Evinin qarşısından keçən qonşusunun qarnı köpdüyündən və iy buraxmasından hirslənən kişi tüfəngə əl atıb. Milli.Az ABC-yə istinadən bildirir ki, hadisə ABŞ-ın Nyu-Cersi ştatında baş verib. Deniel Kollins evinin qarşısından keçən qonşusunun iy buraxmasından sinirlənib. 72 yaşlı kişi tüfəngi götürərək qonşusuna tərəf qaçıb və "Sənsən iy buraxan?! İndi kəlləni deşərəm!" deyərək adamı hədələməyə başlayıb.
NBC bildirir ki, polisə aparılmış Kollins icazəsiz odlu silah saxlamaq və təhdiddə suçlanaraq böyük məbləğdə cərimələnib.