Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Bölmə :
Reportaj
Yayım tarixi :
17/12/2014 [22:33]
Baxılıb :
1354 dəfə

Binəqədi ərazisinə və əhalisinin sayına görə paytaxt Bakının ən böyük rayonlarından biridir. Rayonda qeydiyyatda olan sakinlərin sayı 254 min nəfərdən artıqdır. Eyni zamanda rayonda 31552 məcburi köçkün məskunlaşıb. Binəqədi ərazisində qeydiyyatsız yaşayanların təxmini sayı 200 min nəfərə yaxındır. Onların əksəriyyəti rayonun qəsəbələrində və yeni yaşayış massivlərində məskunlaşıb. Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılov 2014-cü ilin 9 ayının yekunları ilə bağlı hesabat məruzəsində bildirib ki, rayon üzrə işçilərin orta sayı 45 min 551 nəfərdir, onlardan 17 min 356 nəfər dövlət, 28 min 185 nəfər isə qeyri-dövlət sektorunda çalışır.
Binəqədinin inzibati ərazisində 4 mikrorayon (6, 7, 8 və 9 mikrorayonlar) və 6 qəsəbə - Rəsulzadə, Biləcəri, Binəqədi, və 28 May qəsəbələri mövcuddur. Eyni zamanda, rayonda yerli özünü idarəetmə orqanı olan 5 bələdiyyə Binəqədi qəsəbə Bələdiyyəsi və Xocəsən  Bələdiyyəsi fəaliyyət göstərir.
Rayon ərazisində 95 sənaye müəssisəsi fəaliyyət göstərir. Bunlardan 5-i mədənçıxarma, 85-i emal, 2-si elektrik enerjisi, qaz və buxarlanma, 3-ü isə su təchizatı və tullantıların təmizlənməsi müəssisələridir. Rayonda əsas iri sənaye müəssisələrindən neft və qaz çıxarma təyinatlı "Binəqədi Oil Company" Neft Şirkətini, ayaqqabı istehsalı üzrə ixtisaslaşmış "Bot" MMC-ni, əsasən maşınqayırma üzrə ixtisaslaşmış "B.Sərdarov adına Maşınqayırma zavodu"nu, müxtəlif təyinatlı dəmir və polad məhsullarının istehsalı üzrə ixtisaslaşmış "Bakı Poladtökmə" ATSC-ni, müxtəlif növ boyalar istehsal edən "FAB Boya" və "Bilfa Boya" şirkətlərini misal göstərmək olar. Bunlardan əlavə, rayon ərazisində spirtsiz və sərinləşdirici içkilər istehsal edən "Koka-kola Bottlers LTD", "Golden Uoter", "Mars Overseas" kimi iri şirkətlər də fəaliyyət göstərir ki, onların istehsal etdikləri məhsullar bütün ölkə ərazisində satılır.

Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 2014-cü ilin 9 aylıq yekunları ilə bağlı hesabat məruzəsində keçən ilin müvafiq dövründən 27,9% artıq sənaye məhsulu istehsal edildiyi, sənaye müəssisələrində işlə təmin olunanların isə 17,7% çox olduğunu bildirib. 
İcra başçısının 2013-cü il, 13 fevral tarixli sərəncamı ilə "Sakinlərin Müraciət Xidməti- 1646 (SMX-1646) istifadəyə verilib. Bu xidmət sahəsinin yaradılmasında məqsəd kimi vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirmək göstərilir. 
İcra başçısının sərəncamı ilə 2014-cü il, iyulun 1-dən etibarən Binəqədi rayonu ərazisində "Təmiz Binəqədi" layihəsinin icrasına start verilib. Layihənin məqsədi 2015-ci il, iyunun 12-də Bakı şəhərində start götürəcək Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdir.

Binəqədi rayonunun spesfik problemləri var. Müxtəlif qəsəbələrdə yaşayan sakinlərlə söhbətdən sonra çatışmazlıqları belə qruplaşdırmaq olar.

1. Sənədsiz evlər və tikinti sahəsində yaranan problemlər;
2. Kommunal xidmətlərin keyfiyyətli verilməsindəki çatışmazlıqlar;
3. Yol infrastrukturu ilə bağlı problemlər.

Qeyd edək ki, paytaxtda qeydiyyatsız yaşayanların əksəriyyəti Binəqədi rayonunun ərazisində Dövlət Neft Şirkətinə məxsus torpaqlarda, magistral kəmərlərin, elektrik xətlərinin mühafizə zolağında, habelə  yerli bələdiyyələr tərəfindən satılmış ərazilərdə məskunlaşıb.  ARDNŞ 2 il əvvəldən 3 minə qədər sakini məhkəməyə verərək tikintilərin öz hesablarına sökülməsi barədə qərarlar çıxarılmasına nail olub. Amma problemin bu şəkildə həll olunması mümkün görünmür. Prezident İlham Əliyev 2011-ci ildə sənədsiz evlər probleminin həll edilməsi ilə bağlı sərəncam imzalayıb. Bundan sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb. Komissiya problemi araşdırıb həlli üzrə təkliflər hazırlamalı olsa da, hələlik rəyini hökumətə təqdim etməyib. 

Ötən ay Prezident İlham Əliyevin fərmanı ilə "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları" təsdiqlənib. Qaydalara görə tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçiriləcək. 

Bundan sonra mülkiyyət formasından və təyinatından asılı olmayaraq, tikintisinə icazə tələb olunan obyektin tikintisinin bütün mərhələlərində aparılan tikinti-quraşdırma işlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisinə Agentlik və Müfəttişlik tərəfindən dövlət nəzarəti həyata keçiriləcək.

Sulutəpə sakini Əşrəf Əlikişiyev uzun müddətdən sonra sənədsiz evlər probleminin həll olunacağına ümid edir. "Biz on ildən artıqdır ki, burada məskunlaşmışıq. Qazımız, işığımız, suyumuz var, kommunal qurumlar bütün abonentləri sayğaclaşdırıblar. Bundan sonra evlərin qanuni, yaxud qanunsuz tikintisini mübahisələndirmək yanlışdır. Sənəd məsələsi həll olunmalıdır, dövlət qurumları vətəndaşlara maneələr yaratmamalıdırlar. Ümid edirik ki, bundan sonra belə olacaq".
Binəqədinin müxtəlif yaşayış massivlərində sakinlərin tez-tez şikayət etdiyi problem kommunal xidmətlərin keyfiyyətli verilməməsi ilə bağlıdır. Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yaşayan Nazlı Abdullayeva deyir ki, əsas şikayətləri qazla bağlıdır: "Suyumuz daimidir, elektrik kəsintisi də yaşamırıq. Amma havalar soyuyan kimi qazın təzyiqi azalır, evlərimizi qızdırmaq mümkün olmur. Dəfələrlə yerli qaz idarəsinə müraciət etmişik. Amma problemi birdəfəlik həll etmirlər". İdarədən şikayətlə bağlı bildirilib ki, Stroydetal küçəsində sözügedən problem noyabr ayının əvvəlində yaranıb. "Azəriqaz" QSC qış rejiminə keçdikdən sonra qazın təzyiqi normallaşıb. Hazırda abonentlərdən heç bir şikayət almırıq".   

Son illər ərzində həyata keçirilən infrastruktur layihələrindən sonra kommunal xidmətlərin keyfiyyəti yaxşılaşıb. Məsələn, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsindən sonra Binəqədi əhalisinin böyük bir hissəsi fasiləsiz içməli su ilə təmin olunur. Su ilə bağlı əsas çatışmazlıq yeni yaşayış massivlərindədir ki, bu da əsasən infrastruktur problemi ilə bağlıdır. "Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, hazırda Binəqədi rayonunun 73 faizi fasiləsiz olaraq içməli su ilə təmin olunur. "Hazırda digər ərazilərdə də su qıtlığı müşahidə olunmur, əhali normal şəkildə təmin olunur. Həyata keçirilən layihələrdən sonra Binəqədi əhalisinin yüz faizi daimi su alacaq".

"Bakıelektrikşəbəkə" ASC-nin mətbuat  xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də Binəqədidə əhalinin elektrik enerjisi ilə yüksək səviyyədə təmin olunduğunu dedi: "Bütün yaşayış massivlərində köhnə xətlər dəyişdirilib, yarımstansiyalar inşa olunub. Sulutəpə qəsəbəsində izolyasiyalı xətlər çəkilib. Bu gün rayonda problemlər ancaq elektrik enerjisinə görə yaranmış borclarla bağlı ola bilər. Kim pulunu ödəyirsə, yüksək keyfiyyətli enerji ilə təmin olunur".

Binəqədidə əhalinin əziyyət çəkdiyi problemlərdən biri də  daxili yollarla bağlıdır. Mikrorayonlar istisna olmaqla Rəsulzadə, Biləcəri, Binəqədi qəsəbələrində yolların təmirə ehtiyacı var.  Kommunal xətlər yenilənərkən qazılan küçələr sonradan keyfiyyətli təmir olunmur. Bu da qısa müddətdən sonra çökmələrə gətirib çıxarır. Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yaşayan Elşən Səfərov deyir ki, iki il əvvəl kanalizasiya şəbəkəsi yenilənərkən küçə yararsız hala salınıb: "Tələm-tələsik qazdıqları yeri torpaqladılar. Üstündən də asfalt tökdülər. Bir ay keçmədi ki, Əli Məmmədov və 8 mart küçələrində dəhşətli mənzərə yarandı. Yağmurlu havalarda həmin küçələrdən keçmək çətin olur.  Bu problemə bir əncam çəkilməlidir".

Payız-qış aylarında yolların problemi daha qabarıq nəzərə çarpır. Çünki asfalt örtüyü dəyişdirilərkən bəzi hallarda kanalizasiya sistemləri sıradan çıxarılır. Yaxud əsaslı təmir zamanı podratçı şirkət yağış sularının hara axacağını nəzərə almır. Nəticədə yağışlı günlərdə küçə və prospektlərdə xoşagəlməz mənzərələr yaranır. 

Daha bir problem Rəsulzadə qəsəbəsində yerləşən 90 saylı Uşaq Bağçasının qarşısında meydana gəlib. Valideynlər bildirirlər ki, aylardır  bağçanın girişində kanalizasiya gölməçəsi yaranıb. Çirkab suları ətrafı basıb. "Uşaqları qucağımızda keçirməyə məcburuq. Ayağımıza bulaşan çirkabı uşaqların oturduqları otaqlara daşıyırıq, başdan-ayağa infeksiya mənbəyidir. Aidiyyatı qurumlardan xahiş edirik bir əncam çəksinlər".

Binəqədi Rayon İcra Hakimiyyətindən  və "Azərsu" ASC-dən bildirildi ki, yaxın zamanlarda problemlərlə bağlı tədbirlər görüləcək.

Elçin Rüstəmov

Yazı  Binəqədi Rayon İcra  Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi müsabiqəyə təqdim olunur.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]