Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İran iqtisadiyyatı sürətlə çökür

İran iqtisadiyyatı sürətlə çökür
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
23/10/2012 [11:00]
Baxılıb :
dəfə
Sanksiyalar ölkəni ağır böhrana salıb, dollar bahalaşır, qiymətlər bahalaşır, əhali yoxsullaşır
Vüqar Bayramov qonşu ölkədə baş verən proseslərin Azərbaycana təsir etməyəcəyini deyir

İran rialı (tümən) yenidən ucuzlaşıb. İndi İranda 1 ABŞ dolları 4500-4600, 1 Azərbaycan manatı isə 4800 riala satılır. Ötən ayın sonlarında 1 Azərbaycan manatı 3300-3350 rial , 1 ABŞ dolları 3000-3080 rial olub. Bir sıra beynəlxalq qurumlarının hesabatlarlna görə, İranın maliyyə sistemi iflas ərəfəsindədir. Sanskiyalara görə, İran ildə 40-50 milyard dollar itirir.

İqtisadçı-alim Vüqar Bayramov bildirib ki, İranda müşahidə edilən iqtisadi problemlər bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar ilə bağlıdır: «Sanksiyalar İranın mili valyutası olan rialın daha da qiymətdən düşməsinə və inflyasiyanın güclənməsinə səbəb olub. Digər tərəfdən sanksiyaların ən çox təsir etdiyi sahələrdən biri də ticarət sektorudu. Belə ki, sanksiyalar nəticəsində idxal-ixracla məşğul olan bir sıra İran şirkətləri Dubaydakı ofislərini bağlamağa başlayıb. Bundan başqa ən böyük çətinliklərdən biri xarici valyuta tapmaqla bağlıdır. Valyuta qıtlığı səbəbindən İran gəmilərə yüklənmiş Ukraynadan idxal etdiyi taxılın pulunu ödəyə bilmir. Sanksiyalar İranın əsas ixrac məhsulu olan xam neftin satışına da mənfi təsir göstərib. Bununla əlaqədar olaraq, İran artıq neft hasilatını da azaltmağa başlayıb. Sanksiyaların ən şox hiss edən isə sadə vətəndaşlardır. İnflyasiya səbəbindən qiymətlərin qalxması nəticəsində daha 20 faiz iranlının yaşayış səviyyəsi yoxsulluq həddindən aşağı düşüb. Müstəqil mənbələr hazırda 40 faiz İran vətəndaşının yoxsulluq həddindən aşağı yaşadığını bildirir».
İqtisadçı alimin fikrincə, sanksiyaların, əsasən, İranın xarici ticarət dövriyyəsinə təsir edəcəyi gözlənilir: «Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, enerji ixracı ümumi ixracın 78-80 faizini təşkil edir. Bu isə o deməkdir ki, sanksiyalar nəticəsində ölkə iri valyuta daxilolmalarından məhrum ola bilər. İranın enerji ixracından gəlirlərinin 24 milyard ABŞ dolları azalacağı ehtimal edilir. BVF-nun digər hesablamalarına görə sanksiyalar nəticəsində İranın qeyri-neft ixracı 7 milyard ABŞ dolları həcmində azala bilər. Beləliklə, İranın təkcə ixracda ümumi itkisinin 31 milyard ABŞ dolları olacağı gözlənilir».
V.Bayramov bildirib ki, sanksiyaların digər ən çox təsir edəcəyi sahələrdən biri isə büdcə gəlirləri olacaq: «Büdcə gəlirlərinin üçdə iki hissəsini neft satışında gəlirlər təşkil etdiyi üçün, bunun ən çox dövlət maliyyəsinə təsir edəcəyi düşünülür. Sanksiyalar nəticəsində vergi yığımları 20 faiz azala bilər ki, bu da 2013-cü ildə İranın dövlət büdcəsi kəsrinin ÜDM-un 7 faizinə kimi yüksəlməsinə səbəb ola bilər.

Həmçinin, sanksiyaların ən çox bank və vergi sisteminə təsir etməsi ehtimalı böyükdür. Belə ki, artıq İran bank sistemi SWIFT sistemindən kənarlaşdırılıb və ölkəxarici bank əməliyyatlarını aparmaqda çətinlik çəkirlər. Bundan başqa İranda qeyri-rəsmi pul köçürmə sistemi kimi istifadə olunan Həvalə sistemi də bankların gəlirlərinin azalmasına səbəb olur».

İqtisadçı deyib ki, İranın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların həcminin az olması sanksiyaların Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcəyini deməyə əsas verir. Digər tərəfdən, Azərbaycanın özünün kifayət qədər maliyyə resurslarına malik olması da bu cür itkilərin kompensasiya edilməsinə imkan verir: «Lakin İranda milyonlarla Azərbaycanlının yaşaması kritik vəziyyətdə ölkəyə böyük qaçqın axını ilə nəticələnə bilər ki, bu da ölkədə humanitar fəlakətə səbəb ola bilər».

Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]