Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Mətbəxdəki həyat qaynağı

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
30/6/2012 [10:44]
Baxılıb :
2999 dəfə
Kişi dünyasında qadın olmağın çətinlikləri, yaxud sağ qalmağın yolları

Qadın kimdir? Xeyir, şər, ilahə, ifritə, mələk, yoxsa iblis? Hətta qadınpərəstlərin özü də qadını gah ilahiləşdirib göylərə qaldırmaqla bərabər onu dünyanın ən murdar məxluqu sayır, gah sevib sonsuz xoşbəxt olur, ya da itirib sonsuz bədbəxt. Tarix dəfələrlə qadınların icbatından yenidən yazılıb, qadın ucbatından qopan müharibələr sivilizasiyaları yer üzündən silib.

Kişi qadının yaratdığı məhsuldur

Hər bir kişinin nə vaxtsa beynindən bu fikir keçir: O, qadının yaratdığı məhsuldur. Əvvəl anası, sonra arvadı və həyatının yerdə qalan qadınları onu daima, durmadan, qəbr evinə gedənəcən yaradır, dəyişdirir, yönəldir. Bu yönəltmə qadının keyfiyytindən asılı olaraq müsbət, ya da mənfi tərəfə gedə bilər. Kişidən «Sənə həqiqətənmi qadın lazımdır?» soruşsan o, düşünmədən «yox» deyəcək. Amma qəlbinin dərinliyində o, bilir ki, qadın kişini adama çevirməkçün çox lazımlıdır. Qadını inkar edən kişi özünü də inkar etmiş olur.

Qadının yaranması barədə belə bir əfsanə də var. Bir gün Adəm tənhalıqdan Allaha şikayət edəndə Yaradan ona qulaq yoldaşı yaratdı. Amma Adəm onun təmbəlliyindən, zəhlətökənliyindən, lazımsız olduğundan şikayət etməyə başladı. Allah ondan qadını necə görmək istədiyini soruşdu. Adəm sadalamağa başladı: səbr, incəlik, başa düşmək bacarığı, xeyirxahlıq, ehtiras, vəfa, dostluq, ilham pərisi olmaq bacarığı, qəlbləri oxumaq istedadı və həyatda yol yoldaşı. Allah Adəmin istədiklərini bir nəfərdə cəmləyəndə qadın alındı və sifarişçi onun qüsursuz olması fikrini qəbul etmək istəmədi. Ona görə də həmin gündən bəri Adəm qadında çatışmazlıqları axtarmağından əl çəkməyib. Amma Adəm övladlarından olan hər kişi deməyə bilməz ki, qadın mövcud olan oyuncaqların ən maraqlısı, ən cəlbedicisi və heyranedicisidir.

Kişi qadını anlamır, qadınsa özünü”¦

Cəmiyyətdə qadın sevməyən, hətta qadın barədə ikrahla danışan kişilər çoxdur. Onlar qadın olmayan dünyada yaşamaq istəyir, qadın olmayan məmləkət qurmaq cəhdləri edirlər. Bütün qadınlar zəhlətökəndir deyən bu tip kişilər üçün anaları bütün tənqiddən yüksəklərdə dayanır. Bu kişilər inanır ki, anaları başqa qadınlardan çox yüksəklərə dayanmağa layiqdir. Qadına nifrət edənlər və homoseksuallar analarına o qədər sentimentallıqla yanaşır ki, bunu sakitcə müşahidə etmək mümkün olmur. Bəziləri qadını uşaq doğmaq bacarığına görə yüksəklərə qaldırır və yalnız bu səbəbdən onlara hörmət etdiyini deyir. Bütün deyilənlər kişilərin qadını yoldan çıxarmaq, məftun etmək, xəyanət etmək istəyini əlindən almır. Yazıq, tənha, dostluq etmək istəyən balaca oğlan obrazı yaratmaqla qadının ürəyinə yol tapmaq, bunlar kişinin daima işlətdiyi və qadını həmişə yoldan azdıran üsullardır. Əlbəttə, o, ən yüksəklərdə durduğunu iddia edir və buna özü də inanır. Həmin səbəbdən də qadına hələ bələkdən başlayaraq evdə atanın, qardaşın, sonra ərin, məşuqun ondan daha vacib olması fikrini mütəmadi aşılasalar ona kişilərin qurduğu dünyada yaşamaq rahat olar. Onda təkamül işində kimyavi, fizioloji proseslərdə insan yaradılması məsələsində əlavə məhsul olmasına inanan, ya da inandırılmış qadın kişidən heç nə tələb etməyi ağlına gətirməz. Kişinin mürəkkəbliyi ondadır ki, o, qadını anlamır. Qadın isə özünü”¦

Qədimdən bəri kişilər qadını insan növünün yox, kişinin bir müxtəlifliyi sayırlar. Müasir insan Həvvanın Adəmin qabırğasından yaranması əfsanəsini lazım olduğundan daha sox sevir. Şumer mədəniyyətini mənimsəyən qədim Babilistan nədənsə Gilqameş dastanında qadın və kişinin eyni vaxtda və bərabər hüquqlu yaranışı barədə əfsanəni qulaq ardına vurdu. Dövrün tələblərinə uyğun müharibələr aparıb qənimət əldə edə bilən kişilər abidələri qadınin riyakarlığı, hiyləsi və satqınlığından danışan qrafik rəsmlərlə bəzəməyə başladı. Görəsən qadının günahı nə idi? Adəmi yoldan çıxarıb cənnətdən qovulma əfsanəsinə görə bütün dünya qadınları cavab verməlidi? Deyək ki, dindən xəbəri olmayan, əfsanələrə skeptik yanaşan hər hansı kişidən soruşsan o, da düşünmədən təsdiqləyər ki, qadının belə xasiyyəti var. 

Yalnız kişilərin sublimasiya problemi var. Sublimasiya seksual enerjini başqa istiqamətlərə yönəltmək istəyinə deyilir. Yalnız kişilər cinsi məsələlərdə günah və iyrənclik axtarıb bunu qadına və bütün cəmiyyətə aşılaya bilirlər. Sağlam instiktli qadın üçün bu, təbiətinin səsinə qulaq asmaq kimi o qədər təbii duyğudur ki, onun iyrənc, ya da utandırıcı olması barədə fikir ağlına gəlməz. Əlbəttə ki, bunu onun qulağına pıçıldayan olmasa. Bu gün burvar mətbuatından tutmuş gil lövhələr, papiruslar və perqament üzərindəki yazılara qədər hamısı kişilərin qadın cənginə, qurduğu tələlərə düşməsi barədə yazılarla doludur. Heç kim, yazıların oxucularından, ya da iştirakçılarından biri demir ki, bəs niyə kişilər bu qədər aydın görünən tələyə düşürlər?

Amöb tək olduğu üçün xoşbəxtdir?

Seksual cəhətdən təmin edilmiş kişi günah barədə daha çox düşünür, nəinki həyatın mənası barədə. Etiraf edək ki, kosmosa artıq yol tapmış 21-ci əsr kişisi hələ də bu sual qarşısında acizliyini boynuna almalıdır. Mikroskop ilk dəfə birhüceyrəli amöbün öz-özünə bölünməsini alim-kişilərə göstərəndə onlar bunu dünyanın 8-ci möcüzəsi adlandırdı. Bu mürəkkəb orqanizmlərin nəsil davamı üçün çəkdiyi əziyyətlərlə müqayisədə çox dahiyanə çıxış yolu kimi görünürdü. Amma amöbün məhrum olduğu ləzzət barədə hamı xaincəsinə susurdu. Kişilər, xüsusilə də təbii prosesləri müşahidə etmək imkanı olan tədqiqatçılar həmişə özlərindən aşağı pillədə olan həyat formalarına həsəd hissi ilə baxıblar. İlbizlər, zəlilər həm yumurtu qoyub, həm də mayalandıra bilir. Yəni Allahın adi ilbizi 12-14 saat ərzində cütləşəndə hər iki cinsin aldığı ləzzəti duyub yaşayır. Əlbəttə, bu, sutkanın 24 saatını seksal ixtiraçılığı ilə seçilən ilanların ləzzəti qarşısında daha sönük görünür. Deyək ki, təkamül prosesində yuxarı qalxdıqca seksual problemlər daha iti olur və onları adlamaq yolları daha da təhlükəli görünür. Təkamül prosesinin kəlləsindən bunlara baxan insan üçün hər şey lap qorxulu görünür. Onlar qadın sevgisinə görə həyatını verən həşəratların, hörümçəklərin seksual prosesinə baxıb dəhşətlə şükür edir.

Bir kişi və 999 qadın”¦

Qəribəsi odur ki, hər iki cins «Kişi necə olmalıdır?» məsələsində tam razılıqdadır. Amma söhbət qadına gəldikdə fikirlər haçalanır və müharibələr, söz güləşdirmələri başlayır. Bir dəfə Bernard Şoudan müharibə dəhşətləri barədə fikir deməyi xahiş edirlər. O, deyir ki, insan irqinin tam məhvinin o qədər də böyük rolu olmayacaq. «Əgər sağ qalanlar içində 9 kişi və 1 qadın olsa bu həqiqətən də fəlakət olar. Amma bir kişi və 9 qadın sağ qalsa hər şey tədricən öz yerini alacaq». O zamanın qadınları bir qədər cəsarətli olsaydı yazıçıya etiraz edib deyə bilərdi ki, hətta 999 qadın və bir kişi də yeni cəmiyyətin yaranması üçün özək ola bilər. Etiraf etməyimiz lazım, belə olsaydı həmin kişinin həyatı çox qısa, amma çox maraqlı və zəngin olardı. Müasir kişi bu söhbətə belə etiraz edərdi: «Mən, cinsi fəaliyyətimi 14 yaşımdan başlayıb fasiləsiz davam etsəydim təxminən 300 mindən 100 milyona qədər qadın yumurtahüceyrəsini mayalandıra bilərdim. Bir o qədər də bundan sonrasından gözləmək olar. Amma qadın, bütün nəzəri maneələri aşaraq dünyaya 400 körpə verə bilər, üzü də sınaq şüşəsi altında yetişdirilmiş. Təbii yolla bu, 20 uşaqdan o yana keçə bilməz». Bu fikrin qarşılığında onun qadını əlbəttə ki, susardı və təkaüml prosesində vacib olduğunu kişiyə sübut etməyə çalışmazdı. Həvvadan bu yana bütün qadınlar bilir ki, kişilər bu məsələdə həqiqəti təhrif etməyi sevir. Əlbəttə, kişi cinsinin marağı hələ bələkdən başlayır. Müqayisədə körpə qızlar soyuq və etinasız görünür. Özü də bu maraq kişidə qocalıb əldən düşənəcən, bəzən ağlını itirəcək yaşa çatanacan davam edir.

Kişi imperiyasının da sonu var

Kişili-qadınlı hamı doğulan uşağını oğlan görmək istəyir. Doğum evində çağa çığıran kimi hamı uşağın halıyla maraqlanırlar, halsız uzanıb qalmış ana ilə deyil. Qohumları muştuluqlayanda «Urra, gözünüz aydın, oğlandı!» və sadəcə, ya da məyus tonla «Qızınız doğuldu» deyirlər. Yaxşı ki, insan balasının cinsiyyəti doğulan kimi məlum olur. Bu tutuquşularda, ya da pandalarda olduğu kimi yetkinlik yaşına çatanda məlum olsaydı yəqin ki, bu gözləmə illərində kişinin gərginlikdən beyni qaynayardı. Kişiyə uşağın sağlam olduğunu bilmək azdı, o, oğul atası olmaq istəyir. Minlərlə kişi oğul istəyi ilə astrologiyadan tutmuş müxtəlif türkəçarə üsullarını sınaqdan keçirən vaxt hamilə qadınlar bu canfəşanlığa baxıb gülümsəyir, sakitcənə özü şərqə yatır və gizlincənə Həvvanın kopyasını daşıdığına ümid edir.

Əgər Adəm Həvvanın yaradılış prosesində qabırğasının birini itriməsəydi və yeni cinsin yaranmasına təkan olmasaydı yəqin ki, o, daha vacib bir şeyi, xromosomunun birini itirəcəkdi. Həvvanın istər həşəratlar, istər də insan içində dişi davamçıları tamlıq və razılıq hissi ilə doğulur. Çünki onun qanında insan genefonduna lazım olacaq hər iki xromosom var. Kişilər qadınlara natamam baxsa da, onları aşağılasa da, əsarət altında saxlasa da bu məsələdə onlar nəsə bir dəyişiklik etməkdə acizdirlər. Əzələlərin iriliyi və beyinin nisbətən daha böyük olmasına baxmayaraq bu boyda əskiklik ilə barışmış kişilər hələ də özünün daha kamil varlıq olması fikrindən əl çəkə bilmirlər. Bəlkə əksinə olub, hər iki xromosomun daşıyıcısı, yəni qadın ilkindir, kişi isə natamam? X cütlüyü isə yaradılış prosesində əlavə məhsuldur? Bütün hallırda qadına təriflər yağdırmaq lazımdır. Çünki o, Adəmin kamil olmadığını bilərək həyatı davam etmək xətrinə cəmiyyətdə birinciliyi ona vermək kimi müdrik qərar verib. Amma alimlər nə vaxtsa Həvvanın ilkin olması fikrinin təsdiqini tapsa bu, kişilərin minilliklər boyu yaratdığı imperiyanı, hətta sivilizasiyanın əsaslarını darmadağın edəcək. Qadınlar buna yol verməz”¦

Qadınabənzər kişilər kişiyəbənzər qadınlardan daha çox doğulur

Hələ mayalanma mərhələsində də oğlan embrionları qız embrionlarından artıq olur. Amma sonra sağ qalma ehtimalı və artan həyat təhlükələri sayəsində orta yaşlarda, xüsusilə də qocalıqda qadınların sayı artıq olur. Qadın mayalandığı andan başlayaraq cinsi barədə şübhələri olmur, o, bilir ki, qadın olacaq. Amma kişilərdə cins və meyl barədə şübhələr bəzən üzünə tük çıxınacan, hətta evlənəndən sonra da kəsilmək bilmir. Təbqiqatlar deyir ki, hər 300 doğulan oğlan uşaqlarında qadın əlamətləri peyda olur. Amma kişi əlamətləri qızlarda hər 1000 uşaqdan birində əmələ gəlir. Qadına bənzər kişilər kişiyə bənzər qadınlardan çox doğulur. Xüsusilə də müasir zaman kişilərin keyfiyyətinə yamanca ziyan vurub. Geylər artıq o qədər artıb ki, bunun təbii proses olmadığını düşünmək də olmur.

Qadınlar təbiətin daha kamil yaranmış varlığıdır. Çəkicə daha az olan qızlar az çonra xəstəliklərin öhdəsindən daha rahat gəlib oğlanları həm çəkidə, həm də ağıl və inkişafda üstələyirlər. Qadın insanabənzər meymunların insana qədər aparan təkamül prosesində əlbəttə ki, əsas irəli aparan faktor olub. Qadın fiziki cəhətdən kişidən zəif olduğunu anlayaraq, uşaq doğub onu böyütdüyü zamanlarda hərəkət məhdudluğunu və köməksiz olduğunu da nəzərə alaraq daima partnyor barədə düşünməyə bilməzdi. Hətta nisbətən kiçik beyni ilə o, kişini yanında saxlayan heç bir qanun, öhtəçiliklər olmayan vaxtlarda da kişini yanında saxlamağın yollarını tapmalı idi. O, çətin məsələnin yolunu tapdı: kişini sevdi və kişiyə özünü sevdirə bildi. Qidanın çətin əldə edildiyi zamanlarda paralel olaraq hanniballıq, yəni insan əti ilə qidalanma da kişi və qadını bir-birindən bərk yapışmağa vadar elədi. İndi onlar yanaşı və çiyin-çiyinə idilər. Belə zamanın kişisi özünə qadın simasında ilahələr yaratmağa başladı. O dövrün əfsanələrində allahlar güc və imkan sahibi, ilahələr isə sehr və hiyləgərlik sahibi idilər. Assur-babilistan ilahəsi İştar həm müharibə allahı, həm ölülər dünyasının bələdçisi, həm də sevgi ilahəsi idi. Yerə düşəndən sonra o, insanlar arasına fahişəliyi gətirdi. Müasir sivilizasiyanın qaynaqlandığı qədim mədəniyyətlərin az qala hamısında qadın ilahələrin böyük rolu barədə danışılır. İlahələr bütün insanların yaradıcısı sayılırdı və hər bir kişiyə vurulmuş kimi qəbul edlirdi. Kişi qadının onda yaratdığı ehtiras və gücü qarşısında dəhşət qarışıq qibtə hissi keçirirdi. İnsan həyatında baş verən qəribə hadisələr barədə düşündükcə onun fikirləri yanındakı qadına daha artıq yönəlməyə başladı. Ona elə gəlirdi ki, qadın yeganə həyat mənbəyidir. Kişinin kobud, hələ ki, bacarıqsız əlləriylə yonub düzəltdiyi fiqurlar həmişə qadını təsvir edirdi. Qida tapmaq uğrunda mübarizəyə həsr edilmiş qısa həyatında o, vaxt tapıb fiqurlar hazırlayırdı da. İndi karikaturaçıların işlədiyi metodla onun reproduktiv orqanlarını bilərəkdən iri verib vurğulayırdı. O, yanındakı qadına qarşı qorxu qarışıq hörmət bəsləyirdi. Çünki bütün, onu yedirən, dolandıran və eyni zamanda təbii fəlakəti ilə bir saniyəyə məhv etməyə qadir olan Təbiət qüvvəsini bir qadının obrazında cəmləmişdi. O, qadının magik funksiyasına inanırdı.

***

Ola bilər indi, həmin bu obraz mətbəxdə yemək hazırlayarkən, ya da işdən sonra evə ağır zəmbillərlə bazarlıq edib gələn vaxt, uşaqların qayğılarını belinə şələyib gəzərkən onun yükünü bir az da artırmaq kişiyə məzəli, hətta çox vacib bir addım kimi görünür. Çünki o, həyat bulağını, təbiətin özünü ram edib evinin kandarından kənara buraxmamağa nail olub. Bu təbii və bir qədər heyvani istəyi mağarada yaşayıb, gətirdiyi ətdən gəmirib heyvan dəriləri üzərinə yayxanıb ardıyca ləzzət gözləyən adama bağışlamaq olar. Ya da müharibə zamanı qalib gələnin məğlub üzərində hakimiyyəti belə olur. Amma cinslər arasında müharibə olmayıb və gözlənilmir də. Görəsən kişini növbəti inkişaf mərhələsinə yönəltmək kimi ağır missiya yenə də ram edilmiş, alçaldılmış qadının çiyinlərindədir?

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]