Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Nasistlər üçün gəlin hazırlayan məktəb - FOTOLAR

Nasistlər üçün gəlin hazırlayan məktəb - FOTOLAR
Bölmə :
Maraqlı
Yayım tarixi :
12/1/2015 [11:47]
Baxılıb :
11948 dəfə

Almaniyanın Nasional Sosialist təşkilatının bir toplantısında Adolf Hitler “qadının müasir dünyada rolu” barədə suala belə cavab vermişdi: “Kiçik dünya ilə heç kəs məşğul olmasa, böyük dünyanın halı nə olardı?”
 
Hitlerin yaxın silahdaşlarından biri sayılan German Herinq də bu düşüncədə idi. O, qızlara deyirdi: “Əlinizə tava, döşəməsilən, süpürgə götürün və ərə gedin”. İdeal həyat yoldaşı olmaq istəyən qızlar üçün isə nasist Almaniyasında məktəb və düşərgələr açıldı. Onların məqsədi cəmiyyətə yaxşı qadınlar bəxş etmək idi.
 
Birinci Dünya müharibəsi cəmiyyətin ruhunu əməlli-başlı dəyişmişdi. Milyonlarla kişi müharibədə həlak olmuşdu. Nəticədə kişilər azlıq təşkil etdiyindən, bir çox başsız qalmış qadın ailə qura bilmirdi. Bu səbəbdən qızlar və dul qadınlar istər-istəməz işləmək, bu yolla dolanmaq məcburiyyətində qaldılar.
 
Əksər qadınlar təhsil almağa can atırdılar. Məhz müharibədən sonrakı illərdə qadınlar nəinki ev işləriylə (paltar yumaq, təmizlik etmək) məşğul olur, eyni zamanda sırf kişilərə məxsus iş sahələrinə də əl atmağa başladılar. Məsələn, hüquq  və müəllimlik sahəsində çalışan qadınların sayı getdikcə artmağa başladı. Amma nasistlər hakimiyyətə gəldikdən sonra dəyişikliklər başladı. Böyük dünyada bütün işlərlə ancaq kişilər məşğul olmalı idi.
 
Qadınların əsas məşğulliyyəti ərə getmək və böyük Almaniya üçün əsgər dünyaya gətirmək olmalı idi. Evdar qadın olmaq istəməyən qızların həyatını nasistlər sözün əsl mənasında cəhənnəmə çevirirdilər.
1937-ci ildə nasistlər "arvad hazırlayan məktəb" adlı təhsil ocağı açdılar. SS zabitlərinə və pariya funksionerlərinə ərə gedən qızlar bu məktəbdən keçməli idilər. Bu məktəbdə qızlara evdarlıq, uşağa qulluq və kənd təsərrüfatı işləri öyrədilirdi. Məktəbi uğurla bitirən qız nasistlər üçün ideal qadın obrazı idi. Qadınlara ali məktəblərdə təhsil almaq, ofis və istehsalat sahələrində işləmək qadağan edilirdi.
 
Bu yaxınlarda Berlin arxivində bu məktəblə bağlı sənədlər tapılıb. Sənədlərdə “arvad hazırlama məktəbi”nin təhsil sistemi barədə məlumatlar var. Bu sənədlər dünya tarixçilərinə nasizmin yeni bir xüsusiyyəti barədə müzakirələr açmağa şərait yaratdı. Antisemitizm və antikommunizmdən başqa, antifeminizm də nasizmin cizgilərindən biri idi.
 
SS-in reyxsfüreri Henrix Himmler 1936-cı ildə nasistlərin arvadı olmaq istəyən qızlar üçün xüsusi təlim kursunun yaradılması barədə sərəncam imzaladı.
“Gəlinlər məktəbi” adlandırılan kurslarda gənc qızlar “arvadlıq” öyrənirdilər. Kursun rəhbəri Hertruda Şolts-Klink idi. O, nasional-sosialist qadınlar təşkilatının sədri idi. Nasional-sosialist qadınlar təşkilatının 1943-cü ildə 7 milyon üzvü vardı.
Təhsil ocağında SS üzvləri və nasional-sosialist partiyasının işçiləri ilə nikaha girmək istəyən qızlar oxuyurdu. 1939-cu ildə siyahı genişləndirildi və seçim üçün qızlara zabit ərlər də təklif edildi.
 
İlk məktəb Berlin ətrafında yerləşən Vannezee adasındakı Şvanenverder adasında (Hebbels və Albert Şpeerin villasına yaxın yerdə) fəaliyyətə başladı. 1944-cü ilə qədər Almaniyada artıq 32 belə məktəb var idi.
Məktəbə ancaq ari irqindən olan qızlar qəbul edilirdi (bəzən qanında 8/1 yəhudi qanı olan alman qızlar üçün istisnalar da edilirdi). Məktəbə qəbul edilən qızların heç bir fiziki qüsuru və psixi xəstəliyi olmamalı idi. Eyni zamanda, valideynlərindən hansısa biri şizofreniya xəstəliyindən əziyyət çəkən qızlar da məktəbə qəbul edilmirdi.
 
Təşkil edilən kurslarda gəlin namizədlər 6 həftəlik kurslar keçirdilər (1939-cu ildən kurslar 2 aylıq oldu). Kurs ərzində qızlara nəinki evdarlıq, eyni zamanda genetikanın əsasları, irqlər haqqında məlumat, tarix və poliotologiya da tədris edilirdi. Hər gün iki dərs bədən tərbiyəsinə aid idi. Təhsilin vacib elementlərindən biri də kənd təsərrüfatına aid işlər idi. Torpaqda işləmək alman qadını üçün layiqli iş sayılırdı.
Bundan əlavə, gəlinlərə bəlağət elmi, kübar ədalar və uşaqlara qulluq da öyrədilirdi. Kurs bitəndə bütün elmlərə yiyələnən gəlinlərə sertifikat verilirdi. Bu sertifikat isə, nümunəvi alman kişisi ilə ailə qurmaq üçün kifayət idi.
 
Belə məktəblərdə təhsil haqqı ödənişli idi. Bir kursun qiyməti 135 alman markı idi. Nikaha girən hər bir məktəb məzunu toydan sonra dövlət tərəfindən 1000 alman markı dəyərində, faissiz, 5 illik maliyyə yardımı ala bilirdi. Üstünlüklər bununla bitmirdi. Ərə gedən qızların dünyaya gətirdikləri hər uşağa görə götürdükləri kreditin 250 markı bağışlanırdı.
Alman qadınının əsas tərbiyəsi o dövr üçün məhşur 3 K hərfi ilə bağlı idi: kinder, küche və kirche (uşaq, mətbəx, kilsə). Həqiqətən də, XX əsrdə Hitler Almaniyasında nasistlər üçün ideal qadın fəaliyyəti bundan ibarət idi. Daha dəqiq desək, almanlarda “arvad məktəbi”, qadının cəmiyyətdə rolu barədə fikirlərin ideoloji təməli Hitler hakimiyyətə gəlməzdən əvvəl düşünülmüşdü.
 
1917-ci ildə Ştutqartda ilk “analar məktəbi”nin açılışı baş tutub. Bu məktəbdə qadınlara ailəyə, dövlətə və evdarlığa sadiqlik öyrədilirdi. Birinci dünya müharibəsinin ağırlığı fonunda bu məktəb əslində lazım idi.
Nasist rejiminin əsas hədəflərindən biri də əhali say artımı idi. Qadınların əsas qadınlıq funksiyasını yerinə yetirməsi məsələsində isə işləmək və ali təhsil ocaqlarında oxumaq əngəl törədirdi.
Əgər hər hansısa bir müəssisədə, zavodda, fabrikdə işləyən qadın ailə qurduqdan sonra öz xoşu ilə işdən çıxırdısa, ona faizsiz 600 mark məbləğində kredit verilirdi. 1934-cü ildən etibarən demoqrafik artımda sıçrayış oldu. 1934-cü ildən etibarən dövlət tərəfindən ailə və uşaq yardımları barədə qərar qüvvəyə mindi. Bir uşaq üçün dövlət tərəfindən ödənilən məbləğ 30 mark idi. Çoxailəli uşaqlara güzəştli qiymətlərlə tibbi yardım göstərilməyə başladı. Hamilə qadınları analığa hazırlayan xüsusi məktəblər açıldı.
 
Dövlət təbliğatı ananın şərəf və ləyaqətini göylərə qaldırır, 8 övlad sahibi olan qadınlar isə Qızıl Ana xaçı ilə təltif edilirdi. Medaldan əlavə, 8 uşaq anası ayda 500 mark məbləğində yardım da alırdı. Almaniya demoqrafik artımın çox yüksək templə inkişaf etdiyi Avropa ölkəsinə çevrildi. Əgər 1934-cü ildə 1 milyon körpə dünyaya gəlmişdisə, 1939-cu ildə bu rəqəm 1.5 milyon idi.
Qadınların siyasi fəaliyyəti də təşviq edilirdi. 1941-ci ildə Nasional Sosialist Partiyasının üzvləri arasında qadınların payı 16.5 faiz idi. Bu isə, SSRİ ilə müqayisədə eyni ildə komunist partiyasına üzv olan qadınların sayından iki dəfə çox idi.
 
Fəhlə və kəndli sinfinə aid işsiz qadınlar üçün əmək düşərgələri təşkil edilmişdi. Bu düşərgələrdə qadınlar həftə ərzində 20 saat işləməli idilər.
Əmək düşərgələrində yaşayan qadınlar xüsusi uniforma geyinirdilər. Qızları işçi qızlar (Almanca arbeitsmaiden - hərfi tərcüməsi işləyən, işçi qız deməkdir) adlandırmağa başladılar. Die Maid alman dilində qız deməkdir. Amma hər bir hərfin mənası var. Hər bir hərfə uyğun alman qadınını tərənnüm edən, xarakterizə edən sözlər tapılmışdı: Der Mut - cəsarət, die Aufopferung - fədakarlıq, der Idealismus - idealizm və die Demut - təvazökarlıq.
 
Nasistlər hakimiyyətə gəldikdən sonra qadınların peşəkar, siyasi və akademik karyeraya can atmalarına anormallıq kimi baxmağa başladılar. Qadın üçün ən böyük səadət ailə ocağı ətrafında, ərinin yanında olmaq sayılırdı. Heç təsadüfi deyil ki, 1921-ci ildən Nasional Sosialist Partiyasının qərarına görə, qadınların partiya və dövlət orqanlarında yüksək vəzifə tutması mümkün deyildi. 1933-cü ilin yaz aylarında dövlət aparatında çalışan qadınlar müntəzəm şəkildə işdən azad edildilər. Aparatda çalışan qadınlarla yanaşı, ərdə olan həkim qadınları da işdən azad etdilər. Çünki nasistlərin qərarına əsasən, xalqın sağlamlığı çox məsuliyyətli bir iş idi və bu tapşırığı qadınlara həvalə etmək olmazdı.
 
Nasistlər 20-ci illərin azad fikirli qadınlarını görmək belə istəmirdilər. Oğlansayağı saç düzümü, parlaq qırmızı dodaq boyası, qısa yubka, müştüklü siqaret, caz və çarlston rəsmən qadağan edildi. Yeni dövrün idealı hündürboylu, mavi gözlü sarışınlar oldu. Sadə və ciddi geyim qadınların ideal seçimi idi. Bir müddət sonra kosmetikadan istifadə etmək də arzuolunmaz hala çevrildi.
Hətta Hitlerin sevgilisi Yeva Braun fürerdən gizli olaraq makyaj edir, dodaqlarını boyayırdı. Hitler ona siqaret çəkməyi də qadağan etmişdi. Amma o, Hitler yanında olmayanda siqaret çəkirdi.
 
 
1936-cı ildə hakim və vəkil işində çalışan ərli qadınlar da işdən azad edildilər. Çünki onları ərləri saxlayıb dolandıra bilərdi. Qəflətən pedaqoq qadınların sayında kəskin azalma müşahidə edildi. Qadın məktəblərində isə əsas tədris fənləri evdarlıq və əl işləri oldu.
Faktiki olaraq qadınların ali təhsil almasına qadağa qoyuldu. Artıq 1934-cü ildə alman universitetlərində 1500 tələbə qız təhsil alırdı. Amma 1930-cu ildə bu rəqəm 32 min idi! Sonuncu Veymar reyxstaqının qadın deputatlarının da taleyi çox maraqlı oldu. 4 deputat özünə qəsd etdi, 10 nəfər konslagerə düşdü, 30 nəfər ev dustağına çevrildi, 43 nəfər isə ölkədən qovuldu.
 
Alman mətbuatı da bu mövzuda nasistlərə kömək edirdi. Mətbuat məhşur, istedadlı aktrisa və rejissor Rifenştal, pilot-idmançı Reyçin uğurlarını birbaşa nasional-sosialzmə olan dərin inamda görürdü. Partiyanın əhali arasında  təbliğatını aparmaq üçün keçmiş aktrisa E.Herinq, 6 uşaq anası M.Hebbelsdən də istifadə edilirdi.
Alman qadını onlara qarşı aparılan siyasətə kifayət qədər soyuqqanlı və sakit yanaşdı. Onlar artıq ailə sahibi olmaları və ərləri tərəfindən kifayət qədər pul ilə təmin olunmaları ilə fəxr edirdilər. Artıq, rahat-rahat dükanları gəzmək mümkün idi.
 
1937-ci ildə Hitler partiyanın qurultayında böyük qadın auditoriyası qarşısında çıxış etdi. Onu ölkənin hər yerindən iclasa qatılmış 20 min alman qadını dinləyirdi.
Nasist rejimi istehsalatda və xidmət sahəsində çalışan qadınlara qarşı fərqli siyasət aparırdı. Onlar “ev köməkçisi” işləyən 4 milyon qadına, çoxsaylı aşpaz qadınlara toxunmadılar. Əksinə, bu tip məşğuliyyətlər əsl tipik qadın məşğuliyyətləri adlandırılırdı. Subay qızların iş arealı genişləndirilirdi. 1939-cu il yanvarından 25 yaşdan etibarən gənc subay xanımların əmək mükəlləfiyyəti məcburi qaydada tənzimləndi. Onları ya kəndlərə kənd təsərrüfatı sahəsində çalışmağa, ya da çoxuşaqlı analara xidmətçi işləməyə göndərirdilər.
 
Qadınlar üçün kənd təsərrüfatı sahəsində çalışmaq prestij sayılırdı. Torpaqla işləmək qadının əsas məziyətlərindən biri elan edilmişdi. Ailələr üçün bağ yeri üçün torpaq sahəsinin ayrılması məhz Hitler tərəfindən düşünülmüşdü. Sonradan bu plan demək olar ki, bütün Avropa dövlətlərində tətbiq edilməyə başlandı. SSRİ-də bu sahədə qərarlar Brejnevin dövründə qəbul edildi.
 
Hikmət Həsənov 
publika.az

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]