Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Vərəq xaric səsi eşitməz

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
29/10/2014 [22:42]
Baxılıb :
5997 dəfə

Növbə musiqi müəllimlərinə çatdı. Respublikada musiqi məktəbləri müəllimlərinin attestasiyası gözlənilir. Bu ilin noyabr ayının 16-na təyin olunmuş imtahan müəllimlər arasında çoxlu mübahisə və narazılıqlar doğurub. 

Attestasiya məsələsi respublika səviyyəsində yenilik deyil. Ümumtəhsil məktəb müəllimlərinin attestasiyası təzəlikcə işini yekunlaşdırdı. Ondan əvvəl həkimlərin attestasiyası keçirilib deyə müqayisəli paralellər aparmaq mümkündür. Rəsmi mənbələr soruşanı olanda  "attestasiyanın məqsədi müəllimlərin nüfuzunu yüksəltmək, onların maddi təminatı, tədris prosesinin keyfiyyətinin qaldırılması, müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması" kimi alicənab fikirləri səsləndirir. Arabir psixologiya, kommunikasiya və İKT (İnformasiya və texnologiya kommunikasiyaları) kimi mürəkkəb anlayışların adını çəkib müəllimlərin ürəyini salırlar.

Musiqi müəllimlərinin attestasiyası məsələsində fərqli məqamlar çoxdur. Əvvəla bu məsələ mətbuatda işıqlandırılmır. Elə bil ki, musiqi müəlliminin arabir gedib  məchul yazılı testlərdə 4 variantdan birini qaralamaq kimi bir şakəri var. Musiqi məktəbləri Təhsil Nazirliyinin nəzdnində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən fərqli olaraq Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olduğundan attestasiyanın da fərqli olacağı ehtimalı var. Testlərin keçiriləcəyi barədə informasiya keçən dərs ilinin sonundan başlayaraq havada xəfif şayiə şəklində dolaşmaqdadı. Şəxsiyyət vəsiqələrinin surəti yığılanda, fotoşəkillər toplananda hamı anlayırdı ki, bunun sonunda gözəl bir şou gözlənilir. Xəbərə dəxli olan insanların və eləcə də ictimaiyyətin məlumatlandırılmaması qəribə əhval oyadır. Bəyəm musiqi müəllimləri ümumtəhsil məktəblərinin müəllimlərindən əskik adamlardır? Yaxud onların professional ambisiyaları yoxdurmu?

Testqabağı hamı təşvişdədi. Təcrübəsiz müəllimlər bilmədiklərindən, təcrübəli müəllimlərsə illər uzunu qazandığı ada xələl gətirməkdən narahatdır. Ona görə də hamı bir ağızdan sualların qabaqcadan verilməsini istəyir. Xatırlayaq ki, həkimlərin attestasiyası zamanı min sualdan ibarət sual toplusu 1 ay qabaqcadan verilmişdi. Ümumtəhsil məktəblərindəki testlər isə ayrıca saytda yerləşdirilib. Bütün ixtisaslar və variantlar üzrə testlərlə tanış olmaq olar. Musiqiçiləri isə qeyri-müəyyənlikdə saxlayırlar. Məlum olan informasiya bunlardır: 50 sual olacaq, onlardan 10 sual psixologiya, 10 sual pedaqogika və kommunikasiya (yəni ünsiyyət), qalanı, yəni 30 sualı musiqiyə aiddir. 
Əgər musiqi üzrə başbilənlər musiqi müəllimlərinin bilik səviyyəsini araşdırmaqla "nüfuzunu yüksəltmək, tədris prosesinin keyfiyyətini qaldırmaq, karyera inkişafını stimullaşdırmaq" istəyirsə yəqin ki, sualları lap həkimlərdə olduğu kimi min sualdan ibarət hazırlayıb dərs ilinin əvvəlində məktəblərə göndərsəydi, bir müəllimin də attestasiya məsələsində narazılıq eləməyə mənəvi haqqı çatmazdı. Suallara göz gəzdirib bildiyinin üstündən keçər, bilmədiyini öyrənərdi. Qəfil test imtahanı küncdə oturub gəlib gedəni "xox" eləyib diksindirməyə bir az bənzəyir. Yoxsa yuxarılarda min sual hazırlaya biləcək qədər savadlı adamlar tapılmır?

Musiqi müəllimlərinin attestasiyasında musiqiçilərin ixtisasları nəzərə alınmayacaq. Bu, bir növ ümumtəhsil məktəbində coğrafiya müəllimindən kimya üzrə suallara cavab istəmək kimidir. "Ali  savadlısan, bilməlisən də!" deyib müəllimi divara qısnamaq da olar. Musiqinin piano, simli alətlər - skripka, violonçel, gitara,  nəfəs alətləri - truba, klarnet, qoboy, fleyta, milli alətlər- tar, kamança, qarmon, muğam ifaçılığı, vokal ifaçılıq, nəzəriyyə, xor, ansambl, bəstəkarlıq və s. ixtisasları  var. Bütün ixtisaslara uyğun gələcək bu 30 sualı təsəvvür eləməyə insanın fantaziyası çatmır. Ya suallar o qədər sadə və bəsitdir ki, onu hər adam cavablandıra bilər. Ya da məqsəd musiqi müəllimlərinə xoruz banı eşitməmiş suallarla badalaq vurmaqdı. Necə bilirsiz, xanəndə Avropa musiqisinin xırdalıqlarını, yaxud pianoçu muğamın şöbələrini, nəzəriyyəçi isə tarın pozisiyalarını bilə bilərmi?

Ümumilikdə musiqiçiləri test imtahanına keçirməyin özü səhv yanaşmadı. Musiqiçilər dəftər-kitaba sığmayan insan növüdür. Onların işi çalmaqdır, ifaçılıqdır, yaradıcılıqdır. Səhnədə saatyarımlıq konserti orkestrin müşayiəti altında çala bilən bir pianoçu üçün masa arxasında oturub 4 cavabdan birini qaralamaq daha çətin gəlir. O, fasilitasiya, refleksiya və motivasiya terminləri arasında fərqi bilməyə bilər, summativ qiymətləndirmə sualından lap çaşıb başını itirər. Musiqi sahəsində də son illər imtahanların test üsuluna keçirilməsi müasir zamanla ayaqlaşma kimi təqdim edilsə də, əslində durmadan böyüyən kütləvi savadsızlığın üstünü heç olmasa bir qədər ört-basdır eləmək kimi görünür. Test üsulu bütün xaric oxuyanlar, not yazısına Çin qrafikası  kimi  baxanlar, üç-badam bir qoz ritmikasının vertuozları, toyxana manısları üçün ideal konspirasiya vasitəsidir. Axı vərəqin qulağı olmur və xaric səsi eşitmir”¦
İlin əvvəlində, tələsikdə,  xüsusi hazırlıqsız attestasiya keçirmək musiqiçilərə "Get otur yerində, qımıldanma, özü də testi pis yazmısan" deməyə əsas verəcək. Deyirlər ki, pis yazanları işdən çıxarmayacaqlar, yaxşı yazanları isə xüsusi qiymətləndirməyəcəklər. Ola bilər, not yazısı oxuya bilməyən musiqi müəllimlərinin fəlakət dərəcəsində artdığı bir zamanda musiqi təhsilinin başında duranlar vəziyyətin nə dərəcədə pis olduğunu dəqiqləşdirmək fikrindədi.  Amma sınaqlar lazımi qədər şəffaf olmayanda məsələdən pul qoxusu gəlməyə başlayır. Testin suallarını tapa bilməyənlər artıq vasitəçilik soraqlaşırlar.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]