Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Əzizimin əzizi

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
18/6/2012 [16:09]
Baxılıb :
2409 dəfə
Çempionat zamanı qadınların davranış qaydaları

Bu yazı Avropa çempionatı start götürməmişdən əvvəl yazılmalıydı. Amma səmimi, ürəkdən gələn yazının yazılması üçün əvvəl səbr kasası dolmalı, sonra çarəsizlikdən cəmi bir yol, yazmaq yolu qalmalıydı ki, sonra bütün qadınlara kömək ola biləcək yazı doğula bilsin. Sizin də evdə televizor qarşısında köhnə kompüter kimi «zavisat» eləyən, pivə içib (çips, ya da duzlu krekerlə) günəbaxan tumunu şaqqıldadan birisi varsa deməli bu məsələ artıq sizin evdə də aktualdır. Arvadların, rəfiqələrin, nişanlı qızların, bacılar, qızlar, bir sözlə dünyanın bütün qadınlarının bilməsi lazımdır:
Əvvəla, buraxdığımız səhvləri sadalayaq: Avropa çempionatı başlamazdan əvvəl, heç olmasa qəzetlərin bütün idman xəbərlərini oxumalıydıq ki, dünyada baş verənlərdən xəbər tutaq və söhbət zaman deməyə bir sözümüz olsun. Çünki futbol çempionatı gedən zaman kişinin başını nə qonum-qonşuda, nə işdə, nə də cəmiyyətdə baş verənlərlə məşğul etmək mümkün olmayacaq. Bunu eləməsək O, bizi tamamilə saymamazlıqla qarşılayıb bütün sualları cavabsız qoyacaq. Belə məqamlarda diqqətsiz qalmaqdan şikayətləməyi heç ağlınıza da gətirməyin. Vaxtında hazırlaşmaq lazım idi.
Çempionat vaxtı televizor yalnız O-nundur. Bu acı və ağrılı faktı qəbul edib O-na birtəhər bağışlamaq lazımdı. Hətta televizor pultuna çəpəki, lap məsum baxışlarla baxmaq artıq evdə müharibə elan etmək kimi bir şeydi. Gözünü mavi ekranlardan çək!
İnanıram ki, oyun zamanı kişini ekrandan qoparmağın illər uzunu cilalanmış üsullarını artıq bilirsiz. Vaxt vardı qadın topuğunun bir ucunu kişiyə göstərməklə ona dünya boyda ümidlər, hətta müharibəyə başlamağa topdağıtmaz əsas verirdi. İndi televizora dikilmiş gözlər qarşısında soyunsanız da xeyri yoxdu. Bir az çılpaq şəkildə o yan-bu yana hərəkət etsəz onun nə qədər qayğıkeş olduğunu da görəcəksiz. O, sizdən geyinməyi xahiş edəcək. Axı sonra xəstələnsəz sizi həkimə aparmağa vaxtı yoxdu. Belə günlərdə kişilər bizim hətta şəffaf olmağımızı arzular. Ya da evdə hərəkət edərkən sürünənlər sinfinə aid olmağımızı istər. Nə qədər ki, futbolu var, onunçün bir o qədər də fərqi yoxdur.
Oyun vaxtı O-nun bütün duyğu orqanları qəfildən sıradan çıxır. O, kar, kor, lal, duyğusuz, emosiyasız birisinə çevrilir. Əlbəttə, ona ölü demək olmaz. Çünki qarşısına yemək qoysanız, yeyəcək, su stəkanını doldursaz içəcək. Bəlkə də sonunda ağızucu «sağol» da deyəcək. Amma uymayın. Bu, illərin təcrübəsi, instikt kimi özü işə düşür. Sizə sağolu deyərkən o, yalnız və yalnız sevimli futbolunu düşünür. Bilin, əgər O, futbola baş qoşubsa deməli kişi əldən çıxdı. Kişini dünyanın ən gözəl qadını, ən ehtiraslı məşuqəsindən ayırmağın yolu var, amma futboldan ayırmağın yollarını hələ ki, tapmayıblar. Kimsə futboldan güclü olduğunu düşünürsə bərk yanılır. Düşünməyin ki, O, oyun zamanı qapını açacaq, ya telefon zənginə cavab verəcək, ya da balkondan aşmış uşağı xilas etmək üçün özünü kreslodan qoparacaq. Sadəlöhv olmayın.
Yaxşı olardı ki, yerini şirin etməkçün soyuducuya heç olmasa 12 butılka pivə ehtiyat yığasız. Yanında yeməli və dadlı nəsə olsa lap yaxşı. Sonra isə futbola baxmağa gəlmiş başqa kişilərə - bunun qohum ya da ərinin dostlarından biri olmasının heç bir fərqi yoxdu - sifət turşutmaq, deyinmək kimi mənasız fəndlərə baş qoşmayın. Hörmət itirməkdən başqa nailiyyətin olmayacaq. Ola bilər, gecə oyunlar bitəndən sonra səhər sübhə qədər sənin televizora yaxın getmək şansın olacaq. O da əgər hansısa oyunun təkrarı olmaycaqsa. Bu zaman yatmaq fikrin varsa özündən küs.
Ən vacib və məsuliyyətli anlara yaxınlaşırıq. Əgər O-nun sevimli komandasının uduzduğunu görürsənsə «Bu ki, oyundur», «Ürəyini sıxma», «Eybi yox, gələn dəfə udarlar» kimi axmaq və məsuliyyətsiz fikirləri dilinə gətirmə. Bunun müqabilində sən öz sevgi payından kəsmiş olursan. Çünki sevimli komandanın sevgi payını heç vaxt kəsmirlər. Sən futbol barədə heç vaxt O-ndan artıq bilməyəcəksən. Dilinə çıxardığın ifadələr davaya, lap boşanmaya səbəb olar.
Ümidləri tam itirmək lazım deyil. Axı sən oturub futbola onunla birgə baxa bilərsən. Əgər hesab yaxşıdırsa hətta reklam fasilələrində O-nunla danışa da bilərsən. Fikir ver, mən cəmi bir oyun dedim a”¦ Elə bilmə ki, O, bütün çempionatı səninlə keçirmək istəyəcək. Çempionat vaxtı birlikdə keçirməyin ən uğursuz variantıdır. Qolların təkrarından necə bayıldığını heç görmüsən? İnanmırsan bir də bax. O, bütün bunlara sonsuzluğa qədər təkrar-təkrar baxa bilər. O, həyatdan bezə bilər, amma qolların təkrarından yox.
Təcrübəli qadınlar çempionat zamanı bütün rəfiqələrinə bayramlaşmağı, uşaq tədbirləri təşkil etməyi, lap doğmağı da qadağan edir. Çünki bilir ki, əzizi onu belə məsul mərasimlərdə tək buraxacaq. Getməyəcək, lap diz çöküb yalvarsan da yerindən tərpənməyəcək, özünü ölülüyə vurub bunun son arzun olduğunu desən də heç qımıldanmayacaq. Amma bil ki, onun dostu bazar günü sizi qonaq çağırırsa və onun televizoru sizinkindən böyükdürsə siz ailəlikcə mütləq gedəcəksiz. Getməsəz bil ki, sizi atıb tək gedəcək.
Bil ki, oyunların gündəlik icmalı oyunun özü qədər vacib məsələdir. Axı onlar ən işıqlı məqamları bir də yaşamağa imkan yaradır. Çempionat bitəndən sonra isə «Şükür Allaha, bitdi. Yaxşı ki, 4 ildən bir olur bu zülm» kimi ifadələri dilindən çıxmağa imkan vermə. Birdən çaşıb desən O-nun dəhşətli təbəssümünü öz gözlərinlə görəcəksən. Əgər bu təbəssümün açmasını bilmirsənsə mən deyim: «Ha, ha. Ay yazıq, sən hardan biləsən ki, bir az sonra Çempionlar liqası, İtaliyanın çempionatı, sonra İspanianın çempionatı, Dünya çempionatı, Premyer-liqa və s. daha nələr və nələr var”¦Â». Bil ki bu siyahılarda da sənin öz yerin həmişəki kimi naməlumdur.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]