Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

ATV kanalı büdcədən maliyyələşdiriləcək

ATV kanalı büdcədən maliyyələşdiriləcək
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
17/10/2012 [11:43]
Baxılıb :
1638 dəfə
Hökumət ilk dəfə böhranla üzləşdi; Neft Fondunun gəlirləri xərclərindən az olacaq
Ehtiyyat valyutanın xərclənməsi gündəmə gəlir, icmal büdcəsində 3 milyardlıq kəsirin necə örtüləcəyi məlum deyil

Maliyyə Nazirliyi 2013-cü ilin dövlət büdcəsi layihəsini, makroiqtisadi proqnozları hazırlayaraq hökumətə təqdim edib. Proqnozlara əsasən, 2013-cü ildə neft hasilatının 43,2 milyon ton, təbii qaz hasilatının isə 28,8 milyard m3 olacağı gözlənilir. Qeyd edək ki, 2012-ci il üçün neft hasilatının 47 milyon ton olacağı barədə əvvəlki proqnozlara dəyişiklik edilib, indii gözləntilər 43 milyon üzərindədir. Amma ekspertlər növbəti ildə də 43,2 milyon ton hasilatın olacağına şübhə ilə yanaşırlar. 

Hökumətin proqnozlarına görə, ölkə iqtisadiyyatına 18 milyard manat və ya cari ilə nisbətən 17,3 faiz çox investisiya yönəldəcək. Daxili investisiyaların ümumi yatırımdakı çəkisi 71 faiz, xarici sərmayələrin payı isə 29 faiz həddində gözlənilir. Cəlb edilən investisiyaların 70 faizinin qeyri-neft sektoruna yönəldilməsi proqnozlaşdırılır. Növbəti ildə müxtəlif istiqamətlər üzrə dövlət investisiyaları 11,4 milyard manat olmaqla ümumi sərmayələrdə üstünlük təşkil edəcək.

Xarici ticarət dövriyyəti 6 faiz azalıb

Xarici ticarət dövriyyəsinə gəlincə, makroiqtisadi proqnozlara görə 2012-c ildə 6 faiz azalma müşahidə edilir. 2012-ci ilin yanvar-iyul aylarının yekunlarına əsasən, ölkəmizin ticarət əməliyyatlarının həcmi 19,4 milyard dollar təşkil edib. Xarici ticarət dövriyyəsinin azalması xam neft ixracının azalması ilə bağlıdır.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ilin əvvəlindən ixracın həcmi 14 milyard dollardan çox olub ki, bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz azdır. İdxalın həcmi isə 5,3 milyard dollar olmaqla, bu rəqəm ötən illə müqayisədə 3,47 faiz çoxdur.
Gələn il ümumilikdə 30 milyard dollar həcmində mal ixracı proqnozlaşdırır. Ümumi ixracın əsas hissəsini 92,2 faiz olmaqla neft və qaz sektorunun təşkil edəcəyi gözlənilir. 10,6 milyard dollar həcmində mal idxalı proqnozlaşdırılır ki, onun da 9 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanın xarici ölkələrdə nə kimi neft məhsulları aldığı maraq doğurur. İdxalın 15 faizi məhz neft sektorunun payına düşməsi kiçik bir rəqəm deyil.

Gələn il Neft Fondunun gəlirləri 14 faiz azalacaq

2013-cü ilin icmal büdcəsinə gəlincə, göstəricilər aşağıdakı kimidir; Gəlirlər 20,7 milyard manat olmaqla cari illə müqayisədə 5,1 faiz, 2011-ci ilin icrasına nisbətən 10,8 faiz azalma gözlənilir.
Xərcləri isə 24,4 milyard manat olmaqla cari ilə nisbətən 17 faiz, 2011-ci ilin icrasına nisbətən 40 faiz çox olacaq.
2012-ci ilin icmal büdcəsinin kəsiri 3,7 milyard manat olacağı proqnozlaşdırılır ki, bu da neft hasilatının azaldığı bir dönəmdə çox böyük bir rəqəmdir.
İcmal büdcənin gəlirincə gəlincə, Dövlət Neft Fondunda kəskin azalma müşahidə edilir. Belə ki,
-Dövlət büdcəsinin gəlirləri 19,1 milyard manat olmaqla cari illə müqayisədə 12 faiz artırılması proqnozlaşdırılır.
- Naxçıvan MR-nin büdcəsinin gəlirləri 332,7 milyon manat olacaq ki, onun 84 faizi dövlət büdcəsindən verilən dotasiya təşkil edir.
- Dövlət Neft Fondunun büdcəsinin gəlirləri növbəti ildə 11,8 milyard manat olması proqnozlaşdırılır. Bu da 2012-ci ilə nisbətən 14 faiz, 2011-ci ilin icrasına nisbətən 24,4 faiz az olacaq.
- Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 7,3 faiz artmaqla 2,6 milyard manat təşkil edəcək.
İcmal büdcənin xərclərində diqqət çəkən məqam Dövlət Neft Fondunun xərcləridir. Fondun gəlirlərinin kəskin azalacağına baxmayaraq, xərclərində 27,4 faiz artım gözlənilənilir. Proqnoza görə, DNF-nın xərcləri 13,6 milyard manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 27,4 faiz, 2011-ci ilin icrasına nisbətən 42,4 faiz çoxdur. Xatırladaq ki, Neft Fondunun gəlirləri 11.8 milyard manat proqnozlaşdırılır. Belə məlum olur ki, fondun xərcləri gəlirlərindən çox olacaq. Məsələn, fonddan dövlət büdcəsinə birbaşa transfertin həcmi 11.350 milyard manat həcmində nəzərdə tutulub. ARNF-ın Əsasnaməsinə görə gəlirlərin 25 faizi gələcək nəsillərə saxlanılmalıdır. Amma təqdim olunan rəqəmlərdə görünür ki, fondun prqnozlaşdırılan gəlirləri və xərcləri 25 faiz baryeri ilə uzlaşmır.
Xarici kreditlər hesabına maliyyələşən layihələr üzrə xərclər (bunlar da investisiya xərcləri sırasındadır) 1,3 milyard manat olacaq ki, bu da 2012-ci müqayisədə 11,7 faiz 2011-ci illə müqayisədə 78 faiz çoxdur. Bu o deməkdir ki, hökumətin xarici borclanması ildən-ilə çox sürətlə artır.

Dövlət proqramlarına 643 milyon manat xərclənəcək

Gələn ilin büdcəsini incələdikdə soisalyönümlü saymaq olmaz. Çünki sosial xərclər büdcənin bir hissəsini tutur. Belə ki, Maliyyə Nazirliyinin proqnozlarında sosialyönümlü xərclərin xüsusi çəkisi 25,4 faiz olaca. İnvestisiya xərcləri cari illə müqayisədə 19 faiz artıdığ halda, sosial xərclərdə cəmi 7 faiz artım gözlənilir.
İndiyədək heç bir effekti olmayan dövlət proqramlarının maliyyələşdirilməsinə 643 milyon manatın ayrılması gözlənilir.
Onun 306,9 milyon manatı təhsil sahəsi üzrə dövlət proqramının reallaşmasına yönələcək. 174 milyon manatı isə səhiyyə sahəsində məqsədli proqramların maliyyələşməsinə ayrılacaq. Belə ki,

- Xroniki böyrək çatışmazlığı üzrə tədbirlərə 25,8 milyon manat;
- Hemofiliya və talassemiya üzrə tədbirlərə 21,2 milyon manat;
- Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatına 25,1 milyon;
- Şəkərli diabet üzrə Dövlət Proqramı»na 33,7 milyon manat
- Vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 5 milyon manat və sair istiqamətlər üzrə pul ayrıcağı gözlənilir.
İlk dəfə olaraq dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri üçün 4 milyon manat ayrılması nəzərdə tutulub. Bu istiqamətdə vəsaitlərin ayrılması müsbət hal hesab etmək olar. Lakin Azərbaycan reallığı ondan ibarətdir ki, adıçkəilən xəstəliklərə yoluxan vətəndaşların əksəriyyəti dövlətdən yaprdım ala bilməməkdən şikayətlənir.
Bundan başqa, «Azərbaycan Gəncliyi Dövlət Proqramı (2011-2015-ci illər)»nın maliyyə təminatına 20,1 milyon manat; «Azərbaycan teatrı 2009-2019-cu illər» Dövlət Proqramının tətbiqinə 9,8 milyon manat; «Azərbaycan kinosunun 2008-2012-ci illər üzrə inkişafına dair Dövlət Proqramı»nın icrasına 6,5 milyon manat; «Kitabxana-informasiya sahəsinin 2008-2012-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na 1,4 milyon manat vəsait sərf ediləcək.

Özəl telekanal dövlət büdcəsindən maliyyələşəcək

Ən diqqət çəkən məqamlardan biri də Azad Azərbaycan (ATV) telekanalında rəhbər dəyişikliyindən sonra dövlət büdcəsindən maliyyələşəcəyidir. Büdcə proqnozlarında göstərilir ki, Azərbaycan həqiqətlərinin «ATV İnternational» vasitəsilə xarici dillərdə dünya ictimaiyyətinə təqdim edilməsi məqsədilə 2013-cü ildən başlayaraq, dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulb. Bu «müvafiq» məbləğin nə qədər olacağı isə göstərilmir.
Həmçinin «2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın həyata keçirilməsi üçün 2013-cü il dövlət büdcəsindən 125 milyon manat vəsait ayrılıb ki, bu da 2012-ci illə müqayisədə 13 milyon manat və ya 12,1 faiz çoxdur. İndiyədək sözügedən dövlət proqramına ayrılan milyonların hara yönəldiyi məlum deyil. Çünki proqarm həyata keçiriləndən bəri ölkənin ərzaq təminatı daha da təhlükə altına düşüb.

Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]