Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İstəmirəm!!!

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
11/10/2014 [01:32]
Baxılıb :
1554 dəfə

Yenə də donuq baxışlarımı monitora dikmişəm. Elə bil, gözümü ekrandan çəkməsəm,mövzular özü tökülüşüb gələcək. Yaxşı ki, proqramın interfeysi mavi və ağ rəngdədi, əsəbiləşdirmir. Yoxsa qıcıqlanıb özümdən çıxardım və yazmamağa tutarlı bəhanəm olardı. Hava da yaxşıdı, nə isti, nə də soyuq. Əhvalım da elə belədi, ortabab. İpdən sallanmış şar kimiyəm, bir nəfərin yüngülcə toxunması bəsimdir. Yırğalanardım”¦ Amma toxunanım yoxdu. Qıcıqlandıranım da, əsəbiləşdirənim də.

Halımı gərək bir "Google"dən soruşum, o hər şeyi bilir, bəlkə mənim kimilər çoxdu? Ceyms Erika Leonardın "Bozun 50 çaları" əsərinin qəhrəmanı demiş "içimdəki kraliça" tanış melodiyanı mızıldayır: "Yenə payız gəldi”¦.., qonaqlar kimi”¦., Soldu məhəbbətim”¦, yarpaqlar kimi”¦". Ah, bu iqlim məsələsiymiş. Hə də, payız gələndə bədəndə nə bilim hansısa maddələr işini tormozlayır, bədən soyuğa uyğunlaşmağa, piy qatı toplamağa və qış yuxusuna hazırlaşır. Yayda istidən işləmək olmur, qışda isə soyuqdan deyil, işləmək istəməməkdən. Bu "İstəmirəm!" sözünü beynimin ön plakatından yığışdıra bilsəydim”¦ "İstəmirəm" yazıb "Google"ni çaşdırmaq fikrindəyəm, görüm bu dəfə nə deyəcək. Camaatın istəmirəmləri tökülüşüb gəlir: "Mən səni niyə istəmirəm axı!", "Evlənmək istəmirəm!", "Ye- istəmirəm", "Tək yatmaq istəmirəm", "Evlənmək (ərə getmək) istəmirəm", "Oxumaq istəmirəm", "Yaşamaq istəmirəm"”¦ Yox mənim "istəmirəm"im başqadır, "istəmirəm, vəssalam"a daha yaxındı.
Axı niyə istəmirəm!? Mənim o qədər istəklərim vardı, yığıb yığışdıra bilmirdim. Onları yaddaşımın künc-bucağına dürtüşdürərkən özümə o qədər yalanlar demişəm ki. Onları nə vaxtsa ortaya çıxaracağımı düşünərək bəzilərini illik, günlük, bəzilərini saatlıq qablaşdırmalara doldurmuşam. Deyəsən, ağzını açıb cini buraxmağın əsl vaxtıdır. "Google" ağıllıdır, bu dəfə də nə istədiyimi bilib mənə Mett Katts adlı birisinin məzəli məruzəsini göndərir. İngilis dilini bilmədiyimi anlayıb altında rusca titrları olanı seçib. Eynən mənim kimi bataqlıqda çapalayanlar da varmış. Onların da həyatı yaxşı, bəlkə də dünya kataklizmləri, fəlakətlər, aclıqlar fonunda biabırçı dərəcədə uğurlu və problemsiz idi. Bəzilərinə amerikalı filosof Morqan Sperlokun nəzəriyyəsi köməyə gəldi. Nəzəriyyənin məğzi odur ki, 30 gün ərzində özünə bütün arzuladıqlarını eləməyə icazə verirsən. Ola bilər, arzuladıqların cəmiyyətin ədəb-ərkan qaydaları, təhlükəsizlik baxışları, ya da mentalitetlə üst-üstə düşməyə bilər. Özünə "axı sən nə istəyirsən" sualını verən kimi əvvəl ürkək-ürkək, sonra daha ürəkli, axırda isə arzu seli şəklində dadmaq, hiss etmək, eləmək, hətta fikirləşmək istədiklərin axın kimi səni başına alır. 

Məruzəçi Mett Katts öz həyatından danışdı. Dediyinə görə, əvvəl istəyirəm və istəmirəm arasında sərhədləri dəqiqləşdirmək lazım gəlir. Çünki yeniliklər üçün zaman ayırmalısan. Ola bilər "xəbərləri izləmək gərəkdir", "gündə 3 dəfə yemək lazımdır" kimi müddəalar tamamilə mənasızlaşacaq. Bəzən 30 günün tamamında artıq xəbərləri izləmək istəyi geri qayıtmır. Mett Katts deyir ki, əvvəllər günlər, aylar su kimi axıb gedirdi. İndi günlər daha yaddaqalan olub. Təcrübələrin birində o, hər günə aid bir foto edirdi. İndi o, fotoya alınmış günlərin hər saatını da yaxşı xatırlayır. Harda, kiminlə və nə olmuş sualları artıq çaşqınlıq yaratmırdı. Özünə tapşırıqlar mürəkkəbləşdikcə adamın özünə inamı da paralel olaraq artmağa başlayır. O, gününü kompüter arxasında keçirən "botanik"dən işə velosipedlə gedən, ləzzəti naminə Kilimancaro dağına dırmaşan birisinə çevrilir. 

Ehtiyatla xatırlayıram, həyatımı dəyişməyi deyəsən yaşamağa başlayan andan arzulamışam. Özünə 30 günlük azadlıq vermək yəqin ki, çətin olmaz. Axı bu 30 gün nə vaxtsa bitəcək və sən yenidən əvvəlki adama çevriləcəksən. Bu metodikanı təcrübədən keçirənlər deyir ki, 30 günün tamamında əvvəlki hala qayıtmırsan. Həyatını yenidən qiymətləndirib, yeni duyğular yaşadıqdan sonra tamam başqa adam olursan. Həm özünə, həm də başqalarına qarşı. 
Ola bilər mən də içimdə nə vaxtsa yazacağım əntiqə bir romanın rüşeymini gəzdirirəm. Hər ilin noyabr ayında "National Novel Writing Month" adı altında bir ay ərzində roman yazmaq estafeti start alanda ona qoşulan minlərlə adamdan biri olacağımı təsəvvür edib mən də onlara virtual olaraq qoşulacam. İngilis dilini bilmədiyimi bəhanə edib ana dilində yazacam. Sən demə 50 min sözdən ibarət roman yazmaq üçün günə 1667 sözlük yazı yazmaq kifayətdi. Gərək yazıb bitirməmiş yatmağa getməyəsən, vəssalam. Arzuna çatmaq bu qədər asanmış. Ola bilər bu roman bir qəpiklik olmasın və onu kimsə əlinə alıb vərəqləmək istəməsin. Amma hardasa bir məclisdə təqdim etməli olsan, özünü ayaqlarını güclə sürüyüb dərsə gedən, həyatdan narazı müəllim, köşələrinin altında axmaq şərhləri görüb məyus olan jurnalist kimi yox, arzularının romanını yazmış yazar kimi təqdim edəcəksən. 

P.S. Bu arzuya çatmaq çətin olmaz məncə. Çünki sutkalıq normanın 659 sözünü artıq yazdım.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]