Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Qoy küləklər məni alıb aparsın”¦Â»

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
5/11/2014 [23:58]
Baxılıb :
9458 dəfə

Dünya bizi sevmədi”¦ Bu cümlə oktyabrın 25-də İranda edam olunmuş Reyhanə Cabbarinin anasına məktubundandı. Onu 2007-ci ildə İranın kəşfiyyat Nazirliyinin keçmiş işçisini öldürdüyünə görə həbs edib ölüm qərarı çıxarıblar. 47 yaşlı Murtaza Sarbandini bıçaqlayarkən onun cəmi 19 yaşı vardı. İstintaq materiallarında göstərilir ki, Reyhanə onu namaz vaxtı öldürüb. Məhkumun dediyinə görə, bu kişi onu narkotiklə uyuşdurduqdan sonra zorlamağa cəhd edib.

Bu barədə yayılan çoxsaylı xəbərlərdə deyilir ki, hökumət xanımı əfv etməyə çalışırmış, çünki istintaqın səhv yolla getdiyini ehtimal edir və Reyhanə günahını yalnız işgəncə aldıqdan sonra etiraf edib. Reyhanə kamerada oturub ölümünü gözləyən vaxt edam əleyhinə  ərizəyə 200 mindən artıq adam imza atdı. "Facebook"da adına səhifə açıldı, materiallar, videolar paylaşıldı, etirazlar eşidildi. Bu səhifə edamlara qarşı etiraz bildirən yüzlərlə səhifələrə qoşuldu. Amma edam qərarı dəyişdirilmədi. "Facebook" səhifəsi hələ də hər gün yenilənməkdədi. 

Nə qədər ki, Reyhanə təkadamlıq kamerada ölümünü gözləyirdi o, bizim üçün zorakılıq yaşamış və nahaq ittiham olunmuş çoxsaylı adamlardan biri idi və həyatımızı çaxnaşdırmırdı. 7 il ölümünü gözləyən adamın əhvalatı hətta günahı varsa da belə həmişə tükürpədici olur. Amma bu qızın anasına yazdığı məktubu oxuyandan sonra insan faciəsinin əsl dərinliyini anlayırsan: "Dünya mənə yaşamaq üçün 19 il verdi. O məsum gecədə ölməli idim. Meyitim şəhərin bir küncünə atılmalı və bir neçə gün sonra polis məni tanıman üçün səni tibbi ekspertizaya aparmalı idi. Təcavüzə məruz qaldığımı da orda öyrənməli idin. Biz onların gücünə və var-dövlətinə sahib olmadığımız üçün qatilim heç vaxt tapılmayacaqdı. Həyatın utanc və iztirabla davam edəcək, bir neçə il sonra bu əzab səni də öldürəcəkdi". 

Məktubdan görünür ki, Reyhanə istintaq, məhkəmə və ölü-münü gözlədiyi illəri ömründən saymayıb. "Dünya mənə yaşamaq üçün 19 il verdi" deyir. Bu qadın çox yaxşı bilir ki, bu ölkədə zorlanmaq, atası yaşında kişinin təcavüzündən qorunmaq onu öldürməkdən daha ağırdır. Onun cəsədini şəhərin qaranlıq bir küncünə yox, kameranın bir küncünə atdılar. Biz indi məsələnin əslində necə olduğunu çətin ki, bilək. Zorakılıq olubmu, ya yox? Hər gün onlarla qadın zorlanan bir cəmiyyətdə bunun önəmi varmı?

Dünyanın hər yerində olduğu kimi, yenə də bu məsələdə pul qalib gəldi. Mərhumun ailəsi imkanlı olduğundan sonacan məsələni öz xeyirlərinə həll etmək və Reyhanənin edamını görməkçün bütün vasitələrdən istifadə etdilər. Sarbandi ailəsi qətlin qabaqcadan planlaşdırıldığını iddia edir və sübut olaraq bıçağın 2 gün əvvəldən alındığı faktını göstərirlər. Bir qədər əvvəl edam qərarı təxirə salınmışdı, çünki ola bilər yeni faktlar ortaya çıxmışdı. Həm də İran beynəlxalq ictimaiyyətdən çoxsaylı edam qərarlarına görə bir qədər çəkinir. Keçən il İranda 500 edam icra olunub. Yarırəsmi informasiya agentliyi sayılan "Mehr News" xəbər verirdi ki, Reyhanənin qərarını 10 illik həbslə əvəz etmək imkanı da vardı. Əgər Sarbandilər ailəsindən bağışlama və halallıq ala bilsəydilər. Mərhumun ailəsi Reyhanəni dar ağacında görmək üçün bütün imkanlarını işə saldı. 

Hüquq müdafiəçilərinin fikrincə qərar səhv çıxarılmışdı. Bunun günahı İranın islahatlara ehtiyac olan məhkəmə sistemi və beynəlxalq normalara cavab verməyən istintaq metodlarıdır. Reyhanə məktubunda Vətənə qarşı da ittihamları anasına səsləndirir: "İçimə sevgisini əkdiyin bu ölkə məni heç vaxt istəmədi, məni mühakimə edənlərin təhqirlərinə görə ağlayanda, ən alçaq sözlərini dinləyəndə heç kim mənə dəstək olmadı. Gözəlliyimin son əlaməti olan saçlarımı dibindən qırxanda etirazıma görə 11 gün hücrə cəzası ilə mükafatlandırıldım ". 

Məktubun ən maraqlı yeri Reyhanənin anasına qarşı ittihamlarıdır: "Sən bizə öyrətmişdin ki, məktəbdə dava-dalaş, yaxud şikayət olanda əsl xanım kimi davranaq. Özümüzü necə aparmağımızın vacib olduğunu necə vurğuladığını xatırlayırsan? Sənin təcrübələrin səhv idi". Çünki Reyhanənin dırnaqlarının uzun və laklı olması məhkəmədə onun həm də soyuqqanlı cinayətkar olduğunu düşünməyə əsas verirdi. Reyhanə anasının öyrətdiyi kimi təmkinli olub sızlamadığına, yalvarmadığına görə, qanunlara etibar etdiyindən ağlamadığına görə də qəddar cinayətkar hesab edildi. Rəhmdil olub ağcaqanadları da öldürməyən, tarakanları tutub çölə atan bir qadının heyvanlarla rəhmdil rəftarı kişiyə meyl kimi dəyərləndirildi, biganə olmaqda suçlandırıldı. Bu cəmiyyət əyilməyən, qürurlu və özünə qulluğu gigiyena norması sayan qadınları qəbul eləmir. Cəmiyyət gözəl qadınlara qarşı səlib yürüşünü bir anlıq da saxlamayıb: "Polis idarəsində ilk günümdə yaşlı və subay bir polisin məni incitmək üçün dırnaqlarımı vasitə olaraq seçəndə gözəlliyin burda tapılmayan şey olduğunu başa düşmüşdüm. Gözəl görünmək, gözəl düşüncə və arzular, gözəl əl yazısı, gözəl gözlər və baxış, hətta xoş bir səsin gözəlliyi”¦"

İran DİN-in mətbuat katibi Mərziyə Afxam Reyhanə Cabbarinin işi ilə bağlı Qərbin irəli sürdüyü ittihamları əsassız saydığını bildirib. Onun sözlərinə görə məhkəmə Reyhanənin qatil olduğunu istintaq əsasında aşkar etdikdən sonra ədalətli qərar çıxarıb. Edamdan 4 gün sonra "FEMEN" qadın cəmiyyətinin fəalları Berlində İranın səfirliyi qarşısında hicabda və yarıçılpaq vəziyyətdə etiraz əlaməti olaraq edam mərasimini səhnələşdirərək özünü guya asdı. "FEMEN" qadın cəmiyyətinin deməyi ondadır ki, əslində Qərb özü İrandakı edamlara qarşı ikiüzlülük edir. Çünki Almaniya "cəlladlar üçün avadanlıq"la İranı təchiz etməklə bu işdə öz pozisiyasını bildirmiş olur. Cəlladlar məhkumu dar ağacına Almaniyanın "Atlas" qaldırıcı kranlarının köməyi ilə qaldırmaqla işlərini rahatlaşdırırlar.  Nə İranın mətbu orqanları, nə də İran səfirliyi bu faktı şərh eləmədi. Etirazçıları əlbəttə ki, tutub apardılar. Yerdə qalanı, yəni sosial şəbəkədə çığırışanlar və hadisələri sadəcə izləyənlər növbəti dəfə qadına qarşı ədalətsizliyə göz yumaraq yumşaq yerini kreslodan ayırmadı”¦

Reyhanə məktubun sonunda orqanlarını transplantasiya üçün vəsiyyət etdi. Hətta orqanlarından istifadə edən adamlardan məzarına gəlməyi və hətta bir dəstə gül də, bir ağız dua da gözləmədiyini deyir. Bu son arzunun icrası da şübhə altındadı, çünki onu dar ağacından asandan sonra orqanları yəqin ki, sıradan çıxdı. Mərhum son məktubunda Allahın dərgahında onu incidən məhkəmə hakimlərindən şikayətçi olacağını yazdı. Yerdə ədalət qalmayanda onu göylərdə axtarırlar”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]