Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Foqtsun növbəti fokusu: 0:6

Bölmə :
Köşə
Yazar :
Hüseyn KƏRİMLİ
Yayım tarixi :
15/10/2014 [01:39]
Baxılıb :
1405 dəfə

Vaxt gəldi, vədə tamam oldu, Foqts növbəti fokuslarını göstərib getdi. Onun fokuslarından nə həzz alan oldu, nə də alqışlayan.

Millinin iki oyununun da (İtaliya ve Xorvatiya) fiaskoya uğramasından əvvəlki günlərə boylansaq, hər şey qaydasında gedirdi. Topaz Premyer Liqasında uzunmüddətli tətil yaranmış, milli komandamız yenə xaricə - Almaniyaya təlim-məşq toplantısına yollanmışdı. 5 günlük Frankfurt səfərindən sonra İtaliyaya qədəm qoyan Berti bəy həvəslə məşq etmələrindən, havanın gözəlliyindən, dənizə olan məhəbbətindən danışırdı. Lakin sonra nə oldusa Foqtsun alman damarı tutdu. İtaliya ilə görüşdən qabaq keçirilən mətbuat konfransında futbolçulara meydana qorxa-qorxa çıxarlarsa, başqa idman növünü seçməyi məsləhət gördü. Alman mütəxəssis, balaca boylu olmasına baxmayaraq hündürboy Matsoliyə qarşı oynamağından qürrələnirdi.  "Qarabağ"ın futbolçularının yüksək səviyyədə olmadığını söyləyən Foqts, Türkiyədə top qovan legionerlərimiz Mahir Şükürov və Vaqif Cavadovu da millidən uzaqlaşdırmışdı. Göstərdiyi səbəb isə sadədir - hər iki futbolçunun fiziki hazırlığı aşağıdır. Bu cür atmosferdə oyuna çıxan oyunçudan nə gözləmək olar? İtaliya və Xorvatiya ilə oyunlara alman mütəxəssis bir niyyətlə çıxmışdı: "Az top buraxıb məğlub olmaq!" "Skuadra Adzurra" ilə oyunda buna nail olunsa da (1:2), xorvatlar millimizi darmadağın (0:6) etdilər. İkinci oyuna sırf müdafiə istəyi ilə çıxan Foqts meydana 5 müdafiəçi çıxarmışdı. Nə olar, bizim kimi 5 müdafiəçi ilə oynayan milli yoxdurmu? Amma... sağ kənar müdafiəçisi Maksim Medvedev dayaq yarımmüdafiəçisi mövqeyində, mərkəz müdafiəçisi Bədavi Hüseynov isə sağ kənar müdafiəçisi mövqeyində oynayır. Araz Abdullayev oyun ərzində üç dəfə yerini dəyişdi. Ən müəmmalısı isə Qara Qarayevin oyundan alınması idi. Bunun səbəbini bir Foqts bilir. Onun yerinə əsas millidə oyun təcrübəsi olmayan Ağabala Ramazanov daxil olur. 10 dəqiqə keçir əzələsini dartan gənc futbolçunu Cavid Hüseynov əvəz edir. Təsəvvür edin ki, birinci hissədə iki əvəzləmə olur və əgər ikinci hissədə zədələnən futbolçularımız olsaydı gör nə vəziyyətə düşərdik. Foqtsun bu əndrabadi eksperimentləri (oxu: fokusları) bitmir ki, bitmir. Hər iki oyunda (İtaliya ilə oyunda vurulan hər iki top, Xorvatiya ilə matçdakı 4 top) topların başla vurulduğunu nəzərə alsaq, millinin təlim-məşq toplantısında nə işlə məşğul olduğu qaranlıq qalır. Futbolçularımız hücumu tamamilə yaddan çıxarıblar. Nə top saxlaya bilirlər, nə də maraqlı kombinasiya qura bilirlər.

Oyundan sonra bütün məsuliyyəti futbolçuların, klubların üzərinə atan Foqtsun sitatlarına baxanda Allahdan səbir istəyirsən.

İtaliya ilə oyundan əvvəl Foqtsdan sitat: "Biz 90 dəqiqə mübarizə aparmalıyıq. Göstərməliyik ki, son 6 ildə bizdə inkişaf var".

- İnkişaf var - sürətlə geriyə! Son 6 ildə milli komandamız yalnız müdafiə olunur. Arxası möhkəm olan millinin...

"Son 3-4 ildə yaxşı oynayan futbolçularımız vardı. Amma pulu düşündülər və indi formalarından aşağıdadırlar. Azərbaycanda gənc futbolçu müəyyən səviyyəyə çatdıqdan sonra pulu düşünür. Halbuki bizdə Avropada oynaya biləcək səviyyədə oyunçular var".

- Herr Foqts, bu 6 ildə hansı futbolçumuzun Avropaya yollanmasına şərait yaratmısan? Türkiyədə Cavid İmamverdiyev və Rəhman Hacıyev kimi gənc, perspektivli futbolçularımız var. Onlara millinin qapılarını bağlayıb, Dadaşov kimi soy-kökü bilinməyənlərə qucaq açırsan.

İtaliya ilə oyundan sonra keçirilən mətbuat konfransında: "Taktiki və fiziki baxımdan daha çox işləməliyik. Amma bu daha çox klub məşqçilərinin işidi. Bu gün meydanda cəmi 28 yaşdan yuxarı 3 futbolçu vardı"

- Altı ildi sən millini zəbt etmisən, 6 ildir də Qurban Qurbanov "Qarabağ"ın sükanı arxasında. "Qarabağ" Avropa Liqasında rəqiblərinə meydan oxuyur, sən isə futbolçularına meydan oxuyursan.

Foqts: "AVRO-2020-də bizim gənclər də iştirak edə biləcəklər. Futbolu sevmək və yaşatmaq lazımdı"

- Hansı gənclərlə? Elnur Allahverdiyevlə, Rasim Ramaldanovla, yoxsa çox arzuladığın Vladimir Levinlə ora getmək istəyirsən? Sənin sayəndə futbola yalnız niftət hissi oyanar.

Xorvatiya ilə oyundan sonra keçirilən mətbuat konfransında: "Komandam 3 gündən bir oynaya bilmir. Klublar Avroliqada oynadıqdan sonra fasilə edirlər. Bu da yığma üzvlərinə təsir göstərir. Menecerim AFFA ilə əlaqə saxlayacaq. Belə şərtlərlə mənim Azərbaycan yığmasında gələcəyim ola bilməz"

- Yığmaya görə Premyer Liqanın təqvimini alt-üst edən elə sən özünsən. "Qarabağ"ın uğurlarına paxıllıqla yanaşan Foqtsdan ancaq bu sözləri gözləmək olardı. Rüsvayçılığı ört-basdır etmək  üçün işlədilən gözəl kələk: "Gedərəm haa!" Özünə hörmət edən məşqçi bu rüsvayçılıqdan sonra çemodanını yığışdırıb qayıdardı evinə, amma səni qovmasan gedən deyilsən ay Berti bəy. Bu ahıl yaşında belə yağlı (neftli) tikəni kim əldən buraxar. Ayılın cənab futbol başbilənlərimiz, bir vaxtlar bi alman Gedənin "Neftçi"ni məhv etdiyini indi Foqts edir. Necə deyərlər "ziyanın yarısından da qayıtmaq faydalıdır"...

P.S. İslandiya üç günə iki qələbə qazanıb "A" qrupunda üç oyuna 9 xalla liderlik edir. Son oyunda isə ada təmsilçisi Hollandiyanı məğlub edib.

P.P.S. İtaliya və Xorvatiya ilə oyunların statistikasına baxın hər şey sizə aydın olacaq:

 

 İtaliya  Azərbaycan
Qollar

2

1

Zərbələr

21

2

Çərçivəyə zərbələr

4

1

Qeyri-dəqiq zərbələr

14

1

Dəf olunan zərbələr

3

0

Dirək və tir

1

0

Künc zərbələri

8

1

Oyundankənar vəziyyətlər

2

0

Sarı vərəqələr

2

2

Qırmızı vərəqələr

0

0

Qayda pozuntuları

20

17

Qayda pozuntusuna məruz qalma

16

20

 

 

 Xorvatiya  Azərbaycan
Qollar

6

0

Zərbələr

19

5

Çərçivəyə zərbələr

7

0

Qeyri-dəqiq zərbələr

12

5

Dəf olunan zərbələr

0

0

Dirək və tir

2

0

Künc zərbələri

4

3

Oyundankənar vəziyyətlər

1

0

Sarı vərəqələr

0

2

Qırmızı vərəqələr

0

0

Qayda pozuntuları

7

13

Qayda pozuntusuna məruz qalma

13

7


 

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]