Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Təhsilin inflyasiyası

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
23/10/2014 [00:59]
Baxılıb :
1331 dəfə

İnsan yaradıcılıq düyünçəsidir. Yaradıcılıq bizə özümüzü cəmiyyətdə komfortlu hiss etməkçün motivasiya verir. Məsələn, sizin ən uğursuz  karyeranız varsa belə, iş yoldaşlarınız sizi dünyanın ən bəxtsiz adamı sayırsa da arxanızı çevirən kimi pıqqıldaşan kolleqalarınıza dünən axşam yazdığınız şeiri, çəkdiyiniz rəsmi göstərsəz, ya da mikrafonu götürüb bəstələdiyiniz melodiyanı lap pis gündə oxusaz da, sizə olan münasibət dərhal dəyişəcək. Amma həmin vəziyyətdə siz özünüzü "mən təhsillə maraqlanıram" deyib təqdim eləsəz ola bilər sonra demək istədiyinizi boğazdaca boğmalı olacaqsız. Çünki sizi dinləyən tapılmayacaq.  Sizə  yazıq, bədbəxt adam kimi baxıb halınıza acıyacaqlar. Belə vəziyyətə düşsəz, mərhəmətli olun, gülümsəyin.

Belə çıxır ki, yaradıcılıq və təhsil bir tərəzinin gözünə qoyularaq ölçüləsi məsələlər deyil. Ya da ən primitiv, həvəskar səviyyəsində görülmüş yaradıcı proses sabit bünövrəli, professional təhsillə rəqabətə girəsi olsa mütləq qaydada qalib gəlir. Əgər bu həqiqətən belədirsə, niyə bizim "əfsanəvi" təhsil metodikamızda  musiqi, rəsm, əmək (indi texnologiya adlanır) dərsləri riyaziyyat və ana dilinə qurban verilir?

Uşaqlar heyrətamiz şeylərə qadirdir. Onlar üçün yaratmaq nəfəs almaq qədər təbii prosesdi. Milliyəti, irqindən asılı olmayaraq hər uşaq belədir. Uşaqlar bizdən fərqli olaraq səhv etməkdən qorxmur. Yaratmaq istəyinin başında ilk əvvəl nəyin bahasına olursa-olsun bunu bilmək, araşdırmaq, görmək, təsvir etmək, bir sözlə yaşamaq istəyi durur. Böyüklər səhv etməyin qorxusundan bilməkdən, görməkdən, təsvir edib araşdırmaqdan, yəni  ki, yaşamaqdan imtina edirlər. Səhv edəcəyindən qorxanlar heç vaxt yaradıcılıq cəhdi etmir. Uşaqlar böyüyən kimi bu keyfiyyətini itirir. Təsəvvür eləyin, əgər Şekspirə "bəsdi öz dilində nələrsə yazdın, səni heç kim anlamır" desəydilər, özünəməxsus Şekspir dili yaranardımı?

Dünyanın bütün ölkələrində təhsildə riyaziyyat və dillərin öyrənilməsi ön plandadır. Musiqi və rəsm hələ nisbətən yaxşı mövqedədir. Çünki xoreoqrafiya, ya da teatr ümumiyyətlə tədris edilmir. Uşaqlar iki ayağı üstə qalxan kimi ilk əvvəl rəqs eləməyə başlayır, kimsədən soruşub icazə almadan. Sonra onlar məktəbə gedib neçə saat dalbadal bir masada oturmağa məcbur olur deyən hiperaktivlik diaqnozu qoyulan uşaqların sayı artır. Müəllim "elə bil iynə üstündə oturmusan!" deyib daima danlayır. 

Məktəblərdə uşaqları  onlara maraqlı olan fənnlərdən gələcəkdə bu predmeti ixtisas seçməyəcəyi bəhanəsilə uzaqlaşdırırlar. "Bəyəm musiqiçi olacaqsan?", "Rəsm çəkmək ciddi iş deyil, boş ver" və s. bu tipli iradlar dilimizdən düşmür. Məktəbə daxil olan uşaq artıq hansı peşəni seçəcəyini, hansı ali məktəbə girəcəyini düşünməli olur. Sadəcə yaşayıb öyrənməkdən ləzzət almaq əvəzinə dumanlı görünən gələcəyini cızmalı olur. YUNESKO-nun verdiyi məlumata inansaq, 30 ildən sonra universitetlər indiyədək bəşəriyyət boyu mövcud olmuş miqdardan artıq alim yetişdirəcək. Elə indinin özündə də diplom artıq həlledici faktor deyil. Yalnız işə düzələndə tələb olunan bir kağız parçasıdır. Vaxt vardı diplomun olması işlə təminatın qarantı idi. İndi belə deyil. Diplomlu,bəzən savad -lı adamlar da aparıcı vəzifədə və nüfuzlu yerlərdə işləmirlər. Buna təhsilin inflyasiyası deyirlər. 

Culian Lin adlı bir dünyaca məşhur xoreoqraf var. O, xatırlayır ki, məktəbdə onu ən geridə qalmış, ümidsiz şagird sayırdılar. Onun təhsildə problemi vardı və daima valideynlərinə diqqətsizliyinə görə şikayət edirdilər. Müasir elm bunu diqqət çatışmazlığı sindromu adlandırardı. Keçmişdə heç kim belə pozuntu barədə heç eşitməmişdi də. Bu qızı psixiatr yanına gətirirlər. Həkim onun məktəbdəki problemlərindən danışan zaman o, oturduğu dərin kresloda əl-ayağı ilə oynayırdı. Onun problemlərini anlayan həkim qızı otaqda tək qoyub anası ilə birlikdə dəhlizə çıxır. Otaqda tək qalan kimi Culian ayağa qalxıb musiqi ritmində hərəkət etməyə başlayır. Həkim deyir, missis Lin, sizin qızınız xəstə deyil, o, rəqqasədir, onu rəqs məktəbinə verin. Nəticədə bu sanki iynə üstündə oturan qız məşhur balerina oldu. Tərtibat verdiyi muzikl milyonlarla insanı sevindirdi və onu multimilyonçuya çevirdi. Onu dərmana otuzdurub sakitləşdirə də bilərdilər. 

Hazırda dünya insan ekologiyası terminini tez-tez işlədir. Bu konsepsiya insanın içindəki gizli imkanlarını aşkara çıxarmağı nəzərdə tutur. İnsan Yer kürəsinin təbii ehtiyatlarını israflıqla sərf elədiyi kimi bizim təhsil sistemimiz də insanın daxili imkanlarını heçə endirir. Uşaqlarımız məktəbə gedənədək daha xoşdəxt, daha ağıllı və daha xeyirxahdır. Uşaqların yaradıcı imkanlarının məktəbdə aşkara çıxarılması məsələsiylə ingilis alim-pedaqoqu Ken Robinson məşğul olur. Bu barədə o, "Ehtirasını tap və ətraf dünyan dəyişəcək" adlı kitabında yazır. İdeya sadədir, məktəbin ilk pillələri uşaqların yaradıcı qabiliyyətinin ortaya çıxarılması və qeyri-adi çıxış yollarının tapılmasına sərf edilir. 

Bizdə müəllimlər səhvlərdən qorxur və uşağa səhv eləməməyi öyrədir. Stenforddan olan Kerol Duek adlı psixoloq amerikalı müəllimlər üzərində belə bir təcrübə qoydu. Müəllimlər uşaqların səhvlərini sevməli idi. 11 yaşlı uşaqlardan ibarət 200 nəfərlik 2 qrup yaradıldı və onlara eyni tapşırıqlar verildi. Bir qrupu çalışqanlığa görə  o birini isə nəticələrə görə tərifləyirdilər. Növbəti dəfə tapşırıq seçəndə nəticəyə görə təriflənmiş uşaqlar nisbətən asan tapşırıqlar seçdi. Çalışqanlığa görə tərif eşidənlərsə əksinə, ən çətin tapşırıqları üzərinə götürməyə hazır oldu. Çünki birinci qrup tərif eşitməyəcəyindən ehtiyat edirdi. 

Təhsil əlbəttə ki, gələcəyə açdığımız yeganə pəncərədir. Biz bu gələcəyin necə olacağını dəqiq bilmirik. Çünki inkişaf etmiş ölkələrin öz gələcəyi, bizimsə öz fərdi gələcəyimiz var. Bu il məktəbə qədəm qoymuş uşaqlar bir qədər sonra, kosmik miqyasda lap bu yaxınlarda, qismət olsa 2068-ci ildə artıq təqaüdə çıxacaqlar. Biz, 5-10 il sonraya normal proqnozlar verə bilməyən insanlar məktəblərdə uşaqları gələcəyə hazırlayırıq, onlara bilik verir və beyinlərini heç vaxt lazım olmayacaq məlumatlarla doldururuq.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]