Azərbaycanda daha bir kişi həyat yoldaşının boğazını kəsib. Bu barədə Abşeron rayon Polis Şöbəsindən bildirilib. Hadisə rayonun Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeydə alınıb.
43 yaşlı Müşfiq Əliyev qısqanclıq zəminində, küçədə həyat yoldaşı, 36 yaşlı Nərminə Hüseynovanın boğazını kəsib. Nəticədə qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra onu xilas etmək mümkün olub. Hadisəni törədən M. Əliyev polis tərəfindən saxlanılıb.