Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Adamyeyənlikdən keçən insanlıq

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
7/2/2015 [10:57]
Baxılıb :
4284 dəfə

Sivil cəmiyyət dedikdə biz ən əvvəl Avropa mədəniyyətini və onun rifah gətirdiyi əraziləri nəzərdə tuturuq. "Adam balası kimi yaşamaq" arzusuyla köçüb oralarda ömür-gün görmək istəyənlər də az deyil. Bilmək lazımdır ki, həsəd apardığımız  Avropa sivilizasiyasının etik normalarının yaşı 200 ildən artıq deyil. İndi normal adamı diksindirən adət-ənənələr, məsələn, adamyeyənlik 18-ci əsr üçün adi həyat tərzi sayılırdı. Keşişlər uşaq qanı içir, edam olunmuşların piyi ilə epilepsiyanı müalicə edirdilər. Mumiya adıyla qəbul edilən vasitənin isə kütləvi istehsalı vardı.

Sivilizasiya tarixinin qara ləkələrini bilmək və arabir xatırlamaq da lazımdır. Atalar məsəli var, yalnız axmaqlar həyatı öz səhvlərindən öyrənir. Avropanın yazılı və mənəvi abidələrini izləmək imkanı olduğundan müşahidələri 2500 il əvvələ qədər apara bilərik. Bəşəri miqyasında çox qısa zaman kəsiyi sayıla biləcək dövrdə həsəd apardığımız yaşam tərzi qadın kahinliyi, pedofiliya, quldarlıqdan tutmuş anarxiya , kommunist icması kimi spesifik quruluşdan keçərək ağır narkotiklərin tətbiqinə qədər ağır insan günahlarının məcmusunu özündə cəmləmiş dövrlərdən keçib. Bir qədər keçmişə nəzər salaq və qiymət verməkdə obyektiv olmağa çalışaq.

İnsan əti ən təsirli dərmandı

Qərbin təcrübəsinə əsaslanıb deyə bilərik ki, etik normalar anlayışının özü çox sürüşgən və formasını tez-tez dəyişəndir. Dünən patologiya sayılan bu gün normaya çevrilə bilər. Dəyərlər beləcə nüfuzdan düşüb yerini tamam fərqli adətlərə verə bilər. Məsələn, sivilizasiyanın ən böyük günahlarından biri sayılan adamyeyənliyi, hanniballığı götürək. Adam əti yemək bütün dinlərdə, cəmiyyətin bütün quruluşlarında, qanuna görə, cəmiyyət tərəfindən, siyasi baxımdan - hər cəhətdən haram sayılır. Hətta 20-ci əsrdə də hanniballıq bir neçə dəfə kritik şəraitlərdə baş qaldırmışdı. Leninqrad blokadasını, yaxud Povoljyedəki aclıq zamanını yada salaq. Amma belə hallarda da adamyeyənlik təqdir edilmirdi, bir çox adamın həyatını qurtarsa da. Cəmiyyət insanın insan əti yeməsi fikrini heç bir formada həzm edə bilməz. Amma onu da bilməliyik ki, cəmi bir neçə yüz illik əvvəl universitetlərin artıq mövcud olduğu zamanlarda, dahi humanistlərin fikir söylədiyi dövrlərdə paralel olaraq adamyeyənlik də vardı. Arxivlərdə indicə yeyilmiş insandan qalan parçalarla şəkil çəkdirmiş ailələrin fotoları saxlanır.
İnsan əti ən təsirli dərman sayılırdı. Özü də təpədən dırnağa qədər hər bir insan əzası işə yarayırdı. İngilis kralı 2-ci Karl insan kəllələrindən hazırlanan məhlul içirdi. Əslən İrlandiyadan olanların kəllələri daha müalicəvi sayıldığından onları kral üçün məxsusi olaraq gətizdirirdilər. Edam zamanı eşafot qarşısında çoxlu adam itələşirdi. Onların əksəriyyəti epilepsiyası olan xəstələr olurdu. Çünki inam vardı, edam zamanı kəsilən başdan sıçrayan qan epilepsiyanı sağaldır. 
İnsan qanı ilə çoxlu xəstəliklər sağaldırdılar. Papa 7-ci İnnokentiy mütəmadi olaraq 3 oğlan uşağından alınmış qan içirdi. 18-ci əsrin sonuna qədər ölmüş adamların piyini götürmək qadağan deyildi. Dəri xəstəlikləri zamanı insan piyinin kömək etdiyinə böyük inam vardı. 

Mumiyanın sehrinə inanan milyonlarla adam heç bilmir ki, əslində meyit yeyir

Hanniballıq tarixində mumiyanın özünəməxsus yeri var. İndiyədək mumiyanın sehrli təsirindən danışırlar. Orta əsrlərdə isə bu məhsulu almaq üçün böyük şirkətlər çalışırdı. Orta əsrlərdən bizə gəlib çıxmış bu vasitənin qiyməti qızılla ölçülürdü. Mumiyanın bir qramı 10-12 dollar arası, yəni kiloqramı 10 min - 12 min civarında dəyərləndirilir. Dünyada mumiyanın sehrli qüvvəsinə inanan milyonlarla adam heç bilmir ki, əslində meyit yeyirlər. 
Dərman kimi mumiyanı 10-cu əsrdən işlədirlər. Mumiya qara, qətran kimi bir məhluldur ki, misirlilər eramızdan əvvəl 3-cü əsrdən başlayaraq ölmüş adamları bu məhlulla emal edib bədənin uzun müddət salamat qalmasını təmin edirlər. Mumiyanın əsl resepti, minilliklər əvvəl hazırlandığı üsulu misirlilər artıq itirib. Amma məhsula maraq böyük olduğundan onu insan kəllələrindən, salamat qalmış sümüklərdən, bədən boşluğundan  qaşıyıb çıxarır, təkrar emal edərək satırdılar. Mumiyaya maraq Misir sərdabələrini xarabaya çevirən bir bəhanə oldu. Hər tapılan məqbərədən zinət əşyaları, mərhumla birgə basdırılmış qiymətli artefaktlar çıxarılandan sonra da meyiti rahat yatmağa qoymurdular. Kitablar yazır ki, istehsal iyrənc olsa da, zəhmətinə dəyərdi. Təbib Əbd-El-Lətifin yazdığına görə, 3 insan kəlləsindən yığılmış mumiya 50 dirhəmə (dirhəm 1,5 qrama bərabər gümüş puldur) satılırdı. 
Mumiyaya maraq ticarəti canlandırırdı. Qəhirə və Aleksandriyadan olan tacirlər "sehrli vasitə"nin Avropaya çatması məsələsinin qeydinə xüsusi qalırdı. Onlar qazıntılar aparmaq üçün yüzlərlə misirli kəndliləri günəmuzd tuturdu. Həmin ticarət konsernlərinin daha bir məhsulu da vardı. Dünyanın hər tərəfinə insan sümüklərindən ovulmuş un göndərirdi. 14-16-cı əsrlərdə mumiya apteklərdə dərman otları ilə yanaşı satılan ən adi bir dərman sayılırdı. Misirin mumiya ehtiyatı tükənəndə isə mumiya biznesi tənəzzül yaşamadı. Məhsul çatmayanda edam olunmuş cinayətkarların, yiyəsiz qalmış vəfat etmiş kəndlilərin meyitləri kara gəlirdi. Onları gün altında qurudaraq "əsl mumiya" almağa başladılar. İstehsalat tələbatı ödəmədiyindən qəbir soyğunçuları gözdən iraq düşmüş meyitləri qazıyıb çıxarıb oğurlayırdı. Meyit iri qazanda ət sümükdən aralanana qədər bişirilirdi. Qazanın içində qalan yağlı maye şüşə qablara doldurulub italyan tacirlərinə ağlasığmaz baha qiymətə satılırdı. 1564-cü ildə fransız həkimi navarralı Gi de la Fontan Aleksandriyada olarkən mumiya hazırlamaq üçün öldürülmüş və üst-üstə qalanmış yüzlərlə qulun meyitlərini bir tacirin anbarında görüb dəhşətə gələrək bunu xatirələrində yazmışdı. 

Kürən kişini mirra tozu və aloyla səpmək lazımdı ki, acı olmasın”¦

Meyit biznesinə avropalılar da qoşulurdu. Con Sanderson adlı agent 1585-ci ildə mumiya ticarətinə qoşulmaq əmri aldı. Fəaliyyəti nəticəsində o, 600 funt mumiyalanmış və qurudulmuş insan ətini dəniz yolu ilə İngiltərəyə göndərdi. Bir qədər sonra mumiyanı Avropanın özündə hazırlamaq daha ucuz başa gəldiyindən biznes buralarda da çiçəkləndi. 14-cü əsrdən bəri Avropada təzəlikdə edan olunmuş cinayətkarların meyitindən mumiya hazırlamağa başlandı. Bəzən eşafot qarşısındaca cəllad təzə qan və piy satışı təşkil edirdi. Bu barədə 1609-cu ildə Almaniyada çap edilmiş O. Krollun kitabında oxuya bilərik: "24 yaşından çox olmayan kürən kişinin meyitini götürün. O, gərək bir gündən gec olmasın. Yaxşı olardı ki, asılmış, çarxda parçalanmış, ya da nizəyə otuzdurulmuş olsun. Onu bir gün və bir gecə günəş və ay altında saxlamaq, sonra xırda tikələrə doğramaq, mirra tozu və aloy ilə səpmək lazımdır ki, çox da acı olmasın”¦"

Başqa resept də vardı: "Meyiti bir neçə gün spirtdə saxlayıb sonra kölgəlikdə asıb yüngül küləkdə qurutmaq lazımdı. Sonra ətin qırmızı rəngini qaytarmaq üçün şərab spirti lazım olacaq. Bu meyitin görkəmi daima qusma refleksi yaratdığından bu mumiyanı zeytun yağında batırmaq yaxşı olardı. Bu yağ da meyitin mikroelementlərini canına çəkdiyindən dərman kimi tətbiq edilə bilər. Zəhərli ilanlara qarşı çox təsirli vasitədir". Məşhur farmosept Nikolay Lefavr 1664-cü ildə Londonda nəşr edilmiş "Kimya haqqında tam kitab"ında belə resept göstərir. O, əvvəlcə sağlam və cavan kişinin əzələsini kəsməyin yollarını təsvir edir. Sonra yazır ki, əzələni şərab spirtində saxlamaq, sonra sərin və quru yerdə qurutmaq lazımdı. Əgər hava soyuqsa, yaxud yağış yağırsa, bu əzələləri baca üzərində ardıc kolunun budaqlarından qalanmış vam odda qurutmaq lazımdı. Əzələ hazır olduqda dənizçilərin səfərə apardığı qaxac ətə oxşamalıdır. 

Bal içindəki şip-şirin qocalar

İnsan bədənindən dərman hazırlamaq fırıldaqçılığı o qədər çiçəkləndi ki,  təbiblər bura insanın mənəvi keyfiyyətlərini də əlavə eləməyə başladı. Yəni ki, özünü qurban vermiş adamın meyiti daha təsirli dərman düzəltməyə imkan verir. Belə yanaşma Ərəbistan yarımadasında çoxdan vardı. Orda 70-80 yaşlı kişilər öz bədənini başqalarının sağlamlığına qurban verirdi. Onlar heç bir yemək qəbul etmir, yalnız bal yeyib bal vannaları qəbul edirdi. Bir aydan sonra onların bədəni bal ifraz etməyə başlayırdı. "Şirin qocalar" öldükdən sonra onların bədənini balla dolu sarkofakta yerləşdirirmişlər. 100 il sonra onları çıxarır və dərman kimi tətbiq edirmişlər. İnam varmış ki, bu məhlul bütün xəstəliklərin dərmanıdır. İranda isə bu cür dərman hazırlamağa 30 yaşlı kişi lazım olurdu. Öləcəyinə görə ona bir müddət şah kimi qulluq edir və bütün istəklərini yerinə yetirirmişlər. Sonra şah kimi yaşayan kişinin bədənini bal, həşiş və dərman bitkiləri içində batırır və tabutun ağzını bir də 150 ildən sonra açırdılar. 

Qumanol və  kadaverol nədir?

Mumiya ehtirası o yerə gətirdi ki, artıq 1600-cü ilə qədər Misirin sərdabələrinin 95 faizi qarət olundu. Avropada 17-ci əsrdə isə qəbirsanlıqları silahlı dəstə qorumalı olurdu. Yalnız 18-ci əsrdə meyit yeməyi, ondan nəsə hazırlamağı qadağan edən qanunlar əmələ gəldi. Kütləvi hanniballıq 19-cu əsrin ortalarına aradan götürüldü. Buna baxmayaraq Avropanın gözdən iraq bölgələrində adətlər uzun müddət yaşamaqdaydı. Məsələn,  İrlandiya və Sitsiliyada hələ xaç suyuna salınmamış ölmüş uşağı yemək qəbahət deyildi. İnsan bədənindən dərman hazırlamaq cəhdləri 20-ci əsrin əvvəllərinə qədər vardı. İnsan piyini cərrahi əməliyyat zamanı işlətməyə 1909-cu ildə Qodlender adlı həkim tətbiq edib. SSRİ-də L. D. Kortavov 1938-ci ildə abırlı səslənmək üçün "qumanol" adlanan məhlulu işlədirdi. Praktikadan məlum olur ki, meyitin su buxarlanması vasitəsilə yağını çıxardıqdan sonra onu yaralara sürtdükdə  yanıqların sağalma müddətini 2 dəfə azaldır. 1951-ci ildə A. M. Xudaza adlı müəllif "Meyitdən alınmış kadaverol (kada - meyit deməkdir) məhlulunun yanıqlar zamanı istifadəsi" mövzusunda dissertasiya müdafiə edib. Alimlər mumiya sözünü MOS, yəni mineral orqanik sibstrat adlandıraraq xaricə sürtməklə alınan effektdən savayı daxilə qəbulu ilə radiasiyadan alınmış zərəri aradan götürməyə və kişi qüvvəsini artırmağa da yararlı olduğunu təsdiqləyir.

Biz də adamyeyənlərik?!

İkinci Dünya Savaşı zamanı alman faşistlərinin düşərgələrdə insan bədənindən sabun, dəri, peyin alması bizi hiddətləndirirdi. Amma Avropa xalqları üçün bu, 200 il əvvələ qədər qaranlıq keçmişinə qaytaran geriyə addım idi. İndinin özündə də dəbdəbəli Qərb həyatında insan bədəninin məhsul kimi istifadəsi dayanmayıb. Plasentanın istifadəsinə olan maraq artmaqdadır. Müxtəlif cavanlaşdırıcı kremlərin tərkibinə qatılması bir yana, plasentanın yeyilməsi də il-ildən artan müasir dəbə çevrilib. Qərbda bir çox doğum evlərində qadının doğuşdan sonra plasentasını nə etmək barədə qanun-qayda var. Qadın istəsə öz plasentasını apara bilər. Yaxud imtina edərsə onu laboratoriyaya verib müxtəlif harmonal preparatlar hazırlayırlar. İnsan plasentasını yemək Qərb sivilizasiyasını geriyə aparan bir addımı saymaq olar. Maraqlananlar  plasentanın yeməkçün hazırlanma qaydasını internetdən çox rahat tapıb öyrənə bilər.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]