Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Oliqarxlar pensiya sistemini çökdürür

Oliqarxlar pensiya sistemini çökdürür
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
13/10/2012 [11:55]
Baxılıb :
1231 dəfə
Ölkə iqtisadiyyatını əlində saxlayan holdinqlər DSMF-ə pul ödəmir; Səlim Müslümov prezidentə şikayət edib
Akif Nəsirli: «Büdcədən transertləri və neft sektorundan daxilolmaları çıxdıqda DSMF-nin büdcəsi 10 fazidən az qalır»

Dövlət Sosial Müdafiə Fondunun daxilolmaları ilə bağlı ciddi problemləri yaranıb. Doğrudur, 9 ayın hesabatına görə, bu il gəlirlərin 1 milyard 833, 9 mln. manat təşkil etdiyi bildirilir. Məcburi dövlət sosial sığorta haqları üzrə daxil olmaların 61, 2 faizi və ya 612, 5 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsinin gücləndirildiyi deyilir. 2012-ci ilin yanvar-sentyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 388 mln. manat təşkil edib. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxil olmalar 5, 2 mln. manat olub. 2012-ci ilin yanvar-sentyabr aylarında DSMF-nin xərcləri 1 milyard 809, 6 mln. manata çatıb.

DSMF-nin statiskasında sosial sığorta ödəmələrindən büdcə təşkilatları ilə özəl neft sektorunun payını çıxdıqda, çox acınacaqlı mənzərə yaranır. Məlum olur ki, qeyri-neft özəl sektor üzrə daxilolmalar ildən-ilə azalır. Tendensiya davam edərsə, gəlirlər yaxın bir neçə ilə minimum həddə düşə bilər.
Əldə etdiyimiz məlumata görə, özəl sektorda ödəmələrin azalmasının başlıca səbəbi kiçik və orta sahibkarlara qarşı dövlət qurumlarının total təzyiqləridir. Nəticədə yüzlərlə gəlirli müəssisə fəaliyyətini dayandırıb ki, bu da DSMF ödənişlərinin azalmasına gətrib çıxarıb. DSMF-dəki mənbənin dediyinə görə, problemin yaranmasında ən mühüm amillərdən biri iri şirkət və holdinqlərin sosial sığorta ödəmələrindən yayınmalarıdır. Mənbə iddia edir ki, «Pasha» Holdinq, «Ata Holdinq», «ZQAN Holdinq» və s. inhisarçı qurumlar heç bir ödəniş aparmır. Halbuki, adıçəkilən biznes strukturlarında minlərlə işçi çalışır. Belə davam edərsə, Fond büdcə transfertlərindən tam asılı vəziyyətə düşə bilər.
Mənbəni iddia edib ki, DSMF sədri Səlim Müslümov bu barədə prezident İlham Əliyevə məruzə edib və yaxın illərdə pensiya sistemində yaranacaq böhranla bağlı dövlət başçısını xəbərdar edib.

Təqdim etdiymiz cədvəl problemin miqyası və səbəbləri barədə aydın təsəvvürəlrin yaranmasına yardım edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə son 10 ildə 1 milyondan çox iş yeri açılıb. Bu hesabla DSMF-in daxil olmalarının 90 faizi sosial ödənişlər hesabına formalaşmalı idi. Belə ki, (cədvəl 1) 

   İllər 

  Açılaşn iş yerlərin sayı

 2010

   73 009

 2011

   94 111

 2012 (I və II rüb)

  32 858

Açılan iş yerlərinin sayı statistikada ildən-ilə artsa da, fiziki şəxslər tərəfindən ödənişlər azalıb. Fondun büdcəsini incələdikdə açılan iş yerlərinin sayı ilə sığorta ödənişləri arasında ziddiyyətlərin olduğu ortaya çıxır. Ümumilikdə, gəlirlərdə baş verən artımlar, bu illər ərzində əməkhaqlarının artması ilə bağlıdır. Çünki minimum əməkhaqqının artımı avtomatik olaran büdcə təşkilatlarında çalışanlardan cəlb olunan sosial sığorta ödənişlərinin yüksəlməsinə səbəb olur. 

(cədvəl 2) 

Fondun gəlirləri üzrə istiqamətlər

 2010 (may ayına qədər) 2010 (əlavə və dəyişiklik)

  2011 (may ayına qədər) 201y (əlavə və dəyişikliklər)

   2012

 

  Fondun ümumi gəlirləri

1 221011 400; 1 232 343 318

1 277 040 000;  2 165 540 000

1407 500 000

 

Büdcədən maliyyələşən təşkilatlar üzrə

59 761400;  61 961 400

496 300 000

506 657 910

Dövlət büdcəsindən ayrılan subsidiya hesabına və büdcə təşkilat-n büdcədənkəanr vəsaitləri üzrə daxilolmalar

27 000 000; 

 

61 752 410,

Digər sığortaedənlər o cümlədən

696000 000;  678 548 118

705 540 000

770 000 000

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 

 29 500 000

   32 400 000

 31 900 000

Dövlət büdcəsindən ayırmalar (transfert)

 533 704 800

 691 000 000;  886000000

 1 044 300 000

 Xərclər

 1 688 270 000;   1 716 933 800

1 916 980 000;  2111980000,0

2 393 720 000

Cədvəldən də göründüyü kimi, DSMF-nin digər gəlirlər üzrə daxil olmalarında (daha çox hüquqi və fiziki şəxslər üzrə) 2010-cu il may ayında edilən əlavə və dəyişikliklərdə proqnozları azaltmağa məcbur olub. 2011-ci ildəki artım isə daha çox həmin ili minimum əməkhaqqının artması ilə bağlı qərar olub. Lakin burada fiziki şəxslərin ödəyəcəyi sosial sığorta haqlarında təqribən 1,5 miylon manat azalma olacağı proqnozlaşdırılıb. Təəssüf ki, hüquqi şəxslər üzrə ödəmələr barədə konkret açıqlamalar verilr.

Məsələ ilə əlaqədar DSMF-nin ictimaiyyətlə əlaqəlar şöbəsi ilə dəfələrlə əlaqə saxlasaq da, Elman Babayevi yerinə tapa bilmədik.

İqtisadçı-ekspert Akif Nəsirli deyir ki, Fondun büdcəsini incələdikdə 637,5 milyon manatın birbaşa büdcədən maliyyələşən təşkilatlardan formalaşdığını görmək olar: «DSMF-nin büdcəsindəki transferti və neft sektorundan daxilolmaları çıxanda digər sığortaçıların payı cəmi 9 faiz qalır. İldən-ilə iş yerlərinin sayı artırsa, özəl sektordan sığorta ödənişləri artmalıdır. Amma əksini görürük. Məsələn, ötən il üçün transferti və neft sektorundan daxilolmaları çıxanda 2011-ci ilin göstəricisi 12 faizin üstündə olub. 2012-ci ildə proqnozlar 10 faizin altındadır».
İqtisadçının sözlərinə görə, sosial sığorta ödənişlərinin azalmasının bir neçə səbəbi var: «Birincisi, iş yerlərinin sayı ilə bağlı şişirdilmiş rəqəmlər burada özünü göstərir. Habelə, həm özəl, həm də dövlət sektorunda ikili mühasibatlığın mövcudluğu da müəyyən rol oynayır. Bundan başqa kiçik və orta sahibkarlığa qarşı qeyri-sağlam münasibət kütləvi işsizliyə gətirib çıxarır. Məmurlara məxsus böyük holdinq sahibləri öz vəzifələrindən sui-istifadə edərək vergi və sosial sığorta ödənişlərindən yayınırlar».
A.Nəsirli hesab edir ki, xərcləri qarşılamaq üçün ildən-ilə transefrtin artması tendensiyadır: «Dünya ölkələrində belə fondlar büdcədən asılılığını azaltmağa çalışır. Neftin qiyməti və hasilat aşağı düşəcəyi təqdirdə, dövlət büdcəsinin icrasında çətinliklər yaranacaq. O zaman DSMF-də sosial ödənişləri həyata keçirmək də çətinləşəcək. Çünki onun maliyyələşməsinin cəmi 10 faizi qeyri-büdcə hesabınadır. Fondun bilavasitə neft gəlirlərindən asılılığı 90 faizə çatıb. Əlbəttə, bu təkcə DSMF-nın problemi deyil. Çünki Fond ölkədə yaradılmış iqtisadi mühitə uyğun fəaliyyət göstərir. Yəni DSMF-ni iflic vəziyyətə salan ölkə iqtisadiyyatının indiki durumudur».

Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]