, gələcəyimizi qaranti halına salmaq hər birimizin borcudur. Təbiəti sevmək bir insanlıq borcudur. Təbiət sənə bir əmanətdir, bu əmanətə sahib çıx və gələcək nəsillərə nümunə ol.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]