Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Türkiyə sənətçilərinin Azərbaycan musiqisinə hörmətsizliyi - ARAŞDIRMA

Türkiyə sənətçilərinin Azərbaycan musiqisinə hörmətsizliyi 
 - ARAŞDIRMA
Bölmə :
Araşdırma
Yayım tarixi :
17/12/2014 [12:22]
Baxılıb :
14930 dəfə

Türkiyə sənətçilərinin Azərbaycan musiqisindən istifadə edərkən müəllif hüquqlarını pozması ilə bağlı  "Qızıl qələm” mükafatı laureatı Orxan Bahadırsoy araşdırma aparıb. Bizimyol.info saytı müəllifin sayt təqdim etdiyi araşdırmanı təqdim edir: 

Dostuq, qardaşıq, soydaşıq, bir kökdənik, bir millətik – bunların hamısı öz yerində. Mənim bütün türk xalqlarına çox böyük sevgim və hörmətim var. Amma mənim öz doğma qardaşım da mənim yazdığım şeiri, hekayəni, hər hansı bir yazını götürüb öz adından ya da anonim olaraq, lap müəllif qeyd etmədən belə yayımlayarsa, bunu mənə qarşı hörmətsizlik  kimi düşünər, buna etirazımı bildirər və bunu təxribat hesab edərəm. Əfsus ki, Türkiyə müğənniləri qardaş adlandırdığı Azərbaycanın ən böyük musiqi əsərlərini öz adları ilə, anonim göstərərək, ya da müəllif qeyd etmədən, bəzən də müəllifləri tamam yanlış qeyd edərək oxuyur, albomlara salır, kliplər çəkdirirlər.
     Başlayaq məşhur “Əziz dostum” mahnısından. Bu mahnı çox məşhur bir mahnıdır. Musiqimizin görkəmli simaları tərəfindən yarım əsrə yaxındır ki, oxunur. Mahnının sözləri Rəsul Həmzətova, musiqisi Qulu Əsgərova məxsusdur. Lakin, 2007-ci ildə Türkiyənin dövlət televiziyası olan “TRT 1” kanalında Azize Gürsesin ifasında “Əziz dostum” mahnısı oxunarkən titrda mahnının təqdimatı bu cür verilir:

Eziz dostum benden küsüp incidi - “Azerbaycan”
A.Babayev – Ş.Ruh                  Derleyen: Azize Gürses”

Bu mahnı bir neçə Türkiyə sənətçisinin ifasında yer alsa da, bunların heç birində müəlliflərin adı ya göstərilməyib, ya da dəqiq göstərilməyib. Beləliklə, bu yaxınlarda “TV 8” kanalında yayımlanan məşhur “O Ses Türkiye” adlı musiqi yarışmasında “Əziz dostum” mahnısı Sahil Ekmekçi və Azərbaycandan yarışmaya qatılan Nicat Məhərrəmov tərəfindən oxunur və ifaların hər ikisində müəlliflərin adı belə göstərilir:

Söz: Arif Babayev, Şah Ruh                    Beste: Azize Gürses

    Çox güman ki, bu mahnının bəstəsinin Azize Gürsesə aid olduğunu yazmaqla onlar Azize Gürsesin dövlət televiziyasındakı ifasına və oradakı “dereleyen” sözünə əsaslanırlar. Lakin, “dereleyen” sözü Azərbaycan türkcəsində fərqli qaynaqlardan seçib düzənləyən mənasını verir. Gürses hemin ifada müəlliflərin adını tamamilə yanlış göstərsə də, özünü mahnını müxtəlif qaynaqlardan seçib düzənləyən, yeni ifada, yeni tərzdə təqdim edən kimi göstərmişdi. Buna əsaslanan “O Ses Türkiye” musiqi yarışması da Azize Gürsesi birbaşa mahnının bəstəkarı olaraq qeyd edib. Halbuki, Qulu Əsgərov bu mahnını bəstələyib oxuyanda Azize Gürses bəlkə də heç dünyaya gəlməmişdi, ya da iməkləyən bir körpə uşaq idi. 

İndi keçək “Nazəndə sevgilim” mahnısına. Bu mahnının sözləri İslam Səfərliyə, musiqisi Andrey Babayevə məxsusdur. Lakin, qardaş ölkənin sənətçiləri bu mahnını  dəfələrlə oxusalar da, müəlliflərin adını qeyd etməyiblər. Ən dəhşətlisi isə odur ki, Türkiyənin “TED senfoni orkestra”sı “Türk Eğitim Derneği”nin 85 illiyinə həsr olunmuş gecədə Murat Karahanın solistliyi ilə “Nazəndə sevgilim” mahnısını ifa edir və mahnının təqdimatı Türkiyə saytlarında sözləri anonim, bəstəsi isə “Azeri Bekirof” olaraq göstərilir.  

Bundan başqa Türkiyənin hansı müğənnisi bu mahnını ifa edibsə, əksəriyyəti mahnının bəstəkarı olaraq “Azeri Bekirof”u qeyd edir. Amma bu “Azeri Bekirof”un kim olduğu nəinki, mənə, hətta tarixə də məlum deyil. 

“O Ses Türkiye” yarışmasında isə Sekan Kıranlı adlı iştirakçı “Nazəndə sevgilim” mahnısını oxuyarkən müəlliflər titrda belə göstərilir:

Söz: İslam Seferli             Beste: Bekirof

Andrey Babayevin adı bu ifaların heç birində hallanmır. Sözlər isə qeyd etdiyim kimi əksəriyyətində anonim olaraq göstərilir, bir-iki ifada isə İslam Səfərliyə məxsus olduğu yazılır. 
Daha sonra “Sənə də qalmaz” (başqa adı ilə “Yalqızam yalqız”) mahnısı da dəfələrlə yanlış təqdimatla yayınlanıb. Bu mahnının sözləri Rəsul Rızaya, musiqisi Tofiq Quliyevə məxsusdur. Amma Türkiyənin “ATV” kanalında bu mahnı Devrim Kaya adlı sənətçi tərəfindən oxunarkən titrda sadəcə “Yalgızam: Azeri” olaraq qeyd edilir. “TV 8”də yayınlanan bir programda bu mahnını Kubat və Şevval Sam birlikdə ifa edərkən mahnının müəllifləri tam dəqiq qeyd olunsa da (söz: Resul Rıza, müzik: Tofiq Guliyev”), “O Ses Türkiye” programında Azərbaycandan yarışmaya qatılan Tamara Muradovanın ifasında bu mahnı titrda belə təqdim olunur:

Söz – beste: Resul Rıza

Bu qədər də yanlışlıq olmaz. Özü də bilərəkdən yanlışlıq. “TV 8”də bu mahnı Kubat və Şevval Samın ifasında 2012-ci ildə səslənib və müəlliflər doğru qeyd edilib. Amma 2014-cü ildə Tamara Muradovanın ifasında musiqinin müəllifi yanlış qeyd edilir. Bu kanalın arxivində düzgün məlumat ola-ola necə olur ki, bunlar iki il sonra yanlışlıq edirlər? Burda kimin müqəssir olduğunu mən anlaya bilmədim, əfsus!
 ndi isə bizim ən məşhur mahnımızdan, ən dəyərli sənət əsərimizdən danışacağam. Azərbaycanın çox böyük bəstəkarı Şəfiqə Axundovanın bəstəsi, böyük şairi Bəxtiyar Vahabzadənin sözləri olan “Nədən oldu” mahnısı hamımızın uşaqlıqdan əzbərə bildiyi mahnıdır. Bu mahnı Türkiyədə bir xeyli “yetimləşib”. 
 Ötən əsrin 70-ci illərində İbrahim Tatlıses bu mahnını öz çəkildiyi bir neçə filmdə səsləndirir. Lakin, bunların heç birində müəlliflərin adı göstərilmir. Sonralar isə Tatlıses bu mahnının adını dəyişərək “Ellerini çekip benden” edir və mahnıya klip çəkdirir. Klipdə mahnı anonim olaraq göstərilir. Çox uzun illərdən sonra İbrahim Tatlıses buna görə Şəfiqə Axundovadan üzür istəsə də, mahnının “yetimliyi” bununla bitmir. 
 Belə ki, 1979-cu ildə Türkiyə türklərinin Baba adlandırdığı Müslüm Gürses özünün “Gazla şöför” adlı albomuna mahnını “Bu ayrılık neden oldu” adı ilə daxil edir, sözlərinin və musiqisinin müəllifi isə Arif Sağ olaraq qeyd edilir. Müslüm Gürsesin xətası İbrahim Tatlısesin xətasından qat-qat böyükdür. Mahnını Tatlıses anonim qeyd etsə də, dinləyicilər kiçik bir axtarış etməklə müəlliflərin kim olduğunu tapa bilərlər. Müslüm Gürses isə birbaşa mahnının müəllifini yanlış göstərir, mahnını oğurlayır və Arif Sağ kimdirsə, həmin adama verir. 
 Bundan başqa “Nədən oldu” mahnısı bir neçə Türkiyə sənətçiləri tərəfindən ya anonim göstərilərək, ya da müəllifləri qeyd etməməklə oxunub. Ancaq Ahmet Şafak 2011-ci ildə Bakıda konsert verərkən “Nədən oldu” mahnısını Tünzalə Ağayeva ilə birlikdə ifa edir və Şəfiqə Axundova da ön sırada əyləşib onları izləyir. Sənətçilər səhnədən enib Şəfiqə xanımın önündə duraraq bu mahnını oxuyurlar və Ahmet Şafak böyük bəstəkarın qarşısında baş əyib onun əlindən öpür, ünvanına xoş sözlər səsləndirir. Sonralar da Türkiyə televiziyasında Ahmet Şafak bu mahnını səsləndirərkən həmişə bəstəkarın adını vurğulayıb. Bu qismən də müğənninin milliyətçiliyindən irəli gəlir. Məlumdur ki, Ahmet Şafak radikal milliyyətçi müğənnidir və belə məsələlərdə olduqca həssasdır. Amma buna baxmayaraq “Əziz dostum” mahnısına çəkdirdiyi klipdə mahnının müəlliflərini qeyd etməyib. Ya qeyd etməyi unudub, ya da əziyyət çəkib axtarmaq istəməyib. Hər halda mən bunu Ahmet Şafakdan heç gözləmirdim.
İndi isə “Ayrılıq mahnısından danışacağam. O “Ayrılıq”dan ki, Yaqub Zurubçunu dünyaya tanıtdı, Ququş kimi bir müğənni Avropa, Amerika səhnəsində bu mahnını dəfələrlə oxudu, o “Ayrılıq”dan ki, bəstəkarı Əli Səlimi, sözlərinin müəllifi Rəcəb İbrahimi, eləcə də Ququş özü bu mahnı ilə öz vətən həsrətlərini, ayrılıqlarını hayqırırdılar. 
Bu mahnı da digər Azərbaycan mahnıları kimi Türkiyənin əksər sənətçiləri tərəfindən oxunsa da, bəzilərində müəlliflər qeyd edilməyib, bəzilərində isə anonim göstərilib. “O Ses Türkiye” programında isə Han Çelikcan bu mahnını ifa edərkən, mahnının sözlərinin Fərahdiyə, musiqisinin isə Əli Səlimiyə aid olduğu yazılır. Yarışmaya Azərbaycandan qatılan Əhməd Mustafayev eyni proqramın başqa buraxılışında “Ayrılıq” mahnısını ifa edərkən, sözlərinin də, musiqisinin də müəllifi Əli Səlimi göstərilir. Əslində isə qeyd etdiyim kimi, bu mahnının sözləri Rəcəb İbrahimiyə, musiqisi Əli Səlimiyə məxsusdur.
Bizim məşhur “Ay işığında” mahnısı da bu “yetimləşən” mahnılardandır. Həmin “Ay işığında” mahnısından söhbət gedir ki, o da Azərbaycan müğənniləri ilə yanaşı özbək, tacik, qırğız müğənnilərinin, Ququşun və Türkiyə sənətçilərinin ifasında səslənib. Bu mahnını bəstələyən isə dünya musiqisinin əlifbasına çevrilən, qısa bir müddətdə bütün dünyanı fəth edən “Cücələrim” mahnısının bəstəkarı Qəmbər Hüseynlidir. Amma qardaş Türkiyədə bu mahnının ifaçılarından yalnız Yıldız Tilbe bəstəkarın adını qeyd edib. Yıldız Tilbe bu mahnıya çəkdirdiyi klipdə sözlərin də, musiqinin də müəllifi olaraq Qəmbər Hüseynlini göstərib. Lakin, “Ay işığında” mahnısının sözləri Zeynal Xəlilə məxsusdur. 
Azərbaycan musiqisinin çox böyük əsərləri var. Bu əsərləri yaradan böyük sənətkarlarımız var. Mən bundan öncəki yazılarımda da bizim mədəniyyətimizin görkəmli nümayəndələrindən, böyük sənət əsərlərindən çox danışmışam. Amma bu əsərləri öz qardaş adlandırdığımız, doğma bildiyimiz insanların oğurlaması, bu barədə yanlış informasiyalar yayımlaması məni daha çox üzür. Ermənilərin oğurluğu bizi yandırdığı qədər qürrələndirir. Çünki, bizim yağıdan güclü, böyük olduğumuzu, istedadlı, yaradıcı olduğumuzu düşmən özü bizə bu oğurluqla sübut edir. Amma qardaş Türkiyənin bu hərəkəti bizi ikiqat yandırır. Çünki, biz həm öz zəhmətimizin oğurlanmasına yanırıq, həm də qardaşımızın istedaddan zəif, qısır olduğunu hesab edirik. 
Burada çox mahnıların adını çəkmək olar. Çox mahnılardan danışa bilərəm. Mənim bu barədə çoxlu araşdırmalarım var. Amma bir yazıda hamısını yazıb sizi yormaq istəmirəm. Zaman-zaman bu yazının ardını da görəcəksiniz. Növbəti yazıda görüşənədək... Sağlıqla qalın!

Bizimyol.info                      

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]