Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Həyəcan təbili

Bölmə :
Köşə
Yazar :
Təranə Xudabəxşiyeva
Yayım tarixi :
4/2/2015 [22:38]
Baxılıb :
1734 dəfə

Yaxud nəqliyyatın zibil örtüyü və zəhərli dumandan geydiyimiz köynəkdən necə xilas olmalı?

Bütün dünya artıq "həyəcan təbili" çalır. Dünyada ekoloji mühit korlanır, ağaclar qırılır, oksigen azalır. Dünyada baş verən müharibələr, zavodların çirkli tullantıları, neftin qalıqlarının dəniz və torpağı çirkləndirməsi ətraf mühiti təhlükə altına salır. "Bir ağacın kəsilməsi bir insanı zəhərləyib öldürmək deməkdir" fikri artıq formalaşır. Bir sözlə, bu kimi fikirləri məktəb vaxtlarında olandan müəllimələrimiz bizə deyir, kitablar bizə öyrədir. 

Bir avtobus sürücüsü öz sürdüyü avtobusda günəbaxan tumunu çırtlayıb ayağının altına ataraq ictimai nəqliyyatı zibilləyirsə, biz insanlar gündəlik istifadəçisi olduğumuz metroya kağız, konfet, saqqız qalıqlarını ataraq natəmizlik yaradırıqsa, deməli, vəziyyət daha da çətindir. Bir qismimiz ağacəkmə aksiyasında bir ağac əkiriksə, bir çox qismimiz obyekt tikmək üçün onlarla ağac kəsiriksə, onda hansı ekologiyadan danışa bilərik? 
Bir neçə gün öncə mindiyim avtobusda bir hadisənin şahidi oldum. Avtobus sürücüsü (hər gün gedib-gəldiyimdən tanıyıram) digər eyni nömrəli avtobusa minib sürücünün arxasında olan oturacaqda əyləşdi. Oturmağı ilə ovcundakı günəbaxan tumlarını çırtlayıb yerə tökməsi bir oldu. Elə bil zibilqabının içində oturub tum çırtlayırdı. Nə sərnişin sayırdı, nə də sürücü. Elə bil, belə də olmalı idi. Hə, sürücü axı iş yoldaşıdır. 
Hələ maşın sürərkən istifadə etdiyi su butulkalarını, siqaret qutusunu, saqqız və konfet kağızını yolun tən ortasına tökən sürücülərimiz var. Hələ siqareti yana-yana metro pilləkənlərinə tullayan gəncləri və kişiləri demirəm. Bir neçə dəfə şahidi olmuşam. Havanın soyuqluğundan qaçıb metro girəcəyində sığınaraq ciyərlərinə "bayram" təşkil edən kişilər, sonra siqareti söndürmədən metronun girəcəyində olan quyulara (yağış suları üçün nəzərdə tutulan kanalizasiyalar) tullayır. Onlar anlamır və ya anlamaq istəmirlər ki, bu kiçik od böyük yanğına səbəb ola bilər. Bir qrup insan da var ki, onlar özlərindən sonra cəmiyyətdə iz qoymağı sevir. Məsələn, saqqızı metro və avtobus tutacaqlarına yapışdırıb özlərindən sonra gələnlərin onların nəsillərini yad etmələrinə şərait yaradırlar. 
Ekologiyada özünəməxsus iz qoymaqla bakteriya və xəstəlikləri yaymaq olmaz. Ağaclar həyatın oksigen mənbəyidir. Hər insan bir ağacla nəfəs alır desək, yanılmarıq. Amma bir insan öz işləri yaxşı getsin deyə, yüzlərlə ağac qırıb yerində obyekt tikirsə, deməli yüz insanın "qatilinə" çevrilir. Gözəl bir deyim var. Təbiət bizim evimizdir. Biz evimizi təmiz saxlamalıyıq. 
Mənfi cəhətlərimizi dediyim kimi, müsbət cəhətləri də qeyd etməyi özümə borc bilirəm. Son illər dövlətimiz bu yöndə böyük layihələr həyata keçirir. Ekologiyanı qorumaq, təbiəti təmiz saxlamaq üçün müxtəlif layihələr həyata keçirir. Tez-tez iməciliklərin təşkili, ağac əkilmə aksiyaları, abadlıq işlərini buna bariz nümunə kimi göstərmək olar. Hər bir rayonda parkların salınması, yaşıllıqlarla yolların ətrafının gözəlləşdirilməsi, mühitin abadlaşdırılması buna bariz nümunədir.  
Sevindirici haldır ki, Binəqədi rayonunda fəaliyyət göstərən "Təmiz Binəqədi" ətraf mühitin abadlaşdırması üçün, Binəqədinin təmizliyi üçün bir çox ekoloji layihələr həyata keçirmişdir və hal hazırda da davam etdirir. Binəqədi gəncləri bu layihədə iştirak edərək həm bu yöndə maariflənir, həm ekoloji mövzuda təcrübə qazanırlar. 
Bu cür layihələr başqa regionlarda da keçirilir. Gələcəkdə daha mütəmadi keçirilməsi şəhərimizin daha da abad və gözəl qalmasına şərait yaradacaq. Belə layihələrdə gənclər nə qədər çox iştirak edərsə, bir o qədər gənclərin ekologiyaya sevgisi artar və onlar daha da çox ətraf mühiti qorumağa başlarlar. 
Ətraf mühitə sevgi mövzusunda daha çox sosial çarxlar çəkilməlidir. Daha çox sosial sorğular keçirilməlidir. Mətbuat əhli ətraf mühitin abadlaşdırılması mövzusunda daha çox məqalə və yazılarla oxucularla görüşməlidir. Hətta bir sual ilə hər hansı gəncə yaxınlaşarkən onun bütün düşüncələrinin dəyişməsinə səbəb olmaq olar. 
Bu yazını oxuyarkən əminəm hər kəs "buna bax e, gör necə mədəniyyətsizdilər" deyəcəklər. Amma inanın, bunlar - həmin mədəniyyətsizlər bizim aramızda yaşayır. Onlara "DUR!" deməliyik. Yoxsa ağac əkməklə biz ətraf mühitimizi təmiz saxlaya bilmərik. Evi təmizləməsən, yeni əşyaları çirkabın üzərinə qoymaq olmur. O yenilər də toza bürünür. Öncəliklə geniş TV və radio verilişləri hazırlanmalıdır. Məktəb və universitetlərdə, müəssisə və ofislərdə "Ətraf mühiti təmiz saxlayaq" adlı təbliğat aksiyaları keçirilməlidir. 
Tez-tez müxtəlif mövzuda flashmoblar keçirilir. Mən təklif edirəm ki,  mütəmadi olaraq ətraf mühitin çirklənməsinə qarşı fərqli flashmoblar keçirilsin. Bununla bir çox gəncə nümunə olmaq olar. Rəqslərlə, hərəkətlərlə izah olunan flashmoblar bu dəfə ekologiyanı hədəf alsa, gözəl olar. 
Öncəliklə hər birimiz özümüzü ətraf mühitə qarşı diqqətli olmağa çağırmalıyıq. Özümüz öz gələcəyimizi qorumaq üçün çalışmalıyıq və başqalarına nümunə olmağı bacarmalıyıq ki, sabah başqa birinə nə isə öyrədə biləsən və ondan da təmizliyə riayət etməyi tələb edəsən. Odur ki, biz evimizi təmiz saxlamaq üçün hamımız əlbir olmalıyıq və var gücümüzlə çalışmalıyıq

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]