Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Hökumətdən iddialı proqnozlar

Hökumətdən iddialı proqnozlar
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
16/10/2012 [11:21]
Baxılıb :
1101 dəfə
2013-2016-ci illər üzrə ehtimal olunan makroiqtisadi göstəriclər reallıqla uzlaşmır
Qubad İbadoğlu: «Hökumətin iddiası ilə Azərbaycanın iqtisadi potensialı uzlaşmır»

İqtisadi İnkişaf Nazirliyi Azərbaycanın 2013-2016-ci illər üzrə makroiqtisadi proqnozunun hazırlayıb. Azərbaycanın iqtisadi və sosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2013-cu ildə ölkə üzrə real iqtisadi artım 5,3 faiz olacaq. Gələn il ümumi daxili məhsul istehsalı bazar qiymətləri ilə 56,1 milyard manat təşkil edəcək. 

Neft sektoru üzrə ümumi daxili məhsulun 2,9 faiz azalması nəzərdə tutulduğu halda, qeyri-neft sektorunda əlavə dəyərin 34,4 milyard manat və ya cari ilə nisbətən 11,7 faiz real artımı proqnozlaşdırılır ki, bu da növbəti ildə qeyri-neft sektorunun inkişafının yüksələn xətt üzrə gedəcə1ini göstərir.

2013-2016-ci illər üzrə makroiqtisadi proqnozlara gəlincə, əsas parametrlər aşağıdakı kimidir:

- Ümumi daxili məhsul (ÜDM)
2013-cü 56 milyard (+5,3 faiz artacağı),
2014-cü ildə 57,6 milyard manat (+7 faiz),
2015-ci ildə 62 milyard manat (+4,5 faiz),
2016-cı ildə 66,5 milyard (4,5 faiz)

- özəl sektorun ÜDM-dəki payının isə ildən-ilə azalması müşahidə ediləcək. Hər il fantastik sayda iş yerləri açılan bir ölkədə belə azalma sual doğurmaya bilmir.
2013-cü ildə 83,1 faiz
2014-də 83,1 faiz
2015-də 82,8 faiz
2016 -də 82,7 faiz

- Neft sektorunun da ÜDM-də kəskin azalması proqnozlaşdırılır
2013-cü ildə 21,660 milyard manat (38,6 faiz) olmaqla
-2,9 faiz azalacağı gözlənilir
2014-cü ildə 19,4 milyard (33,7 faiz) manat
2015-ci ildə 19,4 milyard manat (31,4 faiz)
2016-cı ildə 19,5 milyard manat (29,4 faiz)

- Qeyri-neft sektoruna gəlincə, hökumət ÜDM-də onun payının yüksələcəyini proqnozlaşdırır
2013-cü ildə 34,4 milyard manat (61.4 faiz)
2014-də 38,2 milyard manat (66,3 faiz)
2015-də 42,5 milyard manat (68,6 faiz)
2016-da 46,9 milyard manat (70,6 faiz)

- Əhalinin gəlirləri və xərcləri
2013-cü ildə müvafiq olaraq 39,7 milyard və 28,4 milyard manat arası olacağı proqnozlaşdırılır
2014-cü ildə 44,3 milyard və 31,3 milyard manat
2015-ci ildə 48,9 milyard və 34,1 milyard manat
2016-ci ildə 53,4 milyard və 36,8 milyard manat

- Orta aylıq əməkhaqqı
2013-cü ildə 440 manat
2014-cü ildə 477,8 manat
2015-ci ildə 518,3 manat
2016-ci ildə 562,7 mana

- İllik inflyasiya
2013-də 5,7 faiz
2014-də 5,2 faiz
2015-də 4 faiz
2016-da 4,2 faiz

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu hökumətin 2013-2016-ci illər üzrə hazırladığı makroiqtisadi proqnozların özünü doğruldacağına şübhə ilə yanaşır: «Sonda məlum olacaq ki, hökumət makroiqtisadi proqnozlar üzrə parametrləri təmin edə bilmir. 2011-ci ilin yekunlarına görə, ÜDM-də neft sektorunun payı 52,4 faiz olub. İnanmıram ki, bu göstəricini 30 faizə qədər aşağı sala biləcəyik. 2011-ci ildə 51 milyard manatlıq ÜDM-in 52 faizi neft sektorunun payına düşübsə, bunun 30 faizə qədər enməsi şübhə yaradır. Ona görə ki, əgər 2016-ci ildə 66 milyard manatlıq ÜDM proqnozlaşdırılırsa, deməli, qeyri-neft sektorunun payını 47 milyarda qədər artırmalıyıq. Bu rəqəm təqribən 2011-ci il üzrə bütöv ÜDM-in həcmi qədərdir. Faktiki olaraq, ötən il 24 milyard manatlıq ümumi daxili məhsul istehsal edibsə, bunu növbəti 5 ildə iki dəfə artırmaq çox iddialı bir rəqəmdir».
Q.İbadoğlunun fikrincə, hökumətin iddiası ilə Azərbaycanın iqtisadi potensialı uzlaşmır: «Bu səbəbdən hökumətin göstərdiyi proqnozlar üçün hər hansı bir əsas görmürəm. Çox optimist bir proqnozdur». İqtisadçıya görə, son zamanlar «bp» ətrafında baş verənlər xarici sərmayələri cəlb edilməsində də ciddi problemlər yaradacaq: «Çünki qeyri-neft sektoru üzrə ölkəyə sərmayə qoyan xarici şirkətlərə qarşı böyük təzyiqlər olur və ölkədən çıxarılır. İndi isə hökumətin daha iri bir şirkətə təzyiqindən söhbət gedir. Bu proses xarici investisiya cəlbini çətinləşdirəcək. Daxili investistisiya potensialı isə qeyri-neft sektorundakı artımın səviyyəsinin proqnozlaşdırılan həddə yüksəlməsinə imkan verməyəcək. Nə qədər büdcə hesabına xərcləmələr olsa da, əlavə dəyərin yaranması prosesi yalnız maliyyə resurslarından asılı deyil. Müəyyən texnoloji resurslardan və innovasiyalardan asılıdır. Bunlar isə yalnız xarici investisiyalar hesabına təmin edilə bilər».

Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]