Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Rəssam Anri Tulus Lotrek

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
1/11/2014 [00:35]
Baxılıb :
1553 dəfə
Hər şeyin haqqını ödəmək lazımdı, hətta istedadın da!

Qraf Anri de Tulus Lotrek olmazın dərəcədə istedadlı rəssam olduğu qədər bədbəxt bir insan idi. Onu müasirləri gah «cırtdan», «sifilitik», «alkoqolik», «pozğun», gah da «istedadsız və mənəviyyatsız rəngsaz» adlandırırdı. Bununla belə Tulus Lotrekin rəngkarlığı postimpressionizmin ən zəngin dövrüdür. 600 boya ilə, minlərlə qrafik rəsm əsəri, bir neçə yüz litoqrafiya, onlarla plakat və afişalar”¦ O, bütün bunları cəmi 37 il ərzində yaratdı.

Fransız krallarının nəslindən

Balaca qraf Anri Maro Raymon de Tulus-Lotrek-Manfa qədim fransız nəslinin davamçısı idi. Onun valideynləri Anrinin kiçik qardaşının ölümündən sonra aralandılar, çünki son dərəcə müxtəlif adamlar idi. Qrafinya Adel sakit təbiətli idi və həyatının mənasını oğlunun qayğısına qalmaqda görürdü. Qraf Alfons isə əksinə, ekssentrikliyi və sevgi macəraları ilə ad çıxarmışdı. Gələcək rəssamın ata tərəfinin qohumları Fransa tarixində qəhrəmanlıqları ilə ad çıxarmışdı və monarxlarla qohumluğu ilə həmişə fəxr edirdilər. Rəssamın atası at çapmaq dəlisi, səyyah, mahir ovçu idi. Hətta meşəyə gəzintiyə gedəndə də qəribə kostyumlar geyir, gah kovboy, gah çərkəz, ya da şotland kimi bəzənirdi. Bir dəfə şam yeməyinə balet paçkasında və pledə bürünmüş şəkildə çıxıb. O, anasına məktubunda yazırdı: «Mən yeni Qafqaz başlığımdan çox razıyam, çünki mənə Boska qəsrimi xatırladır. Mən onu meşə gəzintisinə geyirəm və at çapanda onun qırmızı mahudu küləklə dalğalanır». O, ov şahinlərinə arabir müqəddəs su içizdirirdi ki, kafir olmasınlar.

Anri atasından qəribə xasiyyəti ilə bərabər rəsm çəkmək qabliyyətini də miras alıb. Anrinin nənəsi deyirdi: «Mənim oğlanlarım meşə cüllütünü ovlayanda üçqat ləzzət alırlar: gözəl ovdan, yaxşı natürmortdan və əla qızartmadan». Lotreklər üçün axşamlar kaminin istisində qızınaraq günorta aldığı təssüratları rəsmə, heykələ çevirmək adi həyat tərzi idi. 

«Kiçik səadət parçası» 

Ana və nənələrinin həddən artıq himayəsi altında Anri kiçik tiran kimi böyüyürdü. İstədiyini almaq xətrinə hər addımı atırdı, özünü yerə çırpır və tələb edirdi. Qohumları onun bir sözünü iki eləmirdi. Çünki uşaq zəif və xəstəhal idi, yaşıdlarından çox geri qalırdı, üstəlik pəltəkliyi də vardı. Bəzən gəzəndə əl ağacına ehtiyacı olurdu. Evdə onu «kiçik səadət parçası» adlandırırdılar. Balaca Anri istəsəydi kilsə plitələrini sulayaraq təbii ehtiyacını messa zamanı ödəyə bilərdi. Balaca Anri bir yerdə qərar tutmurdu, nəzarətdən qaçıb çoxsaylı atların tövləsində, it damlarında gizlənirdi. O, cins atların, itlərin tər iyini qoxulamağı sevirdi. Bəzən onlar üçün bişirilmiş yeməklərin də dadına baxırdı. Onu tutub evə qaytaranda əlacsızlıqdan kamindən kömür parçası götürüb yerdəki xalçanın üstündə rəsm çəkməyə başlayırdı. Hikkəli olduğundan böyüklərin əvəzinə imza atmağı da təklif edirdi: «Nə olsun yaza bilmirəm, mən öküz şəkli çəkərəm». 

Sağlamlığı ilə bağlı problemləri çox olsa da dərslərini çox yaxşı oxuyurdu. 14 yaşı olanda Anri çox da hündür olmayan stuldan yıxılıb çanaq sümüyünü sındırdı. Zəif olduğundan sümüklərin bərpasına və ayağa qalxmağa bir il getdi. Az sonra yenə də qəza baş verdi. Cəmi 1 metr dərinliyi olan çalaya yıxılıb bu dəfə sağ çanağını sındırdı. Bu andan etibarən Anri heç böyümədi. Daha dəqiq desək onun əl və ayaqları böyümürdü. Ona görə başı çox böyük görünür. Keçid dövrünün dəyişiklikləri onu daha da eybəcərləşdirirdi. Alt dodağı sallandığından ağzının suyu axır, nitqi anlaşılmaz olmuşdu, pəltəkliyi artmışdı və dişləri də çürüyürdü.  Ona görə də rəssam ömrünün sonuna kimi başının böyüklüyünü gizlədən hündür şlyapasını çıxarmadı və çənəsinin uzunluğunu gizləyən saqqalını qırxmadı. İndi kimin cəsarəti çatardı ki, bu şikəst adama «balaca xoşbəxtlik parçası» desin.

İndiyədək rəssamın xəstəliyi barədə həkimlər mübahisə etməkdədir. Qohumları rəssamın meyitini yarmağa icazə vermədiyindən arada yüz cür versiyalar dolaşır. Bu həm də fransız aristokratlarının əsrlərlə sürən qan qohumluğunun nəticəsi idi. 

«Treklo»

Yetkinlik yaşında Anrinin boyu 150 santimetrə güclə çatırdı. Elə bil ki, böyük kişinin başını uşağın bədəninə otuzdurmuşdular. Rəssam heç vaxt fiziki qüsurlarını gizləməyə çalışmayıb. Lotrek nəinki özünün, heç çəkdiklərinin də istər fiziki, istər mənəvi çatışmazlıqlarını gizləmirdi. Bu, onun yaradıcılıq qanunu idi. İndi aristokratlar kimi at sürməyə, ov eləməyə, maraqlı həyat sürməyə həsrət qalmış Anrinin bircə yolu qalırdı, içindəki bütün emosiyalarını rəsm vasitəsilə çıxarmaq. Sağlamlığı imkan verəndə o, dövrün məhşur rəssamları Leon Bonn, Fernan Kormondan dərs alırdı. Müəllimləri də deyirdi ki, o, eleqant, amma həddən artıq açıq-aşkar və hətta qəddarcasına çəkirdi. Niyə də olmasın, axı taleyin bu ağır zərbəsini şikayət eləmədən yaşayan bir şikəstin həyatı bir o qədər də qəddar deyildimi?

Lotrek öz eybəcərliyini, qüsurlarını yalnız Monmartrın iyrənc həyat tərzində gizləyə bilərdi. Parisin Monmartr məhəlləsi gənc rəssamlar, musiqiçilər və həyatın ən dibində olanlar üçün, yaradıcı bogema üçün əlverişli yaşam yeri idi. Burda mənzil haqqı və xidmət nisbətən ucuz idi. Çünki bu məhəllədə Parisin ən məşhur əyləncə yerləri və fahişəxanalar vardı. Bura əylənməyə və dərd-qəmi içkidə boğmağa gəlirdilər. Qraf Alfons üçün oğlunun bu rayonda yaşaması faktı böyük təhqir idi. O, Anrini əvvəl maddi təminatdan məhrum etməklə hədələdi. Anri razılaşmayanda isə heç olmasa Lotreklərin adını bədnam etməməkçün ləğəb götürməyi tövsiyə etdi. Sənətə ilk addımlarını atan rəssam əvvəllər «Treklo» ləğəbini götürdü, sonralar isə ondan da imtina etdi. Ləğəb götürməklə, iyrənc həyatın axarına baş vurmaqla Anri aristokrat cəmiyyətinin imtiyazlarından da imtina etdi. 

Həyatın dibində

Momartr bir qədər əvvəl Parisin əyaləti idi, ona görə də görkəmcə Parisdən fərqlənirdi. Parisin ən avara, macəra axtaranları buranın pivəxanalarına gəlirdi deyən hər gün dava-dalaş, bəzən ölüm də olurdu. Məhəllənin fahişələri gecələr öz peşələriylə, gündüzlər rəssamlara poza verməklə pul qazanırdı. Onun-bunun hesabına yaşayanlar, oğrular, avara şairlər, anarxistlər, iş axtaran naturaçılar, cındır içində dilənçilər, özünü peyğəmbər elan edənlər - hamı özünü Monmartrda rahat hiss edirdi. Burda hamı qozbel idi. Bəziləri fiziki mənada, bəziləri mənəvi cəhətdən. Eybəcərin biri ilk baxışda bir neçə dəqiqə maraq doğururdu, sonra adiləşirdi. Bəlkə də normal adam buralarda qəribə görünə bilərdi. Lotrek özünü burda rahat hiss edirdi. Ona öyrəşmişdilər, diqqət vermirdilər, o, maraq doğurmurdu. Ətraf mühitlə belə qaynayıb qarışma Lotrekə ruhi tarazlıq duyğusu gətirirdi. 

Onun pulu həmişə vardı. Həyatını rahat yaşayıb istədiyini çəkə bilər və əsərlərin satılmağından qəti narahat olmaya da bilərdi. Amma o, rəssam şöhrətini arzulayır, qəbul olunmaq, qiymətləndirilmək istəyirdi. Tamaşaçı ümumilikdə Lotreki qəbul edirdi. Müasirləri impressionistlər kimi Lotrek kölgədə qalmamışdı, tamam tanınmamış sayıla bilməzdi. Artıq 25 yaşında onu «Mulen Ruj» əyləncə mərkəzinin məşhur rəqqasəsi La Qulyunun reklam afişasının müəllifi kimi tanıyırdılar. Fahişəxanaların daimi sakinləri, bunlar aristokratiyadan da ola bilərdi, Lotrekin əsərlərinin əsas qəhrəmanlarının cizgilərini daha yaxşı, şəxsi ünsiyyətdən tanıyırdı. 

 Â«Onlar»

Lotrekin bütün yaradıcılığı atobioqrafikdir. O, gördüyünü çəkirdi. Əsərlərin əksəriyyəti adsızdı, amma ordakı sifətləri az qala bütün Paris tanıyırdı. Məşhur fahişələr, rəqqasə və müğənnilər sanki iş başında çəkilirdi. Məşhur müğənniyə afişa çəkirdisə onun nəinki bir qırışını da azaltmırdı, bəzən bir az da eybəcərləşdirir və kəskinləşdirirdi. Rəsmlərində kədər və ümidqırıqlığı süzülürdü. Çünki onun həyat barədə illüziyaları yox idi. 

Fahişələrin rəsmlərini bir alboma topladıqdan sonra adını əvvəlcə «Fahişələr» qoymaq istədi. Sonra fikrini dəyişib «Onlar» qoydu. Rəssamın marağı arabir velosiped sürənlərə keçirsə də yenidən qadınların yanına qayıdırdı. Bir ara o, lesbian qadınlarla dəhşətli dərəcədə maraqlanırdı və bir müddət onları durmadan qələmə alırdı. Lotrek qadını hər bir formasında çəkməyi sevirdi: «Başqa bir qadına vurulmuş qadın mən tanıdıqlarımdan ən qəribəsi və divanə məxluqlarıdır». «Onlar» adlı albom çıxanda cəmiyyətdə belə fikir dolaşırdı: «Gənc uşaqları olan valideynlər Lotrekə xüsusi qonorar ayırmalıdır ki, onun rəsmləri əxlaqsızlıq və pozğunluğa nifrət hissi aşılayır»

Fransızın içmək hüququnu tapdamaq olmaz!

Lotrekin hələ ki, 31 yaşı var, əsərləri gözəldir, amma hər günlə onların sayı azalır. 3 il əvvəl o, 3 dəfə artıq əsər yaratmışdı. Lotrek heç vaxt sərxoş halında çəkməzdi. Son vaxtlar fasiləsiz içdiyinə görə çəkməyə macal tapmırdı. Dostları fasiləsiz sərxoşluqdan narahatdı, amma bunu onun özünə demək mümkün olmur. Çünki səbəbli-səbəbsiz özündən çıxır və dava qoparırdı. İçki onun olan-qalan əsəb sistemini sıradan çıxarmışdı. Kəskin ifadələr, əhvalın qəfil dəyişməsi, hissiyyatın son dərəcə itiləşməsi, qeyri adekvat reaksiya onu uçuruma aparırdı. Bir tərəfdən də əxlaq uğrunda mübarizə liqası rəsmlərdə abırsızlığın olmasına qarşı mübarizəyə başlamışdı. Onu hər tərəfdən sıxırdılar. Şən, zarafatcıl Lotrek hara yoxa çıxdı? Arabir üzə çıxan hoqqabazlığı onu atasna oxşatmağa başlaırdı. Amma bu ekssentrik hoqqalar həyat eşqindən deyil, ruhi tarazlığın pozulmasından baş verirdi. Ya 10 dəqiqə, ya da 2 saata yaxın çəkən qəfil yuxu rəssamı hər yerdə, hər bir saatda haqlayırdı. Təqcə alkoqol deyil, həm də gəncliyindən yadigar qalmış sifilis xəstəliyi də onun qüvvəsini azaldırdı. Əsərlərinə qarşı böyük etinasızlıq yaşaırdı: «Bunların artıq heç bir mənası yoxdur». Qohumların onu məcburən psixatrik xəstəxanaya yerləşdirməkdən başqa çarəsi qalmamışdı. Bircə atası öz mövqeyini açıqlamırdı, çünki fransızın içmək hüququnu tapdalamaq ona çox ağır gəlirdi. 

Lotrek Madrid küçəsində keçirdiyi günləri həmişə dəhşət hissiylə xatırlayacaq. O, ağlını, özünə nəzarət etmək imkanını itirməkdən çox qorxurdu. Bu müalicəxanada olduğu müddətdə daima varlı olduğu üçün burada saxlanıldığı barədə düşünürdü. Həkimlərin ona gəlir mənbəyi kimi baxması fikri rahatlıq vermirdi. Sağalma çətinliklə və uzun müddətə başa gəlirdi. Nəhayət onu o vaxtlar hamının dəlixana adlandırdığı binadan buraxanda Lotrek artıq içmir və emosiyalarına tam sahib idi. Amma bu vəziyyət çox çəkmədi. Bir qədər səyahət etmək xəstənin halını yaxşılaşdırsa da Parisə qayıdan kimi hər şey təkrar olundu. Rəssam sanki ölümə tələsirmiş kimi əvvəlkindən də artıq içir və həmişəkindən az işləyə bilirdi. Lotrek həyatında təkcə rəsm çəkməkdən ləzzət ala bilirdi. Əlinə qələm, ya fırça almağı kifayət idi ki, ruhu işıqlanırdı. Sənətsiz indi onun həyatı tam boş görünürdü. Son dövrün əsərləri sənətşnasların fikricə daha zəif və texniki baxımdan qüsurludur. 

«Ana, ölmək necə də çətindi”¦Â»

Onsuz da zəif olan sağlamlığı bir az da yeməməzliklə sıradan çıxırdı. Hamı onun arxasınca pıçıldaşırdı: «Bircə kölgəsi qalıb”¦Â». Onu ata-baba qəsrinə gətirəndə o, artıq yeriyə bilmirdi. Onu krseloda daşıyırdılar. Bu vəziyyətə düşməzdən əvvəl sanki sonun yaxınlaşdığını hiss edib emalatxanasında bir qədər səliqə də yaratmışdı. Acib işlərini bitirməyə çalışmış, qiymətli işlərini qabağa çəkib səliqəylə yığmışdı. Buradan artıq muzey soyuqluğu gəlirdi. İstedadı artıq onu tərk etmişdi, indi bircə ölmək qalırdı. 

Ölüm yatağında olanda onun qoca görkəminə baxmayaraq cəmi 37 yaşı vardı. Əvvəl əl-ayaqları taxtaya döndü. Sinəsi də ağrayırdı, həkimlər onda vərəm tapmışdı. Dalıyca da iflic gəldi. İndi o, heç kimsəni əsəbləşdirməyəcək. Ömrü boyu təqib edilən şikar kimi həyatı boyu ora-bura qaçıb azadlıq və təhlükələrlə dolu həyatı içinə çəkirdi. İndi o, yorğundu və ailəsinə qayıdıb. Sonuncu dəfə ona dəyməyə gəlmiş keşişlə zarafat elədi: «Gələn dəfə siz bura zınqırovlar və şamlarla gələcəksiz». 37 yaş! Dostu rəssam Van Qoq da bu yaşda öldü, Rafael və Vatto da. Hər şeyin haqqını ödəmək lazımdı, istedadın da”¦

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
Rəssam Anri Tulus Lotrek
Rəssam Anri Tulus Lotrek
Rəssam Anri Tulus Lotrek
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]