Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Çe Gevaranın ad gününə

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
18/6/2012 [16:20]
Baxılıb :
2023 dəfə

“Çe Gevara bu gün üçün aktualdırmı” sualının qarşılığında “Bu gün Azərbaycan üçün Çe Gevaradan daha aktual kimsə varmı?” ritorik sualını səsləndirərdim...
Çe 20-ci əsrdə qalmadı. O, sadəcə Sartrın söylədiyi sayaq “20-ci əsrin ən mükəmməl insanı” olmadı. 21-ci əsr Çenin arxi-aktuallaşdığı bir əsr olmağındadır.
Bir rus Sol-çu “Çe gərək Boliviyaya yox, ABŞ-a yollanaydı” deyir. Həmin illərin ABŞ-ı sinfi mübarizənin kəskinləşdiyi bir məkandı. Üstəlik bu, Marks sayağı “Kapitalizmin ən yüksək inkişaf etdiyi ölkədə inqilab proqnozu”nun gerçəkləşməsi olardı. Ancaq həyat İnqilab təliminə saysız korrektə və sürprizlər etməyindədir. 1917-nin Rusiyası və bu günün Nepalı buna təsdiqdir. Bununla Çe hər cür sxemdən, şablondan, “inqilab peyğəmbərləri”nin qəlibə salınan ehkam-proqnozlarından nə qədər uzaq olduğunu isbatladı. “İnqilabçının vəzifəsi - istənilən şəraitdə inqilab etməkdir” - bunu Çe Boliviyada olan vaxt Braziliyada şəhər gerilyası aparan Marigella deyib.

Çe özünün Boliviya ekspedisiyası ilə doktrinyorluqdan nə qədər uzaq olduğunu göstərdi. O, ən ümidsiz yerdə ən ümidsiz inqilabı başlamaqla dərs verdi. Bu cəhətdən Çe sevimli Kamyunun “Ümidsiz, ancaq barışmadan” yaşayan qiyamçı qəhrəmanlarının real prototipidir. Kitablardan həyata düşmüş bir personajdır. Təxəyyülü reallaşdırmaq üçün döyüşən və ölən, İnqilabı (reallığı) romantikaya, romantikanı İnqilaba çevirən Yaradıcıdır.

Çe hakimiyyətdə sosial-demokratların olduğu Boliviyaya yollanmaqla rəsmi Sol-un nə qədər təhrif və devalvasiya olunduğunu, cəmiyyəti təkmilləşdirmək üçün seçkilərin, “nümayəndəli demokratiya”nın tam bankrot və yararsız vasitələr olduğunu sübut edirdi. “İslahatçılıq” və parlamentarizm taktikalarının bir qara qəpiyə dəymədiyini ortaya qoyurdu.
Baxın: Çe Boliviyadadır - yerli kommunist partiyasının lideri Monxe həm prezident Barrienteslə, həm Moskva ilə sazişdədir. Çe meşədədir - Monxe ona qoşulacaq yerli kommunistləri partiyadan qovmaqla hədələyir və qoşulanları qovur da. Çe gerilyaya başlayır - Moskva ona köməyi qadağan edir. Bu nöqtədə Moskvanın, Vaşinqtonun və La-Pasın mövqeləri tam üst-üstə düşür. Çe imperializm üçün də, bürokratik sosializm üçün də eyni dərəcədə arzuolunmazdır. Çünki - inqilabçıdır.

Çenin bu günkü Azərbaycanda aktuallığının bir səbəbi budur: O, seçki, parlament, “islahat” yolu ilə Sistemin dəyişəcəyini və insaniləşəcəyini rədd edir. Və tam haqlı çıxır.

Çenin digər aktuallığı - o, ümidsiz mübarizəsi ilə nümunə verir: “Realist ol, mümkün olmayanı istə”. Bütün mümkün olanlar nə vaxtsa qeyri-mümkün olub. Və Çe deyir: “Məğlubiyyət o demək deyil ki, qələbə mümkünsüzdür. Everestin fəthi də nə vaxtsa qeyri-mümkün sayılıb”.

Çe inqilabçılara taktika, strategiya və fəlsəfə verir. Seçkiyə inanma - çarpış. Ümidsiz mübarizədən qaçma. Cığırı aç - yola çevriləcək. Və Mössbauerin sözləri ilə desək, “Balaca adam nədənsə başlamalıdır”.

Çe nəinki doktrinyor deyildi, O, azadfikirli idi. Onun kommunizmə münasibətini haradasa Erix Frommun tələbləri ilə müqayisə etmək olar (Bax: Fromm. “Kredo”). Ona görədir ki, onu nə Moskva kommunizmi, nə Mao Çini, nə Tito və Xoca modelləri, nə də (hətta) Fidel Kubası razı sala bilir. Bu sonuncu Kondotyor üçün kommunizm hələ reallaşmamış, ancaq mümkün bir Azad cəmiyyətdir.

Çenin seçimi kimi, taktikasını da tənqid edənlər boldur. Niyə kənd gerilyası? Niyə dəstənin əksər üzvləri qeyri-boliviyalılar idi (Kubalılar, argentinalı həmfamili doktor Gevara, alman Tanya, Perudan Çino, fransız Debre)? Niyə dəstəni 2 yerə böldü? Niyə, niyə, niyələr... Səbəb isə sadədir - burada da Çe doktrinoyor deyildi, sxemlə getmirdi. Kapitalizmin hələ tam formalaşmadığı yarımfeodal-yarımmüstəmləkə ölkəsində birbaşa sosializm qurmaq məgər marksizmə zidd deyil?

Hansı marksizmə? 19-cu əsr marksizminə. Məgər Marks öz təlimini ehkam sayıb? Canlı təlimi ehkama 20-ci əsrdə (və məhz SSRİ-də) çevirdilər. Boliviyaya qədər isə dəfələrlə inqilabçı yaradıcılıq özünü təsdiq edə bildi. İstər 1917-nin Rusiyasında, istər Çində, Vyetnamda, istər Kubada...

Kim ki özünü inqilabçı sayıb sxemlərlə əylənir, o, inqilabı görməyəcək.

Çe Azərbaycan üçün ikiqat aktualdır. İndiki Azərbaycanın indiki siyasi-sosial formasiyası, xəstə və ölümcül quruluş sistemi seçki uğrunda intriqa, ucuz oyunlar, didişmələr, 5-10 mandat üçün Sistemin qoltuğu altına girmək kimi çirkli manevrlərlə dəyişdirilə bilməz. Bu, nonsensdir. Yeganə yol Çe yoludur.

Alternativ görürsünüzsə, söyləyin - diskussiya edək.

Və bu cəhətdən Çenin qətlindən sonra Havanada keçirilən matəm mitinqində Fidelin tarixi çıxışını xatırlatmaq istərdim. Fidel vətəndaşlıq keyfiyyətlərini bir-bir sadalayır və cavab verir: “Çe kimi olun!”

Savadda da, sədaqətdə də, mübarizədə də. Öləndə də...

P.S. İlk gəncliyində Çe dostu Alberto Qranada ilə Peruya, Maçu-Pikçuya gedir (Bax: “Motosikletçinin gündəliyi” filmi).

Qranada təklif edir: "Burada qalaq. Mən ink qızla evlənərəm, imperator olaram, səni baş nazir təyin edərəm və birlikdə sosial inqilabı gerçəkləşdirərik”.

Çenin cavabı: "Sən dəli olmusan, atəşsiz inqilab olmur!".

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]