Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Qara qızıl”ın başı üzərində “qara buludlar”

“Qara qızıl”ın başı üzərində “qara buludlar”
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
30/6/2012 [12:41]
Baxılıb :
1268 dəfə
İlin sonunadək neftin barelinin 70 dollara qədər ucuzlaşacağı proqnozlaşdırılır
İlham Şaban: “Prosesin dəyişməsi Suriyada baş verən hadisələrin nə cür həll ediləcəyindən asılıdır”

Dünya birjalarında neftin qiyməti ilə bağlı son məlumatlar heç də ürəkaçan deyil. Belə ki, dünən Nyu-York birjasında WTI markalı neftin qiyməti 2,52 dollar ucuzlaşaraq 77,69 dollara düşüb. London birjalarında Brent markalı neftin qiyməti isə 2,3 faizə ucuzlaşaraq 91,36 dollara enib. 

Beynəlxalq ekspertlər ilin sonuna kimi «qara qızıl»ın 70 dollara qədər ucuzlaşacağını proqnozlaşdırırlar. Beləliklə, həm yerli, həm də beynəlxalq mütəxəssislərin hələ ötən ilin sonlarında 2012-ci il üçün neftin qiymətlərinin kifayət qədər aşağı enəcəyi ilə bağlı proqnozları özünü doğrultmağa başlayır. 

Bu arada Azərbaycan hökumətinin ilin ikinci yarısında büdcədə neftin baza qiymətini 100 dollarareldən götürməsi müəyyən təhlükələr yaradır. Bir sıra ekspertlər büdcənin icrasında problemlərin yaranacağından ehtiyatlanırlar. Maliyyə nazirinin müavini Azər Bayramov isə neftin ucuzlaşmasının dövlət büdcəsi üçün heç bir təhlükə yaratmadığını deyir.

A.Bayramovun sözlərinə görə, büdcədə neftin baza qiyməti kimi götürülən göstərici orta illik qiymətdir. O vurğulayıb ki, Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri bufer rolunu oynayır: «Büdcə maliyyələşməsində son 6-7 il ərzində qeyri-stabil hallar baş verməyib. Həmçinin, hazırda xəzinədarlıq sisteminin avtomatlaşdırılması işləri həyata keçirilir».

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın isə fikrincə, «qara qızıl»ın qiyməti daim dəyişir. Onun sözlərinə görə, indiki şəraitdə qiymətlərin aşağı düşməsinə dəlalət edən bir neçə amil var: «Birincisi, hələ 2008-ci ildə Qərb ölkələrinin üzləşdiyi maliyyə böhranı bitər-bitməz iqtisadçılar 2010-cu ildən sonra onun ikinci dalğasının müşayət olunacağını proqnozlaşdırmışdılar. Dünyanın əsas enerji istehlakçıları olan inkişaf etmiş ölkələrdə iqtisadi böhran neft və qaza olan tələbatı aşağı salacağı və bunun nəticəsində «qara qızılın» qiymətinin ucuzlaşacağı deyilirdi. Həqiqətən də, hazırda Avropanın iqtisadi məkanında görünməmiş bir tənəzzülə meyllik müşahidə edilir. İkincisi, 2011-ci ildə «ərəb baharı» deyilən inqilablar dünyanın neftlə ən zəngin bölgəsi sayılan Yaxın Şərqdə siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxartdı. Belə bölgələrdə siyasi stabilliyin nəzarətdən çıxa bilməsi amili neftin qiymətlərinə təsir edən başlıca elementlərdən biridir”.

Bundan başqa ekspert İran faktorunu da diqqətdən qaçırmamağı tövsiyyə edir: «Neft ixracının həcmlərinə görə ikinci yerdə olan bu ölkəyə 2011-ci ilin sonunda ABŞ tərəfindən, 2012-ci ilin yanvarın 23-dən isə Avropa Birliyi tərəfindən neft embarqosu qoyulub. Bundan sonra neftin dünya qiymətləri daha da artdı. Ancaq hamıya bəlli idi ki, İranla hərbi qarşıdurma olmasa, siyasi gərginliyə görə martın sonuna - aprelin əvvəlinə 1 bareli 125 dollara qədər yüksələn neftin qiyməti qısa zamanda da öz real bazar dəyərinə qayıtmalıdır. Bunu isə bir çox neft şirkətləri 85-90 dollar intervalında göstərirdilər. Beləliklə, 1 iyuldan İrana qarşı neft embarqosu qüvvəyə minəcək və hamıya bəlli oldu ki, rəsmi Tehran Qərbə neft amili ilə nə meydan oxuya bildi, nə də özü bundan qazandı. Eyni zamanda İranla hər hansı hərbi qarşıdurmanın ehtimalı da get-gedə azalır, çünki iqtisadi cəhətdən onun zəiflədilməsi Qərb üçün daha əlverişlidir. Belə olan halda neft köpüyü sadəcə partlamalıydı».

İ. Şaban əlavə etdi ki, 2012-ci ilin ikinci yarısında neftin qiymətinin 80 dollardan aşağı düşəcəyi proqnoz edilir: «Çünki Avropada iqtisadi vəziyyətin daha da pisləşəcəyi, ABŞ-da avtomobillərin və daşınmaz əmlakın satışının aşağı düşməsi, ÜDM-in proqnoz göstəricilərindən aşağı səviyyədə olması və ixracat üzərində qurulmuş Çin iqtisadiyyatında yaranan problemlər nəticəsində neft istehlakının azalması «qara qızılın» qiymətinin «od tutub yanan» həddən real bazar qiymətləri həddinə düşəcəyindən xəbər verir».

İqtisadçının zənnincə, prosesin dəyişməsi Suriyada baş verən hadisələrin nə cür həll ediləcəyindən də asılıdır.

Vüsalə

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]