Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Britaniya şirkəti Bakının iradlarını nəzərə almır

Britaniya şirkəti Bakının iradlarını nəzərə almır
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
13/10/2012 [11:42]
Baxılıb :
dəfə
«bp» ilə hakimiyyət arasında qarşıdurmanın pərarxası
Ekspertlər şirkətin prezidentin dedikləri ilə bağlı izahat verməli olduğunu bildirirlər

«bp» şirkəti «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan neft hasilatının azalması səbəblərini izah etməli və məsələyə aydınlıq gətirməlidir». Bunu «APA-ECONOMICS»ə açıqlanmasında Azərbaycan Dövlət Neft Şirkətinin sabiq prezidenti, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sabit Bağırov bildirib.

Xatırladaq ki, oktyabrın 10-da keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev «bp» şirkətini sərt tənqid edib və bildirib ki, neft hasilatında gözlənilməyən tənəzzül sırf «Azəri» və «Çıraq» yataqları üzrə fəaliyyət göstərən konsorsiuma (ABƏŞ) rəhbərlik edən BP şirkətinin kobud səhvləri nəticəsində mümkün olub. S.Bağırovun fikrincə, hasilatın azalması - faktdır və bunun səbəbləri, o cümlədən, əgər bu azalma hansısa obyektiv amillə bağlıdırsa, «bp» şirkəti tərəfindən rəsmi şəkildə açıqlanmalıdır: «Hər halda «bp»-dən müvafiq açıqlama olmalıdır».
İqtisadçı Oqtay Haqverdiyev isə bildirib ki, 2011-2014-cü illərdə «Əsr Kontraktı» çərçivəsində neft hasilatının əvvəlki illərlə müqayisədə kəskin azalması hətta 1990-cı illərin ortalarında müvafiq proqnoz diaqramında əks olunub. Ondan sonrakı dövrdə, yəni 2014-cü ildən sonra «Dərin Günəşli»dən neft hasilatı gözlənilir ki, bu da azalmanı dayandıracaq. O.Haqverdiyevin fikrincə, son zamanlarda neft hasilatının azalması, neft ÜDM-in xüsusi çəkisinin azalması hökuməti, ictimaiyyəti və mütəxəssisləri narahat etməsi təbiidir.
Maraqlıdır ki, şirkətin hesablarında əks olunan göstəricilər də azalmanı təsdiqləyir: «Bu ilin birinci yarısında «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından ümumilikdə gündə orta hesabla 684 min barel və ya ümumilikdə 6 ay üçün 124,5 mln. barel (16,8 mln. ton) neft hasil edilib».
Ötən ilin 6 ayında isə «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından ümumilikdə gündə orta hesabla 775,7 min barel və ya bütövlükdə yarım ildə 140,4 mln. barel (19 mln. ton) neft hasil edilib. Beləliklə, illik müqayisədə azalma 2,2 mln. ton və ya 12% təşkil edib. Diqqəti çəkən məqam da odur ki, əksər yataqlarda istismar quyularının sayında da azalma baş verib. Belə ki, «Mərkəzi Azəri»də quyuların sayı 18-dən 16-ya, «Qərbi Azəri»də 20-dən 16-ya, «Şərqi Azəri»də 20-dən 15-ə azalıb və yalnız «Çıraq» və «Dərinsulu Günəşli»də quyuların sayı nisbətən artıb. Eyni zamanda nəzərə alınmalıdır ki, ən yüksək gündəlik hasilat «Azəri» yatağında qeydə alınıb və məhz burada ən ciddi azalma müşahidə olunur. Belə ki, «Mərkəzi Azəri»də gündəlik hasilat 216,1 min bareldən 161 minə, «Qərbi Azəri»də 218,6 mindən 186 minə azalıb, «Şərqi Azəri»də isə 131,9 mindən 144 min barelə artıb.
«APA-Ekonomist»in analitikləri hesab edirlər ki, yaranmış vəziyyətin, hasilatın həcminin və quyuların sayının azalmasının, hər ilin əvvəlində verilən proqnozların ilin sonunda yerinə yetirilməməsi və ümumi nəticədə ölkənin neft sahəsində geriləməyə gətirib çıxaran amil və səbəbləri «bp» şirkəti rəsmi şəkildə və açıq-aydın açıqlamalı və izah etməlidir. Hazırda isə «bp»-Azerbaijan» şirkəti «Biz Azərbaycana tam sadiqik və «Azəri-Çıraq-Günəşli» hasilatı ilə bağlı məsələləri mümkün qədər tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyirik» kimi heç nəyi izah etməyən bir açıqlama ilə kifayətlənir».
"bp-nin neft hasilatına dair proqnozları yerinə yetirmədiyinə görə dövlət başçısı səviyyəsində tənqid edilməsi və bu məsələnin ictimaiyyətə açıqlamasını sonuncu addım kimi qiymətləndirirəm. Prezidentin söylədiyinin əsaslı olduğunu sənədlər də sübut edir".
Bunu SalamNews-a iqtisadçı alim, ekspert Nazim Məmmədov deyib. Ekspertin fikrincə, ilbəil neft hasilatı ilə proqnozların üst-üstə düşməməsi təbii ki, hökuməti narahat etməyə bilməzdi: "Ölkə başçısı ilk dəfə olaraq bunu ictimailəşdirdi. Əslində, bu addımı prezident tərəfindən edilən ictimai qınaq kimi də qəbul etmək olar".
O deyib: "Ola bilər ki, prezident «bp»-nin ARDNŞ ilə neft hasilatının artırılması və proqnozun düzgün yerinə yetirilməsinə dair danışıqlara əhəmiyyət vermədiyinə görə bu işə müdaxilə etməyə məcbur olub. Çünki nefti getdikcə daha dərindən çıxarmaq lazım gəldiyinə görə, onun hasilatı üçün əlavə vəsait sərf etmək lazımdır. «bp» məhz buna getmək istəmir. Hökumət isə hasilatın çoxalmasında, ARDNŞ-in gəlirlərinin, eyni zamanda, dövlət büdcəsinin neft şirkətindən və ABƏŞ-dən daxilolmalarının hesabına artmasının marağındadır. Dövlət büdcəsi artıq "neft pulları"na və Neft Fondundan ayırmalara öyrəşdiyinə görə, hasilatın azalması höküməti narahat etməyə başlayıb. Bu mənada hökumətin narahatlığını normal hal kimi qəbul etmək olar".
N. Məmmədovun sözlərinə görə, Azəraycanda qeyri-neft sektoru üzrə sahibkarlığın inkişafına daha çox diqqət ayırmalıdır. Çünki neftə, qaza ümid olub daha çox investisiya yatırmaq və istisadiyyatı bunun üzərində qurmaq uzun müddət səmərə verə bilməz. İndi iqtisadi siyasətə kompleks yanaşma tələb olunur ki, bu da hökumətin qəbul etdiyi proqramlardan asılıdır».

Xəbər Xidməti

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]