Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Stefan Sveyq - şəfəqi gözləmədən ölən yazıçı

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
18/10/2014 [00:07]
Baxılıb :
3716 dəfə

«Dünyanın ən yüksək, ali, təmiz ideyası alçaq şəxsiyyətlərə öz adından vicdansızlıq etməyə  imkan yaradan zaman ən murdar və alçaq ideyalara çevrilir»

Stefan Sveyq
Sveyqin həyatı əsərləri qədər maraqlı deyil. Sveyq 1881-ci ildə Vyanada toxuculuq fabrikinin sahibi, varlı yəhudi tacirinin ailəsində doğulub. "Dünənki gün" memuar kitabında Sveyq öz uşaqlığı və gəncliyindən bir qədər söz açır. Gimnaziyadan, ailədən söhbət gedəndə yazıçı bilərəkdən duyğularını cilovdan buraxmır və əsrin qovşağında ziyalı ailələrinin əksəriyyəti kimi böyüdüyünü deyir. Ailəsi dindar olmadığından o özünü "təsadüfən yəhudi" adlandırırdı. Artıq Vyana universitetində oxuyarkən o ilk şeirlərini dərc etdirir. Ailəsinin kifayət qədər imkanlı olması ona səyahətlər edib dünyanı görmək və ən vacibi özünün də istedadını kəşf eləmək imkanı yaratdı. İlk şeirlər kitabının çıxması da problemsiz oldu. Vyana Universitetində doktorluq dərəcəsi alıb. Universitetdən sonra o, London, Paris, İtaliya və İspaniyanın şəhərlərinə səfər edir, Hindistanda, İndokitayda, ABŞ-da, Kubada, Panamada olur. 

"Bütün düyünlər təbiət etibarilə açılmağa, zülmət işığa, aydınlığa  tərəf dartınır"
Birinci Dünya Müharibəsi zamanı müharibəyə qarşı çıxan yazıçılar hərəkatına qoşulur. Parça-parça qırıqlardan yığılmış Qabsburqlar monarxiyasında doğulmuş Sveyq özünü Avstriya, yaxud alman mədəniyyətinin insanından daha artıq bütün Avropanın övladı sayırdı. O, hələ ki, sərhədlər tanımayan, gömrük qəbul etməyən və bununla belə narazılıq artan məkanın, Avropanın oğlu idi.  Amma qarşılıqlı narazılıq və inamsızlıq artıq 1914-cü ilin müharibəsinə gətirib çıxarmışdı. Toplar və mərmilər susanda Avstriya-Macarıstandan bir qırıq parça qaldı və o, öz müstəqilliyi ilə nə edəcəyini bilmirdi. Bax, bu vaxt əsl desident kimi Sveyq yenidən "Ümidsiz bir işin uğurunun şərəfinə badə qaldırmağı" təklif elədi. Stafan Sveyq keyfiyyətdə əsl avropalı insan növü artıq yoxdur. Onlar 20-ci əsrin müharibələrinin fonunda bir növ kimi yoxa çıxdı.

"Qorxu hər şeyə oxşayır. O, insanda görünməmiş daxili qüvvəni, enerjini aşkara çıxara bilər"

20-ci illərdə o, son dərəcə məşhur idi. Sveyq bunu özünəməxsus ayıqlıqla və ən əvvəl oxucuya qayğı ilə belə izah edirdi. "İlkin mətndən artıq yerləri heykəltaraşın qayadan artıq hissələri yonub qopardığı kimi ayırır və onu kiçik kitab şəklinə salıram". 

Sveyqin əsərlərinin uğuru onun yazılarının ruhi sağlamlığındadır. O, psixikanın xəstəhal vəziyyətlərindən çox yazıb. Amma çox az adam bilir ki, təlatümlü dövrlərin sənətkarlar üçün maarifçi optimiz ruhunu saxlamaq nə qədər çətin idi. Bunu Sveyq bacardı. Gah iqtisadi böhran, gah tiranlıq, gah da müharibə altında əzilib inildəyən insanlar üçün onun kitabları bir udum hava kimi qiymətli idi. 

Sveyqin əsərləri psixoloji məqamların zənginliyi və dramatikliyi ilə seçilir. Bu keyfiyyət onun hekayələrində olduğu qədər də ədəbi-tənqidi yazılarında da bilinir. 3 ustad - Dikkenz, Balzak, Dostoyevski barədə, 3 avtorpartretist Kazanova, Stendal, Tolstoy haqqında, belletrizə edilmiş romanlarda, tarixi şəxsiyyətlər Mariya Antuanetta, Mariya Stüartın bioqrafiyalarında da eyni xüsusiyyət ortaya çıxır. Onun uydurulmuş və tarixi qəhrəmanları da hamısı fanatizm və dözümsüzlüyə qarşı çıxır. Həmin bu səbrsizliyə qarşı etiraz onun avtobioqrafiyasında da, Balzakın bioqrafiyasında da eyni dərəcədə vacib məsələ kimi qabardılır. Axı "Həyat heç nəyi havayı vermir. Taleyin hədiyyəsi kimi qəbul etdiyimiz hər nəyinsə gizlində qiyməti artıq müəyyənləşib". Sveyq dövrünün dahi mədəniyyət xadimləri Vernxarn, Rollan, Mazerel, Roden, Mann, Freyd, Coys, Uells, Valeri ilə dostluq edirdi. Sveyq Romen Rollan barədə oçerk yazaraq onu "Avropanın vicdanı" adlandırdı. Onun Maksim Qorki, Tomas Mann, Marsel Prusta həsr etdiyi esseləri var. 

Bəzən siyasətdə yerində deyilmiş bir fraza böyük bir nitqi əvəz eləyə biləcəyi kimi ədəbiyyatda da miniatürlar qalın-qalın romanların həyatında dəfələrlə uzun ömür yaşayırlar. Sveyq insanın intim həyəcanlarını heyrətamiz dərəcədə aşkar və bununla belə maksimal şəkildə ədəb-ərkan qaydalarını pozmadan, bunu nəzakətlə yaza bilən nadir yazardır. Onun "Amok", "Duyğuların çaxnaşması", "Şaxmat novellası" müəllifini dünyada məşhur edib. Novellalar düşünməyə, insan taleyinin qaçılmazlığı barədə fikir yürütməyə vadar edir. Sveyq insan ürəyinin nə qədər həfif olduğunu deməkdən, həmin bu ürəyi qəhrəmanlıqlara, bəzən cinayətə də sürükləyən ehtirasları təsvir etməkdən yorulmur. 

Sveyqin balaca janr ustalarından fərqlənən öz novella modeli var. Əhvalatlar yolda, səfərdə cərəyan edir və hadisələr qısa müddətdə, amma qəhrəmanın vacib həyat məqamlarında baş verir. Hər hekayənin özəyində isə qəhrəmanın affekt anında söylədiyi monoloqu durur. Novellalar sanki böyük bir romanın konspektləridir. Amma yazıçı roman yazmağa başlayanda darıxdırıcı olurdu. Bunu özü də anladığında roman janrına az müraciət edirdi. Tarixi personaların sənədli romanları yazanda isə o, çatışmayan detalları yaradıcı fantaziyası hesabına çox uğurla doldura bilirdi. Sveyq sənədlər və məktublar, memuarlarla vertuozcasına işləməyi, hər sətrin altında canlı insan hekayəsini üzə çıxarmağı bacaran nadir istedad idi. 

"Boşluğu çəkməkdən ümidsiz bir iş, yeknəsəkliyi təsvir etməkdən çətin heç nə ola bilməz"

Sveyq müharibədən sonra 1934-cü ilə qədər Zalsburqda yaşayıb. Almaniyanın Avstriyanı nəhəng, vəhşi heyvan kimi udacağı məlum olanda Sveyq diksindi. Köhnə dövrün adamı, təpədən dırnağa avropalı olan yazıçı əsrin ilk 25 ilində  ikinci dəfə baş verən cəhalət partlayışına dözə bilməyib vətənini tərk etdi. Demək olmazdı ki, köçdüyü ölkədə, Braziliyada o, kokteyl içib canını qurtarmasını bayram edirdi. Çünki qürbətdə o, cəmi 4 il yaşaya bildi. 
Sveyqin son illəri Hitlerin hücumu ilə kədərə bürünmüşdü. Həmvətənlərinin arxayınlığını görüb əlacsızlığı anlamaq da o qədər asan deyildi. Hətta Avstriyanın yəhudiləri onların başına nələrinsə gələcəyinə inanmırdı. Sanki ölümə hazırlaşırmış kimi Sveyq "Dünənki gün" (Avropalının xatirələri) kitabını yazmağa tələsdi. Bu kitab bir vaxtlar çox sevdiyi sivilizasiya ilə vidalaşma, onün məhvinə yazılmış bir rekviyem idi.

Sveyq uzun müddət inanırdı ki, Birinci Dünya Savaşı faciəvi anlaşılmazlıq, mənasız çəkişmədir və o, dünya miqyasında sonuncu müharibə olacaq. O, elə bilirdi ki, Romen Rollan, Anri Barbüs kimi yazıçı antifaşistlərlə birgə  daha bir müharibənin olmasının qarşısını ala biləcək. Həmin bu fikirləri beynində qaynadan vaxt, Erazm barədə kitab üzərində işlədiyi zaman nasistlər onun evində axtarış apardı. Bu narahat olmağa ilk siqnal sayla bilərdi. Sveyq Sovet dövlətinin yalançı siyasətini də xilasedici qüvvə kimi qəbul edə bilmirdi. 1928-ci ildə Sveyq Tolstoyun 100 illik yubileyi ilə əlaqədar olaraq SSRİ-yə gəlmişdi. Həmin vaxt bunu xeyirxah-tənqidi yanaşma saymaq olardı. Amma illər keçdikcə xeyirxahlıq azaldı, tənqid artdı. O, özünü ilahiləşdirməyə imkan verən rəhbərlərə inanmırdı. Sveyq nəinki proletariatın diktaturasını, qanuna mindirilmiş hər hansı terror və zorakılıq aktını qəbul edə bilmirdi. 30-cu illərin Sveyqi bir tərəfdən svastika, o biri tərəfdən oraq-çəkic arasında çaşqınlıq içində bir durumdadı. Bəlkə də ona görə onun sonuncu memuar kitabının xasiyyəti edegikdir: dünənki gün yoxdur, bu günündə isə o, tamamilə yad bir adamdır. 

"Qocalmaq keçmişi qarşısında qorxunu itirmək deməkdir"

Sveyqin həyat yoldaşı ilə birgə özünə qəsd etməsindən yazan heç bir mənbə yazıçının vəfalı yoldaşına diqqət ayırmır. Ona görə də hamı onu illər uzunu yanında olan xanımı kimi təsəvvür edir. Əslində bu, belə deyildi. Gələcək həyat yoldaşı ilə görüşəndə qadının 22 yaşı vardı və o, tamam başqa soyadını daşıyırdı. Frederika Mariya, qızlıq soyadı Burger idi. Hazırda isə fon Viternitsa olub abırlı məmurun arvadı idi. 

Hər şey təbəssümdən başladı. Kiçik Vyana kafesində oturmuş qadın incə, qamətli cavanın təbəssümünü görməyə bilməzdi. Artıq 2 qızın anası olan və arabir ədəbiyyat adlı okeana baş vuran Frederika bu baxışların arxasında "qəlbin təlatümlərini" gördü. Əslində onlar rastlaşmamalı idi. Varlı burjuanın oğlu, kiçik xidmətçi aristokratiyadan olan xanımla harda görüşə bilərdi ki? Onlar hər ikisi ədəbiyyat dəlisi olmasaydı yəqin ki, elə belə də olacaqdı. Amma Stefan Sveyq FMFF imzası altında bir məktub aldı: "”¦ Sizdən cavab yazmağı istəmirəm. Yazmaq arzunuz olsa məktubu tələb olunana qədər adresinə göndərin”¦" Nə bu məktubu yazan, nə də alan adam bilmirdi ki, bu abu-hava bir az sonra Sveyqin ən yaxşı novellalarından biri "Naməlum qadının məktubları"nda canlanacaqdı. Məktubu yazan Frederika heç nə gözləmirdi. Onun həyatı tusqun, maraqsız idi, Sveyq isə tamam fərqli mühitin adamı idi. Onlar məktublaşmağa, zəngləşməyə başladı. Stefan böyük dəyər verdiyi azadlığını itirmək istəməsəydi, Frederika isə ona hər addımbaşı xəyanət edən ərindən tezliklə qurtulmaqdan qorxmasaydı məsələ bu qədər uzanmazdı. Münasibətlər sevişmə mərhələsinə çatanda Sveyq ailə bataqlığında batmaq istəmədiyini deyəndə Frederika sadəcə susurdu və sevgilisinə fikir azadlığı verirdi.  Arabir Sveyq Paris səfərindəki sevgi macəralarını da Frederikaya yazırdı. Amma bu xanım böyük səbr sahibi idi və qısqanclıq səhnələri düzəltmir və məsələyə dostcasına yanaşa bilirdi. Sonunda məktubların birində evlilik təklifi alır. Onlar evlənib 25 il Sveyqin arzuladığı kimi sakit, rəvan ömür sürürlər. 

50 yaşından sonra, Stefanın cavan katibə ilə sevgi macərasını da bu qadın sakit qarşıladı. Axı bu Şarlotta adlı qızcığazı da özü seçmişdi. Ərinə katibə lazım olanda namizədlərin içində ən arığı, ən yazığını qaçqınlara bir parça çörək vermək arzusuyla xeyirxahlıq eləmək istəmişdi. Ağzına su alıb oturan Şarlottanı Sveyq ailəsi Lotta adlandırmağa başladı. Cirkin, yazıq görkəmli 26 yaşlı bu qız elə ilk gündən Sveyqə sevgi dolu baxışlarla baxırdı. Bu Frederikanı narahat eləmirdi. Sveyq məşhur olduğundan bu qızcığaz nə birincisi, nə də sonuncusu idi. Ərini katibəsiylə birgə görən Frederika üçün bu faciə deyil, iyrənc lətifəyə oxşayırdı. Axı, Sveyq heç vaxt kənar xanımlara baxmağı özünə icazə verməmişdi. Bəlkə 50-ni arxada qoymuş, faşistlərin gəlişi ilə vətənini qoyub qaçmağa məcbur olmuş yazıçının depressiyasının əlamətləri idi? 

Məsələ agah olandan sonra Sveyq Frederikanın yanına gəlib uzun müddət üzr dilədi, amma katibəsinə dəyişəcəyini vəd vermədi. Hər gün saat 9-da freylin Altman Sveyqlər ailəsinin qapısını döyürdü və birbaşa çap maşını arxasına keçirdi. Saatlarca Sveyq ona mətnləri diqtə edirdi. Arabir, nahar süfrəsində birlikdə olarkən arsız freylin evin xanımına nifrət dolu qalibanə baxışlarla baxmağa cəsarət edirdi. Katibə qoca məşuqu üçün dava qoparıb qab-qaşıq sındıranda hər dəfə Frederika katibəni dəyişməyə köməyini təklif edirdi. Bu məhəbbət üçbucağı 3 il davam etdi. Bir gün Sveyq həyat yoldaşından boşanma istədi. Təklif sakit qarşılandı. Qocalmaq üzrə olan kişinin cavan qadına olan meylini Frederika anlayırdı. Hələ uzun illər əvvəl, onlar 25 il birgə yaşadıqları Zalsburq malikanəsində baş vermiş hadisəni xatırladı. Onlar evin ətrafında gəzişərkən çəliyə söykənərək gəzən bir qocaya rast gəlirlər.  Sveyq deyir: "Qocalıq necə də iyrəncdi? Mən qocalmaq istəməzdim. Ahıl yaşa çatanda kişi üçün əvvəlki cavanlığını qaytarmağın isə bircə yolu var, gərək yanında cavan qadın olsun, lap çar David kimi”¦"

Boşanma məsələlərinin müzakirəsi zamanı Sveyq cəmi bir arzusunu dilinə gətirir: "Xahiş edirəm, mənim soyadımı saxla". - Onda necə olsun, iki dənə frau Sveyq ola bilərmi? - Mənə inan, Frederika, Lotta mənimçün sehirə olan son ümiddir, taleyin hədiyyəsidir.

İki həftə sonra Sveyq artıq ərizələrə imza atmış keçmiş həyat yoldaşını yenə də narahat eləməyə başladı. O, durmadan "sənsiz yaşaya bilmirəm" deyib boşanmanı ləğv etmək istəyirdi. Əlbəttə ki, artıq gec idi. Frederika öz qızlarıyla evinə, Sveyq isə təzə arvadı ilə ABŞ-a köçdü. Amma onlar məktublaşırdı: "Təəssüf, məndən çar David alınmadı. Taleyi aldatmaq olmurmuş. Məndən məşuq olmaz”¦"

" Həlledici qüvvələr - taleh və ölüm insana  yaxınlaşdıqda xəbərdarlıq  etməyi sevmir"

”¦ Sveyq özünə qəsd edəndə bütün dünya müharibə xəbərlərini bir yana qoyub bu əhvalatdan yazmağa başladı: "60 yaşlı yazıçı dövrün vəhşiliklərinə dözə bilməyib özünü öldürdü”¦".  Qəzetlər yazıçının yoldaşı ilə birlikdə yataqda qucaqlaşıb əbədi yuxuya getdiyi fotonu da paylaşdılar. Masanın üstündə hələ yazılmamış bir vərəq və "Mənim itimə dair" yazılı bir konvert vardı. Fotodakı qadın və kişi səliqəylə geyinib üstünü pleydlə örtmüşdü. 

Yazıçını son mənzilə yola salmağa çoxlu adam gəlmişdi. Sveyq də Braziliyanı sevir, onu "gələcəyin ölkəsi" adlandırırdı. Uzaq Rio-de-Jeneyrodakı qəbiristanlıqda yanaşı iki plitə uzadılıb. Çirkin qızcığaz qoca ərini o dünyaya tək buraxmaq istəməmişdi. Müharibənin səs-küyü olmasaydı yəqin ki, qəzetlər bu əhvalatı Romeo və Culyetta rəvayətinə bənzədərdi”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]