Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Hökumət monopoliyanı rəsmiləşdirir

Hökumət monopoliyanı rəsmiləşdirir
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
1/11/2012 [10:46]
Baxılıb :
dəfə
Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatına nəzarət edən məmurlara əlavə imkanlar yaradacaq
Ekspertlər bir şirkətə bazarda 35 faiz pay verilməsini inhisarçılığa dəstək sayırlar

2006-ci ildə Rəqabət Məcəlləsinin layihəsi parlamentə təqdim olunsa da, indiyədək onun qəbulunda problemlər yaranıb. Layihə ikinci oxunuşdan sonra müzakirələr dayandı. Rəqabət Məcəlləsinin olmaması ölkədə biznes mühitinin qeyri-şəffaf olmasına, inhisarçılığın çiçəklənməsinə daha da təkan verir. Çünki bazarda rəqabətliliyin hüquqi tərəfdən tənzimlənməsi havadan asılı vəziyyətdə qalıb. Monopoliya və inhisarçılıq Azərbaycanda sahibkarlıq fəaliyyətini, umumiyyətlə iqtisadiyyatımızı iflic vəziyyətə salıb.

Qeyd edək ki, «Anti-İnhisar haqqında» qanuna görə, inhisarçılıq limiti 35 faizə qədər müəyyənləşib. Lakin bu paydan yuxarı olan təsərrüfat subyektlərini hansı məsuliyyətlər gözlədiyi bəlli deyil. Dövlətin hansı nəzarət tədbirləri həyata keçirmək ixtiyarı olduğu göstərilmir. Bu məsələnin Rəqabət Məcəlləsində öz əksini tapacağına ümidləri çoxalıb. Məcəllədə cəza tədbirlərinin kim tərəfindən və hansı şərtlər əsasında həyata keçiriləcəyi əksini taparsa, , 35 faizlik limitin saxlanılması ədalətli olacaqmı?

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, Azərbaycan reallığında hər hansı bir limitin müəyyənləşməsi effekt verməyəcək. Onun sözlərinə görə, bir şəxs müxtəlif şirkətlər adı altında inhisarçılıq mövqeyini saxlayacaq. Necə ki, indi də saxlayır: «Əslində, bu həddi beynəlxalq təcrübəyə əsasən, götürüblər. Burada problem faiz dərəcəsi deyil, onun icrasıdır. Xarici ölkələrdə eyni seqmentdə fəaliyyət göstərən şirkətlərin bir nəfərə məxsus olmasının qarşısı alınır. Azərbaycanda isə fərqli mühit var. Ölkədə bir adda məhsulun satışında 3 şirkət fəaliyyət göstərəcəksə, onların hamısı eyni adama məxsus olması problemi yaranacaq». 

Ekspert hesab edir ki, Məcəllədə qaydaların sərtləşdirilməsi formal xarakter daşıyacaq: «Formal olaraq, bazarda hər bir şirətin payının maksimum 35 faiz saxlanılar bilər, amma bir neçə şirkət eyni qrupa, eyni insana aid olacaq. Yenə də inhisarçılıq qalacaq».

Beynəlxalq təcrübəyə toxunan iqtisadçının sözlərinə görə, Avropa Birliyinin İnhisarçılığa Qarşı Mübarizə Proqramına əsasən, bir seqment üzrə bazarın üçdə birinə sahib olan inhisarçı şirkətlərə qarşı müəyyən tədbirlər görülə bilər. N.Cəfərli əlavə etdi ki, hazırda Azərbaycan bazarında 35 faizlik payı keçən şirkətlər fəaliyyət göstərir: «Xüsusilə, mobil rabitə üzrə inhisarçılıq bazarın artıq üçdə birini keçib. Bundan başqa ərzaqla bağlı bazarda da eyni vəziyyət hökm sürür».

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə mətbuata açıqlamasında bildirib ki, ölkəmizdə inhisarçılıq limiti üzrə rəqəm 35 faizdən 20 faizə endirilməlidir: «Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da şirkətlərin bazardakı payına uyğun olaraq inhisar meyllərinin müəyyənləşdirilməsi prinsipi var. Buna uyğun olaraq inhisarlıqla bağlı meyarların dəyişdirilməsinə ehtiyac var. Praktiki olaraq, Azərbaycanda inhisarçılıq şirkətlərdən birinin bazarın üçdə birindən artığına malik olması halında qeyd olunur. Bu baxımdan deyə bilərik ki, inhisarçılıq meyarının bazarın üçdə birindən artığına malik olması prinsipi, əslində, kifayət qədər böyük rəqəmdir. Belə çıxır ki, hər hansı bir şirkət təkbaşına olaraq bazarın 33 faizinə sahibdirsə, deməli o, Azərbaycan qanunvericiliyinə əsasən inhisarçı sayıla bilməz. Bütün hallarda 33 faizlik limit məsələsində söhbət bazarın əhəmiyyətli hissəsinin bir şirkət tərəfindən zəbt edilməsindən gedir. Belə də digər şirkətlərin fəaliyyət imkanları xeyli dərəcədə məhdudlaşdırılır. Ona görə də inhisarçılıq meyarının 33 faizlik rəqəmlə əlaqələndirilməsi prinsipinə yenidən baxılaraq, rəqəmin dəyişdirilməsinə ehtiyac var. Eyni zamanda, inhisarçılıq limitilə bağlı meyar elə müəyyənləşməlidir ki, proses şirkətin böyüməsinin də qarşısını almasın. Çünki limit kiçik rəqəmlərlə müəyyənləşərsə, bu, şirkətin böyüməsi yolunda ciddi əngəl ola bilər».

Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]