Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Günəş batsa da”¦

Bölmə :
Köşə
Yazar :
İsmayıl Rafiqoğlu
Yayım tarixi :
6/11/2014 [23:39]
Baxılıb :
1272 dəfə

Yer üzündə ümiddən pis şey yoxdur. Ümid insanın əl-qolunu bağlı, özünü də passiv, hərəkətsiz edir. Nəyəsə, kiməsə ümidli insan qarşısında açılan bütün imkanları kənara atır, dünyanın müxtəlifliyi, rəngarəngliyi ona əhəmiyyətli görünmür. Əgər birini sevirsə, həmin insandan qarşılıqlı hissin olacağına ümid edir, digər mümkün imkanları nəzərdən belə keçirmir. 

"Bəyin oğurlanması" filmində Yaşar Nurinin yaratdığı İsrafil obrazı elə boş xəyal, ümidlə yaşayan insanın nümunəsidir. Gəncliyində sevdiyi qızı ona verməyiblər, sonra başqası ilə ailə qurub, 2 övladı olub, amma aşiq olduğu insanı unuda bilməyib. Başqasına ərə gedən, bir oğul dünyaya gətirən qadının dul qalması onun ümidlərini birə on artırıb. İsrafil özü də dul qalandan sonra sevgilisinə birləşməyin reallığına daha da inanıb. Amma bu iş baş tutan deyil, toy ona yox, qızına qismət olmalıdır, özü də sevdiyi qadının oğlu ilə. Yaşadığı kənddə İsrafil kifayət qədər uğurlu insandır, amma boş ümidlə yaşayır, niyəsini özü də bilmir. Ev-eşiyi, altında maşını, gəlirli işi var, bircə sevgi daşı boşa çıxır. İstədiyi insanla evlənməyə mane olan bir faktor da yoxdur, yəni heç qızı da ona əngəl ola bilməz. Bircə cəsarəti çatmır ikibaşlı qohum olmağa, ona boş ümidlə yaşamaq xoş gəlir. 

Belə insanlar əslində az deyil; elə Sovet İttifaqının son illərində milyonlarla insan ölkə lideri Mixail Qorbaçovun boş vədlərinə inanırdı. Hər sovet adamı bütün problemlərin həll olacağına, zavod-fabriklərin yenidən qaydasında  işləyəcəyinə, ayla-illə ödənilməyən maaşların veriləcəyinə, dondurulmuş bank hesablarındakı pulların qaytarılacağına ümid edirdi. Yəni 30-40 il bir müəssisədə çalışmış kimsə elə maaş almasa belə, hər gün işinə vaxtı-vaxtında gəlməli, həmkarlarına "maaşdan bir xəbər var" sualını verməliydi, yoxsa bəlkə də dəli olardı. Bu ümidlər də puç oldu, nə maaş, nə də hesabdan pul çıxarmaq imkanı verilmədi, dağılması da "mümkün olmayan" ölkə dağıldı. Azərbaycana lap ağır zərbə dəydi, mərkəzi iqtidarın münaqişəni tənzimləyəcəyinə yönələn ümidlər torpaqların itirilməsi, yüz minlərlə məcburi insanın qaçqın və köçkün statusu alması ilə nəticələndi. 

İnsan var boş ümid, hər hansı mənasız xülyadan uzaqdır. Başqasının əziyyət çəkdiyi, əli aşağı olduğu, kiməsə ümid bəslədiyi bir dövrdə o yaxşı pul qazanmağa, öz taleyini istədiyi kimi qurmağa, bunun üçün tələb olunan bütün işləri görməyə hazırdır. Elə Sovet imperiyasının dağılması Boris Berezovski kimi birisinə lap göydəndüşmə oldu.  Adi elmi tədqiqat institutunun sıradan bir işçisi ağlasığmaz bir sərvətinə yiyələndi. Nədən? Sadəcə Berezovski aylarla maaş verilməyən bir idarədə nəyisə gözləmədi, ümidini hər gün ucuzlaşan sovet puluna bağlamadı, həyatını dəyişdi, oliqarxa çevrildi. İllüziya, boş ümiddən uzaq insanlar az deyil, sadəcə kiminsə oliqarx olmaq şansı yaranır, kimsə də bir müddət Türkiyədən pal-paltar gətirib satır, ailəsini dolandırır. İmkan yarananda özünə böyük bir supermarket açır, imkan olmayanda da köhnə işinə qayıdır, əlbəttə maaşı yerli-yerində verilmək şərtilə. 

Di gəl, yer üzündə ümiddən yaxşı şey də yoxdur. Əqidəsi güclü, söykəndiyi prinsiplərin doğru, gördüyü işin isə vacib olduğunu düşünən insan üçün ümid gözəl nəsnədir. Düşmən ordusu qapının ağzını kəsibsə, bu vəziyyətdə ümiddən düşmək, arxanı çevirib qaçmaqdan pis nə ola bilər? 

II Cahan Müharibəsində alman tankları Fransaya soxulduqda təxminən 2 milyonluq fransız ordusu özünü itirdi, qaçaqaç başladı. Xalqın da ümidi qırıldı, heç kəs almanlara müqavimət göstərməyə özündə iradə tapmadı. Almaniyaya tam loyal Vişi hökuməti formalaşdı. Cəmi bir adam özünü itirmədi, o Fransanın böyüklüyünə, əzəmətinə inandı, dövlətin yenidən bərpa olacağına ümid etdi. Bu şəxs general Şarl de Qoll idi. Məhz onun ətrafına toplaşan fransızlar Müqavimət hərəkatına başladılar. 

Ya da Naxçıvandakı Əlincə qalasını xatırlamaq yerinə düşərdi, bu qalanın sakinləri Əmir Teymurun ordularına 14 il davam gətirdilər. Nəyə ümid etdilər? Dözdülər, dayandılar, Teymurun yaratdığı imperiya dağıldı, amma Əlincə əldən getmədi. 

Nelson Mandella 27 il həbsdə dözdü, azad olacağına, gördüyü işin vacibliyinə ümidini itirmədi. Azad olanda isə Cənubi Afrika Respublikasının prezidenti seçildi. 

Ümidini Allaha bağlayan isə 2 növ insan olur. Kimsə, yatanda da, duranda da Tanrının adını səsləndirir, ümidini tək Allaha bəsləyir, qarşılaşdığı istənilən bəlanı, çətinliyi müvəqqəti sayır, Yaradanın onu sevdiyini, hələlik imtahana çəkdiyini düşünür. Belə insanların işi hər an asandır, puç ümid-xəyaldan uzaqdırlar çünki. Quranın Ər-Rald surəsinin 12-ci ayəsi  -  "Sizə qorxu və ümid məqsədilə şimşək göstərən, ağır buludları yaradan da Odur" -  imanlı insanları çətinliyə dözümlü olmağa dəvət edir deyə "Allah bilən məsləhətdir" söyləyib həmişə özlərini xoşbəxt duyarlar. Ümidi hər yerdən qırılan, son məqamda üzünü Allaha tutanlar da az deyil. Gününü kef, əyləncə məclislərində keçirən elə insan var, bir gün çətinliklə rastlaşanda, problemini həll edə bilməyəndə Allah-Allah deyib zarıyar, ümid qapısını onda görər, gecə-gündüz dua edər, çox zaman isə dərdə əlac tapılarsa, dediklərini unudar. Belə də olur. 

Çox qəribə şeydi bu ümid, həm xəstə salar, həm sağaldar. Çox şirin şeydi bu ümid, reallaşmasa da, xəyallarda bizi sevgimizə qovuşdurar, padşah edər, əlində aciz qaldığımız işləri əvəzimizə görər. 
Fransız yazıçısı Jorj Bernanosun maraqlı bir fikri var: "Ən böyük ümid ümidsizlik üzərində qələbədir". 
Günəş hər gün batsa da, ertəsi gün yenidən doğur.  Ümidlər kimi...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]