Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Təbii düzənə qarşı müharibə

Bölmə :
Köşə
Yazar :
Faiq İsmayılov
Təqdimat :
Azərbaycan Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri
Yayım tarixi :
12/2/2015 [09:45]
Baxılıb :
1144 dəfə
İşğal altındakı ərazilərimizdə təbiət və incəsənət nümunələrimiz necə məhv edilir?
“Əgər rus dövləti və xalqı olmasaydı bu gün Ermənistan mövcud olmazdı” (Sergey Makarov Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru. 15 yanvar 2015-ci il. Vesti.az saytı)

Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycanın Dövlət qanunvericiliyinin yaratdığı şərait çərçivəsində görülən işlər, dövlət orqanlarının, hüquqi şəxslərin və vətəndaş cəmiyyəti üzvlərinin gündəlik vəzifələrinə çevrilməlidir. Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizminin qarşısını almaq üçün Beynəlxalq təşkilatların vasitəsi ilə abidələrin mühafizə edilməsinə nəzarət işləri həyata keçirilməlidir.  Çünki Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. 
Bundan ermənilərin əsas məqsədi işğal altında saxladıqları ərazilərdən Azərbaycan tarixini silməklə özlərini bu torpaqların qanuni sahibləri kimi təqdim etməkdir. Halbuki bu yolla onlar 1918-1923-cü illərdə Qərbi Azərbaycan ərazilərində Ermənistan adlı dövlət yaratdılar. 1988-1991-ci illərdə isə azərbaycanlılara qarşı etnik təmizləmə apararaq Ermənistanı təkmillətli respublikaya çevirdilər.

Məkrli fəaliyyət planı

Azərbaycanın işğal altında olan ərazilərini özəlləşdirdiyini düşünən Ermənistanın siyasi dairələri, artıq bu əraziləri tarixi və mədəni baxımdan da erməniləşdirmək üçün illərdir ki, ardıcıl və davamlı fəaliyyət planı həyata keçirir. Bu fəaliyyət planına:

- Toponimlərin, yerlərin-yurdların və inzibati yaşayış mərkəzlərinin adlarının dəyişdirilməsı;
- Tarixi şəxsiyyətlərin o cümlədən, dövlət xadimlərinin, hərbi xadimlərin, Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar və  mənzillər üzərindən azərbaycanlıların adlarının ləğv edilərək milliyətcə erməni vətəndaşlarının adları  ilə əvəz edilməsi;
- Monumental abidələrin və xatirə nişanlarının, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı olan məşhurların həyatlarını əks etdirən lövhələrin, heykəltaraşlıq əsərlərinin sökülərək erməni mədəniyyətinin nümunələri və heykəlləri ilə əvəzlənməsi;
- İslam dini abidələrinin, o cümlədən qəbiristanlıqların, qəbirüstü abidələrin, qəbir daşlarının tamamilə dağıdılaraq yerlə yeksan edilməsi;
- Memarlıq abidələri üzərindən türk simvollarının və digər bədii daş nümunələrinin  məhv edilməsi və ya götürülərək  ərazidən çıxarılması işləri və s. daxildir.
Ermənilərin bu cür vandallıq siyasəti nəticəsində işğal altındakı ərazilərdə Azərbaycanın çox böyük sayda monumental incəsənət abidələri, ətraf mühiti, tarixi abidələri və islam dövrü abidələri məhv edilərək tamamilə sıradan çıxarılmışdır. Ərazidə baş alıb gedən bu cür özbaşınalıqları və vandallıq hərəkətlərini bir çox erməni ekspertləri, analitikləri və jurnalistləri də dolayısı ilə etiraf edir, hadisələrin baş verdiyi yerlərdən sökülmüş və dağıdılmış abidələrin görüntülərini yaymaqla   ermənilərin bu ərazilərdə vandallıq etdiklərini təsdiq edir və bilərəkdənmi, bilməyərəkdənmi bizim iddialarımıza haqq qazandırırlar. 

Təbiətin qıymadığına qıydılar

Nəzarətsiz qalmış ərazilərdə tarix və mədəniyyət abidələrinin korlanmasına və ya tamamilə məhv olub dağılmasına ermənilərin vandallıq hərəkətlərindən başqa, digər hallar da səbəb ola bilər. Məsələn; Azərbaycanın nəzarətindən kənarda qalan erməni işğalı altındakı ərazilərdə yaşayış massivlərindən uzaqlarda olan abidələrin korlanmasına təbiət hadisələri, o cümlədən torpaq sürüşmələri, zəlzələlər, aşınmalar, leysan yağışları səbəbindən uçqunlar, ildırım vurmaları, eləcə də böyük yaşayış massivlərində, yəni sənaye müəssisələri yerləşən ərazilərdə aparılan abadlıq-quruculuq işləri, tamah məqsədi ilə abidə ətrafında icazəsiz qazıntı aparılması işləri və digər hadisələr də səbəb ola bilər.
Problem ondadır ki, təbiət hadisələri nəticəsində uçulmuş abidələrin tikinti quruluşlarına, ornamental və bədii işləmələrinə, divar yazılarına o qədər də zərər dəymir. Belə ki, təbiət hadisələri nəticəsində uçulmuş abidələrin bərpası zamanı abidəyə aid ornamental nümunələr və kənardan hörgü daşlarının axtarılması tələb olunmur. İşğalçılıq faktından istifadə edilərək abidələrə qarşı məqsədli şəkildə tətbiq edilən vandalizm aktları nəticəsində isə abidənin forma cəhətdən görünüşü tamamilə dəyişərək onun mövcudluğunu şübhə altına alır. 
Buna misal olaraq Ağdam şəhərinin bağ və parklarında olan heykəltaraşlıq nümunələrini, xatirə abidələrini, Şuşa şəhərindəki böyük tarixi əhəmiyyətə malik bina və qurğuları, M.P.Vaqifin xatirə kompleksini, Laçın rayonunun Güləbird kəndindəki Azərbaycanın bayatı janrının ustadı Sarı Aşığın və Laçın şəhərinin mərkəzində tikilmiş Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə abidələrini göstərmək olar. Bütün bunların əvəzində isə ermənilər Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Hadrut, Martuni, Qubadlı ərazilərində, birinci Qarabağ döyüşlərində fərqlənən erməni terrorçularının xatirələrini əbədiləşdirmək üçün xatirə abidələri tikir, kriminal aləmdə tanınmış ermənilərin heykəllərini ucaldırlar.
İşğal altındakı inzibati yaşayış mərkəzlərində azərbaycanlılara məxsus mövcud olmuş  heykəllərin, ermənilər tərəfindən dağıdılması onların özlərinə məxsus üsulla həyata keçirilir. Belə ki,  heykəli əvvəlcə kiçik hissəciklərə bölür, sonra isə bir neçə yüzmetr ərazidə ətrafa səpələyirlər. Ona görə ki, bu hissələr nə vaxtlarsa bir yerə toplanıb yenidən abidənin bərpası mümkün olmasın. Monumental xatirə abidələrini isə əksər hallarda sökmür, abidənin üzərindən lövhələri və baralyefləri çıxararaq erməni dilində yazı lövhələri və baralyeflərlə əvəz edirlər.

Qarşımızda duran bir nömrəli vəzifə

Dağlıq Qarabağ və yeddi ətraf rayonları etnik təmizləməyə məruz qoyan Ermənistan hökuməti, bir daha bu ərazilərdə azərbaycanlıların yaşamayacaqlarına özlərini inandırmağa çalışırlar. Məhz bu səbəbdən də bir zamanlar etnik təmizləməyə məruz qoyduqları ərazilərdə azərbaycanlılar yaşamış kənd və şəhərlərin xarabalıqlarında və turizm üçün əlverişli yerlərdə erməni xaçları ilə bəzədilmiş Monumental İncəsənət Abidələrinin tikintilərini ilbəil genişləndirirlər. Bunda məqsəd, gələcək nəsillərə bu ərazilərin tarixi erməni torpaqları olması görüntüsünü yaratmaqdır. Dağıdılan Azərbaycan mədəniyyəti fonunda bu mənzərələrin yaradılması acınacaqlı və olduqca təhlükəlidir.
Təcavüz nəticəsində işğala məruz qalan ərazilərdə tarixən mövcud olmuş  mədəni dəyərlərin qorunması və eləcə də memarlıq, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsi və onlara dəymiş zərərlərin qiymətləndirilməsi bu gün Azərbaycan xalqının qarşısında təxirəsalınmaz bir vəzifə kimi durur. 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul edilən sənəd imkan verir ki, Azərbaycan törətdiyi cinayətlərə görə Ermənistana qarşı Beynəlxalq təşkilatlar vasitəsi ilə sanksiyaların tətbiq edilməsini tələb etsin.

(Davamı gələn sayımızda)

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]