Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Zərurətdən doğan mövzu

Bölmə :
Köşə
Yazar :
Nemət Məmmədov
Təqdimat :
Lütfi Zadə adına BMEA-nın həqiqi üzvü
Yayım tarixi :
4/2/2015 [22:43]
Baxılıb :
dəfə

Gündəlik qayğılardan bəhs edən növbəti telefon danışıqlarımızın birinin sonunda oğlum dedi: " Ata, müxtəlif mövzularda yazırsan, mövzular verirsən, gəlsənə mən də sənə bir mövzu təklif edim. O, çox aktual və insanların hamısı üçün maraqlı olmalıdır. Son illər, elə bil, bütün dünyada, tək bizdə yox, insanlar dünyadan doyublar, ya beziblər, ya da bütün ətrafdakılara biganə olublar. Sanki haqsızlıq hər yerdə baş alıb-gedir və hamı da özünün gücsüzlüyünü nəinki hiss edir, hətta qəbul edir. Bir sözlə, çıxılmazlıq yaranıb. Bütün bunların səbəbi nədir və haradan gəlir?"
Sözsüz ki, yaxşı və maraqlı mövzudur, cavabı da birmənalı deyil. Bütün bunlar haqda mən də çoxdan düşünürəm. Əslində sual zərurətdən doğub, dünyəvi səciyyə daşıdığından sosioloqlara və politoloqlara ünvanlanmalıdır. Lakin mənim bir prinsipim var, o da ki övladlarımın heç bir sualından yayınmayım. Lap körpə vaxtlarından məndən nə soruşublarsa, cavabı gözlətməyib, bildiyim qədər izah etməyə çalışmışam.
Son vaxtlar nədənsə tez-tez gecələr yuxum qaçır və istər-istəməz çoxları kimi mən də bildiklərimi beynimdə araşdırıram. İndi məcbur olub fikirlərimi kağıza köçürürəm: "Mövzunun siyasi, sosial (məişət) və elmi tərəfləri var" .
Ən fundamental tərəfi siyasi tərəfidir. Qloballaşma dövrünün gətirdiyi çalarlar: güclü dövlətlər hökmranlığının təsdiqlənməsinin reallaşdırılması və bununçün qonşuluqdakı xırda dövlətlərə edilən təzyiqləri reallaşdırıb, onları müxtəlif bəhanələrlə bir-birinin üzərinə qaldırmaq (bəzi xırda dövlətlərdən qoçu dəstələri kimi istifadə etmək və s.). Az inkişaf etmiş ölkələrə yeni, özünəuyğun başçıların yeridilməsi, demokratiya adı altında işlək-dayanıqlı strukturların çökdürülməsi (məsələn, Latın Amerikası, ərəb ölkələrində və s.). Böyük dövlətlər zamanı gözləmək deyil, "bu gün və indicə" prinsipi ilə köhnə strukturları yeniləri ilə əvəz etmək istəyirlər. 
Bütün bu hadisələr onsuz da baş verəcək, elmin, texnikanın, geniş internet şəbəkələrinin yayılması millətlərin yekdilliyini asanlaşdıracaq. Milyardlar xərcləmək, insan tələfatına yol vermək, insanlığın gələcəyi naminə yolverilməzdir. İndi gizli iş görmək mümkün deyil (Vikileaksi yadınıza salın!). Həm də qan yerdə qalan deyil. Bugünkü hegemon dövlətlərin övladlarını gələcəkdə nə gözlədiyini heç kim bilmir. Qüdrətli dövlətlərin (tarixə nəzər salın) nəvə-nəticələri indi səhralarda dovşan qovurlar. Yeni oxuduğum Murad Acının "Qiyamətin nəfəsi" (Dıxanie armoqeddona) əsəri gözəl örnəkdir. Axırıncı 10 ildə müxtəlif bəhanələrlə, yəqin ki, bir milyon ərəb məhv edilib. Həmin şəraitdə olan qonşu dövlətlərdəki xalqların nə cür hisslər keçirdiyini duymaq çətin deyil. İndi böyük dövlətlər də böhran kütləsindədir. Yəni daxildən parçalanmaq qorxusu həmişə mövcuddur və heç nə əbədi deyil!
Sosial-məişət tərəfinin də 90%-i siyasi tərəfdən gəlir. Resursların qeyri-bərabər paylanması, müharibə qorxusu imkan vermir ki, xırda dövlətlər gəlirlərini bərabər bölgüyə sərf etsinlər. Böyük pullar böyük dəliklərə yönəldiyindən orta və aşağı təbəqələr əziyyət çəkir. Belə vəziyyətdə müftəxorlar və həris işbazlar yeni metodlarla xalqın var-yoxunu sorub, talan edirlər . Keyfiyyətsiz yemək-içmək və istirahət-şou proqramları insanları bir tərəfdən xəstələndirir (QİÇS, narkomaniya, alkoqolizm, depressiyalar və s.), digər tərəfdənsə ləyaqətsizləşdirir, yaşamaq zülmə çevrilir. Boşanmaların sayı artır, cavan ailələr yaşlı nəslin nümayəndələrini bəyənmir, yaşlılar isə savadsız gəncləri görmək istəmirlər. Ailə konfliktləri zəminində ölüm hallarının sayı təşviş doğurur. Sui-qəsdlər və intiharlar artır. İnkişaf etmiş kapitalist ölkələrində bu hallar keçən əsrin ortalarında başlayıb. Yadımdadır, keçən əsrin 60-cı illərində 26 yaşlı milyonçu oğlu özünə qəsd etmişdi. O yazıb qoymuşdu ki, "bu dünyada əlçatmaz nə varsa, hamısına nail oldum. Artıq bu dünyada mənim üçün maraqlı bir şey qalmayıb".
İndi bütün ölkələrdə güclü təbəqələşmə gedir. Xüsusilə, postsovet məkanında yeni ruslar, yeni qazaxlar, özbəklər, azərbaycanlılar və s. bütün dünyaya ayaq açıblar. Artıq vətən duyğusu, demək olar ki, aradan çıxıb. Para məhəbbəti hər şeyi üstələyib. Mən həmişə cavanlara, tələbələrimə cavanlığında bir tacir oğlu kimi böyük pullar görmüş, sonra sovet hökumətinin "lütfü" ilə müflisləşmiş atamın dediyi sözləri xatırlayıram: "Arzunun hüdudu yoxdur, Allahdan nə istəyirsiniz, istəyin, yalnız pul istəyəndə ehtiyatlı olun. Ondan elə pul istəyin ki, onu ağlınız idarə edə bilsin. İnsanın bədbəxtliyi onu pul idarə edəndə başlayır". Bütün fəlakətlərin əzəli bununla bağlıdır. İndi nisbətən az müddətdə üst qatda elə pullar əmələ gəlib ki, onu heç bir ağıl idarə edə bilməz. Qalanları - məvacibə baxan gənclər görürlər ki, pulun miqdarı nə onların ağlından, nə də fəaliyyətinin növündən asılı deyil. Halal pul haram pulun kölgəsindədir. Çıxılmazlıq yaranır. Lakin ifrat pul da dərd və əzab verəndir. Heç vaxt pulluların dərdi kasıbların dərdindən az olmayıb. Bu mənada xeyriyyəçiliyin gətirdiyi rahatlıq başa düşüləndir. Lakin əsl xeyriyyəçilik də hər insana nəsib olmur. Əslində xeyriyyəçilik kökdən gəlir.
Ağır iqtisadi durumda, veteranların yardımlarının 70-80, müəllimlərin və həkimlərin real əmək haqlarının təxminən 150 manat olduğu bir vaxtda, bəzi şirnikləşmiş cərrahlarımızın işbazlarla əlbir olub, bahalı özəl klinikalarda adi cərrahiyyə əməliyyatlarını 1000 - 2000 manata etmələri, lazımsız bahalı dərmanlar, mənasız tomoqrafiyalar, rentgenoqramlar, bahalı analizlər, "UZİ"-lər, doplerlər, apteklərdən alınan faizlər və s. xəstə, həmçinin onların qohum-əqrəbaları üçün stress deyilmi? Həkimlər Hippokrat (Loğman) andına xəyanət etdilər və Qilyotinə (məlum Fransa inqilabı zamanı edama məhkum edilmişlərin başlarını asanlıqla üzmək üçün xüsusi qurğu (gilyotin) icad etmiş həkimə) "rəhmət" oxutdururlar, heyif onlara olan hörmətə. Ümumiyyətlə, səhiyyə sahəsində qüsurlarımız çoxdur və ən yaralı yerimizdir. Çünki burada "bacarana can qurban" prinsipi getmir. Səhiyyə işçiləri (xüsusən nazirlik) babalın çox hissəsini öz üzərinə götürür: bura birinci növbədə, mümkün vasitələrlə tibbi sığortanın ləngidilməsi, xaricə müalicəyə gedənlərə yaradılan əngəllər, xaricdən gələn həkimlərə xəstələrdən alınan məbləğin yaxşı halda cəmi 25 % - nin verilməsi. Yəni xəstələrdən mümkün qədər çox pulun qoparılması! Məgər xəstələrin dərdi özlərinə bəs deyilmi? Bunlar hamısı tez görünən, milləti gözdən salan və dərd gətirən əməllərdir.
Elmi tərəfin bünövrəsində əsasən günəşin aktivliyi və ekoloji problemlər durur. İnsanların özlərini cəmiyyətdə, ailədə necə aparması birbaşa günəşin aktivliyi ilə bağlıdır. Hələ keçən əsrin 20-ci illərində böyük rus alimi professor A.L.Çijevski Yer kürəsində baş verən siyasi-ictimai-sosial və təbii hadisələrin əsas səbəbkarı kimi günəşin aktivliyini görürdü. O çoxlu sayda tədqiqatların nəticələrini araşdıraraq, isbat etmişdi ki, müxtəlif xəstəliklərin yaranması və artması periodik səciyyə daşıyır. Sürünənlərin və quşların müxtəlif populyasiyalarındakı növlərin sayının sürətlə dəyişməsi, mikrobların və virusların qədərindən artıq olması məhz günəşin aktivliyi ilə bağlıdır. Son illər günəşdə güclü partlayışlar müşahidə olunur və onun aktivliyi normadan xeyli artıqdır.
İnsan və digər canlıların orqanizmlərində gedən biofiziki və biokimyəvi proseslərin mərkəzində suyun təsiri birinci yerdədir. Çünki bildiyimiz kimi, insanların beyninin 90 %, bədəninin isə 70 %-i sudan ibarətdir. Dünya alimlərinin apardığı çoxsaylı tədqiqat işləri artıq bəhrəsini vermək üzrədir. Suyun xeyli möcüzələri izahını tapmışdır. İndi müxtəlif xarici təsirlərlə suyun parametrlərini idarə etmək mümkün olur. Bu parametrlərdən biri də suyun səthi gərilmə əmsalıdır. BDU-nun fizika fakültəsinin əməkdaşlarının apardıqları elmi işlərin nəticələri göstərir ki, suyun səthi gərilmə əmsalı kiçildikçə aktivliyi artır. Aktivliyi (fizioloji terminlərlə desək, suyun potensialı) çox olan suyun hüceyrələrə və orqanlara daxilolma sürəti də çox olur. Günəş aktivliyi zamanı suyun hər vahid həcmi əlavə enerji aldığından onun səthi gərilmə əmsalı azalır aktivliyi isə artır. Orqanizmlərdə maddələr mübadiləsi, fizioloji və bioloji proseslərin sürəti nəzərə çarpacaq dərəcədə dəyişir. Xüsusilə günəş aktivliyinin ekstremal (orta qiymətə nəzərən ən böyük və ən kiçik) qiymətlərində bütün xəstəliklər tüğyan edə bilər. İnsanların davakar olmaları, psixi halların pisləşməsi, qəza hallarının çoxalması məhz günəşin aktivliyi ilə bağlıdır.

 (Davamı gələn sayımızda)

Nemət Məmmədov
Lütfi   Zadə  adına  BMEA-nın həqiqi üzvü

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]