İyunun 13-nə keçən gecə Ağcabədi rayonunda qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Hüsülü kənd sakini Məmmədov Rafiq Ramazan oğlu həyat yoldaşı Məmmədova Məlahət Ənvər qızını qətlə yetirib. Sərxoş vəziyyətdə olan 52 yaşlı kişi həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə öldürdükdən sonra könüllü olaraq polisə təslim olub.
R.Məmmədov ilkin ifadəsində deyib ki, hadisəni qısqanclıq zəmində törədib. O bildirib ki, həyat yoldaşının ayağının baldır hissəsində göyərti görüb və bundan şübhələnib. Sərxoş vəziyyətdə olan kişi, həyat yoldaşının ona xəyanət etməsini iddia edib və bildirib ki, həmin göyərti öpüş yeridir. Əsəblərinə hakim ola bilməyən kişi qadını bıçaqlayıb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.